Hər Şeyə Görə Övladını Bezdirən Valideynlər - Hacı Şahin - Uşaqlarla Davranış

Поділитися
Вставка
  • Опубліковано 5 лип 2019
  • Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    Ata və ananın mühüm vəzifəsi - övlada tərbiyə verməkdir. Valideyn övladın ilk müəllimi kimi insan tərbiyəsində mühüm rola malikdir. Valideyn o zaman ki, övlad sahibi olmaq istəyir, deməli bu ağır məsuliyyəti üzərinə götürməyə hazırdır. Hazır olmaq o deməkdir ki, siz bir valideyn kimi tərbiyə üsullarına bələdsiniz.
    Tərbiyə etmək sadə bir iş deyildir. Bəzi valideynlər uşaqlarını tərbiyə edən zaman başa düşürlər ki, yanlış yoldadırlar. Bu zaman təcrübəli və agah valideyn ilə təcrübəsiz və hazır olmayan valideyn bir-birindən ayrılar. Agah valideyn ümidsiz olmadan tərbiyə zamanı həmişə doğru yolları axtarıb tapar. Tərbiyə məsuliyyəti bir günə və ya bir qısa müddətə aid deyildir. Sizin övladınız bir səhvi dəfərlərlə təkrar edəcəkdir ki, düzgün rəftarı öyrənə bilsin. Bu, elə bir zamandır ki, agah valideynlə təcrübəsiz valideynin fərqini görmək mümkündür. Uşağın səhv rəftarından sonra agah valideyn övladına düzgün yolu tapmaq üçün fürsətlər verər. Halbuki, təcrübəsiz valideynlər övladının səhvinə görə əsəbləşər və kobud rəftar edərlər. Ya da övladının ixtiyarına qoyduğu şeylərdən onu məhrum edər. Bu cür rəftar övladın özünə etimadını zəiflədər, qərar vermək qüdrətini azaldar, uşaqda həqarət hissini gücləndirər.
    Ona görə də valideynin övladın şəxsiyyət kimi formalaşmasındakı rolu böyükdür. Bütün valideynlərin səyi övladlarının düzgün tərbiyə olunmasıdır. Lakin bir çox valideynlər tərbiyə üsullarında səhv edirlər. Bu səhvi o zaman aradan qaldırmaq olar ki, düzgün yolu tapa bilsinlər. Bunun üçün hələ çox səhvlər edəcəklər. Mühüm olan budur ki, bu səhvi boyunlarına almaq üçün hazır olsunlar.
    Bəzi valideynlər övladları ilə özlərini diktator kimi aparırlar. Onlarla səmimi deyildirlər. Adətən bu cür ailələrdə uşaqlar gərək xüsusi qayda və qanunlara əməl etsinlər. Əks halda tənbeh olarlar. Bu cür uşaqlar gərək valideynin istədiyi kimi yaşasın və davransın. Bu cür ailələrdə qarşılıqlı anlaşma olmaz və uşaqlar məcburi şəkildə qanunlara əməl edərlər.
    Bəzi valideynlər isə tərbiyəyə çox asan yanaşırlar. Bu cür ailələrdə sevgi çox, lakin övladların rəftarı səhlənkarcasına və qanun-qaydasızdır. Bu valideynlər övladlarına hər şeyi etməyə icazə verərlər. Lakin bu valideynlər bilmirlər ki, övladlarını nizam-intizamla da tanış etməlidirlər. Yadda saxlamaq lazımdır ki, əgər tərbiyə mövzusunda qəti olmasalar, bu ağır vəzifənin öhdəsindən gələ bilməzlər.
    Lakin bəzi vlideynlər övladlarının tərbiyəsində məntiqli yolu seçirlər. Valideyn sevgi göstərərək öz istəklərini övladına sərbəst şəkildə deyə bilir. Uşaq da bilir ki, hansı işləri görə bilər, hansı işləri görmək olmaz. Bu cür ailələrdə böyüyən uşaqlar həm sevgi görür, həm də nizam-intizamla tanış olarlar. Bu cür ailələrdə hörmət, ehtiram, izzət, məntiq vardır.
    Ata və ana olmaq çətin bir vəzifədir. Bu vəzifəni yaxşı yerinə yetirmək üçün gərək valideynlərdən hər biri tərbiyə üsullarında həmkarlıq etsinlər. Uşaqların önündə bir-birini müdafiə etsinlər.
    Abunə ol bit.ly/2uR7dZv
    Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    Mənbə: UA-cam Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Whatsapp Dini Videolar Official|+994-055-586-54-25 Bayram
    ⬇️Sosial şəbəkələrdə bizə qoşulun və izləyin⬇️
    Rəsmi facebook səhifəmiz:goo.gl/tqQiKS
    Rəsmi ok.ru səhifəmiz:goo.gl/SyoSTx
    Rəsmi instagram səhifəmiz:goo.gl/Di6VuX
    Abunə ol bit.ly/2uR7dZv

