Şəkinin təhlükəli küçələri | Farid Mustafayev

Поділитися
Вставка
  • Опубліковано 12 жов 2023
  • Şəki şəhərində bəzi küçələrdə axşam 10-11dən sonra küçə itləri sürü halında gəzir. Bu yerli sakinlərin gündəlik həyatına mənfi təsir, həm də turizm şəhəri kimi Şəkinin qonaqlarına diskomfort yaradır.
    Bu videoda Şəkinin təhlükəli küçələrindən danışdıq və bu problemin həllini göstərdik.
    Kanalıma abunə olaraq yeni videolardan xəbərdar ola bilərsiz.
    Abonə ol : bit.ly/2Tbkdm9
    İnstagram Hesabımdan da məni izləyə bilərsiniz: @mustaffarid
    Videolarımı bəyənməyi və paylaşmağı unutmayın.
    Farid Mustafayev ©2023. All rights reserved

КОМЕНТАРІ • 94

  • @el4467
    @el4467 9 місяців тому +5

    Şəki kimi böyük potensialı olan bir rayon sanki avtopilotda idarə olunur. Görəsən belə bir şəhərin yollarından keçəndə Elxan m heç utanmır nə gündədi bu yollar

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +2

      Təşəkkür edirəm kommentiniz üçün, amma bu videomuzun mövzusu əhaliyə təhlükə yaradan və sayları artan küçə heyvanlarıdır. Burada məqsəd Şəkinin bûün problemlərini gündəmə gətirmək deyil. Belə söhbətlər bütün çayxanalarda edilir. Küçə itləri məsələsini də hamı danışır. Biz bu videonu çəkdik ki, həm Şəkiyə gələcək insanlara problemi bildirək ki, ehtiyatlı olsunlar. Həm də məsələnin həlli ilə bağlı etdiyimiz araşdırma və həll üsulunu təqdim edək. Hərkəsin görə bildiyi mövzuda sadəcə şikayətlənmək heç vaxt həll yaratmır.
      Təşəkkür edirik videoya reaksiya bildirdiyimiz üçün

    • @el4467
      @el4467 9 місяців тому

      @@mustaffarid Bilirəm itlər haqqındadır bu problemlərin yaranma səbəbi hamısı eynidir. Doğru demirsiz əslində şikayətlənmək həll yaradır. Bu videoya heç kim münasibət bildirməsə deməli hər kəs məmnundur amma dəstək gəlirsə deməli bu problemlərə qarşı tədbir görmək lazımdır. Ölkə başçısı dünya dövlətləri ilə mübarizə aparır torpaq azad edir, altı-bazar bu torpaqlarda səfərdə olur amma bizim yerli məmurlar küçə itləri ilə mübarizə apara bilmirlər və ya aparmırlar

  • @rootwalkers2947
    @rootwalkers2947 9 місяців тому +9

    Çox ciddi bir məsələyə toxunduğunuz üçün təşəkkürlər. Özüm turizmçiyəm, Şəkidə neçə ildir tez tez ezamiyyətdə oluram. Turistləri bu ildən artıq tək başına buraxmaq olmur, nəinki gecə hətta günorta saatlarında da. Əsasən də mərkəzdə yerləşən Şəki Saray otelin arxa küçələrində (İssam və Macəra otel tərəflərlə birləşən küçələr), Xan sarayının yuxarı tərəfi məhəllələrində (Yuxarı Baş, Gilehli), Abidə yolunda (1941-1945 abidəs) və Kombinat ilə Dodu arası yolda. İtlərə zülüm verilməsinə qətiyyən razı deyiləm, amma bunun bir çarəsi tapılmalıdır. Necəki Bakının qaranlıq küçələrində bir-iki piyadanı avtomobil vurduqdan sonra işıq dirəklərini işə saldılar eləcə də deyəsən gərək itlər kimisə yesin ki (Allah uzaq eləsin) bu məsələ ilə ciddi məşqul olsunlar(((

