Cennetde ilk dogum gunun mubarek, Shehidim! | Gune Davam

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    Onlar öz həyatlarını deyil, Vətəni düşündülər. Canları, qanları bahasına itirilən torpaqlarımızı qarış-qarış işğaldan azad etdilər. Azərbaycanımızın bütövlüyü naminə sinəsini düşmən gülləsinə sipər edən igidlərimizdən biri də qəhrəman şəhidimiz Ülvi Abışovdur. Onun şərəfli ömür yoluna birgə nəzər salaq...
    Şəkinin Turan qəsəbəsində dünyaya göz açan Ülvi Abışov müharibənin ilk günlərindən döyüşlərə yollanıb. 23 yaşlı əsgərimiz ən qızğın döyüşlərdə və əməliyalarda iştirak edib. Gənc yaşına baxmayaraq göstərdiyi şücaətlərlə Azərbaycan əsgərinin qəhramanlıq dastanını yazıb. O, noyabrın 8-i Şuşanın azad edilməsində də iştirak edib. Və elə bu döyüşlərdə də Ülvi şəhidlik zirvəsinə ucalıb. Ülvi Abışov son nəfəsinə qədər əsl qəhramanlıq nümayiş etdirib. Onu durdurmaq üçün düşmən 5 dəfə əsgərimizə atəş açıb. Canı və qanı bahasına torpaqlarımızın azadlığı uğrunda döyüşən Ülvi Abışov düşmənə müqavimət göstərsə də sonda şəhadətə yüksəlib. Qəhrəman şəhidimiz 24-cü ad gününü artıq cənnətdə qeyd edir. Ailəsi və yaxınları isə doğum günündə şəhidin məzarı başında bir araya gəlib, dualar oxuyub, Ülvi ilə bağlı xatirələrini bölüşüblər. Ülvi Abışovun ad günü münasibəti ilə qəsəbədə onun adına tikilən bulağın açılışı da olub. Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, mərdlik və igidlik göstərdiyinə görə Ülvi Abışov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    #GünəDavam #şəhid #ÜlviAbışov

КОМЕНТАРІ • 18