КОМЕНТАРІ • 89

  • @ixtiyarixtiyar5002
    @ixtiyarixtiyar5002 3 роки тому +48

    Allah zalim anadan qorusun çarəsiz övlatlari..

  • @aysurehmetova4388
    @aysurehmetova4388 Рік тому +13

    Kaski hamı sizin kimi olsaydı və sizin dusuncənizdə olsaydı onda bütün dünya gözəlliklərlə dolardı

  • @mishanesirov9771
    @mishanesirov9771 6 місяців тому +1

    Menim heyat yoldasim cox zulumkardi hem ovladlarina ,hem ata anasina ,hemde mene qarsi ozudeki namaz qilir cox bezirem cox tukenmisem gedecek bir qapim var oda Allah qapisidir

  • @isgenderismayilov6046
    @isgenderismayilov6046 2 роки тому +10

    Allah sizden razi olsun kas ki sizin kimi insanlar bu dunyada cox olardi. Menim ucun bu dunya bosdur menim ucun o dunyadir 🙏🥺

  • @ramizmammadov5960
    @ramizmammadov5960 8 місяців тому +1

    Allah menim yoldaşəma da düzgün yol göstersin evladlarımla arada qalməşam 😢

  • @cavidtarverdiyev5321
    @cavidtarverdiyev5321 3 роки тому +16

    Allah sizdən razı olsun dəyərli insan

  • @aftzamanova6835
    @aftzamanova6835 3 роки тому +42

    Menim atam Allah qatinda meni o qeder gunaha salir ki. Gunde soyur agzina geleni deyir. Sebrim dayanir hami meni qiniyir😔😔😔😔😔😔😔😔

    • @kalbi_krk7618
      @kalbi_krk7618 3 роки тому +8

      Menim gundesen 🥺🥺🥺🥺

    • @aftzamanova6835
      @aftzamanova6835 3 роки тому +4

      @@kalbi_krk7618 can insAllah duzeler😔

    • @kalbi_krk7618
      @kalbi_krk7618 3 роки тому +7

      @@aftzamanova6835 İNŞALLAH amma menim 13 yaşm var uşağlığımı yaşayamadım yaşayamıramda

    • @aftzamanova6835
      @aftzamanova6835 3 роки тому +2

      @@kalbi_krk7618 can ureyim İnsallah gozel bextin olsun🙏

    • @kalbi_krk7618
      @kalbi_krk7618 3 роки тому +2

      @@aftzamanova6835 Çox sağol seninde😘

  • @Allahim419
    @Allahim419 5 місяців тому

    Can haci. 😢😢😢 Ne valideynler gorduk bu heyatda. O usaqdan bu usaqa soz aparan soz getren.oz usaqlarinin arasini pozan ana😢gorduk... Atani qisqancligindan qizlarindan
    Ayran ana gorduk😢😢😢
    Valideyn agir imtahandi haci 😢agir

  • @elnar1392
    @elnar1392 5 років тому +12

    SaGol Hacimiz💖♥️

  • @myfoodchanel748
    @myfoodchanel748 5 років тому +18

    Qısa və gözəl dəyərli sözlər sağol Hacımız.