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +1

      Məsələnin həlli uzunmüddətli proyekt idarəetməsi tələb edir. Sadəcə bir dövlət qurumundan gözləmək olmaz məncə. Böyük bir komanda, bir neçə qurumun birlikdə çalışması və s. lazımdır. Ona görə çox da birdən-birə işə başlamaq alınmır yəqin ki. Dediyiniz kimi, biz də ümid edirik ki, yaxın zamanlarda tədbir görülməyə başlanar. 3-5 il də keçsə, daha təhlükəli bir vəziyyət olacaq

    • @qudretabbasov5350
      @qudretabbasov5350 9 місяців тому +1

      Tam doğru. Amma təklif gərək yuxarıdan gələydi. Vallah lazım olsa tez bir zamanda həll etmək onların əlindədir. Onlar bu işi təşkil etməlidirlər. Nə isə... Uğurlar. Amma çəkilişləri çalışın ARB. Regional Şəki kanalında tez tez işıqlandırın. Bir daha uğurlar.

  • @mushviqmustafayev4354
    @mushviqmustafayev4354 9 місяців тому +5

    maraqlanan olsa, eslinde kifayet qeder ciddi problemdi. insan niye qorxa qorxa eve getmelidi ki? biz tereflerde de, yani gulab evi teref, it cox olur, evveller de lap cox idi, her gece hururduler, dalawirdilar. buna bir son qoyulmalidi axir evvel. sozune quvvet, men de heyvanlarin kutlevi qetle yetirilmesinin eleyhineyem, amma bunun bawqa caresi de var.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +2

      Bəli məllim. Əsas məsələ aqressivliyini azaltmaqdı, onu əməliyyatla eləmək olur. Yəqin ki, yaxın zamanlarda bi proyekt işlənər

  • @user-bl2pd6mx1v
    @user-bl2pd6mx1v 9 місяців тому +5

    Я живу в большом городе г Санкт-Петербург Россия на улице нет бродячих собак потому что в каждом районе города есть питомник для животных

  • @susa--ski2515
    @susa--ski2515 9 місяців тому +3

    FƏRİD BƏY SALAM , SİZİN VİDİOLARA BAXIRAM. BİZDƏ ŞƏKİDƏ BİR İT PROBLRLEMİ DEYİL, ŞƏKİNİN TƏKCƏ ADI QALIB, QƏDİM ŞƏKİ , VƏSSALAM. YOLU YOX, BINALAR TƏMİRSİZ, BÜTÜN SAHƏLƏRDƏ BƏRBAD GÜNDƏDİR. NƏ QALIBSA SOVETDEN QALMADIR .DEYƏRDİM Kİ, AZƏRBAYCANDA ƏN GERİDƏ QALAN ŞƏHƏRDİ .

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +2

      Salam. Təşəkkür edirəm kanalımızı izlədiyinizə görə, xoş sözlərinizə görə. Videolarımızın faydalı olmasından məmnun olduq.

  • @elmiraismayilova5197
    @elmiraismayilova5197 9 місяців тому +4

    Şəkinin itləri,zibilliklıri dəhşətdi

  • @kf063
    @kf063 9 місяців тому +3

    Şəkiyə gəlsək gecələr əlimizdə çomaxla gəzək gərək)))İt problemi tək Şəkidə deyil elə Bakıdada var Fərid bəy.))

  • @sky-cp8ek
    @sky-cp8ek 9 місяців тому +5

    Super , Ferid bey. Sheki haqqinda videolariniz bol olsun! Ugurlar:)

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому

      Çox sağolun dəstəyiniz və kommentiniz üçün

  • @turalcebrayilov8110
    @turalcebrayilov8110 9 місяців тому +2

    Cox təsəkkur edirem movzuya toxundugunuz ucun gecə hec gəlin bazari cəkin bazar stor ve gəcliyin yanini ən asagisi 12 it gorəcəksiz axsam yox səhər və yaxud gunorta

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +1

      Keçən aya qədər orda qalırdım. Axşam vaxtı məni də incidiblər ordaki itlər

  • @elmiraismayilova5197
    @elmiraismayilova5197 9 місяців тому +3

    Çinə göndərmək lazımdı

  • @FarhadHaqverdi
    @FarhadHaqverdi 9 місяців тому +2

    Görüntü belə daha yaxşı olur. Həmişə də elə bu formada işıqla olsa daha yaxşı görünər məncə.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому

