♦️KÖZLƏNMİŞ QIRMIZI BİBƏR SALATI- marinə edilmiş

Поділитися
Вставка
  • Опубліковано 6 вер 2023
  • Hər vaxtınız xeyir , əzizlərim.
    ♦️Tərkibi :
    ♦️3 kq - qırmızı bibər,
    ♦️2- baş sarımsaq,
    ♦️ 1 stəkanın başından aşağı - üzüm sirkə,
    ♦️1 stəkanın başından aşağı - duru yağ
    ♦️1 y/q - iri duz,
    ♦️2dəstə- cəfəri
    ♦️Hazırlanması:
    Birinci qırmızı bibərləri yuyuruq .
    Başlarını bıçaqla kəsib içini çıxardırıq .
    Soba qabına bibərləri düzüb, öncədən isidilmiş 220 *-də 20 dəqiqə bişiririk. Sonra sobadan çıxardıb bir qaba yığıb üstünə salafan kulokla örtürük. Ona görə ki,qabıqlar yumşalır, rahatlıqla soyulur. Ən nəhayət cəfəri yuyulur-doğranır,sarımsaq təmizlənir-doğranır ,qırmızı bibərlər doğranır, duz, sirkə, duru yağ hamısını bir yerdə qarışdırıb bankalara yığırıq.
    Qazanın dibinə dəsmal sərib ilıq su əlavə edirik. Üstünə bankaları yığıb su qaynadıqdan sonra bibərləri ♦️40dəqiqə ♦️ qaynadıb ağzını bağlayırıq. Bir gün üstü örtülü qalır. Səhəri gün qış ehtiyyatlarlnıı harda saxlayırsınızsa orda saxlayırıq .

КОМЕНТАРІ • 15