Təhsil nədir? | Təhsilimiz necə olmalıdır | Söhbətgah | Münasibət

Поділитися
Вставка
  • Опубліковано 26 чер 2024
  • Bu dəfə ‪@DjTural‬ və ‪@AliKhayyam‬ #Təhsil -dən danışdılar.
    Təhsil necə olmalıdır? Bizim təhsilimiz hara gedir? Bizim təhsilimizi nə xilas edə bilər?
    Bəs siz təhsilimiz haqqında nə düşünürsünüz?
    ☕Kofe tərəfdaşımız: / unitedcoffeebeans
    📢Bizə Patreon-dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
    👋Söhbətgaha abunə olun: / @sohbatgah
    İstinadlar:
    Emin Əmrullayev - az.wikipedia.org/wiki/Emin_Əm...
    Lee Kuan Yew - en.wikipedia.org/wiki/Lee_Kua...
    William Shakespeare - az.wikipedia.org/wiki/Vilyam_...
    George Gurdjieff - en.wikipedia.org/wiki/George_...
    Sultan II Mehmed - tr.wikipedia.org/wiki/II._Mehmed
    Friedrich Nietzsche - az.wikipedia.org/wiki/Fridrix...
    Instagram: / sohbatgah Facebook: / sohbatgah
    Podkastı dinləmək üçün:
    Spotify: open.spotify.com/show/1eHR7Mb...
    Apple Podcast: podcasts.apple.com/us/podcast...
    Yandex Podcast: music.yandex.ru/album/18071206
    Google Podcast: podcasts.google.com/feed/aHR0...
    Spreaker: www.spreaker.com/show/sohbatgah
    Zaman:
    00:00 Intro
    00:12 UCB
    00:15 Patronlar
    00:23 Salamlaşma
    01:59 Təhsil nədir?
    04:34 Əli Britaniya təhsilindən nə öyrənib?
    11:35 Niyə məhz Finlandiya təhsil sistemi?
    16:11 Övladının təhsil və karyerasında valideynin rolu
    27:00 Təhsil haradan başlayır?
    33:30 Sistemli öyrənmənin faydaları
    37:55 Təhsil sistemini yenidən qurmaq üçün gecikməmişik?
    40:27 Biz nə istəyirik?
    51:01 Kiçik bir müzakirə
    54:17 Sağlam qidalanma ilə sağlam düşüncə tərzi arasında əlaqə
    01:02:54 Təhsil önəmlidir
    01:05:56 Outro

КОМЕНТАРІ • 206

  • @zamanovmaarif
    @zamanovmaarif 2 роки тому +60

    Elçilikdə:
    -oğlunuz söhbətgaha baxır?
    + əlbəttə
    - gətirin şirinçayları 🫂

    • @bakibaki5948
      @bakibaki5948 Рік тому +3

      Bəli! Şəxsən mənim qızıma "sohbətgah"a baxan oğlan elçi düşsə, mən ürəkdən qızımı oğlana verərəm. Çünki, Yutubeda bu qədər boş,və səviyyəsiz videoların içində, bir oğlan söhbətgaha baxmağı tərcih edirsə, demək ki, o oğlanın düşünmək potensialı var və ona qız övladımı ürəklə əmanət edə bilərəm.

    • @quqqulu4251
      @quqqulu4251 Рік тому +1

      @@bakibaki5948 qızın desə ata mən bəs meyxana deyəni sevirəm?)

    • @TurkanQuliyev
      @TurkanQuliyev 5 місяців тому +1

      😅😅😅🗽

  • @Star-uq9le
    @Star-uq9le 2 роки тому +74

    Tibb universitetinin 1ci kursunda oxuyuram və mühazirə zalında gördüyüm bəzi mühüm məsələlər var ki Azərbaycan gəncində həll olunmalıdır.
    Birincisi tələbələrin dünya görüşü 0dır. Sadə də olsa qrupda söhbət əsnasında "komunizm", "kapitalizm" sözündən istifadə edəndə 12 nəfərlik qruda təkcə 1,2 nəfər söhbətin nədən getdiyini başa düşür. Tarix mühazirələrində müəllim Zəngəzurla müasir siyasəti müqayisə edəndə belə bir ifadə işlədir- " Siz hələ bilməzsiz, amma bəlkə valideyinləriniz xəbərlərə baxanda eşitmisiz Zəngəzur məsələsini" və məsələ də ondadır ki zalda oturan 80 tələbənin bal ortalaması təqribən 600 dür və əslində bu uşaqların doğurdan da bu söhbət barəsində xəbəri belə yoxdur.
    Məktəblərdə heç cür əlavə məlumatlar verilmir sadəcə sıxıcı tarix kitabı(bəzən müəllimin vaxtı qalanda əlavə məlumatlara da yer verirdi və müzakirə gedirdi, bu da kiçik bir kütlə üçün maralı məlumat, qalanları üçünsə dərsi pozmaq üçün şans idi). Əslində dərslərin müzakirəsini isə bəzi müəllimlər etməyə cəhd edirdi, amma sinifə sanki maraqlı deyildi bu. Uşaqlar beynini yoranda 5 almırsa heç cəhd etmirdilər düşünməyə. Hər qrupda mənim kimi 1(bəlkə ən yaxşı halda2) bu cür tələbə var idi ki həm coğrafiya, həm siyasət, həm tarix, həm təməl iqtisadi qanunlar, həm biologiya həm kimya barədə bilgisi olsun və bunu da əslində bizə məktəb müəllimləri yox, valideyinlərimiz, əsasən atamız öyrətmişdi. Əslində isə bu ibtidai sinif müəlliminin işi olmalı idi. Bizdəkilərinsə işi sadəcə kurrikulumu lənətləmək, düzgün olmayan məlumatlar vermək(bu gün xatırlayanda bir insanın necə belə cahil ola biləcəyini düşünüb narahat oluram), bir də uşaqlara səssiz olmağı tapşırıb başqa müəllimlərlə söhbət eləməyə getmək idi.
    Bir təhsil sistemi ki, 11 il ərzində tələbəyə normal B2-C1 səviyyəsində ingilis dili oyrədə bilmir, ondan Bill Geyts, Elaon Musk istəmək gərək deyil
    Əslində bu yazının oxunduğundan əmin olsam universitet və müəllimləri barədə daha çox şey yaza bilərəm, yazaram gərək olsa

