Це відео не доступне.
Перепрошуємо.

Ulviyye Tagıyeva - Kaman

Поділитися
Вставка
  • Опубліковано 22 кві 2013
  • Ülviyyə Tağıyeva'nın ifasında 'Kaman' mahnısı.
    Söz: Xanım İsmayılqızı
    Bəstə: Faiq Sücəddinov
    Kanala ABONƏ OLmağı Unutmayın!
    Xoş dinləmələr ! / hatem.nebioglu
    Sözləri:
    Bax,
    Yenə hicran...
    Ayrılıq necə gəldi bizdən xəbərsiz?
    Gəl,
    Yandım aman,
    Deyirdin ki, yaşaya bilməzsən mənsiz.
    Kaman ayrılıq nəğməsin çalır
    Gecələrin pıçıltısında.
    Qəlbim odlarda alışıb, yanır
    Yer ilə göyün arasında.
    Harda qaldın, gəlmədin?
    Sevirəm deyirdin...
    Yəqin, belə yazılıb bəxtim...
    Kaman ayrılıq nəğməsin çalır
    Gecələrin pıçıltısında.
    Qəlbim odlarda alışıb, yanır
    Yer ilə göyün arasında.
    Kaş,
    Ötən günlər
    Geri dönəydi bircə göz qırpımında.
    Kaş,
    Keçən günlər
    Dadıma çataydı ömrümün son anında.
    Kaman ayrılıq nəğməsin çalır
    Gecələrin pıçıltısında.
    Qəlbim odlarda alışıb, yanır
    Yer ilə göyün arasında.
    Gəl,
    Həsrətim, gəl.
    Bilməzdim, ayrılacaqdıq bir gün axır.
    Gəl,
    Taleyim, gəl,
    Ürəyim son görüşçün yaman darıxır.
    Kaman ayrılıq nəğməsin çalır
    Gecələrin pıçıltısından.
    Qəlbim odlarda alışıb, yanır
    Yer ilə göyün arasında.

КОМЕНТАРІ • 379

  • @qedircabbarov9580
    @qedircabbarov9580 3 роки тому +17

    Bu qız çox gözəl ifa edib. Əhsən! 👏👏👏

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому +1

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @ricaymamedov3984
    @ricaymamedov3984 4 роки тому +3

    Musiqini o qədər titrədirki adamın başı gicəllənir.heç eləyib bu gözəllikdə bəstəni.

  • @nergizzeynalzade8246
    @nergizzeynalzade8246 4 роки тому +6

    Beli VETENIMDEN ayrı düşeceyim hec aglima bele gelmezdi.YEGIN BELE YAZILIB BEXTIM AMA ALLAH MENE GÜRBETDE ÖLMEYI NESIB ETMESIN 😥😥😥 göz yaşlarımı tuta bilmirem inanin AZERBAYCAN DEYE DEYE OLECEM.

    • @Abdullayev.085
      @Abdullayev.085 9 місяців тому

      İnşallah bir gün dönə bilərsiniz. Məndə Vətənim üçün çox darıxıram mahnılarda ovutmağa çalışıram bütün xatirələrimi ancaq bir gün qismət olacaq dönmək inşallah

  • @zaurmehemmedov2019
    @zaurmehemmedov2019 9 років тому +31

    Gozlerinin vurgunuyam orda qem sevinc merhemet var cunki ureyinin temizliyi gozlerine vurub seni cox cox seven

  • @gulkiguleyim2235
    @gulkiguleyim2235 7 років тому +39

    zamiqde yaxwi oxuyib ulviyye xaniminda sesi suoerdir...Amma ilhamee xanimin ifasinda sevirem bu mahnini

    • @gulayeliyeva2742
      @gulayeliyeva2742 7 років тому +4

      Gülki Güleyim zamiqin ifasında doymaq olmur mahnıdan

    • @user-ys9qj1po8i
      @user-ys9qj1po8i 3 роки тому

      ILHAME i vse.

