Biz niyə kəşf edə bilmirik ?

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 121

  • @m.m2429
    @m.m2429 9 місяців тому +3

    Irandan size salamlar sevgiler.Azerbaycanda bele programlarin olmasi bizim üçünde faydalıdır.var olun.🙏❤🇦🇿🌹

  • @ramalabasov21
    @ramalabasov21 9 місяців тому +2

    Akşin bəyə böyük təşəkkür düşür ki belə bir məclisi təşkil etmişdir. Səlahəddin müəllimin və digər qonaqların fikilərini dinləmək çox xoş oldu. Davamlı olmasını azu edərdim.Var olun.

  • @lemanismayilova541
    @lemanismayilova541 9 місяців тому +5

    Belə intellektual söhbətlərə cəmiyyətin ehtiyacı var.Hörmətli ziyalılarımıza təşəkkür edirik..Tural bəy mənim savadlı tələbələrimdən olub..Onu görməyimə şad oldum..

  • @shamilenveroglu5788
    @shamilenveroglu5788 9 місяців тому +13

    Dəyərli Səlahəddin müəllim çox gözəl izah verdi mövzulara. Belə dəyərli insanları dinləmək gərəkdir. Bütün iştirakçılara uğurlar arzu edirəm👏👏👏

  • @ZZZ-rl1hs
    @ZZZ-rl1hs 9 місяців тому +4

    Nə gözəl vetiliş! Uğurlar.

  • @scorpioscorpio998
    @scorpioscorpio998 9 місяців тому +2

    Çox gözel bir formatdi . Davami gelsin .

  • @isgandarsardarli6196
    @isgandarsardarli6196 9 місяців тому +6

    Ziyanızı, nurunuzu halal edin, əziz insanlar. Təşəkkürlər! Növbəti söhbətinizi səbirsizliklə gözləyəcəyəm.

  • @rashidabdullayev4788
    @rashidabdullayev4788 9 місяців тому +2

    Qəşəng alınır. Müzakirəyə mövzu qoymamaq da olar ilk vaxtlarda, qoy təkcə elmdən söhbət getsin. Bu dinləyici kütlənizi formalaşdıracaq. Sonra isə "Teke-tek" kimi konkret mövzular əhatə oluna bilər. Möhtəşəmsiniz! Uğurlar. Əbu Tərxanı, Yalçın müəllimi əldən buraxmayın - yoxsa "Məclisi-üns"ə dönər verilişiniz...

  • @БабекХидиров
    @БабекХидиров 6 місяців тому

    Mmukemmel proqramdi. Teşekkurler Daha tv layihesine😊

  • @qurbanoruclu6117
    @qurbanoruclu6117 9 місяців тому +9

    Burdaki ƏDEBİYYAT ADAMLARİNNAN DAHA COX FİLOSOF DAHA BEDİİ YANASDİ BUTUN MESELELERE ♥️

  • @ocaqverdibagirov4792
    @ocaqverdibagirov4792 9 місяців тому +23

    Müəllimin sonda uğuru qismətə bağlaması elə əsl şərq təfəkkürünün bariz nümunəsi idi.Oturaq qismətimizi gözləyək.

    • @MrBest-xs2ok
      @MrBest-xs2ok 9 місяців тому +2

      Qismətimiz də əməlimizə baglidir axi...

    • @kesaava9235
      @kesaava9235 9 місяців тому +2

      Qismət day day anlaminda😢.bu prinsip olduğu surece keşfler olsa bele elm yatacaqqq

    • @FrieddrichNietzsche
      @FrieddrichNietzsche 9 місяців тому

      Bu qəzəb dolu nəticəyə necə gəldiyinizi anlamaq üçün gərək eşitdikləmi unudum . 😢 . Heyrətamiz insanlarımız var .

    • @fuadmustafa5821
      @fuadmustafa5821 9 місяців тому

      Mən uzanıb gözdiyirəm kisməti

    • @Özünükəşfet
      @Özünükəşfet 5 місяців тому

      ​@@fuadmustafa5821
      Allah bu dünyanı səbəblər aləmi olaraq yaratdı.. Qismətivi axtaracaqsan .Çalışacaqsan..
      Atalar sözü vareee lətfəsi səndən uzaq. Yatan öküzün duran öküz başına ...... .
      Qalx hərəkət elə

  • @tahminahashimi
    @tahminahashimi 9 місяців тому +9

    Səlahəddin müəllimin sözlərində böyük həqiqət var. Hər elmin fəlsəfəyə ehtiyacı var.
    Ümumiyyətlə, elm təcrübi fəlsəfədir, başqa da heç nə.

