Şəhid Niyaməddin Ələkbərov

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • Adı: Ələkbərov
    Soyadı: Niyaməddin
    Ata adı: İsrafil
    Doğum tarixi: 12.07.1989
    Şəhid olub: 02.10.2020
    Rütbəsi: Gizir
    Təltifləri
    
    Vətən müharibəsində böyük şücaət göstərən igid hərbçilərimizdən biri də Niyaməddin Ələkbərov olub. Niyaməddin ali məktəbə qəbul olsa da, vətənə hərbiçi kimi xidmət etməyi üstün tutub.O, əsgərlikdən sonra yenidən orduda xidmətini davam etdirmək istəyib.
    Elə müharibə başlayan zaman da tərəddüd etmədən ön cəbhəyə yollanıb. 32 yaşlı gizir 44 günlük Vətən müharibəsində kəşfiyyatçı kimi düşmənə sözün əsl mənasında qan uddurub. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    Naxçıvanın Sədərək rayonundan olan Niyaməddin hərbi xidməti dövründə nümunəvi hərbiçi kimi seçilib. "Ən yaxsi kəşfiyyat birliyi" adı uğrunda keçirilən yarış zamanı 1-ci yerin əldə edilməsində göstərdiyi səy və bacarığına görə fəxri fərmana layiq görülüb.
    Qəhrəmanımız Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. İgidimiz qalib ordunun qalib hərbçisi kimi tarixə düşüb.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Niyaməddin Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Niyaməddin Ələkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
    Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Niyaməddin Ələkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

КОМЕНТАРІ • 4