      Videonu çəkəndə məcburiyyətdən idi ama sonra biz də diqqət etdik ona, maraqlı alınıb

  • @M.Cavidan_21
    @M.Cavidan_21 9 місяців тому +3

    Salam Ferid muellim heqiqetende toxunduğunuz mesele uje qlabal bir hal alib .Neyinki şeherde ve etraf yani kendlerde de eyni movzu bizleri çox narahat edir .Korbe usaqlari yola kuceye cixartmaq bele tehlukeli hal alib

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому

      Ümid edirik ki, yaxın zamanda hansısa formada həll olunar məsələ. Bizim təklif etdiyimiz həll təşkilatçılıq və uzunmüddətli proyekt idarəetməsi tələb edir. Uzun zamandır ki, şikayətlər var idi. Videodan sonra da fikir bildirənlər çox oldu.

  • @YaqubLetifzade
    @YaqubLetifzade 9 місяців тому +7

    Bu məsələni işıqlandırdığınız üçün sizə dərin təşəkkürlərimizi bildiririk :)

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +1

      Buyur Yaqub, mən təşəkkür edirəm göndərdiyin video üçün

  • @shlapasayeva2633
    @shlapasayeva2633 9 місяців тому +10

    Bu mövzu həqiqətən Şəkinin problemli məsələlərindən biridir.Bu mövzuya toxunduğunuz üçün təşəkkürlər.Nəinki gecə,,hətta gündüz şəhərin mərkəzi küçələrində sürü hallnda gəziirdilər.Hətta bəzən bələdiyyənin qarşında yatıb dincəlirlər))) əsas da yayda.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +3

      İndi də günün işıqlı vaxtı ekonom, poçt arasında gəzirlər)

    • @shlapasayeva2633
      @shlapasayeva2633 9 місяців тому +2

      Hər gün o yolu piyada gedən biri olaraq itlərlə çox rastlaşıram və həyəcan keçirirəm.Orda binalar çoxdu, zibilqabları və itlər də...Bəzən bir birləri ilə dlaşırlar, hətta gündüz vaxtı belə insanlara hücum etdilkləri olur.Onlar da Allah yaradıb əziyyət görmələrini istəmərəm,ancaq həqiqətən bir əncam çəkilməlidir .Bu gün Ekanom marketin qarşısnda bir pişiyi gözaltı etmişdi, sonra niyəsə vaz keçdi)))

  • @xaliqhuseynov2235
    @xaliqhuseynov2235 9 місяців тому +3

    Qardaş,jmerinkada,binaların həyətində gecələr sürü ilə gəlirlər.səhərə qədər hürüb qoymurlar yatmağa.inanın səhərə qədər ağız ağıza verib hürürlər.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +1

      O tərəfdə yaşayan tanışlar cox şikayət edirlər. Mən bir müddət bazar tərəfdə, yedin dur kafenin arxasındakı binalarda qaldım. Orada da dediyiniz kimi gecə 3-5 arası itlər daayanmadan hürürdü. Oranin insanları necə yətır, necə vərdiş ediblər buna başa düşə bilmədim.

  • @turalcebrayilov8110
    @turalcebrayilov8110 9 місяців тому +1

    😮bazar ətrafinda daha coxdu

  • @Ilkinkbrov-mg4xj
    @Ilkinkbrov-mg4xj 2 місяці тому

    Bu cür şəhərin probleminə bax dəhşətdir çox heyif

  • @qarabag_idman_klubu
    @qarabag_idman_klubu 9 місяців тому +1

    Daha səviyyəli mövzuları gözləyirik sizdən

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому

      Emin bəy təşəkkür edirik komentiniz üçün. Bizdən gözləntiləriniz yüksək olmasına da şad olduq.
      Cümləniz yanlış anlaşıla bilir. Bu video səviyyəsiz olub və siz daha səviyyəli videolar gözləyirsiz kimi anlaşılır ilk baxışdan.
      Ən az bu videomuz qədər lazımlı, məraqlı və informativ videoların çəkimi üçün hazırlıqlar gedir. Bizi izləməyə davam edin)

