Mətbəx təzgahı necə seçilir? METBEX MEBELİ və MƏRMƏR SEÇİMİ. Mutfakçı Marbelous
Вставка
- Опубліковано 7 лют 2025
- Mətbəx mebelinin ən vacib elementlərindən biridə təzgahlıqdır. Məhz təzgahlıq mətbəxdə ən çox istifadə edilən zonadır. Mərmərdən, akrilik daşlardan adətən metbex mebeli təzgahlarında istifadə edilir. Mutfakçı şirkətinin özəl Marbelous seriyası var. Bu seriyada hansı daşlar olmalıdır?
Metbex mebeli və Mərmər təzgahlıqlardan danışdığımız videoda aşağıda qeyd etdiyimiz mövzular var. Bu mövzuları mətbəxdə aktuallığına görə qruplaşdırmışıq.
00:30 Mətbəx mebeli və təzgah seçimi. Burada biz metbex mebelində təzgahlığın əhəmiyyətindən danışdıq. Təzgahlıq mətbəxdə necə istifadə edilməlidir.
01:53 Niyə Marbellous təzgahları mətbəx mebelləri üçün idealdır? Mutfakçı özəl seriyasının üstünlükləri nədir və necə seçilməlidir.
02:30 Mətbəx mebelində təzgahlığın hansı materialları olur. Bu materilların üstün və mənfi cəhətləri nədir? Mutfakçı-da ən çox hansı materiallar rəğbət görür.
03:00 Keromoqranitin mətbəxdə əsas problemi nədir? Niyə adətən keroqranitdə problemlər olur və bunun qarşının alınması üçün hansı addımlar atılmalıdır. Ətraflı videoda danışdıq.
03:57 Metbex mebelində akrilik daşlar necə istifadə edilməlidir? Marbellous düzgün və keyfiyyətli olmasının əsas səbəbləri nədir? Niyə Mutfakçı məhz bu seriyadan istifadə edir.
04:58 Akrilik mətbəx daşlarının - təzgahının hansı üstünlükləri var? Niyə son vaxtlar müştərilər məhz belə mətbəx təzgahları seçir. Metbex mebelində hansı üstünlükləri var.
06:00 Akrilik daşlara, Marbellous seriyasına hansı rənglər, tekstruralar var? Onlar metbex mebelində necə görünə bilir. Mətbəx mebeleində təzgahlıq seçiminin formulu necədir
06:53 ideal metbex mebeli necə seçilir? Mətbəx mebelində təzgahlıq növləri.
Video blogda mətbəx mebelinin ən aktual mövzularından olan təzgahlıq seçimini ciddi formada təhlil etdik. Sizdə əlavə suallar yaranıbsa, mütləü Mutfakçı salonlarına gəlin. Daha keyfiyyətli və düzgün məlumatlar alacaqsınız. Ən azı məhz Sizin gələcək metbex mebelinə yaraşan material seçiləcək.
Super təbrik edirəm yoldaş Manafov😊
Akril daş - qranit, mərmər, kvars və digər komponentlərin incə qırıntılarının akril qatranları və rəngləmə piqmentləri ilə qarışığıdır. Akril daş bıçaq və ya isti qablar tərəfindən asanlıqla zədələnə bilər, üstünə kibrit çöpü belə düşərsə, səthdə qaranlıq ləkələr və cızıqlar görünür. Bunlar haqda mütləq deyilməlidir.
Cox bahadir
Siz mutfakçı olaraq dəzgahlığı hansı matryaldan məsləhət görərdiz qiymətdə sərfəli və kefiyətli olsun
Məndə sizde sifariş eləmişəm gələn ay hazır olacaq. Səbirsizliklə gözləyirəm. Dizayner Fidan xanım hazırlayıb prayektimizi.
İnşallah xeyirli olsun
@@ozalquluyev tsk
Fidan xanım, Gəncə salonumuzda çox zövqlü dizaynerimizdir. Əminəm super olacaq!) xeyrli olsun!
Allah rizasi ucun evimin dizaynini edersizmi?