    • @elnursuleyman2294
      @elnursuleyman2294 9 місяців тому +1

      Əla!

    • @Mzahirsadiqov-eq8cu
      @Mzahirsadiqov-eq8cu 9 місяців тому

      Çox doğru ELM TƏCRÜBİ FƏLSƏFƏDİR Heç bir Müəllimə ehtiyac olmadan da

    • @JavanshirAzizov
      @JavanshirAzizov 9 місяців тому

      Səlahəddin müəllim başqalarını sanki aşağılamağa çalışır. Yaşlıdır deyə düşünür ancaq hər şeyi özü bilir. Öz dediyi fikri başqası deyəndə ona belə qarşı çıxır. Heç yaxşı görünmür belə xəbis xarakter.

  • @sozungucu8582
    @sozungucu8582 9 місяців тому +6

    Kölələr düşünə bilməzlər, düşünə bilməyən isə kəşf edə bilməz. Ən azı arxasındakı şəkillər sizi düşünməyə qoymaz.

  • @ayxanayxan-dm3ds
    @ayxanayxan-dm3ds 9 місяців тому +2

    Yalçın bəy doğru qeyd etdi, intuisiya təcrübə ilə bağlıdır. Bu cür müzakirələr faydalıdır, amma gərək hamıya eyni dərəcədə vaxt verilə. Bu verilişdə isə əsasən bir nəfər danışır.

  • @serxanrustemovvlog
    @serxanrustemovvlog 9 місяців тому +2

    Təşəkkür edirəm, maraqlı müzakirə olub!

  • @SahilDunyamaliyev-p3r
    @SahilDunyamaliyev-p3r 9 місяців тому +2

    Bu cur verlislerin ve proqramlar sayi artmalıdir butun bu cur sebebkarlari tebrik edirem

  • @tdvideo88
    @tdvideo88 8 місяців тому +2

    Yararsız müzakirə idi. Bu elmi söhbətdən çox kimlərinsə fikirlərinin təbliği idi. Vətəndaşları irəli getməkdən çox, olduğu yerdə saymağı təlqin edirdi... Ayıb olsun sizlərə

  • @suleymanmalikrzayev283
    @suleymanmalikrzayev283 9 місяців тому +1

    Allah razı olsun sizlerden

  • @imranhsn812
    @imranhsn812 9 місяців тому +1

    Qəlbən şair olmayan əsl riyaziyyatçı ola bilməz ,,...Nə qədər uzağa tullanaraq da ... qabağa düşə bilmərik...Bir də dünyada ən mükəmməl füqur ...nüvə, göz ,baş,təkər,planetlər,
    Dövrü ilkinə qayıdış ,təkrarın intibahı və üst qatı.
    Təəssüratlarım!

  • @s.e5112
    @s.e5112 8 місяців тому

    Əla, davamı gəlsin

  • @GenceVip-yc9wi
    @GenceVip-yc9wi 6 місяців тому

    Yalçına simpatiyam var , bilik çevrəsi , məntiqli izahları möhtəşəmdir.

  • @Eli-i1y
    @Eli-i1y 9 місяців тому +2

    Gözəl müzakirələr oldu təşəkkürlər

  • @azrfiridun7675
    @azrfiridun7675 9 місяців тому +2

    Çox böyük zövq aldım, əməyi olanlara təşəkkürlər...

  • @РамилГасанов-с7ч
    @РамилГасанов-с7ч 7 місяців тому

    Halal olsun

  • @ilqaraliyev757
    @ilqaraliyev757 9 місяців тому

    Əla. Çox şey öyrəndim. Səlahədin Xəlilovu özüm üçün kəşf etdim.