  • @eminkerim1982
    @eminkerim1982 9 місяців тому +4

    Həmişəki kimi çox maraqlı çəkiliş oldu. Şəki❤

  • @gangster_sheki999
    @gangster_sheki999 3 місяці тому +2

    Şəkinin təhlükəli gecələri olmağının səbəbləri çoxtu

  • @akifnesrullayev9746
    @akifnesrullayev9746 9 місяців тому +2

    👍🏻👍🏻👍🏻👏👏👏

  • @ilkinmustafayev2407
    @ilkinmustafayev2407 9 місяців тому +2

    Müdaxilə dərhal lazımdır, çünki itlər çoxalmağa davam edirlər. Bir çox yerlərdə, kiçik it balalarına rast gəlmişəm adətən balaların sayı minimum 4-5, maksimum 8-10 olur.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +3

      Onlar da soyuqdan aclıqda və s. ölür. 2-3 dənəsi sağ qalır. Amma siz demiş az da olsa sürüyə qatılirlar. 3 il əvvəl belə boyuk suruler yox idi, bu qədər şikayet də yox idi. Belə qalsa 3 il sonra vəziyyət daha qəliz olacaq.

  • @ilkinumarov
    @ilkinumarov 9 місяців тому +3

    Çoxdan gözlənilən video :D

  • @raufaliyev1540
    @raufaliyev1540 9 місяців тому +4

    Mövzunu qaldırdığınız ücün təşəkkür edirəm. Ümid edirem ki, aidiyyatlı qurumlar baxıb, bu problemin həllində köməklik göstərər.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +1

      Biz təşəkkur edirik qiymetləndirdiyiniz üçün. Uzunmüddətli proyekt kimi işpənməlidir. Yəqin ki, yaxın zamanlarda işlər görülməyə baslanar.
      Çox sagolun kommentiniz üçün

  • @user-jm1wy6tm4x
    @user-jm1wy6tm4x 9 місяців тому +1

    Салам гардаш Шекийе Кореец миллетини гетирмек лазымдыр онлар ит ети йейирлар бир илде Шекиде бир дене ит галмайачак .

  • @sitarsmdova
    @sitarsmdova 9 місяців тому +5

    Çox doğru. Amma gecə yolda qız görəndə mahnıya "polnu xod" verən qaqaşlarla necə baş eliyə bilərik ona dair həllər tapsaz, sevinərik🙂

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +4

      Onları da eyni üsulla mualicə etmək olar məncə :))

  • @samsunggnusmas4646
    @samsunggnusmas4646 9 місяців тому +3

    Çox gözəl təkliflər oldu. Heç bir heyvanı öldürmək olmaz.Amma o ziyan verməmək üçün başqa yol tapmaq olar.Mingəçevirdədə Şəki kimi eynidir.

  • @zohram_dairy
    @zohram_dairy 9 місяців тому +3

    Şəkiyə ilk gəlişimdə it sürüləri maşının arxası ilə düşmüşdü :)

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому

      Bu maraqlıdı. Məndə hələ olmayıb belə indiyə kimi)

  • @toghruladishirinli5406
    @toghruladishirinli5406 9 місяців тому +1

    jmerinkanin adini eshitmeye gelmishem

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +1

      Xüsusilə vurğulamışıq videoda))

  • @Mehemmed050
    @Mehemmed050 8 місяців тому +1

    Günün günorta çağı gözümüzün qabağında it atırdılar sonra o iti atan rəhmətə getdi ondan sonra vəziyyət belədi

  • @skili6335
    @skili6335 9 місяців тому +3

    Bəli həqiqətən itlər gələnə gedənə hücum edir.Bu ciddi problemdi.Onuda deyimki yüngül qolunda cızılmış itqapması ölümə gətirib çıxartdı

  • @eminkerim1982
    @eminkerim1982 8 місяців тому +1

    Salam Fərid. Çox zamandı video çəkiliş olmur. İnşallah ki, yaxşısan.

    • @mustaffarid
      @mustaffarid  8 місяців тому +1

      Salam. Diqqətinizə görə var olun. Qısa bir ara verdim yutuba digər işlərimizi qaydasına qoymaq üçün. Yaxın zamanlarda yenidən başlayacağıq.