    • @elmarmamedov144
      @elmarmamedov144 2 роки тому

      @@gulayeliyeva2742 ilhame ulayir ancaq

    • @xuramanmuradova840
      @xuramanmuradova840 2 роки тому

      İlhamə xanım mahnının müəllifidir, ancaq Zamiq də gözəl oxuyur. Ülvüyyə xanım çox yanıqlı və gözəl oxuyur.

  • @shamsiyyaabdullayeva5313
    @shamsiyyaabdullayeva5313 7 років тому +20

    ulviyye hazirda "gundemde" olan uzdeniraq muggeniciklerden ferqli olaraq esl senegkardir.O hele Tyrkstarda olarken ,senete"gelirem" mesajini vermiwdi.Ancaq teessufler olsun ki,efirde demek olar ki, gorun.ur.Burada yadima mewhur bir fraza duwdu"Istedadlara komek edin,istedadsizlar,onsuz da min bir firildaqla ozune"yer" edecek."Ilhamenin cox gozel.ses tembri.var,nadir,mexmer kimi,Allah onun yolunu aciq etsin,Qizim,menim 70-e yacin yawim var,musiqiden de anlayiram ve seni cox beyemirem.Cox sag ol?seni dinleyende,turkler demiw"qulaqlarimizinpasi gedir"Allah seni saxlasin

  • @solmaznamazova8493
    @solmaznamazova8493 9 років тому +67

    Ülviyə canim qizim səni azər stardan izləmişəm səninə yanixli səsivə quzu kəsərəm.Mən ovaxdan səsinə vurulmuşam sənə qulaq asdiqca asiram doymuram doğurdanda üzündən nur tökülür allah səni nəzərində saxlasin mən dindar həci xanimam sənin quran səsiylə köklənib elə bil
    .öpürəm həmişə belə nurlu qalasan allaha əmanət.

  • @yusifrassul6626
    @yusifrassul6626 11 років тому +19

    MOHTESEMMM! ILHAME xanimdan sonra bu eseri bu cure yuksek seviyyede ifa etmek her ozune mugenni deyenin isi deyil.kash Ulviyye xanim kimi 5-6 mugennimiz olaydi muasir estradamizda,kash (

  • @ruxsara57
    @ruxsara57 8 років тому +50

    Özünəməxsus çox gözəl ifa ! Sevirəm bu xanımın tərzini !

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @firafira1084
    @firafira1084 9 років тому +75

    Qizin uz gozunden abir heya tokulureee

    • @xediceabbasli1055
      @xediceabbasli1055 4 роки тому +3

      Cane sesive quzu keserem oxumax bele olar😍🥰😘😘

  • @teymurmuradsoy6412
    @teymurmuradsoy6412 4 роки тому +2

    ÜLVİYYƏ TAĞIYEVANIN 💚🌷
    İFASI MÖHTƏŞƏMDİR.
    NƏDƏN BELƏ İSTEDADLI MÜĞƏNNİLƏR DİQQƏTDƏN KƏNARDA QALIB,UNUDULUR?????
    9.7.2020.13:18
    🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @gulnarehuseynova3529
    @gulnarehuseynova3529 6 років тому +2

    kaman mahnisini Ilhame Guliyevadan sonra oxuyan yaxsi ifaci Ulviyyedi

  • @vusalteymur5094
    @vusalteymur5094 Рік тому +2

    Mencə bu mahnını sizdən başqa kimsə sizin kimi oxuya bilməz ülviyə xanım var olun

  • @Pənah1985
    @Pənah1985 5 років тому +16

    MAHNININ İLK İFAÇISI RƏHMƏTLİK İLHAMƏ XANIM MÖHÜRÜN VURUB. ANCAQ ÜLVİYYƏ XANIMDA TAM FƏRQLİ VƏ İÇDƏN DUYGULU OXUYUB.

    • @ismayilismayilov-yp4pk
      @ismayilismayilov-yp4pk 2 роки тому

      Beli

    • @sahinekberov2447
      @sahinekberov2447 2 роки тому

      əvvəla ilhamə nə vaxtdan xanım olub? İkincisi də insafınız olsun, Ülviyyə xanımın ifasıyla necə müqayisə edə bilirsiniz ilhamənin ifasını? Biri ürək qoyur mahnıya, o biri qışqırır.