  • @yusif-joseffabbasli
    @yusif-joseffabbasli 9 місяців тому +1

    Şərhlərdə bir çoxu görünən işıq deşiyinə çomaq soxmaq istəyənlərdir. Hər zaman olub belələri. Bizim bədbəxtliyimiz də buradadır.
    Sevərək və minnətdarlıq hissi ilə dinlədim. Təşəkkürlər əməyi olan hər kəsə. Var olun! Axarıncı olsun 🙌

  • @alikarimli6724
    @alikarimli6724 9 місяців тому +2

    👍🏼 Bu formatda interaktiv görüşlər olsa çox minnətdar olardım. UA-cam üzərindən də etmək mümkündür məncə

  • @samirshirinbeyzade
    @samirshirinbeyzade 9 місяців тому

    Lənət olsun gözəl danışlar

  • @umid_shirinov
    @umid_shirinov 9 місяців тому +1

    Təşəkkürlər

  • @araznebiyev6389
    @araznebiyev6389 9 місяців тому +1

    Arxa fonda görünən kitablar necə də gözəldir. Yaltaqlığın bariz nümunəsini nümayiş etdirirsiniz.

  • @JavanshirAzizov
    @JavanshirAzizov 7 місяців тому

    Sülhəddin bəyin daxili paxıllıq hissini nəzərə almasaq kifayət qədər gözəl çüzakirə idi.

  • @babayi-əmir
    @babayi-əmir 9 місяців тому

    Maraqlı müzakirəyə görə hər kəsə təşəkkürlər!
    Mövzunun başlığını oxuyan kimi dərhal yadıma fransız mütəfəkkiri Paskala aid edilən bir aforizm düşdü. "Gözlənilməz kəşfləri hazırlıqlı başlar edir."
    "Allahdan buyruq,ağzıma quyruq" düşüncəsiylə kəşflər etmək mümkün deyil!
    Yalçın müəllimə məxsusi salam! Sizi görməkdən və dinləməkdən şad oldum.

  • @gulshansadikhova
    @gulshansadikhova 9 місяців тому

    Yalçın müəllim❤ Həyat və anlayış təbiətdən başlayır.Təbiət elmıləri olmadan həyatı və fəlsəfəni izah etmək mümkün deyil

  • @gunaybabazade
    @gunaybabazade 9 місяців тому

    Çox əla👍🏼👍🏼

  • @neftcala_elovset_eliyev
    @neftcala_elovset_eliyev 11 днів тому

    Səlahədin müəllim, Siz həmışə gəncsiniz, fikriniz, təfəkkürünüz gənc, təravətlidir, çalışın gənclərdən ayrílmayın, onları meydanda tək qoymayın. Sizin kimi kamil şəxsiyyətsiz cavanlar çox səhv məqamlara gedə bilərlər. Səhv etmək eyib deyil, səhvdə inad göstərmək ayıbdır.

  • @rovshenquliyev5298
    @rovshenquliyev5298 9 місяців тому +4

    Arxasında kitab rəflərində ancaq bir adamın "yazdığı" kitablari düzüblər. Hanı bəs orda həqiqi alım, yazıçı, şair, akademik, professorların kitabları?

  • @sabuhirustamov242
    @sabuhirustamov242 9 місяців тому +1

    Gözəl layihədir. Müzakirə videolarınızı qaçırmamağa çalışıram.
    Filosof Müşfiq Şükürov müəllimi də dəvət etsəniz, DAHA da yaxşı olardı, düşünürəm

  • @elshanspb3396
    @elshanspb3396 9 місяців тому +3

    Салахаддин Халилов был моим преподавателем. Учёный с большой буквы и чуткий человек. С почтением из Санкт-Петербурга Хейри Эльшан

  • @neftcala_elovset_eliyev
    @neftcala_elovset_eliyev 11 днів тому

    Mən çox gənc, gənc demişəm, diskusiyanín digər dəyərli iştirakçılarí da artıq çox da gənc deyilkər, hamísína da dəyər veririrk, ümumən gəncliyi təmsil edirlər. Səhv etmək gəncliyin səlahiyyətidir, amma inad göstərmək təhlúkəlidir. Gəncliyi məhz belə ziyanlı inadcíllíqdan qorumaq lazímdır.

  • @АрастунМехтиев
    @АрастунМехтиев 9 місяців тому +1

    Biz özümüz yeniliyə can atmırıq, başqalarının hesabına yeniləşməyi üstün tuturuq.Ona görə də heç nə kəşf edə bilmirik.