    • @eminkerim1982
      @eminkerim1982 8 місяців тому +1

      @@mustaffarid inşallah.

  • @nigaraydin
    @nigaraydin 8 місяців тому +1

    Salam , yeni video nə vaxt olacaq?😢

    • @mustaffarid
      @mustaffarid  8 місяців тому

      Salam. Qısa bir fasilə vermişdik işpərimizlə əlaqədar. Yaxın vaxtlarda daha keyfiyyətli, içərisi daha dolu videolarımızla davam edəcəyik. Marağınız üçün təşəkkür edirik. Yeni video yoxluğunu hiss etməniz, varliğını dəyərləndirdiyinizi göstərir. Çox şad olduq

    • @nigaraydin
      @nigaraydin 8 місяців тому +1

      ​@@mustaffaridBir neçə dəfə bildirimləri yoxlamışam bu günlərdə... )
      Gözləyirəm o zaman 🙏

  • @drmuradsiyah4060
    @drmuradsiyah4060 9 місяців тому +2

    keçən dəfə elə bazar tərəfdə 3 dəfə it sürüsü üstümüzə cumdular. Ciddi məsələdir.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому

      Bizim həyətə giriş yadındadı yəqin, mühafizə kimi yolda yatırdılar sürü ilə)

    • @drmuradsiyah4060
      @drmuradsiyah4060 9 місяців тому

      @@mustaffarid O gecələrdən birində Xəyalla qayıdanda cumdular. Yerə əyildik daş zad guya atırıq. Xəyal diribaş tərpənməsə bir dişlək almışdılar yüz faiz)

  • @Vafa216
    @Vafa216 3 місяці тому +1

    Beli 2 uç dene olsa derd yari inanin sayiram 20dene gezirler dehset inanin cox qorxuruq hara deyirik xeyri yoxdu

  • @elmaribrahimov305
    @elmaribrahimov305 5 місяців тому +1

    Çox gözəl mən 4 il burda tələbəyəm belə könüllü təşkilatlar olsa çox gözəl olar hətda zibil qablarının sayı çoxalsa və yerə zibil atmanı cəriməyə salsalar məncə millət düzələr

    • @mustaffarid
      @mustaffarid  5 місяців тому

      Gənclərin toplaşacağı məkanlar, təşkilatlar cəhətdən biraz zəifdir Şəki düz deyirsiz.

  • @comp.engineer
    @comp.engineer 9 місяців тому +1

    Bəs digər məsələ və mənə görə əsas məsələ 2 ayaqlı heyvanların sakit dayanan heyvanları daşlaması. Misal ailəsində tərbiyə görməyən balaca o "uşaqların" itləri daşlaması haqda nə deyə bilərsiz ? Mən ən azı 2-3 şahidi oldum ancaq təəssuf ki, bunu videoya çəkib paylaşmaq əvəzinə o uşaqlara izah etdim ki, onları daşlamaq olmaz. Hansi ki evində iki ayaqli bir mexlugun ovladlarina başa salmalidir ki, heyvanlara yatdiqlari gəzdikləri yerdə sənə heçnə etmədiyi halda daş atmaq qovmaq olmaz. Heyvanlari əsas aqeresiv edən iki ayaqli heyvanlarin səbəbləridir. En önəmli həll yolu insanlari əhiləşdirmək gərək. Qaldi ki, Şəkidə hansisa dovlət orqanin bu məsələyə cavab verməsi ile umudlənmək safliqdir. Səhv başa düşməyin. Bələdiyyər bir zibilə yaramır. Şəki icra basçısı orosbu yusubov isə şəxsi bzinəsləri ilə məsguldur. Meyvə baglari, fiberoptik bazari, çorəksexi bazari ve s. Saymaqla bitməz. Həll yolu konullu insanlar. Qalan dovlətə dedik və s boş umudlərlə yaşamayin.