    • @anar9129
      @anar9129 2 роки тому +3

      Yaza bilərsiz? Çox maraqlıdı fikirləriniz

    • @salehvalehoglu
      @salehvalehoglu 2 роки тому +9

      Yazdıqlarınız maraqlıdı. Bəzi məqamlara fikir bildirmək istəyirəm. Ətrafınızdakıların dünya görüşü zəif ola bilər, müzakirəsi gedən mövzu barədə məlumatsız ola bilərlər. Çünki bu sirr deyil ki, Azərbaycanda tələbələrin böyük əksəriyyəti sadəcə tələbəliyə itələnir. Sürüklənib düşür ali məktəbə. "Valideynlər, qohum-əqraba, qonşular, dost-tanış sonra deyəcək ki..." Və həqiqətən də sonra mütləq nəsə deyirlər. Bu halda tələbədən dünya görüşü gözləməyin nəticəsi müsbət olmayacaq. O tələbələrin hərəsinin təkcə bir qanadı var. Digər qanadlarını uşaqlıqda ya valideynlər, ya ətraf, ya məktəb qırıb. Təkcə ali məktəblər deyil, demək olar bütün sahələr bu cür insanlarla doludu. Ona görə də uça bilmirik. O tələbələrə marağlı olacaq çox mövzu var, sadəcə yerləri ora deyil. Müəllimlərə gəlincə də, müəllimlər də insandı və onlar da yenə eyni sürüklənmə metodu ilə gəliblər o yerə. Ətrafın sürükləyib atdığı hər peşə sahibi, vəzifə, iş sahibi bu vəziyyətdə olacaq. İşindən deyinən, işi ilə bağlı yeniliyi qəbul etməyə ərinən... Müasir təhsil proqramını incələmişəm. Yeni kurikulum sistemində dövrün tələblərinə uyğun çox yaxşı əlavələr var. Əgər müəllimlər həmin proqramı tam dərk edib, qavrayıb düzgün tətbiq edə bilsə, çox gözəl gələcəyi var Azərbaycan təhsilinin. Hamı nədənsə yeni təhsil sistemini pisləyir, ancaq orda o qədər yaxşı yanaşmalar qeyd olunub ki, sadəcə köhnə yanaşmalardan təmizlənməliyik. Bu təkcə məktəblərin işi deyil, valideynlər də, ümumilikdə cəmiyyət də, müəllimlər qədər vacib rol oynayır. Televiziya, radio, təbliğat hər şey əl-ələ verməlidir. Bunun üçün birləşmək, əməkdaşlıq etmək...

    • @Star-uq9le
      @Star-uq9le 2 роки тому +3

      @@salehvalehoglu sizlə tam razıyam.
      Universitet barədə isə onu deyə bilərəm ki müəllimlərin çox böyük əxlaq problemi var, təbii ki hamısının yox. Bu bir az insanların arxasınca danışmağa bənzəyir, amma 1 professor haqda bizlə danışanda onu ağır sözlərlə təhqir eləyib, 15 saniyə sonra həmin adamdan gələn zəngi "buyurun cənab professor" deyə açan biri dərs keçdi bizə. Və hər iki şəxs Azərbaycanda həmin sahə üzrə prof olan sayı 10u əsla keçməyən insanlardan idilər. Buna bənzə çox şey yaşandı bundan daha pis (bir-birlərinin üzünə başqa tələbələrin yanında hündür səslə və s.) şeylər də oldu, amma hamısını danışmaq istəmərəm. Amma mğncə bu ümumi mühiti anlamaq üçün yaxşı örnəkdir. Məsələ odur ki əgər bu xaricdə olsa orda da pis örnəkdir təbii ki, amma həmin adam bizə ilk dərsini başlayanda 90 dəqiqə etikadan, mədəniyyətimizdən, əxlaqdan, mental dəyərlərimizdən danışdı və sonda da belə.

    • @valideibrahimova1275
      @valideibrahimova1275 2 роки тому +1

      Yazın, maraqlandıra bildin bizi, məncə sən savadlı tələbəsən, dünyagörüşün də, intelektual səviyyə n də çox gözəldir

    • @salehvalehoglu
      @salehvalehoglu 2 роки тому +2

      @@Star-uq9le Bəli. Təəssüf ki çoxdu belə hallar. Əvvəl bir qorxu vardı və qorxudan idi bütün münasibətlər. Camaat nə deyər qorxusu, qınayarlar qorxusu, qəbul etməzlər qorxusu. Ancaq artıq çoxluq camaatın nə dediyini o qədər də ciddiyə almamağa başladığından, ki bu əslində yaxşı hal olmalı idi, lakin situasiyanın digər qaranlıq tərəfləri ortaya çıxıb. İnsanlarımızda daxili intizam formalaşmadığından, onları kimsə idarə etməlidir ki cəmiyyətə zərər verməsinlər. Daxili intizamsa kimsə heç nə deməsə belə formalaşan keyfiyyətlərdir. Özünün, cəmiyyətin, normaların fərqində olaraq. Çox insanı sadəcə qorxu saxlayır zərərli, yaxud da özünə sərf edən, bir növ rahat davranışlardan. Zehin fəaliyyəti tələb etməyən sadəcə həvəs və istək ardınca sürükləyən davranışlara meyil edirlər. Camaat heç nə demirsə hər şey etmək olar düşüncəsindədi çoxluq. Çünki gerçək əxlaqi keyfiyyətləri olmayıb. Daxili intizamı olmayıb. Məcbur idarə olunub...