  • @neftcala_elovset_eliyev
    @neftcala_elovset_eliyev 11 днів тому

    Səlahəddin müəllim, bir daha təşəkkúr edirəm, elmin mədəniyyətə dəxli olmadíğını və bir çox belə məqamları yerində aydínlaşdırdínız.

  • @agilahmadov76
    @agilahmadov76 9 місяців тому +2

    Bu gedişlə Nobelin n-na yaxın düşmək mümkün olmayacaq !

  • @elvinqasimov1989
    @elvinqasimov1989 9 місяців тому

    Davamı gəlsin👍

  • @Гасрат-я5л
    @Гасрат-я5л 9 місяців тому +2

    Sizi kimi yaltaglar olmasa,hər birimiz alim olarıg.Bizi idarə edənlərin şəkilini evlərimizdən və iş otaglarından asırıg,çunki,onları əzizlərimiz hesab edirik.Su başdan bulanır.

    • @FrieddrichNietzsche
      @FrieddrichNietzsche 9 місяців тому

      Düzəltmək çətindir , söymək asandır . İnciməyin amma bu xasiyyət sizi hələ çox incidəcək.

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251 9 місяців тому

    Ugurlar

  • @bxtiyartalbl5483
    @bxtiyartalbl5483 9 місяців тому +1

    Əməyi keçən hər kəsə təşəkkür

  • @aflatunmammadov
    @aflatunmammadov 9 місяців тому +1

    Müzakirə mövzusunun aktuallığı ondadır ki, verilişin iştirakçıkarı daha yaxşı bilirlər durum niyə belədir… mücərrəd fəlsəfəni sadə məntiqlə izah edəbilən mütəfəkkir düşəncəli filosof alimlər sonda gərək ki, səbəbini də deyəidilər…

  • @Ceferli_Cavid
    @Ceferli_Cavid 9 місяців тому +2

    Aqşin bəyin gözəl yumor hissi söhbəti daha da maraqlı edib.👍🏻

  • @OnOff538
    @OnOff538 9 місяців тому +1

    Biz öyrəşmişik elmdə yenilik deyəndə hətda elmdən kənar insanların da başa düşəcəyi sadə və qəşəng adı olan kəşflərdən danışmağı. Amma son onilliklərdə dünyada əsas yeniliklər mövcud həlləri inkişaf etdirməkdən ibarətdi. Buna baxmayaraq, bizim alimlərin, elm adamlarının elə də ciddi praktiki əhəmiyyəti olan elmi nəaliyyətləri yoxdur.

  • @OrxanEsedli
    @OrxanEsedli 5 місяців тому

    Videoları montaj etsəniz aradakı boşluqları kesseniz yaxşı olar.

  • @ilhamamammadova50
    @ilhamamammadova50 9 місяців тому +1

    Çox sağ olun. O qeder maraqli meselelerdir ki... 👍🤔👏

  • @anlama_sanati
    @anlama_sanati 9 місяців тому +3

    Rusiya 35 ildir fizikada nobel mükafatı almır kimi informasiya getdi. 2000 - Alfyorov, 2003 - Qinzburq, 2010 - Novoselov bunlar fizik deyildi?

    • @subhanpadarov8656
      @subhanpadarov8656 9 місяців тому

      Ve Abrikosov da var... bu .... ciddiyyet şamil etmek gerek deyil.

  • @seyfeddinkazimov1272
    @seyfeddinkazimov1272 9 місяців тому +1

    Səlahəddin müəllim mükəmməldir. Hamınız sağ olun.

  • @IBOSHEMS
    @IBOSHEMS 9 місяців тому +1

    Təhsil sistemimiz düşünməyə yox robotlaşmağa meyilliıik öyrədir . Orta məktəb bitdikdək sonra ali təhsil müəsiisələri təhsil vermir.90%ixtisaslarda boş mənasız fənnlər oxuyir tələbələr hansı ki o ixtisasda ona o lazım olmayacaq. Yəni qısacası coğrafiyya qədər dir və bu stressli genetik yaddaşımıza əlavə başqa stressler yüklənir,lazımsız yüklər bununla 500 il keçsə də heç nə kəşf etmək olmaz.
    İbtidai sinifdən uşaqlara analiz etmə qabiliyyəyini itirmək üçün təhsilimiz əlindən gələni edir .

  • @ramina1029
    @ramina1029 9 місяців тому

    Bir şeyin olması üçün yatırım lazımdır. Boş danışmaqla iş aşmaz.

