Fuad İbrahimli - Nədən Oldu?

Поділитися
Вставка
  • Опубліковано 18 тра 2020
  • Fuad İbrahimli tərəfindən "Nədən Oldu?" parçasının ifası.
    Fuad İbrahimliyə UA-cam-da abunə ol: mikpro.az/fibrahimliyt
    Söz: Bəxtiyar Vahabzadə
    Musiqi: Şəfiqə Axundova
    Fuad İbrahimlini sosial şəbəkələrdə izlə:
    Instagram: mikpro.az/fibrahimliig
    Facebook: mikpro.az/fibrahimlifb
    Telegram: mikpro.az/fibrahimlitg
    TikTok: mikpro.az/fibrahimlitk
    Genius: mikpro.az/fibrahimlign
    Fuad İbrahimlini rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/fibrahimli.dinle
    Sözlər:
    Əllərini üzüb məndən,
    Yarım birbaş gedən oldu.
    Can deyib, can eşidərdik
    Bu ayrılıq nədən oldu?
    Qızılgüləm, dəstəyəm mən,
    Bülbüləm, qəfəstəyəm mən.
    Gəzirəm mən qəmli-qəmli,
    Görən deyir xəstəyəm mən.
    Öz eşqimnən, diləyimnən
    Ayrı düşdüm illərlə mən
    Ancaq sənnən ayrı gəzən,
    Ürək deyil, bədən oldu.
    Ürək deyil, bədən oldu.
    Bədən oldu.
    Can deyib, can eşidərdik
    Bu ayrılıq nədən oldu?
    Bu ayrılıq nədən oldu?
    Nədən oldu?
    Şəfiqə Qulam qızı Axundova (21 yanvar 1924, Nuxa - 26 iyul 2013, Bakı) - Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı.
    Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2020
    Etiketlər:
    #Fuadİbrahimli #NədənOldu #mikpro

КОМЕНТАРІ • 869

  • @alitolu6620
    @alitolu6620 4 роки тому +362

    Karaman'dan Azerbaycan Türklerine selam olsun. Bahtiyar Vahapzade'nin muhteşem eseri ve Rubabe hanımın mükemmel ifası. Piyano ile çok güzel icra etmişsiniz.

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 роки тому +390

    QƏRİBƏM..…
    Soruşma halımı necəyəm indi,
    Sakinsiz boş qalmış küçəyəm indi.
    Sabahı olmayan gecəyəm indi,
    Günəşi əbədi batan qəribəm..
    Ağrısın,acısın sözünə yığıb,
    Bu boyda dünyanı gözünə yığıb.
    Dərdin hamısını özünə yığıb,
    Sevinci havayı satan qəribəm..
    Bu həyat könlümə,ruhuma yatmır,
    Harayım kimsəyə yetişmir,çatmır.
    Dünya öz dərdində boğulmur,batmır
    Mənsə öz dərdimdə batan qəribəm…
    Yerimi yandıran qor oldu bəxtim,
    Özünə min tələ,tor oldu bəxtim,
    Gözü açılmadı kor oldu bəxtim,
    Hələ də taleyi yatan qəribəm…
    Mən odam alışıb həm özü keçən,
    Ocağı qaralıb,həm közü keçən.
    Böyüklər yanında ay,sözü keçən,
    Hələ də yurdumda utan,qəribəm…
    Oldu arzularım talan dünyada,
    Bu fani dünyada,yalan dünyada.
    Bu qədər alçağı olan dünyada,
    Mərdliyi üstündən atan qəribəm…
    Yurdsuzuq kimlərin gör bir üzündən,
    Yüz böhtan üzündən,yüz şər üzündən.
    Bezib insanlardan,həm yer üzündən,
    Üzümü allaha tutan qəribəm...

    • @anarhuseyinli4488
      @anarhuseyinli4488 3 роки тому +13

      Cox gözəldi üreyinize saglıq🥺

    • @isgendereliyev3155
      @isgendereliyev3155 3 роки тому +15

      Bu şeiri oxudum göz yaşımı saxlaya bilmədim Allah qorusun sizi 🤲🤲

    • @tbrizislamogluborcal3575
      @tbrizislamogluborcal3575 2 роки тому +21

      Mende qeribem. Sagol qardash lap ureyimden dedin, yarali yerime toxundun. Qeriblikde kecir her gunum, ayim, Veten hesretile kecir her anim, Bir senden doymadim birde anamdan, Ey menim dogma yurdum Azerbaycanim.

    • @rehimli9524
      @rehimli9524 2 роки тому +13

      Heqiqeten mehv olmuw heyatim bu şeirin bendlerinde gözümün önünde canlandi cox sagol ellerin derd gormesin

    • @ilqareliyev7661
      @ilqareliyev7661 2 роки тому +5

      Bu kimin şeiridir ?