    • @Pənah1985
      @Pənah1985 2 роки тому +2

      @@sahinekberov2447 mən o qadının necə insan olmağın demirəm ancaq sənətkar kimi ifaçı kimi böyük sənətkar idi bunu bir musiqiçi kimi deyirəm. Ülviyyədə çox möhtəşəm gözəl ifaçıdır. Deyirsiniz xanım hardan oldu. Nə deyək bəy deyək?

    • @efqanesgerzade3957
      @efqanesgerzade3957 Рік тому +2

      ​@@sahinekberov2447 İlhamə böyük sənətkardır.Ülviyuə saxta zənguləlırlə heç vaxt İlhamə ola bilməz və bilməyəcək.Ülviyuənin süni zəngulələri çox yersizdir.

    • @efqanesgerzade3957
      @efqanesgerzade3957 Рік тому +1

      ​@@sahinekberov2447 İlhamə həm xanım həm də sənətkardır.Bilənlər bilir.Sənin yazdıgın rus demişkən vozduxdu.

  • @afahasanli7489
    @afahasanli7489 8 років тому +83

    Sesin Allah vergisidir seni dunyaya getiren anaya halal olsun tekce bu mahnin besdi ki sene xalq artisti adi verilsin onsuz da xalqin qizisan titullarin olmasa bele seni yetiren torpagima qurban olum bu ses ancaq o torpaqdan cixar Allah seni qorusun

    • @davudmemmedov7572
      @davudmemmedov7572 7 років тому +10

      Afa Hasanli amin dogurdan heledi.

    • @cinssalvarxoslayiram7848
      @cinssalvarxoslayiram7848 6 років тому +1

      Anam adi Ulviyyedir

    • @qaqiqurbanov1732
      @qaqiqurbanov1732 6 років тому

      Afa Hasanli bu qizi indiye qqeder neceb partadada bilmiyib cox gozel ve yanigli sesi bar

    • @surayaabdullayeva5311
      @surayaabdullayeva5311 5 років тому

      Men bilmirem bu gozel sesli mugenni niye gorsenmir.Sesi cox melahetlidir ozude gozel xanimdir.Menim cox xosum gelir Ulviyye xanimdan

  • @elmir7801
    @elmir7801 10 років тому +7

    Super ifa idi. Məlahətli, qəlbə yatımlı, bir az da yanıqlı səsdir. Çoxdan idi belə ifa eşitməmişdim. Azərbaycan torpağı yetişdirir.Uğurlar arzulayıram.

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @tvfm1902
    @tvfm1902 5 років тому +10

    sizin ifaniz insani saf təmiz dunyaya aparır eşq olsun sizə... Siz bütün müğənilərdən ən uca zirvəsindəsiz

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @hokusultanova7186
    @hokusultanova7186 6 років тому +2

    Gözel, bir o qederde abırlı exlaqlı xanımdır.Allah xoşbəxt elesin.

  • @nahideliyev9751
    @nahideliyev9751 Рік тому +1

    Bu qadının gözlerine yaxınnan canlı baxsam üreyim dayanar

  • @mehinismayilzade3269
    @mehinismayilzade3269 7 років тому +7

    Halal olsun Ülviyyə xanım sizə .gozəl və yaniqli səsiniz var.

  • @hikmetmuradov2306
    @hikmetmuradov2306 7 років тому +5

    Bu ulviyyenni Allah qorusun cox gozel xanimdir ve beyenirem . Allah qorusun amin

  • @banuofficial8318
    @banuofficial8318 7 років тому +3

    Aman Allah ne gozel ses,ne gozel ifa....Allah qorusun sizi gozel xanim,gozel senetkar....

  • @iskenderrehimov6368
    @iskenderrehimov6368 7 років тому +37

    MAHNI GÖZEL MANIDIE . REMETLİK İLHAME URYLE OXUYURDU BU MAHNINI .

