👃🏽👁️👂🏽👅✋🏽Duyğu orqanları (İnsan Orqanizmi)

Поділитися
Вставка
  • Опубліковано 7 вер 2020
  • İnsan orqanizmi möcüvəzi canlı maşındır. Orqanizmlərimiz yediklərimizi enerjiyə çevirir . İnsan bədəni sümük, əzələ, orqan, hüceyrə , toxumlardan və sudan təşkil olunub. Hər bir orqanın öz işi var. Ürək qanı dövr etdirir. Beyin bədənin digər orqanlarına istiqamət verir. Dəri bizim bədənizimiz qoruyuru.r Orqanlar bir yerdə işləyərək system əmələ gətirir.
    Qan dövranı sistemi, tənəffüs sistemi, həzm sistemi, sümük,əzələ sistemi. Sistemlər birləşərək, insanın nəfəs almağına hərəkət etməsinə, yemək yeməsinə kömək edir.
    Bu gün mən sizə 5 duygu orqanı haqqında məlumat verəcəm.
    1. Göz
    2. Qulaq
    3. Burun
    4. Dəri
    5. Dil
    Bizim duygu organlarımızdır.
    Göz
    Gözümüz ilə ətrafımızdakı canlı və cansız əşyaları görürük. Nəyə baxırıqsa, ondan gələn işıq şüaları bizim gözümüzə daxil olur. İşıq göz almasının arxasındakı linzalar vasitəsilə retina üzərində əks olunur. Retina üzərindəki optik sinirlər beyinə siqnallar göndərir və bizə görmək imkanı verir.
    Qulaq.
    Qulaqlarımız ilə ətrafda olan səsləri eşidirik. Xarici qulaq səs dalğalarını toplayır. Qulaq pərdəsinə ötürür. Orta qulaqdakı xırda sümüklərdə titrəmə baş verir. Bu vibrasiya qulaq ilbizindəki mayeni hərəkətə gətirir, xırda qılcıqları titrədir. Qılcıqlara bağlı sinirlər isə alınan bu siqnalı beyinə göndərir.
    Burun.
    Burun ilə iyi bilirik. İy burun vasitəsilə daxil olur. Qoxu reseptorlar vasitəsilə beyinə siqnallar göndərilir.və biz iyi bilirik. Burun həm də insanın tənəffüs sistemində də istifadə olunur.
    Dəri,
    Dəri vasitəsi ilə biz hiss edirik. Biz isti və soyuğu dəri ilə hiss edirik. Dəridə olan sinir ucları vasitəsilə beyinə müxtəlif siqnallar gedir və beyin bizə nə etmək lazım olduğunu deyir.
    Dil
    Dil vasitəsilə biz dadı bilirik. Dostlar dilin üstündə 9000-ə yaxın dad reseptorları var. Dad reseptorları dilin üzərində xüsusi hissələrlə qruplaşıb. Şirinlik dilin ön hissəsində, duzluluq və turşuluq yanlarda, acılılıq isə arxa hissədə yerləşir.
    1. Görmə
    2. Eşitmə
    3. Dad bilmə
    4. Hiss etmə
    5. İy bilmə
    #bakiavropaliseyi #azadlaoyren #azadlaöyrən #duyğuorqanları

КОМЕНТАРІ •