  • @Nerohaciyev
    @Nerohaciyev 2 роки тому +73

    Necə gözəl bildirişsen sen😍

  • @leylaabbasova896
    @leylaabbasova896 2 роки тому +47

    Sizin hər dəfə "Növbəti münasibətlərdə görüşərik, qismət olsa" cümləniz daimi olsun ki, insanlarımızda fərqindəlik yaransın. Sizin kimi insanlar həqiqətən lazımdır. Təşəkkür edirəm, bu münasibətə görə🤍

  • @maryamgurbanova8539
    @maryamgurbanova8539 2 роки тому +18

    Mənim 15 yaşım var,13 yaşıma qədər fast food o qədər çox yeməmişəm,amma son zamanlarda yemeye başlamışam.Bu video mənə yenidən 13 yaşıma qədər olan özümə qayıtmalı olduğumu göstərdi.

    • @RaufGuliyev-rh8yk
      @RaufGuliyev-rh8yk Рік тому

      Siz ki 15 yaşında bunu yazırsız, mənim 15 yaşım olmayıb heç demək istəyirəm...

  • @servialekberova
    @servialekberova 2 роки тому +15

    2006-2010-da ADU-da BM ixtisasi uzre ders demis butun ixtisas muellimlerine sonsuz sevgi ve hormet. Azerbaycanda savadli, dunyagoruslu ve vicdanli diplomatlar yetisdiren azsayli muellimler toplusu ♥️

  • @humbetalizade
    @humbetalizade 2 роки тому +5

    Ortaq fikirləri bölüşmək xoşdur, ortaq dərdlər isə ağrıverici. Hər şeyin düzəlməsi ümidi ilə

  • @kb7182
    @kb7182 2 роки тому +3

    Али и Турал, хорошие грамотные ребята. Хотелось бы, чтобы хотя-бы какой-то процент нашей молодежи были бы как они.

  • @ibrahimabdullayev4586
    @ibrahimabdullayev4586 2 роки тому +8

    her defe söhbetgahı dinleyende inanmarsız ki eseb stresim nece sakitleşir.
    her şeye göre teşekkürə layiqsiz minnetdaram.
    Azerbaycanda 1 nömre kanal
    SÖHBETGAH 💙💚

  • @GM-su8mh
    @GM-su8mh 2 роки тому +8

    Qızım ikinci sinifdə oxuyur. Kitabda hər mövzunun altında suallar olan çalışmalar var. Mətnin ideası nədir? Yazar burdabnə demək istəyir? Bu sistemnən çox xoşum gəlir. Və təbii olaraq savadsız valdeynlerimizin çoxu “bu nə kitabdır jurnala oxşayır”,”bizim vaxtımızda kitablar qalın idi, hərşey uzun uzadı izah olunurdu” və s; Mənə görə çox əladır. Kitablar bəzəkli fikirlər qısa lokanik👍🏻
    Müəllimin uşaqla münasibəti, gündəliyində valdeynə yazdığı ismarıclara gəldikdə isə🤦‍♀️ qızımın bütün qiymətləri 100 dür( informatikadan başqa, odakı məktəbin komputer otağı işləmir sadəcə yoxlama üçündür) Lakin qiymətləri 100 olan şagirdə müəllim indiyənə kimi heç bir tərif, təşəkkür etməyib. Məktub mövzusunu keçdikləri günün səhərisi qızım arxada oturan yoldaşına məktub yazdığına görə, gündəlikdə valdeynə uşağınız arxadakı yoldaşına məktub yazır deyə xəbərdarlıq yazılmışdı😃
    Keçək qidaya😀 6 aya kimi uşaqlarıma su vermədiyimə görə çox danlanmışam😃 6 aydan yuxarı isə suyu şəkərsiz verdiyimə görə danlanmışam😃 məktəbə gedənnən isə niyə şirinçay yox portağal suyu verdiyimə görə hələdə danlanıram😀 uşaqlarıma bibəri severek çərəz kimi yediklərinə görə qəribə baxan qonaqlarım olur😃 belə məni danlayanlar körpələrinə coca cola( 40 lı uşağa) bizon (1.5 yaş uşağa) piyvə (2 yaş uşağa) verdiklərini görmüşəm. Həmin valdeynlər indi 3 yaşlı uşaqlarının niyə dişlərinin gec çıxdığı və 3 yaşa çatmamış qap qara olub töküldüyü üçün fikir edirlər. Bağırsaq insanın ikinci beynidir. Hətda düzgün qidalanmayan uşaq autizim xəstəsi ola bilər!
    Bu verlişinizi statusumda link olaraq paylaşdımki görsünlər. Yenədə ürəyim soyumadı şəkərli içkilər və qida haqqında olan hissəsinidə qısa video olaraq paylaşdım. İnşallahki baxıb nəticə çıxararlar. 🤲🏻 Ps. Hər verlişinizə coment yazmağa vaxtəm olmasada demək olarki çoxsunu dinləmişəm.( baxmamışam iş görə görə dinləmişəm)
    AXIRA KİMİ OXUDUNUZSA SƏBRİNİZƏ HEYRANAM🖐🏻

    • @aydanismixanli
      @aydanismixanli 2 роки тому +1

      Əla! düşünürəm ki, sizə çox minnətdar olacaq övladlarınız. Az yaşlı uşağı olub özünü inkişafa vaxt tapan valideynlərə heyranam.

    • @GM-su8mh
      @GM-su8mh 2 роки тому

      @@aydanismixanli inşallah 🤲🏻

  • @nurmuradli1550
    @nurmuradli1550 2 роки тому +2

    Uy da ne qeder güldüm deyir 21 ci esrdi hələ də evlənirlər 😂😂o birsi də deyir belə səhv etməyin də 🤣🤣. Vallah düz deyirsiz😄

  • @kzadeh
    @kzadeh 2 роки тому +5

    Bir mövzuya" ...nədir ? " adlı başlıq atmaq və bunun altından çıxmaq riskini göz önünə almaq böyük cəsarətdir. Bu cəsarətə Təhsil Nazirliyinin layiqli qarşılıq verəcəyəni ümid edirəm. Və bir kiçik nüans: məncə Kantın bəşəri əxlaq prinsipinə inanan adam kimi əxlaq öyrənmək üçün cəhətlərə ehtiyac yoxdur.