  • @KaluarikasiKatakikuru
    @KaluarikasiKatakikuru 9 місяців тому

    Keshf etmek ucun elmle yanawi azad ,guclu tessevure malik olmaq lazimdir.Bunu ise bizde ushaqliqdan ,orta mektebden bogur azad dushunmeye qoymurlar.

  • @Safgubre
    @Safgubre 7 місяців тому

    Reqlamentə diqqət edilməlidir. Səlahəddin müəllimin hər fikrə müdaxilə edib öz şəxsi mövqeyini uzun və can sıxıcı bir şəkildə izah etməsi proqramın dadını qaçırır.

  • @sirinsamedov4421
    @sirinsamedov4421 9 місяців тому +1

    Nəyisə kəşf etmək üçün gündəlik məişət problemlərindən azad olmaq lazımdır.o da ki Şükur Allah bizdə nə qədər istəsən var (yəni məişət problemləri)

  • @samirshirinbeyzade
    @samirshirinbeyzade 9 місяців тому

    ❤❤❤

  • @niw385
    @niw385 9 місяців тому +1

    Gözüm ağrıdı heydəri görməkdən , başqa kitab yoxdu fona qoymağa ? Başı qarışıb Heydər haqqında yazmağa , ona görə kəşf yoxdu yəqin )

  • @zakariyyarashidov1226
    @zakariyyarashidov1226 6 місяців тому

    Bizdə elmə qiymət verən yoxdur.onagörədə yeni kəşflər yoxdur .Adi həkimlər öz ixtisası qalıb hamı fəlsəfə elmləri doktoru olub onda onlar artıq həkim yox getsin fəlsəfəilə məşğul olsun.

  • @scorpioscorpio998
    @scorpioscorpio998 9 місяців тому

    Like

  • @ocaqverdibagirov4792
    @ocaqverdibagirov4792 9 місяців тому +2

    Mən belə başa düşdüm ki elm elə də lazımlı bir şey deyilmiş.Din və ədəbiyyat varsa hər şey var.Əgər xoşbəxtlik elmdə deyilsə niyə elmli ölkələr xoşbəxtdir?
    Elmli adamımız heç olmasa milyonda bir olsun də.Guya o qədər elmimiz var hər kəs elmli olacaq din və ədəbiyyat itəcək.

  • @ismaylnzrli6242
    @ismaylnzrli6242 9 місяців тому

    👍👍

  • @pervizqubadov2095
    @pervizqubadov2095 9 місяців тому +1

    Biraz daha xalqın başa düşəcəyi dildə və bacardıqınız qədər hər yerdə ödənişli reklamlar açaraq qısa short videolar ilə kütlələrə çatsanız əla olar. Uğurlar 🙏🏻

  • @arifpanahov9203
    @arifpanahov9203 9 місяців тому

    ♥️

  • @GünəşTV
    @GünəşTV 9 місяців тому

    Biz rüşvət torbasından çıxsaq, ən yeni kəşfləri edə biləcəyik.

  • @Sadiq.eliyev
    @Sadiq.eliyev 9 місяців тому +3

    Yalçın mellim nedənsə narazıdır amma deqiq tuta bilmirəm deyəsən Yalçın mellimə görə 'bütün kəşflər üzərində çox düşünülüb deyə meydana gelib' yəni ilham pərilərinə inanmır

  • @RezoAliyev
    @RezoAliyev 9 місяців тому

    Məncə söhbət elə bil bir az abstakt alınıb..Tətbiqi olsaydı daha maraqlı olardı..Cəmiyyətin inkişafının müasir problemlərini yenə də antik dövrə bağlamağın nə qədər produktiv olmasını deyə bilmərəm. Mən fəlsəfəçi deyiləm. Bu baxınmdan Yalçın bəyin mülahizələrini dəstəkləyirəm..Uğurlar!

  • @efqanesgerzade3957
    @efqanesgerzade3957 9 місяців тому +2

    Alimlərdən keçib türk sözlərinə.
    Etkiliyib. Bu alimlər hara dıgırlanırlar.

    • @higgsbozonu6909
      @higgsbozonu6909 9 місяців тому +2

      Hansı dildə danışmalıdırlar bəs? Fransız dilində ?