    • @mehemmedhuseynli5693
      @mehemmedhuseynli5693 9 місяців тому +3

      Bu videonu çəkib paylaşmaqda əsas məqsəd şəhərə gələn qonaqları qarşılaşa biləcəkləri təhlükə barədə xəbərdar etməkdir. Bu kanal Azərbaycanın, xüsusilə Şimal-qərb regionunun gəzməli görməli yerlərini göstərmək məqsədilə açılıb. Bu kanalı hansısa jurnalist açmayıb. Bizim hakimiyyəti tənqid etmək fikrimiz yoxdur və məsələnin bir videoyla həll olunmayacağını da bilirik. Bu kanaldakı videolar çəkilərkən, hazırlanarkən hər yaşdan insanların, azyaşlıların izləyə biləcək səviyyədə olmasına xüsusi diqqət olunur. Zəhmət olmasa, şərhlərdə nəzakətli olun

    • @comp.engineer
      @comp.engineer 9 місяців тому +1

      @@mehemmedhuseynli5693 video paylasmisan serhimde videoya uygun olaraq yazilib. videoda acilan meselenin esas helli ucun ele hokumet addim atmalidir. sen hokumete sozunu deye bilmirsense hansi meselenin hellini etmeye calisirsan ? menim serhimde soyus qeyd edilib ? realligi yazmisam. qebul etmirsense bu sexsi isindir. men de Sekide yasayiram ve kuleyin hardan geldiyini hiss edirem.

    • @mustaffarid
      @mustaffarid  6 місяців тому

      Biz bu kanalda nə videolarda, nə də kommentlərdə heç kimi təhqir etmirik. Sizin icra başçısına iradınız, təklifiniz xüsusi bir sözünüz varsa, açın öz sosial media hesabınızı nə isyəsəz yazın.
      Biz videoda küçə itləri təhlükəsi və elmi yanaşma ilə mümkün həllini deyirik. Siz uşaq tərbiyəsi və icra başçısı haqqında danışırsız.
      Küçədə uşaqlar itlərə daş atmasa, insanlara hücum edən küçə iti olmycaq?
      Yazmısız ki, həll yolu könüllü insanlardı. Könüllü insanların neynəməli olduğunu isə bilmirik. İtləri düzgün, steril əməliyyat etmək üçün həkim və uyğun şərait lazımdır. Hansı ki, o həkim də könüllüdür. İtləri tutan könüllü insanlara xüsusi təlim keçilməlidir ki, nə itləri, nə özlərini zədələməsinlər. Əməliyyat konteyneri üçün lazım olan 5-6 mini könüllü toplamaq ondan sonra da itlərin daşınması üçün nəqliyyat təşkil etmək də sırf könüllü fəaliyyətlə hələki mümkün görünmür. Siz önə çıxıb bu işləri görmək üçün zaman ayırsanız və təşkilatçılıq etsəniz məmnuniyyətlə sizi dəstəkləyərik.

  • @qudretabbasov5350
    @qudretabbasov5350 9 місяців тому +1

    Salam qardaş. Bu yol yanlışdı.nömrəniz varsa yazın, əlaqə saxlayaq. Bəs uşaqların qorxub ömürlük xəstəliklərə düçar olmasına nə deyərdiz? O qədər itlə problemlər çıxır ki... Onları qırmaq yox, yığmaq lazımdır birdəfəlik.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +1

      Həm heyvanlar, həm insanlar üçün ən ideal həll bizim təklif etdiyimizdi. Əməliyyat və vaksin olunan heyvanlar sakitləşir, heç kim üçün problem yaratmır.
      Heyvanları yığmaq deyirsiz, bunu təcrubədən keçirmiş yerlerlə də əlaqə saxlamışıq. Siginacaq hazirlanması, əməkdaş, qida və s. iri büdcədir.
      Mən hər hansı qərarverici səxs deyiləm, araşdırmanın nəticəsini və ən ideal həlli təklif edirəm.
      Əlaqə saxlamaq istəsəniz - 0505729189 nömrəmdi