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 роки тому +113

    AĞLAMASAN DA..
    Açılmış çiçəksən şeh üstə tərim,
    Qıymıram gül təki çəməndən dərim.
    Gəl sənə bir şirin xatirə verim,
    Saxlasan da sağ ol,saxlamasan da…
    Xəyaltək bir quru səsdəyəm indi,
    Gedirəm son səfər üstəyəm indi,
    Dərdindən sağalmaz xəstəyəm indi,
    Yoxlasan da sağ ol,yoxlamasan da…
    Qaçırsan gözümdən hey ürkən kimi,
    Boynunu gəl burma bəxti kəm kimi,
    Sən məni özünə bir həmdəm kimi,
    Bağlasan da sağ ol,bağlamasan da…
    Acı taleimə gülüb getmişəm,
    Çoxunu qəlbimdən silib getmişəm.
    Bir gün eşitsən ki ölüb getmişəm,
    Ağlasan da sağ ol,ağlamasan da…
    Gəlib qara geyib qəbrimin üstə.
    Başına hey döyüb qəbrimin üstə.
    Bir bənd şeri deyib qəbrimin üstə,
    Çağlasan da sağ ol,çağlamasan da…
    Qafqazam,görmüşəm dərdin əzabın,
    Tanrım haqqsızların çəksin hesabın.
    Sevgiylə yazılmış ömür kitabın,
    Bağlasan da sağ ol,bağlamasan da…

  • @anarazimov9584
    @anarazimov9584 2 роки тому +47

    Gül sənin nəyinə gərəkdir gülüm?
    Şairin sözünə yalandır demə.
    Gül sənin nəyinə gərəkdir,gülüm?
    Öpən dodağı yox, oxşayan əli.
    Gəl, gül də, çiçək də özümüz olaq,
    Sən biraz ağıllı ,mən biraz dəli.
    Gül sənin nəyinə gərəkdir,gülüm?
    Sənin gülün mənəm,çiçəyin mənəm.
    Güllü nağıllara getməsin ağlın,
    Sənin həqiqətin,gerçəyin mənəm.
    Gül sənin nəyinə gərəkdir,gülüm?
    Hüsnün,gözəlliyin dünyada təkdi.
    Əgər sən varsansa bu yer üzündə,
    Dünya başdan-başa güldü çiçəkdi.
    Gül sənin nəyinə gərəkdir,gülüm?
    Qoxla nəfəsimi,çiçəyə döndər.
    Şairin sözünə yalandır demə,
    Bütün yalannarı gerçəyə döndər.

  • @user-fu3sq5td9u
    @user-fu3sq5td9u 4 роки тому +196

    Только в такой прекрасной стране как, Азербайджан рождается такая душевная мелодия. Спасибо. Трогает до глубины души.

  • @oldbakugroup1258
    @oldbakugroup1258 4 роки тому +198

    Mən heç vaxt heç kimin mahnılarına ruhum dincəlir deyə qulaq asmıram yeganə Piyanist Fuad bəydir ki həqiqi ruhum dincəlir əllərin daima var olsun

    • @ruqiyyebabayeva9786
      @ruqiyyebabayeva9786 4 роки тому

      Sözun duzu,mən 1-ci dəfədir bu ifani dinləyirəm,özu də çox həzz aldim,adamin ruhunu alir.Çoxdandir ki,belə ifa eşitməmişəm.Səsin lap uzaqlardan gəlsin,oğlum.Sənə muvəffəqiyyətlər.

    • @tahmina2691
      @tahmina2691 4 роки тому

      Old ı Group dridffrür

    • @patriotaze6196
      @patriotaze6196 4 роки тому +5

      Gözəl ifadır, lakin böyük səhviniz var niz Azərbaycanlılar öz qədrimizi nilmirik açın youtubu hörün Vaqif Mustafazafə, Fərhad Bədəlbəyli və bir çox başqaları necə ifa edir. Vaqif bu mahnını çox gözəl ifa edib

    • @arifmahmudov4835
      @arifmahmudov4835 4 роки тому

      Amin🤲🏻 elə məndə

    • @azrbaycanqarabag9901
      @azrbaycanqarabag9901 3 роки тому

      Həqiqətən insanın ruhu ,xəyalı uzaqlara gedir.

  • @ltifxlfova6593
    @ltifxlfova6593 2 роки тому +37

    Neyləyim?
    Sakitlikdir, yenə xatirələr danışır
    Ağlımda fikirlərim dayanmadan qarışır
    Sənsiz könül köz olubdu, alışır
    Söylə ürək, onsuz ömrü neyləyim?
    Saymamışam onsuz keçən illəri
    Neyləyirəm fəsilləri, günləri
    Tutsun artıq bu boş qalmış əlləri
    Söylə könül, mən bu ömrü neyləyim?