  • @lihuseynabbasov4852
    @lihuseynabbasov4852 3 роки тому +10

    Allah razi olsun gozel nesihetleriniz var 😊

  • @gunayabdulliyeva5675
    @gunayabdulliyeva5675 11 місяців тому +8

    Men çox yorulmuşam, 22 ildi 4 uşaqıq bütün ağırlıq mendədir bacım evlidir 2 qardaşım var. Oglanları üstdə tutmaqları bes etmemiş kimi menimlədə yola getmirlər oqədər yorulmuşamki arada ağlayıram pesman oluram cavab qaytardıqıma görə sora yeniden üstümə ele qışqırırlarki deirem eşi yaxşıki susmuram sussam lap mene neler edərlər diyə. Hergün iş görürəm yaşıdlarım tehsil alıb biryerlərdə işləyərken men evdə əziyyət çekib seher axşam qulluq edirem ama yenədə gözlərində heçne etmiyenem bidene menfim gec durmaqımdı oda axşam ozume vaxt ayırıram 1 ay sora toyumdu ele istiremki rədolum gedim ayaqmıda necə aylardan bir basacam bu evə. İnşAllahki ər evində yarıyaram 🙏🏽 Özümə baxan xanımam atam deir sade ol durduq yerə lovga olma onu etme bunu bezenme nemne senin basin havalanıb qız usaqı menasız şeydir oqədər itici sözlər deirki mene uje onun qabaqna çayda qoymuram qelbim qırılıb indide deir hele ere getmemisen lap adam saymarsan sora qudurmusan 😔 Men ne edim bilmirəm Allahım.. xestelenirler yene men qaçıram o 2 oglu onların hec sağlamlıqından xeberi olmur gece gündüz coldə sulenir! Ellerim sifalidir masaj edirem sehere duzelirlər özüdə. O bes etmemis kimi atamida anamida cimende bellerin cimmemis masaj edirem cirkin cixardiram dirnaqlarin kesirem men xeyrsiz ovladam beyem? Ama baxmaqa qalanda oglanlarna daha yaxşı baxırlar! Sora nese soz deirem pesmanda olam Hz yusif kinosu yadma dusur deirem onlar menim qardaslarimdi paxilliq etmeli deilem ozumu yigisdiriram qardaslarim ve bacim ela insanlardı ve birbirmizide cox istiyirik ama menim sebrim uje qalmayıbdı 😢😢

  • @leylaismayilova9358
    @leylaismayilova9358 11 місяців тому +3

    indiki uşaqların vecinede deyil

  • @rahibqasimli569
    @rahibqasimli569 3 роки тому +5

    Allah razi olsun

  • @ylncqaps208
    @ylncqaps208 3 роки тому +3

    Allah razı olsun

  • @gumustuyytdunyas8080
    @gumustuyytdunyas8080 Рік тому +1

    Allah sənə rəhmət eləsin

  • @natiqnatiq6892
    @natiqnatiq6892 3 роки тому +3

    Cox sag olun gozel sozlerdi

  • @mdnn3586
    @mdnn3586 2 роки тому +9

    Mamamla her kusende bele seyler atiram ona😆

  • @seidqahramanov224
    @seidqahramanov224 5 років тому +17

    mənim iki oğlum iksidə istəyirəm böyüyü xəstədi onu çoox istəyirəm bəlkə gündə min dəfə öpürəm

  • @cevahirqurbanova1363
    @cevahirqurbanova1363 Рік тому +1

    Allah rəhmət etsin

  • @gultekincabbarova3000
    @gultekincabbarova3000 4 місяці тому

    Atama Allah rəhmət eləsin.hec vaxt əl qalmamışdı

  • @user-fv2ri1zf2z
    @user-fv2ri1zf2z 10 місяців тому

    Allhamdulah

  • @siruztehmezov1989
    @siruztehmezov1989 Рік тому +3

    ❤🤲🙏

  • @bluemoon5962
    @bluemoon5962 4 роки тому +2

    😻😘

  • @SuliiSamedli
    @SuliiSamedli 22 дні тому

    Mence valideyinin pisi olmur. Sadece biz derk elemirik

  • @M.N.922
    @M.N.922 Рік тому +2

    Sen hecneyi bacarmirsan senden adam olmayacaq seni dogduqum yere das dogaydim Atama anama ediyim nifreti heckese gormurem Allah kecsin gunahimdan 32 ildir eyni sey.Bezmisem Allahdan qorxmasam ozume qesd ederem.