    • @Real7777uu
      @Real7777uu 7 років тому +8

      rehmetlik?

    • @elivuqaroglu4849
      @elivuqaroglu4849 7 років тому +5

      Qanacagin qabilliyetin olsun..senin anan ve ya atan melekdi indi guya?..tesevur ele senin anan atan kiminse xetrine deyib pislik edir..olenden sora sene lezet ederki men senin ana atana rehmetlik deyende..senin kimi boynuyogun desin rehmetlik?
      .got balasi sen guya meleksen?..gor ne qeder qeyretsizsenki olen insana rehmet deyende.. etiraz edirsen..en azindan muselman idi Azerbaycanli idi..saq olanda duzdu mende soyurdum..artiq yoxdu..o dunyasinda haqq hesabi ozu verir..sen get bir oz evine bax gor anan bacin zat neterdi...ax senin kimin ograwdar olmasa bu olke duzeler

    • @li-rl1oe
      @li-rl1oe 3 роки тому

      İlhamə belə oxuya bilmirdi.Ülviyyə xanım super oxuyur Zamiqdən də İlhamədən də.İlhamə nin səsi yox idi.

  • @alamdarbabayev593
    @alamdarbabayev593 4 місяці тому +1

    Əhsən.Möhtəşəm bir ifa.

  • @gunelsalmanova8861
    @gunelsalmanova8861 3 роки тому +1

    Çox özəl səsi var.Şəlalə kimi oxuyur.Sanki su kimi gəlir səsi.❤😗👍👍

  • @ismayilezizov7079
    @ismayilezizov7079 7 років тому +1

    super səs super ifa. çox sevirəm səs və ifa tərzinizi.

  • @xan5240
    @xan5240 7 років тому +22

    Bu qeder zovqsuz bir memleket yoxdur Zamiqe 4 milyon adam baxib Ulviyeye ise 100 min dagil ay AZERBAYCAN

    • @asdarada4364
      @asdarada4364 5 років тому +2

      Haqlisiniz söz tapmiram demeye👍👍👍

    • @resadmemmedov8618
      @resadmemmedov8618 5 років тому +3

      Zamiq de pis oxumur hamisi bizimdi deyerlerimizi qoruyaq 😉

    • @elmarjahangirov5556
      @elmarjahangirov5556 4 роки тому

      Ulviyye daha coxuna layiqdir.Amma Zamiq bu mahnini en gozel oxuyub

  • @vicdanr3782
    @vicdanr3782 7 років тому +1

    Bu mahnini en çox Ulviyyenim ifasinda beyenirem😍 sesi çox gozeldi

  • @masumazeyni6531
    @masumazeyni6531 7 років тому +28

    mence ulviyye xanim daha gozel ifa edir ❤

  • @li-rl1oe
    @li-rl1oe 3 роки тому +1

    Super səs,Super ifa.Bir kəlmə ƏLA

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @akifguliyev3877
    @akifguliyev3877 2 роки тому +2

    Qadinlar 4) məqamda olur. Hər kəs ōzunə baxsin qiymətin versinki. Necənci yerdədi ? Ayilsin. 1cilərə RƏHMƏT, 3 cilərə LƏƏNƏT OLSUN Amin !!!
    1). Cənnət əhli qadinlar- ərə itaəti, hicabi,namazi və orucu yerinda ( ən yuksak məqam-xm ZEHRA yolu). XANIM adina layiq olan qadinlar.
    2).Abirli həyali qadin. Xəyalinda və Niyyətində 1ci yerda olanlar ərə itaəti yerinda, dizdən, dirsəkdən yuxari və sinəsi aciq paltar geymir.
    3).ən pis Cəhənnəm əhli qadinlar ərini eşitmir, aciq- maciq geynir oz həyatima hec kim qarişmasin deyir. Guya muasir əslində pozqun Şou biznes, Nataşa yolu tutanlar.+ cox bōyuk gunah edib1-ci yerda xm ZEHRA yolu tutanlara şər-bohtan atib deyirlər- onlar yayliq altinda 50 hoqqa cixarirlar.)))
    4).cəhənəmlik qadin yolu Xəyalinda və Niyyətinda 3 ci yerda olanlar-ərini eşitmək istəmir, 1ci məqamdakilara geridə qalmiş kimi baxir, 3-ci yerdəki qadinlari muasir bilib onlarin yolu ilə ketmək istəyənlər.
    ALLAH əri narazi olan qadinlarin tōvbəsin və ibadətin qəbul etməz. Bu Ata- Anani narazi salan ōvlada da aiddi.(im.SADIQ).

