Hüseyn Arif - Sən dərsə gəlməyəndə

Поділитися
Вставка
  • Опубліковано 1 жов 2024
  • Şeir: Hüseyn Arif - Sən dərsə gəlməyəndə
    Səsləndirmə: Hüseyn Arif
    Musiqi: Ələkbər Tağıyev - Sən gəlməz oldun
    Biraddımla'ya UA-camda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    HÜSEYN ARİF - SƏN DƏRSƏ GƏLMƏYƏNDƏ
    Düşür yadıma hərdən
    Məktəb həyətində mən
    Yoluna göz dikərdim,
    Qəlbim sızlardı birdən
    Sən dərsə gəlməyəndə…
    Durub-durub anardım,
    Gizli-gizli yanardım.
    Neçə dostun içində
    Özümü tək sanardım.
    Sən dərsə gəlməyəndə…
    Zəng səsi ucalardı,
    Uşaqlar söz alardı.
    Gözlərim boş masanda.
    Fikrim səndə qalardı
    Sən dərsə gəlməyəndə…
    Dözməyib buna bəzən
    Düşüb gah da həvəsdən
    Nə danım həqiqəti,
    Qaçardım mən də dərsdən
    Sən dərsə gəlməyəndə…
    Pərvin:
    Hüseyn Arif “Sən dərsə gəlməyəndə” şeirini məktəb illərindəki yaşadığı hislərin həsrət və xiffəti ilə yazıb... Şair bu günündən məktəbli vaxtlarına baxır və yadına salır, o zamankı saf, cilasız, cilovsuz sevgisini... Hələ dünyanın kirindən, yalanlarından xəbərsiz balaca oğlanı. Aşiq olduğu qız dərsə gəlmədiyindən duyduğu uşaq tənhalığını, çəkdiyi həsrəti! Kiçik bir şeir sanki qısa, lap qısametrajlı film təsiri bağışlayır. Oxuduqca məktəb həyətində yola boylanan, zəng vaxtı şənlənən yoldaşlarına qoşulmayıb bir tərəfdə büzüşüb oturan oğlan göz önünə gəlir. Və bütün bu hisslərin ibtidailiyindən, sadəlövhlüyündən, paklığından riqqətlənməyə bilmirsən!
    ...Zamanla sevgi də böyüyəcək səninlə birgə, dərinləşəcək fikirlərinlə bərabər, bəlkə ömrünün ən gözəl duyğuları da qarşıdadı, səni gözləyir, amma həmin gün dərsdən qaçmağını yadından çıxarmayacaqsan! Hüseyn Arif də unutmamışdı, elə belə də yazmışdı:
    “Qaçardım mən də dərsdən,
    Sən dərsə gəlməyəndə...”
    #hüseynarif #hüseynarifşeirləri #hüseynarifşeirleri #huseynarif #səndərsəgəlməyəndə #səngəlməzoldun #sengelmezoldun #ələkbərtağıyev #elekbertagiyev #şeir #şair #poeziya #ədəbiyyat #şeirlər #şairlər #seir #sair #seirler #sairler #sənət #sənətkar #musiqi #kitab #yazar #yazıçı #biraddimla #biraddimlayol

КОМЕНТАРІ • 22