  • @Muratyildizekizlerim
    @Muratyildizekizlerim 3 місяці тому

    Men gormedim ana mehebeti o yana zulmu eskiy olmadi😢millet anasina xeste olib aqliyanda mene catmir cunki nifret edirem meni doqana o beke edib

  • @user-gq6oi1li9g
    @user-gq6oi1li9g 2 роки тому +3

    Salam hacı şahinin bir videosu varıydı uşağın telefonunu alıb yoxlamaq haqqında danışırdı ki uşağı tərbiyə etməyin başqa yollarını tapın ele etməyin. onu necə taoa bilərəm

  • @nurlanahmedov2237
    @nurlanahmedov2237 2 місяці тому

    Dünyada Anamdan əziz deyerli varlıq yoxdur menim üçün anam yaşadıqı müdətcə rəhmətə gedi Allah rehmetə geden valideyinlərə mekanə cənnət olsun bir sualım var her gün ölürem mendə ailə mövzüsü üzündən anamla danəşmırdım 1 ay olardı ölüm ayaqında çatdım halalıq aldım öptüm ama küsülü idik sual qaldı üreyimdə anam menimlə barışdı içim içimi yeyir küsülü olmaqımda düzgün olduğumu düşünürem yeni haqlı görsedmek istemirem özümü bilmek iseyirem hedis varsa ya biri bir şey bilirsə yazsın içimdən keçdi cavabı aradım soruşmadım heç kimdən bura yazdım 2 il sonra inşAllah cavab olar medimazarlara Allah nehlət edsin öyredim bir ananı balaya düşman edenleri bu dünyada olarda çeksin Amin Allaha hevalə edirem

  • @trlanhuseynova9949
    @trlanhuseynova9949 2 роки тому +2

    Bu xütbənin tam versiyasi var?

  • @limmmdov8206
    @limmmdov8206 Місяць тому

    xahis edirem bu sondaki musiqinin adin derdiz

  • @emilnuruyev1484
    @emilnuruyev1484 4 роки тому +7

    Haci ALAHIN SALAMI OLSIN SIZE.BIR SUALIM VAR KI EVLATLAR ARASINDA AYRI SECKILIK EDEN VALDEYNIN GUNAHI NEDI DINDE.XAIW EDREM CAVABLANDRIN .BU AYRI SECKILIKDEN COX EZYET CEKREM UZULUREM BIZ MESLEHET SIZDEN ISTYREM

    • @ixtiyarixtiyar5002
      @ixtiyarixtiyar5002 3 роки тому +4

      Kas mənde bunun cavabini bilsəydim

    • @lumumemmedova4918
      @lumumemmedova4918 Рік тому +1

      Mən də bu suala cavab axtarıram

    • @lumumemmedova4918
      @lumumemmedova4918 Рік тому

      54 yaşım var 2 bacı 1qardaşıq böük mənəm o qədəe çətin həyat yaşamışam ki sözlə ifadə edə bilmirəm yenə şükür etmişəm ki bizdən də pis yaşayanlar var balalarım böyüyüb indi indi təzə paltar görür əynim onu da anam görən kimi köksün öturüb bacım üçün dəsmal götürüb aglıyır hansı ki onun vəziyyəti mənnən çox yaxşıdı

  • @sevgiasik7568
    @sevgiasik7568 3 роки тому +6

    Allah meni oldursun iki usagim var canimdan cox isteyirem ama doyendede pis doyurem....cox pesmanam ama coxda incidirler....Allah meni oldursun.😪😪😪

  • @nargizcafari2560
    @nargizcafari2560 3 роки тому +11

    Kul pis valdeynin bawina olseler daha meslehetdi

  • @nargizcafari2560
    @nargizcafari2560 3 роки тому +10

    Ana atadan axmagi yoxdur indi .

  • @abdulsalimov389
    @abdulsalimov389 2 роки тому +4

    Allah menim.valideynime lenet elesin

    • @withijabi
      @withijabi 2 роки тому +4

      Elə deməyin..

    • @HuseynMirzeyev-jq9rr
      @HuseynMirzeyev-jq9rr 11 місяців тому +1

      qardaşım elə deməy olmaz ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😇😇😇😇😇😇😇😇😇😇

    • @IlkinKerimov-dq7bm
      @IlkinKerimov-dq7bm 3 місяці тому +1

      Mənimkinə də amin əsas da anam deyilən o məxluqa min lənət eləsin zəhləm gedir nifrət edirəm ona üzünü belə görmək istəmirəm mundarın