Duzlu xiyar ilə sup bişirdim | Rassolnik supu.

Поділитися
Вставка
  • Опубліковано 6 вер 2024
  • #rassolnik #rassolniksupu #rassolniksupununhazirlanmasi
    ✔ tikə ət
    ✔ yarma 1 stəkan (armudu)
    ✔ soğan 1 ədəd
    ✔ duzlu xiyar 5-6 ədəd (zövqə görə)
    ✔ kök 1 ədəd
    ✔ tomat pastası 1 çay qaşığı
    ✔ dəfnə yarpağı
    ✔ xiyar tutmasının suyu 1 stəkan
    ✔ sarımsaq 2 diş
    ✔ zövqə görə duz və istiot
    Hazırlanması. Əvvəlcə yarma təmiz yuyulur və 1 saat qaynar sudan isladılır.
    Tikə ət orta böyüklükdə doğranılır üzərinə soyuq su əlavə edib bişməyə qoyulur.
    Ətin kəpin yığdıqdan sonra yarmanıda üzərinə əlavə edilir və birlikdə bişirilir.
    Soğan xırda doğranılır duru yağda azca bişirilir. Yerkökünüdə sürtkəcdən keçirtdikdən sonra soğanın üzərinə əlavə edilir birlikdə 3-4 dəqiqə bişirlir və ətin üzərinə əlavə olunur.
    Duzlu xiyar xırda doğranılır duru yağda 3-4 dəqiqə qovurduqdan sonra üzərinə tomat pastası və yeməyin suyundan əlavə edib su buraxlana qədər bişirlir və yemə əlavə edilir.
    Kartof orta böyüklükdə doğranılır xiyar ilə birlikdə yeməyə əlavə edilir.
    Yemək bişdikdən sonra sonda 1 armudu stəkan xiyarın suyundan 2 diş sürtkəcdən keçirilmiş sarımsağda yeməyə əlavə edilir birlikdə 4-5 dəqiqə bişirilir və yemək hazırdır.

КОМЕНТАРІ • 12