Polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanıldı | DİN-dən açıqlama

Поділитися
Вставка
  • Опубліковано 12 вер 2024
  • Polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanıldı | DİN-dən açıqlama
    Polisə bilərəkdən quldurluq cinayəti barədə yalan məlumat verən şəxs saxlanılıb.
    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Qeyd olunub ki, avqustun 25-də vətəndaş Mərhəmət Mehdiyev “102” Xidməti-Zəng mərkəzi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edərək "Əbdül", "Tofiq" və "Taleh" adlı şəxslər tərəfindən avtomaşına əyləşdirilib, başına beşbarmaqla vurularaq 164 manatının və mobil telefonunun əlindən zorla alınması barədə məlumat verib.
    Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
    M.Mehdiyev iş üzrə zərərçəkmiş şəxs qismində dindirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tofiq Tağıyev və Əbdül Məmmədov müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində qeyd olunanları inkar edərək M.Mehdiyevə qarşı heç bir cinayət əməli törətmədiklərini, onun pulunu və telefonunu əlindən almadıqlarını bildiriblər.
    Həyata keçirilən əlavə istintaq hərəkətləri zamanı M.Mehdiyev ilkin ifadəsində qeyd etdiklərinin tam əksinə olaraq həmin şəxslər tərəfindən ona qarşı heç bir zorakılığın olmadığını, pulunun və mobil telefonunun əlindən alınmadığını bildirib. O, aralarında əvvəllər olmuş narazılıqlarla bağlı həmin şəxslərin həbs olunmasını istədiyini və
    buna görə də bilərəkdən ağır cinayət hadisəsi barədə polisə yalan məlumat verdiyini qeyd edib.
    İş üzrə Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə başlanan cinayət işi həmin məcəllənin 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddəsinə tövsif olunub. T.Tağıyev və Ə.Məmmədov sərbəst buraxılıb. M.Mehdiyev isə Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanıldı | DİN-dən açıqlama
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #din #həbs #yalanməlumat #polis #hadisə #mərhəmətmehdiyev #lumuisrəfilli #cinayətişi #əməliyyat #tofiqtağıyev #əbdülməmmədov

КОМЕНТАРІ • 14