  • @aynurazohrab
    @aynurazohrab 2 роки тому +3

    Təhsil nazirinin müsahibəsi yəqin müasir Azərbaycan jurnalistikası üçün ideal masterklass olacaq💙💚👍

  • @gulnare.seyavusqizi.official
    @gulnare.seyavusqizi.official 11 місяців тому

    "Ixtisas seçimində "aşsüsən "başqa cür olmalıdır "fikri çoooox doğru.

  • @nahidazulfugarova7343
    @nahidazulfugarova7343 2 роки тому +17

    Möhtəşəmsiz sadəcə 👍 cəmiyyətin təmizlənməsində maariflənməsində belə bir rolunuz olduğuna və hər buraxılışınız insana mütləq dəyər qatdığına görə təşəkkürlər var olun ❤️

  • @sehriyarmhmmd6126
    @sehriyarmhmmd6126 2 роки тому +2

    "21 ci əsrdi hələ də evlənirlər" əla cümlə idi))) Ama Əli özü evlənib 🤣🤣🤣

  • @anarismayilov5190
    @anarismayilov5190 2 роки тому +3

    Hörmətli Tural və Əli bəy,
    Sizdən bir ricam olacaq. Mütləq şəkildə bu mövzunu gündəmə gətirin. Nə üçün orta məktəbdə şagirdlər nə üçün iş təcrübəsinə göndərmirlər?
    Mən Almaniyada yaşayıram. Məsəl üçün mənim oğlum Gymnasium-da (8 sinif) təhsil alır. Məktəb onları fərqli ixtisas üzrə 3 iş təcrübə keçməsi üçün məktəb göndəriş verdi ki, gedin iş təcrübəsi keçin və gələcək üçün bir ixtisas seçin.
    Məsəl üçün gələcək il bu iş təcrübəsi minimum 14 gün olacaq. Sizin mövzunuza uyğun olaraq bu mövzunu da müzakirə edin.
    Hörmətlə,

  • @mehdiallahverdiyev4742
    @mehdiallahverdiyev4742 2 роки тому +5

    Ölkəni qabağa aparsa bu ikili aparacağ👍

  • @MrGuluzade
    @MrGuluzade 2 роки тому +3

    Hər yoldan keçən ünveristetə girə bilməz. Başıma hava gəlir 251 balla universitedə oxuyanlar var. Min keçik bal 400-450 bal olmalıdı.

  • @leylaaqazade1739
    @leylaaqazade1739 2 роки тому +2

    Gündüz küçələrdən uşaqları,axşamdan qadınları yığırıq küçələrdən ve neticede küçə qalır başı boş "kişilere".

  • @gulnare.seyavusqizi.official
    @gulnare.seyavusqizi.official 11 місяців тому +1

    Azərbaycanda bəyəndyim və qulaq asdığım iki gözəllik:1-SEGAH.2-SÖHBƏTGAH.❤

  • @irada7640
    @irada7640 2 роки тому +2

    Salam Tural bey, xahiş edirəm küçələrə tupuren kisiciklerden də danışın. Hər gün rastlaşıram küçə ilə gedirəm utanmadan ayxiran kim,tupuren kim. Bu dəhşətdir, utanc vericidir. Bir gün də bu mövzunu qoyun. Təhsildən qabaq mədəniyyətdir məncə. O qədər adam var ki, tehsil alib amma ki, bir zibil de deyil

  • @vugarmirzaliyev9309
    @vugarmirzaliyev9309 2 роки тому +9

    Davamlı real iqtisadi artım təhsil və elmin inkişafından asılıdır. İnformasiya mənfəət (fayda) gətirdikdə qiymətli olur, bu baxımdan faydalı işlər gördüyünüz üçün Sizlərə uğurlar arzulayıram.

  • @valideibrahimova1275
    @valideibrahimova1275 2 роки тому +1

    Ümumiyyətlə, tarixi şəxsiyyətləri və ya tarixi hadisəni müzakirə etmək üçün gərək həmin dövrün bütün xüsusiyyətlərini biləsən, həmin dövrü öyrənərsən, o dövrə "girəsən" bundan sonra həmin insana və hadisəyə qiymət verə bilərsən

  • @gulsaraumarova9510
    @gulsaraumarova9510 2 роки тому +5

    Çox xoşum gəldi verilişdən. Çox sagolun. Faydalı məlumat verdiniz. Amma Tural bəy çox emosional olmayın. Bilirəm dözmürsüz. Gonag da heyifki az danışdı. Hər ikinizə çooox təşəkkür edirəm.Ardı gəlsin.

  • @byulviyyah
    @byulviyyah 2 роки тому +2

    Sohbetgahin fanati oluram artiq.Heqiqetende bu layihe choox eladir ve inshaallah daima olar👏👏👏

  • @ilaheserifova2226
    @ilaheserifova2226 2 роки тому +2

    Cox gözel söhbetdir. Amma mence çevre, mühit cox önemlidir. Biz sovet döneminde kitablarla böyüdük. Nağıllarla, kitablarla da usaqlarımı böyütdüm. Her defe soruşdum hansı peşede özünü xoşbext görürsense onu seç. Amma mühit mekteb onları tam basqa düşüncede böyüdür. Onlar görürler ki bu cemiyyetde yasamaq cox çetindir. İstediyi saheni oxumaq üçün ise cox maddiyat lazımdır. Siz özel mekteblerdeki sagird muellim munasıbetine baxın sonra da dövlet mekteblerine baxın. Cox ferqlidir. Mence her kes öz işini severek görse, bir de milletini sevse, vicdanla öz işini yerine yetirse bu cemiyyet deyişe biler.