  • @aydanelixanli7936
    @aydanelixanli7936 8 років тому +7

    cox cox super men bu xanimi mahnilarina qulagasanda butun bedenim sizildiyi

  • @qedircabbarov9580
    @qedircabbarov9580 3 роки тому +2

    Gözəl ifa. 👍👍👍

  • @nahidliyev1536
    @nahidliyev1536 7 років тому +2

    Bu mahnını divadan başqa heç kim oxuya bilmir ürey qoymağ lazım dı

  • @kenanaliyev6226
    @kenanaliyev6226 8 років тому +1

    Çox çox gözəl xanım və super 1 ifa.

  • @ceyhunhesenov1915
    @ceyhunhesenov1915 7 років тому +1

    Ulviyye xanim gozel ifadi ugurlar size, uz gozunuzden abir heya tokulur Rebbim sizi qorusun Amin

  • @ilkhamaquliyeva
    @ilkhamaquliyeva 7 років тому +5

    cok gozel okumuwsunuz sesinize saglig!!))

  • @maralgozalova1235
    @maralgozalova1235 7 років тому +1

    bunu oxuyana halal olsun.Nece menali sözler deyir💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋

  • @vusalyusifov3854
    @vusalyusifov3854 3 роки тому +1

    Səsi,özü fərqli və gözəl xanım.səsiniz qəlbə toxunur......

  • @electrowizard4956
    @electrowizard4956 7 років тому +1

    Cooxxx təşəkkürler size gözəl ifa edirsiz gözəl xanimsiz birde en esas üzünüzdə esl xalqımıza mənsub olan abir heya halal olsun sizə

  • @fatimealieva6765
    @fatimealieva6765 4 роки тому +1

    Cox cox beyenirem bu xanimin sesini Yeniden qayidin sehneye sizin mahnilara daima qulaq asan bir ana .

  • @cahidceferov384
    @cahidceferov384 7 років тому +6

    Zamiqin de Ülviyyeninde seslerinde seçim eliye bilmirem men çünki ikiside çox super oxuyublar Adamın tükleri biz biz olur bu mahnıda.Ayrılıq yaşamış insanları öldüren mahnıdı

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @elvinhesenov8226
    @elvinhesenov8226 8 років тому +9

    mahni super ifa onnanda super . bu mahnini iki insanin ifasinda esitmisem bir ilhame quliyeva bir de bu xanimin ugurlar suppperrr sesi var yaniqli sesi var ve ifasina soz ola bilmez

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @isamezerov1054
    @isamezerov1054 5 років тому +1

    Ehsen size:)

  • @kifayetabdulbagiyeva53
    @kifayetabdulbagiyeva53 7 років тому +38

    Zamiqden 1000 qat yaxwi oxuyur ehsen sene😘😘😘😘😘😘😘😘😘😘

    • @nuraazeri9813
      @nuraazeri9813 6 років тому +2

      Zamiq kimi pecat vira bilmedi ulviyye duz danismaq lazimdi

    • @nazlt5772
      @nazlt5772 5 років тому

      Kifayet Abdulbagiyeva amin

    • @user-gt3fx2tu5l
      @user-gt3fx2tu5l 5 років тому

      oktay bakinec zamiqde ses yoxdu axi

    • @turalquliyev5068
      @turalquliyev5068 5 років тому +1

      Kaman mahnisini ulviye pecatini qoyub sifdeden

    • @maraltahirqzofficall662
      @maraltahirqzofficall662 4 роки тому +1

      @@nuraazeri9813 peçati Şöhrət və Şərəf Ordenli Ilhamə Quliyeva vurub

  • @gulkarasu7080
    @gulkarasu7080 2 роки тому +1

    Ses müthiş 👍👍 Bravo 👏👏🇦🇿

  • @Tomu300
    @Tomu300 11 років тому +8

    sou biznesde olan mugenniler ozlerini senetkar sayanlar sene qulaq asib oyrenseler cox yaxsi olardi.