  • @kosmaras_
    @kosmaras_ 4 роки тому +832

    Nədən oldu? Həqiqətən görəsən nədən oldu? Nədən bu yerə göyə sığmayan adam cılız birinə çevrildi. Nədən həsrətini iliklərimdə də hiss edirəm? Bəlkə də günahkaram bəlkə də heç doğru şeylər etmirəm amma inan heç birinin fərqində deyiləm. Özümü elə unutmuşam ki,yaşadığımın belə fərqində deyiləm. Deyəsən bu hisslərim məni tükədir məndən xəbərsiz. Çünki heç bir şeyə taqətim yoxdur. Su içmək belə ağır gəlir. Bəlkə də ölümüm yaxınlaşır? Onsuzda bu xəyal dünyasında bu xoşbəxtliklə daha çox yaşaya bilməyəcəyimi bilirdim. Mənim nə həddimə xoşbəxtlik. Xəyali də olsa özümə yaraşdırmıram. Sanki artıq acı çəkməyəndə bir şeylər əksik kimi gəlir. Məni tükətsə də səni sevmək mən heç bundan vaz keçməyəcəm. Çünki ölmək üçün bundan daha gözəl səbəb ola bilməz. Nə üçün yaşadığımı və nə üçün öləcəyimi mənə göstərən qadın sənə sonsuz təşəkkürlər. Səni bu kainata sığmayacaq qədər çox sevirəm Tənbəlimmm

    • @alizade6909
      @alizade6909 4 роки тому +28

      #.Yenə qəLb acıdan sözLər )).🌙💔

    • @kosmaras_
      @kosmaras_ 4 роки тому +92

      @@alizade6909 bəlkə də acı dediyimiz şey ən sadiq dostumuzdur. Heç getməyir və nə zaman yalnız qalsan lap yaxınında olur. O zaman acılara nifrət etmək doğru deyil. Bir acı qədər ola bilməyənlərdir günahkar

    • @alizade6909
      @alizade6909 4 роки тому +11

      @@kosmaras_ eynən. .düz sözLər))#qeLbivizəheyran.

    • @Ayselbghr
      @Ayselbghr 4 роки тому +74

      kas insanlar fani olanı buqeder sevib baglanmasa.tek gercek sevgi esq Allahı sevmekdir çünki ne qeder seversen o qeder çox gözellik dolar heyatına amma fani birini ne qeder çox sevsen qeder cox acı cekersen.

    • @kosmaras_
      @kosmaras_ 4 роки тому +43

      @@Ayselbghr mən onun eşqindən heç kəsi heç nəyi görməz oldum. Bəs sən Allahın eşqindən mən yazdıqlarımı necə gördün?

  • @togrulheydarov8244
    @togrulheydarov8244 4 роки тому +114

    Allah sizə Ş.Axundova qədər dahilik bəxş etsin.

  • @feqansemedov9375
    @feqansemedov9375 4 роки тому +20

    Gecenin sakitliyinde bu ifanı dinlemeyin bir ayrı lezzeti var👍

  • @narmin682
    @narmin682 4 роки тому +267

    Yeni kəşf etmişəm sizi, uğurlarınız bol olsun✨

    • @laleehmedli5486
      @laleehmedli5486 2 роки тому

      Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹

    • @xaliqemehdiyeva2882
      @xaliqemehdiyeva2882 2 роки тому +1

      @@laleehmedli5486 hu

    • @laleehmedli5486
      @laleehmedli5486 2 роки тому

      @@xaliqemehdiyeva2882 Bəli buyurun

    • @nurcanb7704
      @nurcanb7704 2 роки тому

      Buna peşman olmayacan

    • @azerrustemov1841
      @azerrustemov1841 2 роки тому

      В всем привет хорошо вышли отличный фильм фильм о музыке и музыке в музыке и в музыке и в музыке Ош музыка музыка и музыка в

  • @efsaneyusublu9864
    @efsaneyusublu9864 4 роки тому +91

    Heyif bu sənət əsərini biraz gec gördüm. Dinlədikcə insanın ruhunu dinləndirir.Ruhumuzu dinləndirdiyin üçün təşəkkürlər *əlləri qızıl sənətkar* ♥♥

    • @sahinsamxalov2082
      @sahinsamxalov2082 4 роки тому +1

      Efsane Yusuflu , gec gördüm nə deməkdi ?! Yəqin ki, yaşınız azdı , başqa cür necə yozula bilər ki ?! Bu əsər axı, bütün dünyada məşhurdur . (Ş.Axundova).

    • @vetena3364
      @vetena3364 4 роки тому +1

      Düzdü bu mahnının sözlərini Bəxtiyar Vahabzadə yazıb Şəfiqə axundova bəstələyib bunu hətta özbək müğənnilər fırlatmaq istəyirdi

    • @efsaneyusublu9864
      @efsaneyusublu9864 4 роки тому +3

      @@sahinsamxalov2082 xeyr demək isdədiyim o idiki Fuad bəy videonu paylaşıb və mən vidroya 1 saat sonra baxmışam.Xahiş edirəm doğru dürüst anlamadan sərt cavab verməyin!

    • @sahinsamxalov2082
      @sahinsamxalov2082 4 роки тому +1

      Efsane Yusublu,.bağışlayın,men sərt cavab yazmaq fikrində olmamışam.

