Baş ağrılarının GİZLİ SƏBƏBLƏRİ - Miqren olduğunu necə anlayaq?

Поділитися
Вставка
  • Опубліковано 17 кві 2024
  • #BirBax #xalqtəbabəti #ağrı
    #başağrısı #miqren #nevroloq
    Qonağımız: Nevroloq Günel Verdiyeva
    Suallarınızla bağlı həkimə müraciət edə bilərsiniz: 050-553-55-44
    Miqren, daha çox birtərəfli və şiddətli başağrıları olub, ürəkbulanma-qusma, səsə və işığa həssaslıq əlamətləri ilə müşayiət olunan ciddi bir xəstəlik hesab edilir. Miqren ağrısının dözülməzdir, həyat keyfiyyətini aşağı salır və ağrılar saatlar hətta günlərlə davam edə bilir . Hər 4 qadından biri miqrendən əziyyət çəkir . Bu ağrılara səbəb üçlü sinir ucluqlarının qıcıqlanması, iltihab mediatorların qanda artması, bədənimizi idarə edən vegetativ sinir sistemindəki dəyişikliklərdir. Əsasən, boyun bölgəsində yerləşmiş olan vegetativ sinir sisteminə bağlı nasazlıqların aradan qaldırıldıqda miqren ağrılarının azalması qeyd olunmaqdadır. Buna görə miqreni meydana gətirən əsas səbəb anadan olarkən yaşanmış boyun travması və ya sonradan qazandığımız doğru düzgün xatırlamadığımız bir yol qəzası, yüksəkdən düşmə ya da zərbəyə bağlı bir boyun travması ola bilər. Boyun və kürək bölgəmizdəki əzələlərin qeyri-düzgün istifadəsinə bağlı olaraq zamanla zədələnməsi müəyyən bir müddət sonra qarşımıza başağrısı olaraq çıxmaqdadır. Miqren ağrılarını artıran və azaldan faktorlar vardır.
    Miqren ağrılarını artıran səbəblər:
    Bəzi xəstələr miqren ağrısını artıran faktorları çox dəqiq saysalar da, bu hal bütün miqren xəstələrinə aid edilməyə bilər.
    Ümumi olaraq miqren ağrısını provokasiya edən səbəblər aşağıdakılardır:
    - Parlaq və parlayan işıqlar, yüksək səs və səs-küy, dumanlı mühit;
    - Temperatur dəyişikliyi;
    - Kəskin və güclü qoxular və parfumlər;
    - Fiziki və emosional stress, gərginlik, narahatlıq, depressiya və ya aşırı həyəcan;
    - Uzun sürən uçuş səbəbindən həddindən artıq yorğunluq, məşq və aşırı yorğunluq;
    - Allergiya və allergik reaksiyalar;
    - Yuxu rejimi və nizamsız yuxu dəyişiklikləri;
    - Siqaret çəkmə və ya siqaret çəkmə mühitinə məruz qalmaq;
    - Qida rejimində dəyişikliklər, yemək yeməmək və qan şəkərinin düşməsi;
    - Dehidrasiya (həddindən artıq susuzluq);
    - Alkohol istifadəsi;
    - Menstrual tsiklin disfunksiyası, kontraseptiv dərmanların istifadəsi ya da menapauzaya bağlı hormonal dəyişikliklər;
    - Gərginlik baş ağrısının olması;
    - Tiramin tərkibli yeməklər (pendir, qırmızı şərab, hisə verilmiş balıq, əncir, paxla, toyuq ciyəri);
    - Şokolad, fındıq / fındıq yağı, avokado, banan, soğan, sitrus meyvələri və sitrus bitkiləri, süd məhsulları;
    - Fermentli və ya turşu məhsulları və turşuları;
    - Yuxu dərmanları, kontraseptiv dərmanlar, hormonal dərmanlar ...
    Miqren ağrısına səbəb olan faktorlar heç də həmişə miqrenin səbəbi deyil, miqrenə səbəb olan amillərdən qaçmaq isə miqrenin qarşısını almır. Hər kəsdə miqren ağrısını provokasiya edən faktorlar fərqlidir.
    Miqrenin əlamətləri nələrdir?
    Miqrenin əlamətləri başın bir tərəfinə: daha çox gicgah, ənsə və gözə yayılan ağrılar olub, boyun əzələlərinin spazmı və yanaşı olaraq ürəkbulanma, qusma, səsə və işığa həssaslıq aid edilə bilər. Qusmadan sonra bir çox xəstələrdə başağrılarının azalması miqrenə xarakterik göstəricidir Miqren öncəsi əlamətlər: göz önünüdə rəngli işıqlar, qara kölgə, müxtəlif qoxular, əllərdə və ya üzdə uyuşma, qarışqa gəzmə hissinin olması "aura" adlanır və bir çox xəstə bu əlamətlər meydana gəlməyə başladığında müəyyən bir müddət sonra miqren ağrısının meydana gələcəyini deyir.Hər miqren ağrısı eyni olmasa da, miqren tipik simptomlarını aşağıdakı kimi göstərə bilərik:
    - Orta və ya ağır baş ağrısı, başın bir tərəfində ağrı adətən məhduddur;
    - Ağrı əsasən, nəbz atışı şəklindədi, pulsasiya edicidir;
    - Fiziki fəaliyyət ağrıları kəskinləşdirir;
    - Ağrı səbəbi ilə gündəlik təkrarlanan fəaliyyətlərdə çatışmazlıq və gücsüzlük gözlənir;
    - İşıq və səs-küyə qarşı həssaslıq artmışdır və bu həssaslıq səssiz və qaranlıq bir otaqda uzanaraq azalır.Tipik olaraq xəstələr səssiz və qaranlıq bir otaqda uzanmaq istəyirlər;
    - Bəzi xəstələr tərləmə, temperatur dəyişikliyi, qarın ağrısı və ishal kimi əlamətlər göstərir.
  • Наука та технологія