  • @tablettablet6034
    @tablettablet6034 7 років тому

    Dogurdanda səsidə özüdə təbiyidir fanaqrama oxumur halaldı sənə bidənəsən səsinə saglıg gözəlliyindəki maşallah təbiyidir üzünən nur töküler sənin Kaman mahnısınıda çooox gözəl oxudun hımişə belə gözəl ol təbiyi ol

  • @feridi777
    @feridi777 7 років тому +1

    + səs və ifa. Super!!!

  • @662Emil
    @662Emil 11 років тому

    Hech shubhasiz muasir Azerbaycan sahnasinda ilk 3 mugannidan 1-i,manca 1-cisi.ALLAH qorusun,ham ozunu,ham sasini,Ulviyya xanimin.

  • @ilkintals5276
    @ilkintals5276 7 років тому +6

    MOHTESEM ESER, MOHTESEM IFA. VAR OLUN, ULVIYYE XANIM...!

  • @ErcanNergiz
    @ErcanNergiz 8 років тому +1

    Çok başarılı buldum. Çok yanık ve güzel bir sesiniz var. Başarılar dilerim.

  • @aynureemirova3179
    @aynureemirova3179 9 років тому +10

    Hem gozel ifa hemde gozel xanim vurgunuyam bu xanim cox gozel oxuyur super

  • @dilsadmikayilova4443
    @dilsadmikayilova4443 4 місяці тому

    ZAMIQDEN SONRA. BEYENDIM BU IFANI COX GOZEL IFA RUHUMU OXWADI SAQ OL

  • @samxalyusifov6162
    @samxalyusifov6162 7 років тому +8

    Deyirdin ki, yaşaya bilməzsən mənsiz... Yəqin, belə yazılıb bəxtim...😓😓😓😓😓😓

    • @faridafarida6719
      @faridafarida6719 3 роки тому

      bu mahnının möhrün İlhamə xanım ondan başqa kimsə yaxşı oxumur igidi öldür haqqın yemə atalarımız düz deyib

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @yaallah1111
    @yaallah1111 7 років тому +1

    coxxx gozel.bu mahni meni xeyallara aparir.halal olsun size ulviyye xanim👍👍👍

  • @feridismaylzade8338
    @feridismaylzade8338 2 роки тому

    Düzdü ILHAMƏ XANIM kimi bu mahnını heç kim oxuya bilməz. O, musoqi, o arajiman başqadır. ƏVƏZSİZDİR. Amma ÜLVİYYƏ xanımda özünə məxsus olaraq gözəl oxudu. ZAMİQDƏN çox ÜLVİYYƏDƏ gözəl alınıb.Bu mahnı kişi səsi üçün deyil.ÜLVİYYƏNİN səsində bir yanıqlıq var.Çox bəyəndim.👍👍👍👍👍👏👏👏

  • @ruhiyyesuleymanli9602
    @ruhiyyesuleymanli9602 7 років тому +1

    əlaaaaaa.

  • @kanal1s
    @kanal1s 5 років тому +3

    Mahnı İlhame Quliyevanındır. "Kaman ayrılıq nəğməsi çalır". Ülviyyə də gözəl oxuyub, bir də İlhamə Quliyevada dinləyin.