  • @ziyafataliyev
    @ziyafataliyev 2 роки тому +6

    Başlayan kimi like edirəm ki, bilirəm onsuzda sonda bəyənəcəm.

  • @ArzuShirin
    @ArzuShirin 2 роки тому +5

    Bir Müəllim olaraq çox sevindim ki, bu mövzuya toxunmusunuz. Valideynlərlə bağlı dediklərinizlə də tam razıyam. Uşağı ilə maraqlanmayan,nə keçir, nə öyrənir və s. marağında olmayan valideynlər gəlib müəllimdən hər şey tələb edirlər, yanında "küçə ağzı" ilə danışıb sonra mədəniyyətdən danışırlar. Uşaqlar isə inanın 95%-i öyrənmək istəmir, yenilik onları maraqlandırmır, avaralanmaq istəyirlər,nəyimizə gərəkdir deyirlər. Bizim istədiyimiz o üst səviyyəyə gəlməyimiz üçün hələ çox şey lazımdır və çox şey dəyişilməlidir. Yaralı yerimdir, saatlarla danışa bilərəm,həll yolları və s. Amma xeyri yoxdur. Təşəkkürlər.

    • @salehvalehoglu
      @salehvalehoglu 2 роки тому +1

      Müəllimə, xeyri var. Bütün etdiklərinizin xeyri var. Siz davam edin, əl çəkməyin. Hər kəs təslim olsa xeyri olmayacaq. Ancaq indiki halda xeyri böyükdü mübarizənizin. Mən sizi alqışlayıram 👍🏻

    • @ArzuShirin
      @ArzuShirin 2 роки тому +1

      @@salehvalehoglu çox sağ olun. Minnətdaram dəstəyiniz üçün. Əlbəttə ki, əlimdən gələni etməyə davam edəcəyəm. İstəyimizə çatacağıq, inşaAllah bir gün...

  • @leylasahquliyeva4311
    @leylasahquliyeva4311 2 роки тому +5

    Nece maraqlı bir podkast, maraqla dinlədim, təşəkkurlər sizə👏🏻

  • @gulnurealiyeva8561
    @gulnurealiyeva8561 2 роки тому

    Cox sağ olun.Faydali məlumatlara görə.

  • @vaqifahmadov7674
    @vaqifahmadov7674 2 роки тому

    Əla. Fikirlerinizle tam razıyam.

  • @cavahirhakimli
    @cavahirhakimli 2 роки тому +1

    Yadıma gəlir 9cu sinifdə oxuyurdum,oxuduğum məktəb McDonalds’a yaxın idi. Sinif yoldaşlarım çox vaxt dərsdən çıxıb gedirdilər burger falan yeməyə. Bizdə mamam fastfood üçün pul verməzdi bizə. Uşaqlıqdan rəngli və qazlı içkilər olsun,fastfood olsun həmişə onun ziyanından danışardı. O vaxt mamaya əsəbləşirdim ki niyə icazə vermir. Ancaq indi ona çox sağol deyirəm. Yaxşı ki icazə verməyib. İndi ətrafımda çox insandan həssas yanaşıram bu məsələyə. Valideynlərim sayəsində🙏Bu arada sizi səhər səhər dinləmək bəlkə son günlər ən sevdiyim rutinim olub. Yenə gözəl söhbətiniz üçün, əziyyətiniz, ayırdığınız zaman üçün sizə təşəkkür edirəm.💚💙Hər bölümdə olduğu kimi çox maraqlı idi👍

  • @CarsNewsWatch
    @CarsNewsWatch 3 місяці тому +1

    Tək Azərbaycandadı MC və KFC-lərə cool kimi baxılır. Amerikada MC ləri kasıblar daha çox istifadə edir.Bəzi vaxt pulsuz olur. Bizdə od qiymətinədi.

  • @BilimEvi.
    @BilimEvi. 2 роки тому +1

    Teşekkürler gözəl verlişə görə!

  • @fizzaaliyeva8202
    @fizzaaliyeva8202 2 роки тому +2

    Tural beyi men söhbetgahda keşf etdim möhteşem

  • @suramovsumova656
    @suramovsumova656 2 роки тому +3

    Salam,ilk olaraq belə aktual mövzunu müzakirə etdiyiniz və problemləri dilə gətirdiyiniz üçün çox sağ olun.
    Sağlam qida mövzusuna dair bir nüans var ki,bu da sağlam qidalar ucuz deyil,əksinə baha olmasıdır.Bəli,fəslinə uyğun olaraq bəzi tərəvəz və meyvələrin qiyməti nisbətən ucuz olur.Amma məsələn ,avokadonun qiyməti hamıya məlumdur, ya da balıq,brokoli və.s..Azərbaycanda orta təbəqəyə məxsus ailə bunları alıb,uşaq və ya uşaqlarına mütəmadi olaraq verə bilmir.

  • @aytacfeyzullayeva7769
    @aytacfeyzullayeva7769 Рік тому

    Möhtəşəm podcast idi. Təşəkkür edirəm.

  • @madadmeherremov4115
    @madadmeherremov4115 2 роки тому +1

    Tural sizin dediyin sözlər özgür demirtasin dediyi sözlərlə üst üstə düşür var olun

  • @orxansayidov4554
    @orxansayidov4554 2 роки тому +2

    Təşəkkürlər, Emin bəylə görüşü də səbrsizliklə gözləyirik

  • @suleymanovmusviq6030
    @suleymanovmusviq6030 2 роки тому +2

    Həmişəki kimi, mötəşəm! Tez-tez münasibətlər olsun belə)

  • @user-pf4gj7ph5s
    @user-pf4gj7ph5s Рік тому +1

    Möhtəşəm

  • @peryqulieva1225
    @peryqulieva1225 2 роки тому +1

    Möhtəşəmsiniz!

  • @telimci_pedaqoq_mila
    @telimci_pedaqoq_mila 2 роки тому +1

    Emeyinize sağlıq. Ürəyinizə sağlıq. Mohtewemsiniz!