    • @qudretabbasov5350
      @qudretabbasov5350 9 місяців тому +1

      Qardaş siz çox sağ olun ki, belə məsələləri qaldırırsınız. Amma sizin təklifiniz bir az uzun məsələdir. Qaldı bu məsələlərin həlli ilə Şəkidə əlaqədar orqanlar məşğul olmalıdır. Məsələn icra hakimiyyəti, bələdiyyə, sanitar epidimioloji idarə və s. Şəxsən mən Bakıda hələ uşaqlıq illərində itdən qorxub şəkər, epilepsiya, və s. sağalmaz xəstəliklərə düçar olan uşaqları eşitmişəm. Təkcə dişləməklə qurtarmır. Elə üstlərinə gələndə bəs edir. Qorxu çox xəstəliklərə bais olur. İcra, bələdiyyə cənab prezident demişkən, xalqın qulluqçularıdır. Elə yollara baxanda hiss olunur onların işi. Onların imkanları sizdən qat qat genişdir. Televiziya ilə bu məsələ ilə əlaqəli icraya, bələdiyyəyə gedib əl çəkmək lazım deyil, tam düzələnə qədər. Nə isə bir daha çox sağ olun ki, Şəkimizə belə diqqət verirsiniz.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому +1

      @@qudretabbasov5350 bununla konkret məşğul olmalı qurum Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq xidmətidir yanılmiramsa, onların imkanları bu ölçüdə bi proyeltə kifayət etmir. Sağlıq olsun, yəqin ki, yaxın zamanlarda tədbirlər görülməyə başlanar.
      Mən təşəkkür edirəm, diqqətiniz üçün və kommentiniz üçün

  • @Vafa216
    @Vafa216 3 місяці тому +1

    Xirdalanda cox pisdi veziyet itler cox narahat edir usaqlar derse gede bilmir.

    • @mustaffarid
      @mustaffarid  3 місяці тому +1

      Xırdalan bələdiyyəsinin əməldaşlarını tanıyıram. Yenilik edən, çalışan insanlardı. Müraciət edin, Orxan bəy həll üçün layihə nəzərdə tutar yəqin ki

    • @Vafa216
      @Vafa216 3 місяці тому

      @@mustaffarid vallah inanin her yere sikayet edilib bir tedbir yoxdu.cekilis olunub defelerle. 2016ci ilden Xirdalanda yasayiram.hemin iller yox idi it uzaqi 1ve ya 2 tesadufen gorulerdi.yaxin iki ili lap artiblar ha ki de balalayirlar dehset coxdu ana bala parkin etrafi. Mekteb yolu 9sayli mektebin heyeti giris cixis ara mehle yollar addim basi itlerdi.iki ay bundan once usaqlari mektebe aparanda durduq yerde bes alti it muhasireye alib basladilar hurmeye.bu vezuyyetde bir ananin veziyyetini tesevvur edin.bilmirem usaqlari saxlayim ki qacmasinlar bilmirem hansi birini qovalayim dehset....

    • @Vafa216
      @Vafa216 3 місяці тому +1

      @@mustaffarid xahis edirem eger mehz tanis adam varsa deyerdiz. Itlerin qorxusundan heyet dukan mekteb inanin getmek.olmur. cox vaxt evde otururuq itin elinden.hardasa bir hefte bundan once valideynimizin ustune 3it hucum edib yaziq qiz bir ayaqi bosalib stressden. Oz problem qaygilarimiz bir yana it qorxusu da lap adamin eseblerini birteher edib

    • @Vafa216
      @Vafa216 3 місяці тому

      @@mustaffarid herden öz ozume arzu edirem ki kash seher acilardi deyerdiler itler yiqisib ele sevinerem.Oldurmeyin terefdari deyilem menteqelere yiqila baxilardi. Toplan merkezine zeng etmisdim dediler biz xirdalana baxmiriq Bakiya baxiriq.

    • @Vafa216
      @Vafa216 3 місяці тому

      @@mustaffarid umidim goyde Allajlh yerde sizsiz. Savadinizi isinizi danisiq uslubunuzu semimiliyinizi sevirik ve sizi izleyirik. Ozum Sekide dogulmusam orada 6ci sinfe kimi oxumusam...Sekini sevirem cox sevirem.

