Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin qalıqları Lerikdə dəfn olunub - APA TV

Поділитися
Вставка
  • Опубліковано 21 тра 2024
  • #APATV #lerik #dəfn #şəhid #Qarabağmüharibəsi #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
    Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Zahid Ziyad oğlu Abbasovun qalıqları ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi Lerik rayonunun Laman kəndində keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonunun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edib.
    Şəhidin nəşinin qalıqları Laman kəndindəki kənd qəbiristanlığında torpağa tapşırılıb.
    Şəhid Zahid Abbasov 1993 - cü ildə həqiqi hərbi xidmətə yola düşüb. Döyüş yolunu Kəlbəcər rayonunda Murovdağ silsiləsindən başlayıb. Həmin ilin aprel ayında şəhidin ailə üzvləri görüşmək üçün onun xidmət etdiyi hərbi hissəyə gediblər. Lakin, Zahid döyüş mövqeyində xidmət apardığına görə ailə üzvləri ilə görüş baş tutmayıb. Bundan sonra Zahid Abbasovdan heç bir xəbər olmayıb.
    Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Zahid Ziyad oğlu Abbasov Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
    İlkin Rzayev
    Rövşən Almazoğlu
    APA TV Lerik
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi X səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ua-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 5