  • @nihadr06
    @nihadr06 2 роки тому +2

    Əla mövzudur 👌👏👏💚💙

  • @bakurider1144
    @bakurider1144 2 роки тому +3

    Əvvəl şairi şəhərdə görürdüm, artıq rastıma çıxmır. Ən zövq aldığım şeylərdən biri Ali Xəyyamı dinləməkdir

  • @nergiztanriverdiyeva9718
    @nergiztanriverdiyeva9718 2 роки тому +1

    Təşəkkürlər gözəl mövzu üçün. Kaş ki bütün gənclər baxsa da maariflənsə.

  • @Aliyeva777-7
    @Aliyeva777-7 Рік тому

    Cox sagolun

  • @gulnarhesenova9046
    @gulnarhesenova9046 2 роки тому +2

    mukemmelliye eminlik ve izlemeden like.Naziri cagirdiginiza cox sevindim.Mence butun nazirler sizden kecmelidi

  • @firuztalbova177
    @firuztalbova177 3 місяці тому +1

    Çox faydalı podcast oldu, çox sağolun ❤

  • @MS-mr5hv
    @MS-mr5hv 2 роки тому +2

    Həmişə ki kimi mükəmməl alınıb. 11ci sinifdə təhsil alıram, təhsilimə musiqi üzrə davam edəcəm riyaziyyat biliyim zəifdi bacardığım qədər öz üstümdə işləyib inkişaf elətdirmək istəsəmdə alınmayıb genetikdə də olmalıdır deyə düşünürəm. Məsələn mən qabiliyyət imtahanı verecəm və yəqin ki hər hansı bir bəstə edəndə və ya bir mahnı ifa edəndə mənə trigonometrik düsturlar lazım olmayacaq anlamadığım və ya ixtisasım da lazım olmayan dərsləri keçmək və vaxtımı itirmək mənə məntiqsiz gəlir 🤷‍♀️

  • @NigarSafura
    @NigarSafura 2 роки тому +7

    Milli Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirmişəm. Türkiyədə magistr təhsili almışam. Hal-hazırda yenə Türkiyədə doktorantura təhsili almaqdayam. Magistr müəllimlərimə ölkəmizdəki təhsil sistemindən bəhs etdiyimdə gözləri kəllələrinə çıxmışdı. Halbuki onlar özləri də hələ bu səviyyədə öz təhsil sistemlərindən narazıdırlar. Görün vəziyyətimiz necə acınacaqlıdır.

    • @resm_analizi
      @resm_analizi 2 роки тому

      Orda necədir ki təhsil?

    • @NigarSafura
      @NigarSafura 2 роки тому +3

      @@resm_analizi Dərsi oxu, gəl, danış kimi bir təhsil sistemi yoxdur orada. Müəllim sizə lazımi materialları göstərir, ədəbiyyat siyahısı verir. Oxuyub-oxumamaq sizin öz ixtiyarınızdadır. Hətta mən müəllimlərimə dərs danışma "adətimizi" dedikdə gözləri kəllələrinə çıxmışdı, bizim o qədər zamanımızmı var demişdilər. Eyni zamanda, mənə ən pis təsir edən, Sovetlərin əzbərçiliyə dayalı təhsil sisteminin qalıqlarının heç cür təmizlənməməsidir. Hələ də dərs əzbərlədirlər bizdə, məktəbdə də, universitetdə də. Müəllimlər analiz-sintez etməyə imkan yaratmırlar. Öz analizlərinizi etsəniz belə, heç kimlə (müəllim daxil) diskussiya etmək imkanınız yoxdur. Çünki heç kim düşünməyi sevmir, hər kəs hazıra nazirdir.

    • @bilgimrkzi8928
      @bilgimrkzi8928 2 роки тому

      @@NigarSafura çox marağlı gəldi mənə . Qızım müzakirə etməyi sevir. Əzbərcilik onluq deyil . Amma müəllim yalnız əzbərcilik istəyir

    • @NigarSafura
      @NigarSafura 2 роки тому +1

      @@bilgimrkzi8928 Çünki müəllim müzakirə edəcək qədər savadlı deyil.

    • @bilgimrkzi8928
      @bilgimrkzi8928 2 роки тому

      @@NigarSafura tam razıyam

  • @leylinamiqqizi337
    @leylinamiqqizi337 6 місяців тому

    Mükəmməl.

  • @ayishememmedli6569
    @ayishememmedli6569 Рік тому

    Ferqındelık yaratdıgınız ucun cox sag olun

  • @Firuzahuseynzade1519
    @Firuzahuseynzade1519 2 роки тому +1

    Cox gozel. Buraxilisdi.Bu movzunu onlardanda dinlemek ela olardi.Duzu inanmiram oz cercivelerinden cixacaqlaeina.

  • @narminm.9903
    @narminm.9903 2 роки тому

    Eli bey cox gozel dinlemek qabiliyyetine malikdir!

  • @arzualiyeva6635
    @arzualiyeva6635 2 роки тому

    Salam,sizi nəfəs dərmədən dinlədim,sizinlə tam razıyam,çox sağ olun!

  • @lkbrmmmdov7458
    @lkbrmmmdov7458 2 роки тому +2

    İmtahanlar vaxtı ləzzətli oldu❤️

  • @stevengerrard3974
    @stevengerrard3974 2 роки тому +1

    Mohtesemsiniz. Birde kicik bir xahis sizden eminem ki teklifinizi geri cevirmeyecek. Egemen Imre ilede bir podcast olsa cox ela olardi.