  • @azerbaijan8144
    @azerbaijan8144 4 роки тому +23

    Yaşasın Azərbaycan gəncliyi.🇦🇿👍Demək hələ zövqlü insanlar var👍🇦🇿

    • @ehetehhmedov6616
      @ehetehhmedov6616 Рік тому +1

      Azərbaycan gəncliyinin nostalji duyğusu məni kövrəltdi.Artıq 47 yaşim olsa da özümü mənən gənc sanıram.Çünki mən də hələ 1986 cı ildən-usaqlıqdan yazıram .İnşallah bir gün kitabım çixarsa (o zaman yəqin ki mən olmayacam😌) məni anlayacaqsınız. İnternet əsrinin gəncləri, xahiş edirəm, ədəbiyyatı , əsl şeiri heç nəyə dəyişməyin.Qələminiz həmişə iti, ürəyiniz dolu olsun...🤗🤗🤗🤗

  • @user-bg6kg1km1q
    @user-bg6kg1km1q Рік тому +15

    Sən istədin, getmədim
    Səni sənsiz sevdim mən
    Bir gün belə sevmədin
    Hər saniyə öldüm mən
    Çox çətindi unutmaq
    Hərşey paramparçadır
    Səndən qalan xatirə
    Bir də acı gözyaşı
    Zaman keçdi, il bitdi
    Toyuna az qalıbdır
    Qəlbimdən söküm gərək
    Onsuz darmadağındır
    Eybi yox, gəlmə daha
    Sən olmadan yaşaram
    Bircə gün baxsan mənə
    Orda durub qalaram
    Qəlbim çox yaralıdır
    Nə olsa səndən olsun
    Əlvida desən belə
    Son söz də səndən olsun
    Bilirəm mən yalqızam
    Göynətmə sən yaramı
    Gözlərimə də baxma
    Çıx get o qadınına
    Məni kim sevmişdiki
    Səni də qınamıram
    Daha adını tutub
    Özümü aldatmaram
    Bu gün sonuncu gündür
    Səni yada salmağın
    Bir neçə saatadək
    Bir az ağlımda qalsan
    Xəyal qursam səninlə
    Bir də qızımız olsa
    Nə də gözəl olardı
    Yox, yox, narahat olma
    Xəyal da etmərəm mən
    Nə yuxuda görərəm
    Nə də səni sevərəm
    Mənə bu lap ağırdır
    Olsun daha neyləyim
    Sabaha hazırlaşım
    Gülüm, əylənim yenə
    Qoy hamı elə bilsin
    Ən xoşbəxt qadınam mən
    Heç zaman ağlamayan
    Daş qəlbli sevən qadın
    Yavaş-yavaş unudaram mən
    Bir gün kirpiklərini
    Bir gün də məni görməyən

  • @zarifamamedova3806
    @zarifamamedova3806 4 роки тому +10

    Bele musigiler heyatdir. Musigisis yashamäg, mümkün deyil.Allah rehmet elesin Bextiyar Vahabzadeye ve Sefige axundovaya .❤❤❤🌷🌷🌷🌷

  • @konulmemmedova8306
    @konulmemmedova8306 4 роки тому +62

    Siz necə bir ruha sahibsiniz!İstedad,dahilik budur!Layiq olduğunuz dəyəri görəcəyimizi ümid edirəm...Allah canınızı sağlam,ömrünüzü uzun,sizi də xoşbəxt etsin ki,bizi daim dinləndirəsiniz beləcə,bütün süniliklərdən təmizləyəsiniz🐞

  • @humaymuatafayeva7023
    @humaymuatafayeva7023 2 роки тому +2

    Hardan əsdi bu həsrətin ruzgarı..!!!

  • @gulnarrzayeva4043
    @gulnarrzayeva4043 2 роки тому +4

    Hər axşam belə pianoda ifa olunan musiqiləri dinləyərdi,sonra da mənə bərk bərk sarılırdı. Necə bilməmişəm o günlərin dəyərəini?Mən nə bilim axı bir müharibə ilə hər şey alt üst olacaq??Mən elə bilirdim ki biz birlikdə qocalacağıq,hələ qabaqda çox günlərimiz var 😭
    Niyə gəlmirsən?Bu dəfə niyə heç bir sözümə cavab vermirsən? Bizim nə vaxtsa eyni musiqini dinləmək şansımız belə yoxdu 💔

  • @lianat2353
    @lianat2353 2 роки тому +17

    Красивая и душевная музыка из Баку!

  • @arazesgerov3085
    @arazesgerov3085 3 роки тому +3

    Kaş hər dəfə dinləyəndə bəyənmək mümkün olardı

  • @sebnemibrahimli6262
    @sebnemibrahimli6262 4 роки тому +27

    Yenə,həmişəki kimi,möhtəşəm. Yenə,toxundunuz keçmişlərə,dərin yerlərə. Hüzur sizin barmaqlarınız da...❤

  • @hasanovvasif2494
    @hasanovvasif2494 2 роки тому +10

    Yiyesiz Bədbəxt Azərbaycan Xalqi😔...Yaman pis vəziyyətlərə qalmişiq,, Millət acdir gunu gundən ağirlaşir, Ya Allah sən bizi əsarətdən qurtar.....Bizə yardim et ya Allah.....Millətimiz yaziqdir...Yiyəmiz yoxdur Sadəcə😔

  • @turalhaciyev2066
    @turalhaciyev2066 4 роки тому +4

    Ancaq paxil, xain, eziyyete qiymet vere bilmiyenler beyenmez. Cox super cox ela. 👍👍👍👍👍👍👏👏👏👏👏