КОМЕНТАРІ • 22

  • @birbaxkanal
    @birbaxkanal  2 місяці тому +2

    İzlədiyiniz üçün təşəkkürlər. Suallarınızla bağlı yaza bilərsiniz🤗

  • @asifesgerov3284
    @asifesgerov3284 2 місяці тому +3

    Coxlu - coxlu sag olun

  • @sapazmikayilov4406
    @sapazmikayilov4406 2 місяці тому +2

    Allah razı olsun

  • @iradqafarova2106
    @iradqafarova2106 2 місяці тому +1

    Təşəkkür doktor ❤

  • @kovakadini88
    @kovakadini88 2 місяці тому +2

    İzləyək ...👣🙄😒🤔✌️

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +1

      Təşəkkürlər🙏🏻

  • @telmanwabanov9792
    @telmanwabanov9792 2 місяці тому +1

    Ilk coxxxxxxx sag olun

  • @user-lh6zy3fi9o
    @user-lh6zy3fi9o 2 місяці тому

    ❤❤❤❤❤

  • @emrahesirli3127
    @emrahesirli3127 2 місяці тому

    Salam menim bawimda xroniki iwemik ocaqlar var mùalice aliram hec xeyrin gòrmùrem cox ezyet cekirem iwemik ocaqlar nedir ???

  • @user-rn3bl7by1h
    @user-rn3bl7by1h 2 місяці тому +1

    Mənim başım ağrıyır alnım içəridən elə bilirəm buz kimidi o nədəndi zəhmət olmasa diyərdiz

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Videonun üzərində nömrə

  • @emrahesirli3127
    @emrahesirli3127 2 місяці тому

    Mùaliceyle tam azad ola bileremmi???

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Bəli, həkimkə əlaqə saxlaya bilərsiz

  • @elchinaliyev774
    @elchinaliyev774 2 місяці тому +2

    Düz 30 ildir miqren dən əziyyət zülm çəkirəm.son illər biraz azaldı.müalicə etdim

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +1

      Allah şəfa versin

    • @elchinaliyev774
      @elchinaliyev774 2 місяці тому

      Çox sağol təşəkkür edirəm@@birbaxkanal