Tökmə mərmər dəzgahı cartlayıb və ya az qopubsa ona nə etmək olar zəhmət olmasa məsləhət verin
Akrelik daşın kvadratı neçiyə olur
Salam aleykum. Hal hazırda bir fəaliyyətim olmadığı üçün demək olar ki, hər gün sizin bloglarınızı izləyirəm və bu sahədə təsəvvürlərimi genişləndirməyə çalışıram İnşallah yaxın zamalarda da faydasın görərəm. Bu arada sizə bir sualım var. Mətbəx mebelinin dəzgahlığında təbii ağacdan istifadə olunduğunu bilirəm və şahidi olmuşam, bəs mətbəx mebelini MDF dən, DSB deyilən materialdan və s. bu kimi digər materiallardan yox, təbii ağacdan istifadə etməklə hazırlamaq olarmı? Bunun keyfiyyəti, faydalılığı, və qiyməti digər materiallara nisbətdə necə dəyişər və müştəriyə nə kimi faydalı olar? Öncədən təşəkkürlər
“Bir fəalliyətiniz” xeyrli olsun!)
Massivdən təzgahlıq üçün xüsusi boyama texnikası və ağacın yaxşı quruması önəmlidir. Bu Mutfakçı-da yoxdur. Açığı Azərbaycanda effektiv iş deyil, çox baha olur və keyfiyyəti yaxşı olmaz. Əlbəttə massivdən (ağacdan) mətbəx ola bilər… amma yuxarıda deyilənlər mətbəx mebeli üçündə keçərlidir. Videolarımıza baxdığınız üçün sağ olun!
@@IlkinManafovBiznes təşəkkür edirəm ətraflı məlumat üçün! Daha çox sorularla sizi yormaq istəməzdim, ancaq hər maraqdan bir sual meydana çıxır.) Mənim uşaqlıqdan mebel sahəsinə, əsasən də təbii ağacdan nələrsə yaratmağa böyük marağım olub. Rayon yerində, daha doğrusu kəntdə böyüdüyüm üçün öz bacarıqlarımı üzə çıxarmaq və inkişaf etdirmək üçün imkanım olmayıb. Bundan öncə də sizə yazmışdım və mənə bəzi tövsiyyələr vermişdiz. Təhsil almışam, lakin bu sahə ilə heç bir əlaqəsi yoxdur. 22 yaşım var. Bu yaşda heç birşeyin gec olmadığını düşünərək sizin də dediyiniz kimi: kiçik addımlarla sizin kimi peşəkarların yanında işə başlamaq istəyirəm. "Peşəkar iş" öyrənməyim üçün sizin kimi peşəkarlara ehtiyacım olduğunu düşünürəm!. Əgər mümkündürsə bir əlaqə xətti versəniz sizinlə bir söhbətləşib, məsləhətləşib sizin uğurlu kollektivinizin bir üzvü olaraq sizinlə çiyin çiyinə çalışmaq istəyirəm. Düzdür, təcrübəm yoxdur, təcrübə üçün də peşəkarlara ehtiyacım var!. Ümid edirəm ki, bu yolun çətinliklərini, əziyyətini görmüş bir iş adamı kimi mənə dəsdək olacaqsınız və məni qırmayacaqsınız😊.
Əlbəttə. 0552700015 nömrəsi ilə əlaqə saxla. CV göndər, mütləq əlaqə yaradacaqlar, müsahibəyə çağırarlar. Sağ olun!
@@IlkinManafovBiznes Zehmet olmasa elaqe nomrenizi qeyd ederdiz .Metbexim ucun sizden meslehet almaq isteyirem
Salam biləsuvara mətbəx mebeli zakas etsəy gətirərsiz
Xaiş edirəm suvalımı cavablandırın
Salam
Xaiş edirəm nömrə verin sizinlə danışmağ istiyirəm mətbəx bebeli sifariş edəcəm
Salam mən mətbəx medeli sifariş etmək istiyirəm xaiş edirəm mənə nömrənizi yazın dizaynerə də etiyaclm var
Salamlar. Mutfakçıya yaxınlaşa bilərsiz. Xeyrli olsun, mətbəx mebeliniz
Mən Biləsuvarda oluram uzaqdı