  • @emrahceferov7996
    @emrahceferov7996 3 роки тому +28

    Çəkilirəm otağıma,,
    Vərəq qoyub qabağıma,
    Şeirləri qulağıma,
    Sən deyirsən mən yazıram...
    Yatan adam özlərmi,
    Bağlamıram gözlərimi,
    Sənə ürək sözlərimi,
    Sən deyirsən mən yazıram...
    Yazıram poza bilmirəm,
    Nə yazım qıza bilmirəm,
    Mən şeir yaza bilmirəm,
    Sən deyirsən mən yazıram...
    Duzsuzam dadsız adamam,
    Mən sənəm adsız adamam,
    Mən ki,savadsız adamam,
    Sən deyirsən mən yazıram...
    Sənə bütün şeirləri,
    Sən deyirsən mən yazıram,

  • @aydanslimova8843
    @aydanslimova8843 4 роки тому +16

    Əllərinizə, ürəyinizə sağlıq💜 hər gecə azı bir-iki ifanızı dinləyib sonra yatmaq vərdiş halı alıb 😊

  • @elcinhuseynov9602
    @elcinhuseynov9602 4 роки тому +17

    Möhtəşəmsiniz Demişdim ?
    Deməmişəmsə Möhtəşəmmsizzzzss

  • @gshhzgdhdjf4954
    @gshhzgdhdjf4954 4 роки тому +7

    Üreyim sıxıldı insanın iliyine işleyir Alłah rehmet elesin her ikisine

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 роки тому +38

    SƏNSİZ…
    Yenə də qəm üstə köklənib ürək,
    Güldürə bilmirəm gözümü sənsiz.
    Sinəmdə gör necə təklənib ürək,
    De,necə ovudum özümü sənsiz ?
    Mən,səni sevgimə bir dağ sanmışam,
    İstərəm zirvəndə duman olmasın.
    Eşqinin önündə mən dayanmışam,
    Daha səndən sevgi uman olmasın…
    Duyub pis hissləri haqlamaq çətin,
    Şeytan arzulara daş atım gərək.
    Səni başqa yerdə saxlamaq çətin,
    Ancaq ürəyimdə yaşadım gərək…
    Bir ayrı ləzzətdir,bir başqa daddır,
    Məndən küsməyin də,barışmağın da.
    Ruhuma sevincdir,qoldur,qanaddır
    Mənə qaynamağın,qarışmağın da…
    Sənə ümüd edib üzümü tutdum,
    Sevgin göz yaşımı qurutsun dedim.
    Səni ölənəcən əgər unutsam,
    Allahım da məni unutsun dedim…

  • @aysn_
    @aysn_ Рік тому +1

    Yolun sonunda səni görmək varsa,bir ömür gedərəm o yolu..
    Axı insan birinə aşiq olur ömrünün sonuna kimi ona aid olur, onda məsafələrində bir önəmi olmur, bütün ümidlərlə gözləyirsən, var olan bütün səbrinlə🍁

  • @mmmdvshl8233
    @mmmdvshl8233 3 роки тому +1

    Abunə olundu, bəyənildi, bildirişlər açıldı, mahnıya heyran qalındı. Hər şey tamam.

  • @sfqbayramova6192
    @sfqbayramova6192 4 роки тому +15

    Pianonu kim ifa edir bilmirəm əllərinə sağlıq. Amma bu musiqini bəstələyən ğözəl xanım ŞƏFİQƏ AXUNDOVAYA. AIIAH qəni qəni rəhmət etsin. Onun bütün musiqiləri mənim ruhumu dincəlir. Ruhu hər daim şad olsun Amin

  • @user-dv5xw6rg7h
    @user-dv5xw6rg7h 4 місяці тому +1

    Allah Bəxtiyar Türrkə qəni qəni Rəhmət həmçinin Şəfiqə Axundovaya.Əllərə saģlıq.

  • @leylahesenli8317
    @leylahesenli8317 4 роки тому +12

    Əllərinizə urəyinizə saglik hər zamankı kimi elaa😍

    • @laleehmedli5486
      @laleehmedli5486 2 роки тому

      Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹

  • @Nurik1997ify
    @Nurik1997ify 3 роки тому +3

    Hər gün yorulmadan dinləyirəm.. ruhum dincəlir. Əllərinizə sağlıq🙏🙏🙏 Həqiqətən möhtəşəmdir🙏🙏👍👍👍👍👍👍👍

  • @yusifabdullayev830
    @yusifabdullayev830 4 роки тому +196

    Bu bəynməyənlərədi sözüm. Sizin musiqidən anlayışınız yoxdu bunu bilin. Müəyyən hissədə paxıllıqdan bəyənmirrrr.

    • @teymurnadirov82
      @teymurnadirov82 4 роки тому +7

      Onların nəinki anlayışı heç hissiyətləri də yoxdur!

