Məktəbdə metodbirləşmələrin fəaliyyət istiqamətləri (TIA) 17 avqust 2020

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024
  • 🔗 Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən #metodbirləşmələrdə mərkəzləşir.
    🔗Metodbirləşmə #təhsil #proqramlarının metodiki təminatının təkmilləşdirilməsinə imkan verən #məktəbin #daxili #struktur #bölməsidir və müəllimin pedaqoji ustalığını artırmağa xidmət edir.
    🔗 Ayrı-ayrı fənlər üzrə yaradılmış #metodbirləşmələr həmin fənn üzrə ən azı 3 nəfər olduqda yaradılır. 3 nəfərdən az olduqda isə #inteqrativ #fənn #müəllimlərinin (fizika-riyaziyyat; kimya-bialogiya; tarix- coğrafiya və s.) metodbirləşmələri təşkil olunur.
    🔗 Əksər hallarda bu, müəllimlərə #ictimai #xarakterli iş kimi verilir. Təbii, bu, işin keyfiyyətinə də təsirsiz ötüşmür. Metodiki işi yaxşı icra edənlər də var, amma əksər hallarda formal xarakter daşıyır. Fikrimcə, bu işi aparan şəxslərin #əməyini #stimullaşdırılmalıdırlar.
    🔗 Metodbirləşmə və ya metod kabinet rəhbərləri, əməkdaşları məktəb və müəllimlərlə münasibətlərini təcrübə mübadiləsinin aparılmasına xidmət edən, qarşılıqlı #əməkdaşlığa dayanan, #inkişafa təşviq edən iş şəklində təşkil etməlidirlər. Bu bir "Müfəttiş gəlir!" simasında aparılmamalıdır.
    🔗 Hər bir məktəb ilk olaraq öz müəssisəsində metodiki #diaqnostikanı aparmalı, bunun nəticəsinə müvafiq olaraq #ehtiyacları #müəyyənləşdirməlidir. Bundan sonra metod birləşmələrdə bu #ehtiyaclara #müvafiq metodiki #dəstək fəaliyyət planı hazırlanmalıdır.
    🔗 Məktəbdə metodiki işin düzgün, sistemli təşkili o məktəbdə çalışan bütün pedaqoji heyətin iş #birliyi, qarşılıqlı #əməkdaşlığı şəraitində təşkil edilməlidir. #Formallıqdan daha çox, #praktikliyə önəm verilməlidir.
    🔗#Gənc #müəllimlərin pedaqoji usalığını artırmaq, zəruri metodiki dəstəyi almalarını təmin etmək üçün məktəbdə metod birləşmələrin fəaliyyət istiqamətlərinin işlək, sistemli, müasir təlim texnologiyalarını özündə əks etdirən #praktik #alətləri olmalıdır.

КОМЕНТАРІ •