Bəxtiyar Vahabzadə - Ürək şeiri (Səsli)

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024
  • Ürək odur daim yana,
    Od püskürə alovlana.
    Od vermirsə qəlbə, cana
    Demək o heç ürək deyil.
    O heç mənə gərək deyil.
    Əgər ki, sevinib gülmür,
    Döyüntüsün heç kim bilmir,
    Çırpıntısı eşidilmir
    Demək o, heç ürək deyil.
    O heç mənə gərək deyil.
    Vətəniyçün lazım gəlsə
    Polad kimi gərilməsə,
    Torpağına sərilməsə
    Demək o heç ürək deyil.
    O heç mənə gərək deyil.
    Neyləyirəm o ürəyi-
    Yox arzusu bir diləyi!?
    Bacarmırsa o sevməyi
    Demək o heç ürək deyil.
    O heç mənə gərək deyil!
    B.Vahabzadə

КОМЕНТАРІ • 6

  • @ToghrulHajiyev
    @ToghrulHajiyev 2 роки тому

    Möhtəşəm

  • @gamespubgkerimli3597
    @gamespubgkerimli3597 4 роки тому

    Bəli...bir ürək sevməyi bacarmırsa demək o heç ürək deyil et parcasidir

  • @BIZIMTV-yq1vs
    @BIZIMTV-yq1vs 3 роки тому +1

    Bu şeir mərhum şairimiz Əliheydər Qənbərindir. Kitabı var məndə. Silin onu, yoxsa mən sizi məhkəməyə verəcəyəm

  • @78-lr57
    @78-lr57 5 років тому

    Bu şeir həkim-şair Əliheydər Qəndərindir (1918-1991) . Sevimli müğənnimiz Əlibaba Məmmədovdan soruşa bilərsiniz!

    • @ofelyaqehremanova2767
      @ofelyaqehremanova2767 4 роки тому +1

      Belə bir şeir yaza bilər ancaq bu sözləri Bəxdiyar müəllim deyib

  • @hasanortakaya7166
    @hasanortakaya7166 5 років тому

    Men şairimizin şiirlerini çox sevirem çox dinliyirem. Allah ona rahmet eylesin. Türkiye'den Hasan ORTAKAYA www.ortakaya.net