    • @aslanismaylov7101
      @aslanismaylov7101 3 роки тому +3

      Bu musiqini beyenmiyenlerin sayi qeder sizin sozunuzu beyenenler var 🤟

    • @gunaymamedova2046
      @gunaymamedova2046 3 роки тому

      Разве можно не полюбить это гениальное произведение.🌹🌹🌹🌹🌹

    • @sevahajyeva
      @sevahajyeva 3 роки тому +1

      musiqiden basim cixir ve deyirem seneti var qulagi yaxsi deyil

    • @eldarhaciyev7898
      @eldarhaciyev7898 3 роки тому

      @@sevahajyeva tam dogru rey

  • @aynurmustafayeva1523
    @aynurmustafayeva1523 4 роки тому +9

    Coooooxx sevdiyim mahni barmaqlarda tam mukemmel ifaaa ellerinize sağlığ

    • @laleehmedli5486
      @laleehmedli5486 2 роки тому

      Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹

  • @anarhuseyinli4488
    @anarhuseyinli4488 2 роки тому +2

    Soyuq hava ,kövrəldən musiqi ,param parça olmuş ama hecne olmamış kimi yaşayan ürək. Heçnə danışmağa ehtiyac yoxdu sadece gözlerini yum ve dinlə .🥺😔

  • @gunelhuseynova20
    @gunelhuseynova20 4 роки тому +34

    👏👏👏👏👏
    👍👍👍👍👍
    Baharın 17 anı
    Zəhmət olmasa.
    İfa edin😊

    • @laleehmedli5486
      @laleehmedli5486 2 роки тому

      Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹

  • @ruzgarguluplo4498
    @ruzgarguluplo4498 4 роки тому +7

    Sehirli əllər...👏👏👏👍♥️ Bu mübarek ayın savabları uzərinizdə olsun. ALLAH her kesin ,tutdugu orucu, etdiyi duaları qebul etsin inşallah🤲

  • @elnurceferli5972
    @elnurceferli5972 Рік тому +2

    Allah hamini sevdiyinə qovuşdursun E.G.

  • @hsjsjzkkulslsjajsksjksmehe9822
    @hsjsjzkkulslsjajsksjksmehe9822 4 роки тому +12

    Sadəcə möhtəşəmsiniz ayri bir huzur verir insana,❤️

  • @sonavalizadeh5991
    @sonavalizadeh5991 3 роки тому +11

    Fuad bəy siz çox istedadlı insansız. Çaldığınız əsərlərin gözəlliyindən sizin qəlbinizin də gözəl olduğu hiss olunur. Milli musiqilərimizə önəm verməyiniz, gördüyünüz işdəki təvazökarlıq, hər şey yüksək səviyyədədi. Sizi çox sevə sevə dinləyirəm. Siz hər şeyin ən yaxşısına layiqsiz. İnşeAllah bir gün konsert salonunda sizi də dinləmək şərəfinə nail olarıq

  • @Hesenovaa0
    @Hesenovaa0 11 місяців тому +5

    Ahh bee canımın içi niyədə niyəə?nədən oldu?Çox sevdiyimdən mi getdin?Ya başqa birini sevib artıq məndən soyuduğundan mı?Sevgim çox gəldi mi sənə?Ya az mı sevdim səni?Eehh ehh beynimi dolduran çoxlu suallar var hərgünee hərgün düşünürəm ki axı niyədə?niyəə?🥺Axı bizim xəyallarımız var idi..Bir vaxtlar sən demişkən bizim bir sağola sığacaq qədər xəyallarımız yox idi..Bəs indi dəyişən nədi..?🥺'E

  • @huaweihuavey8714
    @huaweihuavey8714 Рік тому +2

    Səndən ayrı qalan ürək deyil bədən oldu... Sağ ol şair

  • @aydanmecidli3364
    @aydanmecidli3364 3 роки тому +7

    Əlləriniz dərd görməsin . Bu cürə gözəl ifaya görə təşəkkürlər !!!!

  • @ibrahimbaxsiyev3565
    @ibrahimbaxsiyev3565 4 роки тому +8

    Möhtəşəm yene daldıq uzaqlara ❤👍

  • @l.2805
    @l.2805 2 роки тому +1

    Bəlkə də ehtiyacımız olan tək şey, dəyər verdikdə dəyişməyən insanlardır.

  • @nezaketabdullayeva2126
    @nezaketabdullayeva2126 3 роки тому +2

    Allah ürəyinə sağlıq versin.Ruhum dincəldi.Birinci dəfədir Sizi dinləyirəm.Varolun,🙏🧿

  • @zaur.hesenli9926
    @zaur.hesenli9926 2 роки тому +2

    Bu musiqiye qulaq asanda de xeyallarim kecir gozumun qabagindan😓😪

  • @mrsmammedova.__
    @mrsmammedova.__ 2 роки тому +3

    Ürəyimə toxunursan Fuad💛☺️

  • @e.020
    @e.020 Рік тому +2

    Ellerine sagliq uwaqligima gedirwm her sefee dinleyende..🥰👍🇦🇿

  • @azerzahidzade5194
    @azerzahidzade5194 2 роки тому +1

    Möhtəşəm,,,,, ruhum təzələndi

  • @sebuhiismayilov8959
    @sebuhiismayilov8959 Рік тому +1

    Eşq olsun azerbaycanln deyerli musiqisune senetkarlarada allahdan rehmet dileyirem

  • @turanaismaylzad3263
    @turanaismaylzad3263 4 роки тому +9

    Insan sizin ifa etdiyiniz musiqilerinizi dinledikde sanki huzura qerq olur. 😍🌸 Allah sizin kimi istedadli genclerimizi var etsin inşallah 🤲🏻👏🏻