    • @higgsbozonu6909
      @higgsbozonu6909 9 місяців тому +1

      Hansı dildə danışmalıdırlar bəs? Fransız dilində ?

    • @efqanesgerzade3957
      @efqanesgerzade3957 9 місяців тому

      Axırbaycan dilindəGüya bilmirsən nə demək istədiyimi..​@@higgsbozonu6909

    • @fuad659
      @fuad659 6 місяців тому

      Yalan danışma. Bəzi bisavadlar elə danışır. Səndə gizli bir qərəzlilik var.

  • @fexreddineliyev9755
    @fexreddineliyev9755 9 місяців тому

    ELM ! - bünörəsi-kökü , gövdəsi və budaqları olan bir ağacdırsa,.....
    ... bu deyilənlərin heç biri bizdə yoxdu
    ...həm də bu gün Dünyada Elm dən çox ! Məlum olanların TƏDBİQ edilməsi məsələsi GÜNDƏMDƏDİR !
    ...ki, o da biz də yoxdu , TƏƏSSÜFLƏR Kİ....

  • @valehaliyev1177
    @valehaliyev1177 9 місяців тому +2

    Bunlar nə danışıre. Əsgərinin cinsiyyət orqanına cərəyan qoşmaği bəs kim kəşf edib. Özüdə Tərtərdə.Daha o birilərini demirəm.

  • @MehmanXlilov
    @MehmanXlilov 9 місяців тому

    Nə qədər ki arxanızda o kitablar, başınızın üstündə o şəkillər var, sizdən zirt da olan deyil

  • @ОрханСкептик
    @ОрханСкептик 9 місяців тому +3

    Tural olan heç bir videoya baxa bilmirəm. Adam konkret öz fikrini çatdıra bilmir. Əziyyət çəkir konkret.

  • @samirshirinbeyzade
    @samirshirinbeyzade 9 місяців тому

    Xalqla qaynıyıb qarışmaq lazımdır yoxsa belə ağır terminlərdən istifadə etməklə dinləyicilər arasında uçurum yaranacaq

  • @Tahir-b8o6h
    @Tahir-b8o6h 9 місяців тому

    Bir zamanlar belə bir lətifə vardı:azərbaycanlılar niyə kosmosa uça bilmirlər?.digəri cavab verir.əgər orda iri bazar açılsa,birinci uçan azərbaycanlılar olacaq.

  • @behruzehmedov565
    @behruzehmedov565 9 місяців тому +2

    Bu fəlsəfə nüəllimi sanki leksiya deyir. Sadə daha çox sadə dildən danışnama üstünlük vermirlər. Magistratirada dərs deyirlər sanki))

  • @neftcala_elovset_eliyev
    @neftcala_elovset_eliyev 11 днів тому

    Bax, polemika budur. Səlahəddin müəllim kimi geniş eridusiyalı alímsız, filosofsuz aparílan söhbətin sonunda hökmən naqislik olur. Aqşin bəyin fəlsəfi söhbətlərində dərinlik qədər də yanlış istiqamətlər də mûşahidə olunur. Belə søhbətlərdə Səlahəddin müəllim səviyyəli şəxsiyyəti olduqca vacibdir.

  • @eminbaba6336
    @eminbaba6336 9 місяців тому

    Salam.
    Talstoyun yazdiqlari böyüklər üçün nagil oldugunu kəşf edə bıldınızmı ???
    2.;Məcnunlar ; çoxdur , səhralar yoxdur.
    3.keçmışımızı bugünümüzü sabahimizi qorumaq üçün bızə əlı müasır sılah tutan oglanlar kışılər lazimdir.
    4.Kəşf etmək üçün kəşf edə bıləcək mütəxəssıslırı KƏŞF etmək lazimdir.
    5. Testı kəşf edənlər kəşfı məhv etdılər.
    6. Kəşf edən müasırlərımız ortabab futbolçunun qazandigini qazana bılırmı ???
    6. Kəşflər olmayanda ınsanlar natural məhsullar yeyırdılər.nıdı genı modıfıkasıya olunan məhsullar yeyırık.
    Hörmətlə
    Adıl müəllım.
    Mıngəçevır.

