Axund Azər Sani - Fələk (Zülmə əyilməyən başı, nizədə gəzdirər fələk)
Вставка
- Опубліковано 5 лют 2025
- Axund Azər - Fələk
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk
Əyalını əsir edib qatarə düzdürər fələk.
İstərəm üsyan eyləmək çərxi-fələk cəfasına
Bəs necə göz yumum onun mən bu qədər xətasına?!
Zülm olunanda səbr edib Peyəmbər əqrabasına
Şikayətiylə gəlmişəm bu gün Hüseyn əzasına
Zalim əliylə məsumu qoyar qapı arasına
On bir imam anasını gör necə əzdilər fələk
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Vəfası yox, cəfası var, cəfa verəndi dəmbədəm
Kimsəyə qəmküsar deyil, qəm üstə artırandı qəm
Həqqi əzib zəlil edər, batili isə möhtəşəm
Əbəlfəzlin uzun qolun zülmilə eyliyib qələm
Saldılar atdan Abbası, olanda payimal ələm
Yezidin amma bayrağın səmada süzdürər fələk
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Görünməyən zülm idi bu, olundu ali-Heydərə
Hansı üziylə bəs çıxar o qövm ruzi-məhşərə?!
Ərşi də titrədib yəqin dəştidə qəmli mənzərə
Sanki buludlar ağladı göydə Əliyyi-Əkbərə
Çərx özü şahid olmayıbdırmı məgər Peyəmbərə?
Şibhi-Peyəmbərin başın bədəndən üzdürər fələk
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Rəhm və mərhəmət nədir, o gün unutdu Kərbəla
Türbəti iylə həşrədək canlı sübutdu Kərbəla
Xuni Hüseynə suz idi, töküldü, uddu Kərbəla
Rübabın əşkini belə gözdə qurutdu Kərbəla
Göziylə şahid oldu, həm qulaq da tutdu Kərbəla
Qundağ içində Əsğərə peykan əmizdirər fələk
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Ravi diyir gördüm Hüseyni, dinlə bir məqalimi
“Çöldə gecə nə iş görürsən?” eylədim sualimi
Dedi aparsalar əsir kimi sabah əyalimi
Təmizlirəm tikanları, bilirmirsən xəyalimi
Əziyyət eylər onlara, pərişan eylər halimi
Təvəccöh eylə gör necə ürəklər üzdürər fələk
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Döneydi çərxün ey fələk, söneydi kaş afitab
Hüseynin əhli-beytinə tikanlı çöldi rəxti-xab
Səkinə binəva edər zülfini ruyinə hicab
Çöldə kiçik Rüqəyyəni susuzluq eyləyib kəbab
Zeynəbi-bikəs eyləsün söylə nə cür bu zülmə tab?
Əlləri bağlı qul kimi Şamə gətizdirər fələk
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
Hüseynin inqilabi bir örnək idi bu ümmətə
Bu gün də külli-aləmi zülm salıbdı dəhşətə
Zühuri gözliyənlərin qalıb ümidi Höccətə
Qisas onun üçün demək qalmayacaq qiyamətə
Azər, edək dua gərək, sübhi məsa o həzrətə
Gəlməsə min cəfa ilə hamını bezdirər fələk
Zülmə əyilməyən başı nizədə gəzdirər fələk.
/ hebullah
/ xirdalan.cume.mescidi
Allah səndən,sənin valideynlərindən və Qiyamətə qədər sülbündən dünyaya gələnlərdən razı olsun👍👐
Salam olsun Əhli- beyt Aşiqlərinə...
Allah ömrünü dahada bərəkətli eləsin Azər qardaş...sən lazımsan islama var ol...Şəmkir möminlərindən Salam var sizə və Xırdalan əhlinə...
Aleykum Salam qardaw
Alekum salam momun
Aleykumsalam.
Aleykum Salam ve rehmetullahi ve bereketuh
ƏLƏYKUMƏ SALAM
Sağol ay usdat Allahu TəAlla səni İmam Hüseyin əleyhisalamla Məhşur eyləsin
Allah razi olsun qardaşim nə gözəl demisən ömrünə bərəkət versün ilahi amin
Amin
😢ALLAHIN lənəti olsun zalımlara
ALLAH imamın zühurunu təcil eləsin
Axund...Arif insan...mohtewemsiz...Rebbim evezin versin...Rebbim sizi hifs etsin..Zamanimizin FIZULISI ...VAR OLUN EHSEN SIZE...HEMD REBBIME KI ..BU Savadli insani Huseyn awiqi edib..ureyine Ehlibeyt ewqin salib..Hemd ola...beh beh beh...Ustadimiza
Bəli.....böyük nemət sahibidir.
Allah bərəkətli etsin.
ALLAHin bizé yaziği kélsin - Ana Baçilarimizin gélbiné Iman salsin ki muselman olsunlar , bélké milletimiz xilas ola bu zilletlerden .....