  • @hmdlihmd9671
    @hmdlihmd9671 5 місяців тому +1

    İTLƏR EVLƏRƏ HUGUM 3 GÜN OLAR EVİME GİRİBLER UŞAĞİ AZ QALSİN GEMİRMİŞDİ EDİRLER..GEHENEME GÜLLELESİNLƏR GORA GULLELESİN..CCCP VAXTİ BELE İT ZULMU GÖRMÜYÜB CAAMAT GAMATİM GÜG BELAYLA BÖYÜTDÜYÜ UŞAGİNİ YEMELİDİ

  • @qarabag_idman_klubu
    @qarabag_idman_klubu 9 місяців тому +1

    Şəkidə polis orqanları qulluğunuzdadır və sizin təhlükəsizliyinizə cavabdehdir

    • @mustaffarid
      @mustaffarid  6 місяців тому

      Bəli mən çox vaxt gecə 2-3də küçədə oluram, görürəm maşınlarda və piyada mühafizə gəzən əməkdaşları. Sağolsunlar. Hətta ötən gün yoldaşlarla danışırdıq bunu ki, 4-5 il əvvəl gecə küçədə adam görəndə patrullar maşınla qarşızı kəsib sorğu sual edirdilər. Sənədlərimizi götürüb qeyd edirdilər. İndi amma heç belə bir proses yoxdu. Saatdan aslı olmadan küçələrdə gəzə bilirik. Heç kim də heç nə soruşmur.

  • @samadhuseyni9260
    @samadhuseyni9260 9 місяців тому +1

    Şəkidə heç gəzmək olar ? Asfalt örtüyü pis vəziyyətdə , qaranlıqda yaşlı insanlar yıxılmaq ehtimalı yüksəkti.

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому

      Qaranlıq məsələsini həll edirlər yavaş-yavaş küçelər işıqlanır. Yol kənarı drenajların üstünün acıq olmasına görə bizim də dost tanış , qonaqlar yixiliblar, maşın da dusub. İşlər gorulmeyə baslanib. Yəqin bütün problemlərin həlli üçün işlər görüləcək

    • @samadhuseyni9260
      @samadhuseyni9260 9 місяців тому +1

      @@mustaffarid inşa Allah .

  • @user-wb5qo6sg3m
    @user-wb5qo6sg3m 9 місяців тому +1

    hörmətli "professor".sizin təbirinizcə,itlərin nəslini kəsmək lazımdır.itlərin qısırlaşdırılması bir muddətdən sonra onların nəslinin kəsilməsi deməkdir.insan var deyə başqa canlılar olmamalıdır?.mən özum şəkidənəm,amma itlərin mənə hucum etdiyini görməmişəm.iitlər insana hucum etməsi,insanların onlara aqressiv davranmasından irəli gəlir.birdə elə insan var ki,it ondan yaxıdır.bunun əvəzinə şəkinin biabırcı kucələrindən yazsaydınız daha yerinə duşərdi.bir gələn bir də gəlmək istəmir.

    • @mustaffarid
      @mustaffarid  6 місяців тому

      İnsan - it müqayisənizlə razıyam, Şəkinin küçələrində yolun vəziyyəti haqqındakı fikrinizlə də razıyam. Bu video təqribən 3 ay əvvəl hazırlanıb. Bu müddət ərzində uşaq-yaşlı neçə nəfərə küçə itləri hücum edib. Bir nəfər məktəbli qıza hücum ediblər, itlərdən qaçıb yola çıxıb maşın vurub uşağı. Bu kimi hallar çoxalır. Şəhər sakinləri ərizə toplamağa başlayıblar aidiyyatı qurumlara çüraciət üçün.
      İstəsəz kampaniya aparan şəxsin nömrəsini verim sizə, it hücumları barədə əlindəki məlumatları bölüşsün sizinlə

  • @Ali.mamed009
    @Ali.mamed009 9 місяців тому +1

    Düz deyirsen abi sohbet gəlib tutmaqdan getmir onların üstüne gelmesi adamın o sitres o qorxu bes edir insana qorxudan her ne xəstəlik istesen gelə bilir

  • @ulduz4608
    @ulduz4608 9 місяців тому +2

    Çox sağ ol , Oğuzlu gardaş !

    • @mustaffarid
      @mustaffarid  9 місяців тому

      Biz təşəkkür edirik.