  • @vaqifagayev3893
    @vaqifagayev3893 9 місяців тому +1

    MƏNİM ƏZİZLƏRİM SİZİN İZAHLARINIZ SİZİN FİKRİNİZDİR YOXSA ELMİ TƏHLİLDİR ...
    JƏR BİR ELMİN ÖZÜNÜN METASI , FƏLSƏFƏSİ VƏ SƏBƏB NƏZƏRİYYƏLƏRİ VAR ... DÜŞÜNCƏ İLƏ FAKTİK REALLIQI ÜST ÜSTƏ İZAH EDİB ÜMUMİLƏŞDİRMƏK KÖKÜNNƏN YANLIŞDIR....MƏLUM TERMİNNƏRİ ƏSAS OLARAQ GÖTÜRÜB ONUN ÜZƏRİNDƏ DEDİYİNİZ BOŞLUQU ƏLAVƏ FƏLSƏFİ LAZIM KİMİ ORTAYA QOYMAQ OLMAZ....HÖRMƏTLƏ

  • @cahan2015
    @cahan2015 9 місяців тому

    Sizin keçən dəfəki masada kultrologiya , fəlsəfə müzakirəsinə rast gəldim . 1 nümunə deyim Ağayar Şükürov kitabların, elmin necə məhv etdi bu idarəçilik ona göz atın kifayət edir.

  • @turaldadasov104
    @turaldadasov104 9 місяців тому +1

    Milli Elita bu Ziyalılar olmalıdır

  • @qurbanoruclu6117
    @qurbanoruclu6117 9 місяців тому

    Aqsin bey eseb oluram siz her defe Qerbden misal kecirsiz bir defe Serqden misal cekirsiz .Siz nie stekanin dolu terfine baxirsiz?

  • @azadquliyeva5209
    @azadquliyeva5209 9 місяців тому

    Belə söhbətlər maraqlıdır. Əlbəttə, ustad sözü daha mükəmməldir. Lakin dilin elmi,təfəkkürü ifadə edə bilmədiyi fikri doğru deyil. Azərbaycan dili bütün elmi, fəlsəfi və sair fikirləri ifadə etməyə qadirdir. Özü də yüksək səviyyədə. Lakin dilə,kökə dərindən bağlanmaq lazımdır. Dil elə bir alətdir ki, istifadəçidən məharət tələb edir. Dilə kənardan baxıb,incəliyi dərk etməyənlər onun ifadə gücünü düzgün dəyərləndirməlidir. Azərbaycan elmi, ədəbiyyatı...hər biri dünyada müvafiq sahələrə çox töhfə verib. Bütün bunlara münasibət bildirdikdə daha dəqiq və konkret fikirləri, hədəf seçilən mövzunun dəqiqliyini seçsəniz çox maraqlı olar.
    Elmə gəlincə, bu yüksək səviyyədə təhsillə mümkündür.

  • @Safgubre
    @Safgubre 7 місяців тому

    Dərs havasında keçdi bu müzakirə. Sanki fəlsəfə müəllimi tələbələrə dərs keçir. Onların səhvlərini tutur . Bu doğru format deyil. Hər kəsin eyni dərəcədə fikirini bildirməsi vacibdir

  • @s.e5112
    @s.e5112 8 місяців тому

    Aqşin bircə türk sözlərini leksikonunda azaltsan daha gözəl olar.

  • @serxanrustemovvlog
    @serxanrustemovvlog 9 місяців тому

    Aqşin Yenisey: "Kənddə bulaq yoxdur, okeonologiya oxuyub"😂😂

  • @misamisa4205
    @misamisa4205 9 місяців тому

    biz ölkede kesfıer rüsvet ogurluq yaltaqliq qorxaqliq sahesinde yaxsi inkisaf edib

  • @idrisnesirov9235
    @idrisnesirov9235 9 місяців тому

    650 və yuxarı bal toplayan məzunların ali məktəbdən sonrakı HƏYATI ilə maraqlansaz sualınıza CAVAB taparslz,əminəm!