ALLAH hér milletin ózűné laig réhbérlér verir . (GURANdan)
Qatılıram
Allah razı olsun , coxdandır axdarırdım . Allah hacını imam Zamanla ə.f məşhur etsin .amin
Sanki rozə dinlədik.......Allah sizə əcr versin. Əməliniz xalis niyyətlədi ki bu qədər təsir qoyur😔
İlahi sizə daim ixlaslı olmağı nəsib etsin. Amin.
bir bilsön men ne qeder aqladim qulaq asib sene Axund Azer Allah mömun qardaşimiz haci Ramilinde qapsin acsin Celillabadlilarin duvasi var her biruze
Böyük ustad Allah səndən razı olsun
Allah razi olsun sizlerden, Sizi veren Allah'a sukurler olsun, Allah sizin gibi nimetleri bize Nasib ettigi icin sonsuz sukurler olsun. Allah sayinizi artirsin ve omrunuzu Bereketli etsin. Allah bizleri Imam Zaman Agamizin etrafinda toplasin.
Qızıldan qiymətli kelmelerdir hamsi
Allah sizi çox görməsin.
Maşallah. Hacı Allah elminə bərəkət versin İnşallah.
Sözün bitdiyi məqam...
Söz tapmadım nə isə deyim.
Maşallah. Maşallah. Maşallah.
Vallah fikrimi ifadə etməyə söz tapa bilmirəm. Sadəcə bunu deyirəm: hər iki dünyada Allah sizdən razı olsun. Ömrünuzə və elminize bərəkət versin inşəAllah😢
Hacı siz nələr yazmısınız bele. Mükəmməl bir şeirdir. Allah sizi əhli beytlə məhşur etsin inşallah.
Əziz ,hörmətli Axund Azər Allah sizi var eləsin qardaş.
Can ay Heci Allah sizden razi olsun gozel yazmisuz MasaAllah
Hakqı aydın rəhmətə gedəndə didi çoxuna təsir elədi.Kaş hakqı itən itirilən məzlumlarında əvəzinə deyən olaydı
Halal olsun Axund çox gözəl
YA HUSEYN😢
Men seyid sabuhiyem sizi cox isdeyrem azer qardas cun husen aqaml seveleri mende sevrem
Qulaq asarkən sanki kərbübəlaya geddim çox sağolun Hacı
Can Axundum
Dunen X.Zehra (s.e) meclisinde Haci Sahin 2misra seslendirdi bu seirir 🥺 ilahi bizleri Ehlibeytin qapisindan ayirma
Аллах омур версин Сизлере 😢😢😢😢
MaşalLAH GARDAS GARDAS TURKIYEDEN VETENE KELIREM SENIN MOUZELERI SEYR EDEREM CUMEDE ALLAHİN SALAMI OLSUN SENE VE BUTUN SIE GARDASLARIMA .
Çox gözəl şeirdir Allah razı olsun.
Tarixi dinlədim. ALLAH razı olsun Hacı
Allah sizi Ehli Beyt e.s mehwur elesin
Allah təala səni hifz eləsin.
Allah var elesin
Allah seni cox gormesin bizlere.qiymetivi bilmiyenin yaninda olmiyasan heç zaman
Saatlarnan qulaq asaram bu insana
Allah size bereket versin ay axund Azer. Dodaqlarundan ve qelemunden bal tokulur. Ehseeeen size qardaw
Əhsən səni Allah ömrüvü bərəkətdi eləsin
Allah sənnən razı olsun
YA HUSEYIN 😢😢😢😢😢 ALLAH KERBELA WEHDLEMIZE VE HACI WAHIMIZE REHMET ELE 🤲🤲🤲🤲🤲😢😢😢😢😢😢😢😢
Azər səni Allah qorusun.
Zülmə əyilməyən başı türmədə əyər iqtidar
Axtarıb silah sursatı evündə tapar iqtidar.
Şükür allaha. Allah razı olsun. Həci Allah sənə uzun ömür can sağlığı versin
Əhsən
ALLAH SIZA CAN SAGLIGI VERSIN HACI AZAR SANI ALLAH SIZA KOMAK OLSUN
LABBEYKE YA MUHAMMAD LABBEYKE YA ALI LABBEYKE YA MOVLLAM LABBEYKE YA AHLI BEHYIT LABBEYKE
Ya ALLAH❤️☝️ALLAH lenet etsin pozqun qovme.Lebbeyke ya Huseyn❤️aqam❤️ya Mehdi lebbeyke❤️
ALLAH ömür versün, həci.