  • @ismayilismayilov-yp4pk
    @ismayilismayilov-yp4pk 2 роки тому

    Mohteshem ifa. Bravooo

  • @nicatvliyev4925
    @nicatvliyev4925 Рік тому

    Gözəl sözlər gözəl bəstə süper ifa ədəbli xanım

  • @nicatvahabzade1973
    @nicatvahabzade1973 4 роки тому

    Ulviye gozel mugennidi ve gozel sesi var.Ancax bu mahnini mene ele gelir hamidan qeweng Zaminq oxuyub

  • @ulduzqurbanova457
    @ulduzqurbanova457 6 років тому

    Bu qlzln sesine davranlwlna.herweyine heyranam.Allah qorusun.sesi oqeder sadediki insan qulaq aslb doymak bilmir

  • @gulnararizayeva383
    @gulnararizayeva383 6 років тому +1

    Gezel qadin . Cox gezel muqenni. Cox beyeniirem size. Cox hissiyatli bir xanim

  • @sairkamranbagrl3932
    @sairkamranbagrl3932 7 років тому +1

    Ax Ilhame xanim sag olsaydin biri toxuna bilmezdi bu eserlere

  • @Aykataqieva1975
    @Aykataqieva1975 4 роки тому +1

    Çox gözəl oxuyub Maşallah...

    • @Aysel1988
      @Aysel1988 4 роки тому

      hə çox gözəl.bu qız niyə efirlərdə görsənmir?bilmirsiz??

  • @mehebbetqaffarova861
    @mehebbetqaffarova861 2 роки тому

    Gozel xanlmdlr sesi gozel ozu gozel terbiyesi gozel Mawallah Allah qorusun

  • @eflatunrustemov3047
    @eflatunrustemov3047 7 років тому

    ULVIYYE XANIM ela ses hemcinin gozel ve terbiyyeli xanim.Ulviyye xanim size ehsen

  • @iskahaji6309
    @iskahaji6309 7 років тому

    cox gozel ifa edib Ulviyye,heqiqeten.Sesde hezinlik,urek var.

  • @RanaRana-kx6pp
    @RanaRana-kx6pp 7 років тому

    efirdən məlumat almışam ki atası çox ciddi atadı .bu ifaya görə valideyinlərinə
    sonsiz təşəkkürlər.Səs məlhəm Allah səni qorisun QIZIMMMMMMM

  • @vuqarrustemli8204
    @vuqarrustemli8204 6 років тому +1

    super super super AllAh seni qorusun Ulviyye xanim saatlarla sene qulag assam yenede doymuram varol 👍👍👏👏

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @FIZOULI58
    @FIZOULI58 5 років тому

    E la ve mukemmel bir ifa.....Ilhame xanimdan sonra sizin ifa mukemmeldir........UGURLAR;;;;;;;;;

  • @qiymetehmedova3543
    @qiymetehmedova3543 2 роки тому

    Çox möhtəşəmdir səsimin vurğunuyam Ülviyyə xanım

  • @nicatmuradov893
    @nicatmuradov893 2 роки тому +1

    Cox yaxwi oxuyur xanim👍

  • @shamxalrecebli2231
    @shamxalrecebli2231 8 років тому +1

    Ela. Gözəl ifadir

  • @ruslanseferov1919
    @ruslanseferov1919 6 місяців тому

    Teze qarwilasmisam bu ifaciyla gözəl sesi var bu mahnini cox qemli ifa edib qulaq asdiqca yorulmuram. Allah komey olsun 👋

  • @bextiyaragayev4191
    @bextiyaragayev4191 9 років тому +3

    Super ses,super urek...

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @vafarustamli7604
    @vafarustamli7604 7 років тому

    cox beyendim.ilhameden sonra bu mahnin en gozel ifacisi.zamiq nol.

  • @SevdaGurbanova
    @SevdaGurbanova 7 років тому

    Əla.Hamidan yaxşı Ülviyyət oxuyur bu mahnını.