  • @Sabina__queen05
    @Sabina__queen05 Рік тому +4

    Deyirlər sevənlər qovuşmur,
    Görəsən doğru deyirlər?
    Səninçün yanan qəlbimin
    Necə yandığını heç bilirlər?
    Doğrudur,getdin gəlmədin,
    Sənsiz halım necədi heç düşünmədin
    Ölmüşəm, qalmışam heçmi bilmədin?
    Sevənlər qovuşmur doğru deyirlər
    Bir sevirəm deməyin yetərdi mənə ,
    Ağladım gecələr demədim sənə
    Nə fərqi var yadına düşmədim heç mən
    Aglamagimin nə önəmi var?
    Düşünmə sənsiz yaşamaram
    Sənsiz də yaşaram,sənsiz də ,yarım
    Məni sevgimlə buraxıb getdin
    Sənsiz də yaşaram Sənsiz də zalım

  • @aytach1568
    @aytach1568 2 роки тому +2

    İfalarınız hələ kəşf edilməmiş əfsanələrdir ... UĞURLAR 🍂

  • @sevdabinntova9319
    @sevdabinntova9319 2 роки тому +4

    Sizin ifalarınızla adamın ruhu dincəlir. Allah can sağlığı versin. Əllərinizə sağlıq.

    • @nisaneyusifova5365
      @nisaneyusifova5365 Рік тому

      İlahi,necə gözəl ifa edirsiniz.O qədər ürəkdən,içdən calirsiniz.Sanki möcüzədir.Var olasiniz

  • @metaneteliyeva4821
    @metaneteliyeva4821 4 роки тому +4

    Tam zamanında sizi kəşf etdim özüm üçün. Barmaqlarınız var olsun. Belə ruhi qidaya çox ehtiyacım var idi.

  • @aicha7269
    @aicha7269 3 роки тому +12

    Belke de eşqin gözelliyi neden olduğunu bilmediyimiz bu hesretin derinliyindedir...💔

    • @laleehmedli5486
      @laleehmedli5486 2 роки тому

      Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹

  • @gulagayeva7805
    @gulagayeva7805 4 роки тому +1

    Yene ruha rahatliq veren gozel ifa.sadece susub dinlemek lazim.Allah yazana rehmet ifa edene ise can sagligi versin.

  • @aydinsaadatov1627
    @aydinsaadatov1627 4 роки тому +5

    Biz yenə burdayıq ✊❤️

  • @ziyaagazad7674
    @ziyaagazad7674 4 роки тому +4

    Fuad bəy, təşəkkürlər. Təsadüfən rast gəldim və ilk videodan abunə oldum. Belə videolarınız davamlı olsun inşallah. Xüsusilə də belə gözəl mahnılarla. Əllərinizə, ürəyinizə qüvvət. Var olun!

  • @aynurmagerramova2722
    @aynurmagerramova2722 4 роки тому +5

    Adamin ureyini titredir👍👍👍

    • @ulkeragayeva7333
      @ulkeragayeva7333 4 роки тому

      😭😭😭😭ele getdiki bir ayildim xeyali ile basbasayam

  • @laleceferova5570
    @laleceferova5570 4 роки тому +8

    Bizdə şer də var, sənət də vardır
    Şairə sənətə hörmət də vardır.
    Son zamanlar məni Garabağın dərdindənXəzərin şeirləri iləSizın nəğmələrinizdi.Hər ikiniz zülmətdəki. NUR- sunuz.Rəbbim sizi indiki " sənət" aləminin çirkablarından qorusun.

  • @yeganequliyeva7915
    @yeganequliyeva7915 Рік тому

    Kovreldim meni cox derin dusuncelere apardi super elerin derd gormesin

  • @tuttofunziano4710
    @tuttofunziano4710 4 роки тому +3

    awesome 👌

  • @blackxaos8968
    @blackxaos8968 3 роки тому +2

    Bəxtiyar Vahabzadə 🙏❣️

  • @user-kx5sy6bw5w
    @user-kx5sy6bw5w 4 роки тому +2

    O gozel elleriniz ,duyan ureyiniz derd gormesin , nece gozel bir besdedi ilahi.

  • @saaalaaaammmm
    @saaalaaaammmm 2 роки тому +3

    Ruhumuzu dinləndirən Fuad bəy, uğurlarınız bol və daimi olsun❤️

  • @huseynimehriban
    @huseynimehriban 4 роки тому +4

    Mükəmməlsiz👏

  • @aytacmikayilova8063
    @aytacmikayilova8063 Рік тому +1

    Hər gün eyni sizi dinləyirəm və ruhum dincəlir ..İfalarinizda biz hər hissi yaşayırıq .🤎

  • @solmazaziz3715
    @solmazaziz3715 3 роки тому +1

    Bu efsaneleri yeniden xatirlayiriq sayenizde

  • @vusalislamova923
    @vusalislamova923 3 роки тому +2

    Özüm özümlə tək qalanda ruhuma sakitlik verən tək əsərdi bu.Allah sizləri var etsin..