  • @JesusLord3
    @JesusLord3 9 місяців тому

    Ziyalılarımız dil krizisi yaşayırlar.Dilimiz Kifayət etmir fəlsəfə tarixini və məsələlərin fəlsəfəsini izzah etsin.Bizdə bir Pr.Dr Ahmed Arslan (Fəlsəfə ve Mədəniyyət Tarixçisi) yetişmir dilimizin zəngin olmadığına görə.Lazim olmayan terimləri istifadə etməyə gərək yoxdur.Qarşılaşdırma, müqayisə etmək lazımdır bu kimi məsələri izzah etmək üçün.Yunan fəlsəfəsini hər tərəfli bilməyən ziyali İ.Kant F.Hegel M.Heideger adlarını çəkməsi mənasizdir həqiqətən. Fəlsəfə bir dil diskurudur dövrümüzdə.Niyə qəlizdəzdəşdirirsiniz axi fəlsəfəni? Özlərinə sığışdirmirsinizki cəmiyyət bulari birdən qəbul etməz.Mucərrət belə gəldi,elə getdi kimi ifadələr krizisdədir,yeni metod lazımdır cəmiyyətimizə.Hörmətlə

  • @Mzahirsadiqov-eq8cu
    @Mzahirsadiqov-eq8cu 9 місяців тому

    Bu adam nə danışır,Marks dinin rasional düşüncəyə mane olduğunu düşünürmüş hər halda... Bir də ki,elmin varlığı elə mücərrədliklə bağlıdır,konkretlik,mütləqlik yarananda artıq elm tükənir,ona ehtiyac qalmır.

  • @FexredinIsgenderov-ye2pb
    @FexredinIsgenderov-ye2pb 8 місяців тому

    Müstəqil adam olsanız kəşf edə bilərsiniz

  • @Shamilkhanataev
    @Shamilkhanataev 9 місяців тому

    Tural, Yalçın, Qismət, Aqşın, Çempiyonlar liqası ölüm qrupu😂😂

  • @Özünükəşfet
    @Özünükəşfet 5 місяців тому

    Yalçın müəllimnənsə Səlahəddin müəllim daha məntiqli görsənir.. İnsanı maşın virarkən nevralogiya nə bilim nə işə düşür bəs onları işə salan nədir?
    Xeyir ola robotda düşmür insanda düşür?
    Noyə Allahın adını çəkmirsiz?
    Siz nə qədər araşdırsanız hər şeyi bilə bilməyəcəksiz..
    Çünki haqq olan Allahı hələ tapa bilməmisiz..
    Bir müsəlman pinəçinin bildiyi sizin əlinizdə yoxdur...
    Hamınızdan üzr istəyirəm..Dünyəvi elmdə əldə etdiyiniz naliyyətlərə alqış desəm də dini biliklərdə Allahı tapa bilməməyiniz çox üzücüdür

  • @Fazilaliev29
    @Fazilaliev29 9 місяців тому

    Men adim kimi eminemki birde Selahittin beyi cagirmayacaqlar bunlar)) yixib surudu konkret😊 bunlari bey yasinin coxluqundan istifade edib surudu bunlari

    • @JavanshirAzizov
      @JavanshirAzizov 9 місяців тому

      Səlahəddin bəy öz paxıllığını gizlədə bilmir. Bu cür insan həqiqi filosof ola bilməz.

  • @rovshanmamedov9763
    @rovshanmamedov9763 7 місяців тому

    Niyə boşboğazlıq edirsiz?Ayıb deyil?Siz isdedad sahiblərisiz!Millətin sizə ehtiyacı var.KONKRET olmaq lazımdır.
    Sual:Sizə qulaq asıb,nəsə kəşf etmək olar?Hər kəşv,beyin məhsuludur.Danışırsız beyindən danışın.Beyini hiss etməkdən,işlətməkdən danışın.

  • @heyderhuseyn4762
    @heyderhuseyn4762 9 місяців тому

    Səlahəddin məl ancaq danışdı

  • @arzushukurov8241
    @arzushukurov8241 9 місяців тому +1

    Ağsaqqal olmasaydı daha maraqlı söhbət olardı

  • @МамедовХ.Х
    @МамедовХ.Х 9 місяців тому +1

    Hara ğetdiz cıxdız? Fəlsəfə, nə bilim materializm, a kişilər hanı Azərbaycanın ziyalıları? Cəmiyyətə baxın, nə ğündədi? Hamı icma şüuruyla, gəbilə şüuruyla yaşayır. Millət ancag pul hagda fikirləşir. Belə dövlət gurumu lazımdımı?

  • @MsTehmez
    @MsTehmez 9 місяців тому +2

    Yalçın müəllim düz danışır.