  • @rozahamzayeva9104
    @rozahamzayeva9104 2 роки тому +3

    Ela sohbet idi yene ❤️

  • @nahidseydayev2871
    @nahidseydayev2871 2 роки тому +1

    Naziri səbirsizliklə gözləyirik. Təşəkkürlər!!💙💚

  • @HcyvRvn
    @HcyvRvn 2 роки тому +2

    *_Çox maraqlı, axıcı və lazımlı mövzu..._*

  • @user-fe2hi3sj2o
    @user-fe2hi3sj2o 9 місяців тому

    Supersiniz adash)

  • @rovsenhuseynov8368
    @rovsenhuseynov8368 2 роки тому +3

    Həmişəki kimi çox maraqlı və öyrədici münasibət. Böyük işlər görürsünüz. Aydınlanırıq 😇

  • @shafamammadova
    @shafamammadova 2 роки тому +1

    Möhtəşəm bir video. Fikirləriniz maraqlı idi

  • @kitabnssi1407
    @kitabnssi1407 2 роки тому

    Təşəkkürlər 😊

  • @sevincakberova5536
    @sevincakberova5536 Рік тому +1

    Sizin kimi savadli insanları görmək məni çox sevindirdi. Fikirləriniz mənimçün çox dəyərlidir.

  • @ibrahimabdullayev4586
    @ibrahimabdullayev4586 2 роки тому +5

    Əli bəyin saatına baxdım 19;40 da başladınız 20;50 veriliş qurtardı1 saat 10 dq edir, veriliş ise 1 saat 6 dq qardaş bizim 4 deyqemizi niye kesirsiz😀

  • @muradzrgrov687
    @muradzrgrov687 2 роки тому +2

    Bu semestrda ikinci imtahanımdı ki, sizdən baxıb öyrəndiklərimi yazıram. Sadəcə olaraq möhtəşəmsiz💚

  • @user-hz4qj7qi8i
    @user-hz4qj7qi8i 11 місяців тому

    Coxxx duzzzdu👍👍👍

  • @renamamedzadeh653
    @renamamedzadeh653 2 роки тому +1

    Mən də Peşə liseyində xarici dil üzrə müəllim işləyirəm və ora imtahanla 86%lik nəticə ilə girsəmdə kimsə soruşanda ki harada işləyirsən cavabında Peşə sözünü eşidəndə başlayırlar sənə savadsız kimi baxmağa. Necə ki orada təhsilə şübhə ilə yanaşır böyük əksəriyyət təhsilverənə də eyni münasibət var.

  • @uluskerimli7302
    @uluskerimli7302 2 роки тому +1

    Çox sağolun Söhbətgah ailəsi. Nə qədər düzgün formada zamanın nəbzini tutub analiz edirsiniz.

  • @notlikevery1
    @notlikevery1 2 роки тому +1

    munasibet buraxilishlari tez-tez olsun 💙💚

  • @bakibaki5948
    @bakibaki5948 Рік тому +2

    Çox təşəkkür edirəm bucür gözəl, maarifləndirici verilişləriniz üçün. Həqiqətən insan çox şeyin fərqinə varır bu verilişlərdən. Hər birini çox maraqla izləyirəm. Maraqlı , intellektli insanlara o qədər acıq ki, bu verilişləri dinləyəndə, sanki o aclıq hissimiz keçir. Uğurlariniz davamlı olsun.

  • @halilerkmen3016
    @halilerkmen3016 Рік тому +1

    Harika insanlarsınız

  • @gulnare.seyavusqizi.official
    @gulnare.seyavusqizi.official 11 місяців тому

    Əla.Vallah, belə səmimi söhbət üçün insan yalnız təşəkkürünü əsirgəməməlidir.Super mövzudur

  • @cmilrustmova6810
    @cmilrustmova6810 2 роки тому +1

    İki sevdiyim şəxs. Yaxşı ki, sizi kəşf etmişəm. Sevərək dinlədiyim podcast😍lara görə çoooox təşəkkür edirəm sizə.

  • @royaquliyeva6340
    @royaquliyeva6340 9 місяців тому

    Necede gözel,öz tehsilimiz üçün üreyim ağrıdı😢

  • @ebdulrzayev2105
    @ebdulrzayev2105 2 роки тому +2

    Təhsil, Məktəb, Universitet bitirdikdən sonra. Şəxsin özü üçün edəcəkləri ilə başlayır həmdə

  • @aidaaliyeva2093
    @aidaaliyeva2093 Рік тому

    Hər yeni videonuzu izlemesem ele hiss edirem ki, çox müzakirələrdən kənar qaldim. Çox çox minnətdaram çox gözəl müzakirələr üçün. Çox yararlanıram sizin müzakirə və təcrübələrinizdən. Cəmiyyətimizə çox gözəl örnəksiz. Belə də davam edin🙏🙏🙏

  • @murvtqasmov2304
    @murvtqasmov2304 10 місяців тому

    Hər ikinizi salamlayıram. Arzu edirəm ki bu lahiyyəniz uzun ömürlü olsun.
    İnformasiya əsrində hər bir peşə sürətlə yeniləndiyi üçün səndə peşəni təkmiləşdirməlisən ki, zamanla ayağlaşa biləsən. Bunun üçün təhsil sistemi bunu sənə dərk etməyini öyrətməlidir.
    Bizim bugünkü təhsil sistemi sosializimdən qaldığı üçün yalnız kiməsə işləməyi öyrədir. Biz artıq dərk etməliyik ki, kapitalizimdə yaşayırıq və kapitalistə işçi ona pul qazandırmaq üçün lazımdır. Həmçinin varlı olmaq üçün özün yox başqaları sənə işləmlidir. Yəni həmdə bizə təhsil sistemi təkcə işçi olmağı yox sahibkar olmağın vacib olduğunu öyrətməlidir.
    Və nə iş gördüyündən aslı olmayaraq, uğura aparan yol düzgünlükdən keçir. Sənin etibarın sənin gələcək təminatındır.

  • @sabirnesibli6045
    @sabirnesibli6045 Рік тому +1

    Yenə gözəl vacib mübahisə mövzusudur maraqlı formatdi təşəkkürlər arada televizora baxıram ama söndürüb boş ekrana baxıram.

  • @anarismayilov5190
    @anarismayilov5190 2 роки тому +2

    Sizdə çox gözəl potkas alınır.