  • @DJmin3er3
    @DJmin3er3 2 роки тому +1

    biz sizi çox gözleyirik Üiviyye xanım yene sehemizde görsenin hem sesiniz hemde gözelliyiniz bizi valeh edir

  • @kamranhesenov9104
    @kamranhesenov9104 7 років тому

    MawAllah qeweng oxuyursuz Vallah coxsundan yaxwi oxuyursuz

  • @tarifismayilov8102
    @tarifismayilov8102 3 роки тому

    Ulviyye Azerbaycanda en sevdiyim ses senin sesindi.Keske daha cox mahni oxusan biz de dinlesek

  • @zaurmehemmedov2019
    @zaurmehemmedov2019 9 років тому +9

    Yeni mahnllarlnl gozurem ezizim ulviye agzlma ureyine sagllq

  • @azermustafaev5668
    @azermustafaev5668 5 років тому

    ABIR-HEYASI OLAN HEC BIR MUGENNI BU MAHNINI ILHAME XANIMDAN SONRA OXUMAMALIDIR!!!!!! BU MAHNININ MOHURU VURULUB! BU CIVILDIYIR!........

  • @akatheone9635
    @akatheone9635 8 років тому +1

    cox beyenirem ulviyye xanimi qelbinin safligi uzunden gozunden bellidir sesinede ki soz yox ruhu sakitlewdirir

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.

  • @mehmanuradov5124
    @mehmanuradov5124 3 роки тому

    Allah xoşbaxt etsin əsil səhnə xanımıdi balların Allah saxlasin

  • @ruslanabdullayev5128
    @ruslanabdullayev5128 9 років тому +7

    cox gozel ifadir ilhame xanimin mahnisin oxumaq her mugenninin ishi deyil

  • @mirelimireli6118
    @mirelimireli6118 2 роки тому +1

    Əlaçı❤👍

  • @bollywoodjeetufans9033
    @bollywoodjeetufans9033 6 років тому +1

    cox qozel bir ses we quclu bir ifa. Hardadir bu xanim indi, niye efirlerde yoxdur

  • @vicdanlol9181
    @vicdanlol9181 Рік тому

    Möhtəşəm ifa❤

  • @RaminTurkoglu620
    @RaminTurkoglu620 6 років тому

    Ses bele olar bax bu mahniyi zamiqde oxyum ancaq 0 baxsin gorsun ulvuye xanim nece oxyub bizim milet yaxsiya deyer vermir nedense ne bilim vallah

  • @hokumenamazova5191
    @hokumenamazova5191 3 роки тому

    Abir həyasi ilə coxlarina örnək😘❤💐

  • @zabithuseynov7489
    @zabithuseynov7489 2 роки тому

    Eşq olsun sizə,gözəl xanım.Çox gözəl səsiniz var.Bu mahnını ən gözəl siz oxumusunuz mənə görə.Günl.Ə.

  • @elnurequrbanova2686
    @elnurequrbanova2686 5 років тому

    gozel ela pakiza mukammal entiga cox cox yaxwi ugurlar bacim ulviyya insanin ureyi titreyir sesinden.hemiwa ifa et gizal eserleri☺😊😄👧👍

  • @ruqiyaqva8221
    @ruqiyaqva8221 5 років тому

    çox gözəl ifa edir. Bravo

  • @elvinmusic1794
    @elvinmusic1794 3 роки тому +1

    Hardasan ay Ülviyyə niyə bitirdin axı sənəti səsi olmayan çaqqallar efiri basıb yerin görünür gəl göstər oxumaq necə olur😔😔😔

  • @chingiz85AA
    @chingiz85AA 5 років тому

    Bildiyim qədəriylə musiqisində Xanım Ismayilqizi na aiddir

  • @leylaqasimova6704
    @leylaqasimova6704 5 років тому

    Gul kimi mahnini zay eliyib.Zamig bu mahnini ela oxuyur.

  • @agayevagozel317
    @agayevagozel317 7 років тому +2

    ay ülviyyə sən necə gözəl oxumusan.niyə səni bizlər azzz görürük

    • @nanezuzu3303
      @nanezuzu3303 5 років тому

      Hee gorsenmir cox gozel ses gozel xanim

  • @anashaliye2201
    @anashaliye2201 7 років тому +3

    Cox beyendim ozu kimi oxuyub,oxwatmayib kiminse ifasina!sesde boyuk bir mocuze var sanki.beyendim ozude cooox halal olsun

    • @hatemnebioglu
      @hatemnebioglu  2 роки тому

      Kanala abunə olun ki yeni mahnıları dinləyəsiz.