ÜÇLÜ SİNİR AĞRISI - Müalicəsi | Vüsal Eyvazov

Поділитися
Вставка
  • Опубліковано 11 вер 2024
  • #alqoloq #VüsalEyvazov #oynaqağrısı
    Alqoloq Vüsal Eyvazov
    İnstaqram: alqoloqdr.vusal
    Facebook: Alqoloq Dr. Vüsal Eyvazov
    Tel: 077 311 88 66
    Sayt: vusaleyvazov.az
    Ünvan: Babək prospekti, Bakı Medical Plaza
    Trigeminal (üçlü sinir) nevralji, adətən, üzün yarısında üçlü sinirin yayılma sahəsində bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən ani və şiddətli ağrılarla xarakterizə olunur. Qeyd edək ki, ağrı öz-özünə və ya danışıq, çiynəmə, toxunma , isti və ya soyuq maye qəbul edildikdə, üz hərəkətləri zamanı da başlaya bilər. Bəzən xəstədə olan bu ağrıların səbəbi dözülməz diş ağrıları ilə də səhv salınır. Elə pasiyentlər olur ki, hətta dişlərinin hamısını çəkdirir. Yenə də ağrıları keçməyən pasiyetlərimizin son ümid yeri Ağrı Müalicə Mərkəzi olur. Bildirək ki, üzün əsasən yarısında yayılan , ani və şiddətli ağrılarla xarakterizə olunan trigeminal (üçlü sinir) nevraljidən əziyyət çəkən xəstələr üçün Ağrı Müalicə Mərkəzimizdə Radiofrekansla Qasser qanqlion müalicə metodu tətbiq edilir. Belə ki, lazımı müayinələrdən sonra xəstədə trigeminal sinir qanqlionunun kəllə əsasından çıxdığı oval dəliyə Rentgen altında xüsusi iynə vurulur. Daha sonra bu iynə Radiofrekans alətinə qoşulur. İynənin doğru yerdə olduğu müəyyən edildikdən sonra ağrı yayan sinirə idarəli bir şəkildə elektrik enerjisi verilir və ağrılar aradan götürülür.

КОМЕНТАРІ • 1

  • @ElesgerAbdurrehmanov
    @ElesgerAbdurrehmanov 2 місяці тому +1

    Allah sizə ömur versin,ay həkim,heyif siz mingəcevirə gəlincə mən sizin vaxtınıza qədər dözə bilmədim,başqa həkimə getdim oda məni soyur, ağrılarımda ki elə belə kəsib,