  • @arzuimv5180
    @arzuimv5180 2 роки тому

    Videonun son dəqiqələrində qəribə bir məyusluq oldu. Və bu qədər söhbətin sonun da gəlinən vəziyyətə “nə bilim” cavabı… Kaş dəyişən nəsə olsaydı kiçik də olsa…

  • @adilhmdzad9594
    @adilhmdzad9594 2 роки тому +2

    Proqramlasdirmaya aid podcastlar olsa ela olar misal ucun sadece IT Texnologiya ya aid seriyalar ve ya Her proqramlasdirma dilini bir videoda hemin dilin pesekari ile sohbet videolari olsa ela olar

  • @azerbaycanuniversitetleri
    @azerbaycanuniversitetleri 2 роки тому +3

    Biz də doğurdan da həll etmək istədiyimiz məslələr var . Soruşun nə dərəcədə debata açıqdırlar?! Siz təhsilin kənarında olan kəslər kimi sual verəcəksiz.Biz isə təhsilin içində olan problemlər barədə sual verərdik.
    Azərbaycan Universitetləri olaraq sual veririk cənab nazir, Universiteti bitirən məzun öz diplomunu niyə aylar sonra alır? niyə Bakı Ali Neft Məktəbi, ADA diplomları məhz məzun günü verə bilir, digər universitetlər 6-7 ay sonra güclə verirlər?!

  • @nicobaku8664
    @nicobaku8664 2 роки тому +1

    Səmimi hisslərimi ekran arxasından nə dərəcə çatdıra bilərəm bilmirəm əslində. Sizə sadəcə çox təşəkkür edirəm və demək istəyirəm ki çoxlarının dilində olan "Haqq yolu" sözün əsl mənasında bu olsa gərək. 👍

  • @khazareldarli8756
    @khazareldarli8756 2 роки тому +1

    Çox əhəmiyyətli mövzu idi və lazımi məqamlara toxundunuz.Ümid edirəm Emin müəllim qonağınız olar.

  • @tebessumelizade5842
    @tebessumelizade5842 2 роки тому +1

    dərsə girən, şagirdlə birbaşa kontakta olan, sözün həqiqi mənasında yaxşı müəllim(onun cavabı A, bunun cavabı B deyən- belə müəllim yox)təhsildəki problemi də , az - çox həlli yolunu da görür. Onları dinləmək və haraylarına qulaq vermək lazımdır. 40 şagird olan sinifdə keyfiyyətdən söz gedə bilməz, 40şagirdə fərdi yanaşıla bilməz, insan yetişdirə bilməz. Müəllimin hər şeydən əvvəl maddi motivasiyası olmalıdır, həftədə 36 saat dərs keçən müəllim şagirddən də, keçdiyi dərsdən də iyrənəcək, 12saat keçsə 36saatin maaşını alsan daha məhsuldar ola bilər. yeni təhsil sistemində müəllim kağız kuğuzun içində batmamalıdı, enerjisini buna xərcləməməlidi, müəllimin məqsədi öyrədə bilmək olmalıdır, yoxsa formal şəkildə məktəbdə imtahan təşkil olunur -summativlər, sonra da vaxtını lazımsız suallara + - qoymaqla məşğul olur.
    Məktəblərdə vəziyyət düşünüləndən də ağırdır, hər məktəbə "farkındalığı" olan bir -iki müəllim düşüb. onların əməyini ya evdə valideyn zay edir, ya da məktəbdəki sistem. bəzən boş yerə kürək çəkdiymizi düşünürük. təhsili düzəltməsək heç nə düzələn deyil..

  • @serxanehmedov284
    @serxanehmedov284 2 роки тому

    Dil öyrənmək haqqda danışda

  • @Zoroaster3343
    @Zoroaster3343 2 роки тому +1

    Niyə dahidir buraxılışlarının ardı gəlsin.🖤

  • @gunelismayilova7383
    @gunelismayilova7383 Рік тому

    tam bir kurikulum sistemi anlatdiniz. men kirikulumu tam oxumusam bizim tehsilde heqiqeten tetbiq olunsa cox gozel nealiyyetler elde ederik gelecek nesille bagli ama cox teessufki sadece adi var. ve cox isterdim MIQ imtahanlarindan da danisasiniz🙏

  • @hesenezizov
    @hesenezizov Рік тому +1

    Çox gözəl danışırsınız. Bu təbliğatlarını insanlara çox yardımçı olur. Mən tələbəyəm və düşünürəm ki, məktəblərdə bizə hər şey əzbər olaraq öyrədilir. Üniversitetlərdə də eyni zaman bir bal sistemi var var sanki hər dəfə bir mövzunu əzbərləyib danışıb bal yığıb yarışırsan. Bu təhsil sistemi mütləq dəyişilməlidir

  • @resm_analizi
    @resm_analizi 2 роки тому +1

    Təhsilin bu səviyyədə olmasinin ən başlıca sebeblerinden biri müellim ve valideyinlerin insan psixologiyasina bələd olmaması, pedaqoji hazirligin 0 səviyyəsinde olmasidir....

  • @abbasovelchin
    @abbasovelchin 2 роки тому +1

    Nazir-studiyaya!

  • @elmirvelizade7684
    @elmirvelizade7684 2 роки тому +3

    Izlemeden like. Zaten mukemmel olduqunu bilirik😁

  • @leylaismayilova9678
    @leylaismayilova9678 2 роки тому +2

    Sebrisizlikle Tehsil Nazirimizi sizin verlisde gozleyirik🙂

  • @gulnarhesenova6523
    @gulnarhesenova6523 2 роки тому +1

    Ela verlis idi.derslerde verlisiniz kimi eylenceli olsa idi.kareyera bizde valideynin istekleri arzulari uzerinde olur

  • @nazade
    @nazade 2 роки тому +4

    👍👍👍

  • @seyyidulsuhda9726
    @seyyidulsuhda9726 2 роки тому +1

    18:00 mənim həyatimin qısa özetu