Allah senden razı olsun ağa sen bu şiiri nasıl yazdın helal olsun İmam Huseyn kömeyinn olsun
1986-1987 ci illər idi. Müəllim sinifdə şagirdlərə sual verirdi. -Böyüyəndə kim olacaqsınız? Biri həkim, biri müəllim, biri milis, biri usta, biri hərbçi, biri kosmonavt deyirdi. Axund Azər isə dedi axund. Müəllim maraq göstərdi, niyə? Cavabında isə, çün ki, mənim babam kəndin axundu olub. Azər qardaş sözünü tutdu. Allah ondan razı olsun.
Əhsən hacı. Var ol
Muxtar səqəfi Allah səndən razı olsun
ALLAH C C senden razi olsun haci can
Allah köməyin olsun Axund❤
Allah sizden razi olsun ahund
Dahi Ustad.Allah ömrüvə bərəkət versin!
Йа Аллаh йа Муhаммед йа Али❤❤❤.
Allahln salaml olsun size Axund Azer can MasaAllah
Bu kəlmələr 🌊🌅☔🌈💧💧💧aləmdir - aləm . Aparır insanıı....
Əhsən əhsən.Allah elmınə ömrunə bərəkət versin.
Dəhşətdi vallah
Allah razı olsun axund Azərdən
Əhsən Hacıcan 👍👍☝
Ehsen ustad
Əhsən sənə Hacı
Cox xowuma gelir bu qezel.Allah razi olsun
Əhsən Hacı Allah qorusun sizi
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 qurban olum hüseyn aduva 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Ya Abbas 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀başınız sağ olsun şiələr hüseyn tərəfdən 😢😢😢😢
Allah elmüvə bərəkət versin.
Allah köməyiniz olsun
Ureyinize ruhunuza sagluq Haci cox tesirli bir werdi
çox..çox.sağol . bu.şerə.görə.ancaq.sagol.deməyə.gücüm.çatir.. birdə.sagol.
Əhsən!
SAQOL ŞEYX ALLAHIN NEZERINDE UCA OLASAN INŞÄALLAH. AMIN !
Allah c.c Ehlibeyt dusmenlerine lenet elesin Amin
Salam olsun Ehli beyit aşiqlerine
Cox sag olun haci ALLAH sizdən razi olsun
Allah biliyinize bereket versin inweAllah..
ALLAH RAZI OLSUN YENE BIZI FEYZİYAB ELEDİZ
Əhsən. 👍👍
Allah seni bize cox gormesin Allah omur versin
Salam olsun İslam Əhlinə Dua eləyin Bu Karona Virusdan Qurtulaq Allahın Qəzəbinə Tuş Gəlmişik
ALLAH ureyine gore versin Haci
Allah c c razı olsun hacı
MasaAllah sag ol Sani
Allah hacı sizləri müvəffeqetsin,, Amin rəbbil-aləmin
Əhli sünnətəm hətta sizin təbiriviznən desək vəhhabiyəm ancağ hüseynə məhəbbətim ayrıdı və bu şeirdən zövq aldım düzü birinci bəndi ilə heç razılaşmıram ancağ bu əlyazma həqiqətən çox təsirli və məddahanə yazılıb şair qələmivə qüvvət biz hüseyn və əhlibeytə məhəbbətimizdən vaz keçmərik
Əhsən Axund böyük qardaş
ƏLİ DİYE DİYƏ ÖLMƏ GEDERƏM 🖤
Salam ağa. Allah razı olsun sizdən var olun hər zaman İnşaAllah 🙏
Muhteşem. Ağzına üreğine sağlık.
Sağol Azər qardaş
Allah versin ecrivi sair
Can axundum
Allah razı olsun
Caan şair caaan
CAN
XANIM ZƏHRA
ƏHSƏN HACI
Allah qebul ilesin haci Allah sizə berekətli ömür versin işallah
Hacı Azer bəy. Allah sizdən çox çox razı olsun.bu şeri ancaq əhli beyt aşiqi yana yana qelbinden ahu naileyle dilində gəzdirər. ..Niye bu qeder punhandasiz. ...Rəhmətlik Aydın Xirdalanli hörmətlə sizin adınızı çəkərdi. ..
Şükür Allaha ki sizi kəşf etdim.xutbelerinize diqqətlə qulaq asıram. ..Kaşki tv də gündə 1 saat sizi hamı dinləyə bilərdi. ..Böyük arzumdur. ..məktəblərdə Qur'an dərsi keçirilsin.
Azer Sani bəy allah sizə İmam Huseyn üzü suyu hörmətinə can saliqi.uzun ömür versin.Deyerli sözlərinizə ehtiyacımız var
Əhsən 😢
Allahu Əkbər
Dahi insansız VALLAH ♥️🤲
Allah seni var eləsin ustad
Masallah Allah Ecrivi Versin Haci
Allah qebul etsin.
Деди апарсалар сабах есир кими ейалими,Тамизлирам тиканлари ,билирмисен хейалими,Езийет ейлар онлара,перишан ейлер hалими😢