  • @aygunxudiyeva2349
    @aygunxudiyeva2349 4 роки тому +4

    Necə gözəl😍👌əməyinizə sağlıq👏

  • @natasuleymanova5571
    @natasuleymanova5571 4 роки тому +2

    He axşam yatamamiwdan evvel dinleyirem 👍💓

  • @xeyalebaxis8943
    @xeyalebaxis8943 3 роки тому

    Bəxtiyar Vahabzadə çox sevdiyim şair,kaş o sağ olanda gedib görüşə biləydim onunla

  • @samiqtnha317
    @samiqtnha317 3 роки тому +1

    Kanala bir girdim çıxa bilmirəm ,izlədim bəyəndim,abunə oldum,uğurlarınız bol olsun

  • @user-mf1pd7xq7e
    @user-mf1pd7xq7e 5 місяців тому

    Mohtesem ifa😢😢❤❤

  • @Sadigovanar
    @Sadigovanar 3 роки тому +2

    xəstəyəm bu musiqiyə

  • @afraafra593
    @afraafra593 3 місяці тому

    Əlləriniz var olsun

  • @turkanats3876
    @turkanats3876 3 роки тому +1

    Həddən artıq bu musiqini çox sevirəm 👍👏👏👍

  • @nazli2016
    @nazli2016 2 роки тому

    Ellerinize, emeyinize sagliq...... aparir coooox uzaqlara.... qayitmaq istemirem

  • @gulnarinci9068
    @gulnarinci9068 2 роки тому +1

    Bir musiqidə bu qədərmi gözəllik olarmı,ilahi????? ürəyinizə, əllərinizə sağlıqlar olsun........ möhtəşəm 🎵👍👍👍

  • @raifquliyeva8128
    @raifquliyeva8128 4 роки тому +2

    Huzurdan başqa nə ola bilər ki👍🌠🎆✨🌟🤗🙌🧿

  • @mihrimah7708
    @mihrimah7708 2 роки тому +2

    Əllərinə sağlığ👑❤🌹

  • @zeynebhuseynli7990
    @zeynebhuseynli7990 4 роки тому +3

    Ancaq senden ayri gezen urek deyil beden oldu. Ne qeder mohtesem😍😍
    Sizin de ellerinize qelbinize sagliq 👏 👏 💓🌹🌹🌹

  • @elcanmemmedov406
    @elcanmemmedov406 3 роки тому

    sevmekden yox yene reddedilmekden qorxuram.....

  • @sevinchasanova4410
    @sevinchasanova4410 3 роки тому +1

    Çox gözəl ehsen elleriniz dərd görməsin amin.Bu mahnıya qulaq asanda hemise kovrelirem(beyenmiyenlerde paxillardi yəqin)sizləri en mükemmel insanlar bəyənər oda bizim kimi)teşekkürler

  • @h.h648
    @h.h648 3 роки тому +2

    Bu nə gözəllik Allahımm?!😻&)

  • @teranehaciyeva2195
    @teranehaciyeva2195 4 роки тому +1

    Fuad İbrahimli, çox sağ olun, gözəl insan. Əlləriniz var olsun, ruhunuz var olsun.

  • @jamilata4835
    @jamilata4835 4 роки тому +2

    Bəxtiyar Vahabzadə eşq olsun 👏

  • @ruqiyyebabayeva9786
    @ruqiyyebabayeva9786 4 роки тому +1

    Bu mahni məni lap uzaqlara - uşaqliq illərimə apardi.Zatən fözəl mahnidir,ifaçi isə onu daha da gözəlləşdirir,əllərin var olsun,oğlum.Bu gözəl,bənzərsiz mahnilarimizi,musiqimizi qoruyun,əzizləyin. İndi belə musiqilər yoxdur.Ərköyun uşaq kimi qoruyun onlari.

  • @nikobalakisi8244
    @nikobalakisi8244 4 роки тому +2

    Super çalır həqiqətən halal olsun

  • @neondoom1496
    @neondoom1496 3 роки тому

    Bu ayrılıq nədən oldu...hec bilmirəm nədən oldu......Ehhh ..artıq olan oldu..Əllərinizə saqlıq.

  • @doktora3220
    @doktora3220 4 роки тому +3

    Istedadli insanlar var olsunlar.

  • @dreamsalmanova7801
    @dreamsalmanova7801 3 роки тому +2

    Yoxdu artıq belə mahnılar....

  • @rstmof9549
    @rstmof9549 Рік тому

    çox gözəl möhtəşəm halal olsun sizə arzum idi piano çalmaq olmadı böyük arzu istəklə həsrətlə dinləyirəm .

  • @samiraagayeva5903
    @samiraagayeva5903 4 роки тому +2

    Sizin ifalariniz qulaq asanda gozlerimi yumuram ve heyatda yasadigim yalniz xosbext anlarimi dusunurem,Sag olun,bu hisslerimi mene yeniden qaytardiginiz ucun

  • @terlanpashayev3656
    @terlanpashayev3656 3 роки тому +1

    Cox gozel bir ifa bizleri bele gozel ifalardan mehrum etmiyin her zaman hisslerle yasayib ife etmek dileyi ile

  • @zerifelove7543
    @zerifelove7543 2 роки тому

    Sakitləşdirici mahnıdı.Əla