Kambocada 3 milyona yaxın insan niyə öldürüldü? /Dünya turu/
Вставка
- Опубліковано 24 лис 2024
- Bu soyqırımı cinayəti 1975-1979-cu illərdə Pol Pot hakimiyyəti dövründə ‘Qırmızı Xmerlər’ hərəkatının üzvləri tərəfindən törədilmiş dünya tarixinin ən qorxunc hadisələrindən biridir. Mao Tsze-dunu özlərinin idealı hesab edən “qırmızı xmerlər” “Kamboca tipli sosializm” qurmaq planını həyata keçirmək yolunda əsasən təhsilli və ixtisaslı 3 mln nəfər vətəndaşı məhv etmişlər. Ölkəni böyük bir həbs düşərgəsinə çevrmiş “qırmızı xmerlər” ağlagəlməz vəhşiliklər törətmişlər.
Pol Potun ‘sosializm qurmaq” planına uyğun olaraq bütün şəhərlər dağıdılmış, sənaye obyektləri və digər infrastruktur məhv edilmişdir. Pol Pot üçün heç bir şeyin, hətta insan həyatının dəyəri yox idi. Gülləyə qənaət etmək naminə insanları yaba, bel, yaxud başqa küt alətlər ilə öldürmüş, soyuqda dondurmuş və hər cür işgəncələrə məruz qoymuşdur. Qırmızı xmer terroru mahiyyət etibarilə digər kommunist ölkələrində baş vermiş terrorlarla oxşar olsa da, forma baxımdan daha dəhşətli və daha amansız olmuşdur. Pol Pot və onun kommunist dəstələri ölkədə diktatorluq yaratmış və yeni konstitusiyaya görə 1976-cı ildə krallıq ləğv edilmiş, aprel ayında isə N.Sianuk Xalq nümayəndələri məclisində istefaya göndərilmişdir.
Dörd il davam etmiş bu qanlı soyqırım Kamboca əhalisinin dörddə birini məhv etmişdir. Bu qanlı hadisə Vyetnamın ölkəyə girişi və Qırmızı Xmer ordusunu məğlub etməsi ilə sona çatmışdır. Demək olar ki, ölkədə yaşlı insan yoxdur, sağ qalanlar isə soyqırımın şahidləridir. Qırmızı Xmerlərin işgəncə məkanı soyqırımdan sonra muzeyə çevrilmişdır və bu kompleksi gün ərzində təxminən 500 insan ziyarət edir.
Mənbə : soyqirim.az tls.tc/JNBeu
Sənə uğurlar Ahucan.Maşallah bir azərbaycanlı qızına.❤
Mənim yadimdadir siz olkeye girish edende demishdiniz cox agir enerjisi var olkənin, insanlarin uzundə kədər var, burda nəsə olub... belə demishdiniz texmini.. Mashallah nece hissiyatiniz gucludur, yolunuzda ugurlar size, Sevilirsiniz❤
"Ölkəyə girəndə hiss elədim kı, bu ölkənin aurası ağırdır, dözməyib hələ aglamışdımda!" cox təsirli bır cümlə😢
Salam Ahu. Kanalnizi maraxla izleyirem.acigi bir nefese bitirdim seyahet videolarnizi. Omru boyu arzusunda oldugum isteyi siz heyata kecirirsiz Size bu yolda ugurlar . Her bir videonuzun altinda komet yazmax isterdim ama o qeder maraxla izledim ki cemi dordune komet yaza bildim. Cox cesaretli xanimsiz heqiqeten deyrem. Ve cox xahis edirem videolarnizin yenilerini tez bir zamanda gozleyirem. Soluksuz izleyirem beyenirem . Menim 45 yasim var sizinle fexr edirem . Allah yolunuzu acix elesin. Hemise qarsiniza yaxsi insanlar cixartsin.
Həyatımda heç bir azərbaycanlının UA-cam videolarına baxmamışam, yeganə adam Ahudur ki,kim ki hamıdan fərqlənir ❤❤❤❤
Uğurlar sizə👍
Tarixi bilirəm deyirdim,amma sənin paylaşımından sonra utandım😢Yolun açıq olsun❤biz səndən,səndə bizdən müsbət enerji alaq❤
Məlumatlandırdığın üçün təşəkkürlər, mən və mənim kimi neçə insan bu soyqırımdan xəbərsiz idi. Araşdırdım və dəhşətə gəldim:((
Aydaa😢😢😢
Ooxumuş bir həkim danışırmış ki eşidəndə təhsilli insanları öldürəcəklər ailəsi ilə birlikdə kəndə qaçıb ki kənlidir.Bir neçə il əvvəl isə Myanmada rohinca xalqına qarşı haqsızlıq oldu.Dəhşətli videolar var idi.Allah heç kimə zülm göstərməsin.İnsan çarəsiz qalanda necə fəryad edir onu görmək dəhşətdir.😢
Allah qorusun səni🤲🏻
Subuhənallah Allah ədalətlidir onların cəzasını verəcəkdir.
Ilahi, bəndələrin yerdədir sən göydə nə gəzirsən... Gəl bır insan ömrü yaşa görüm, dözürsən?!...
Akşin Yenisey
Uğurlar yolun açıq olsun
Uğurlar isə AHU xanım. Bayaqdan fikirləşirəm ki sizi hardan tanıyıram? 🤔
Teşekkur edirem bele davam
Ahu xanim salam sizin o ingilis dili oyrenmek videonuzdan ilham alaraq dunenden baslamisam inşallah zamanla bur neticesi olacaqmi goresen el cekmiyecem ama
Uğurlar sizə
Аллах комейин олсун
Necə gözəl danışırsız Azərbaycan dilində )
❤️🙏🏻
❤❤❤
Ağır tramvaların olduğu ölkələrə nəzər yetirsək, qərib baramağı var birazca
😮😱😵💫😅👍👍👍👍❤
İngilis dilini öyrənmək üçün video çek
Var videolarımın arasında
@@ahukamranli_Salam, heç bir kənar yardım olmadan özünüz tək basına öyrənmisiniz? Yoxsa necə?
Sən neçə təvəllüdsən
1994
@@KHJvsAL məndən 13 yaş böyüksən
@@ISMAYILZIZOVO, menim tevelludum deyil, siz bu xanimin videosunun altina yazib sorusmusuzki, nece tevelludsen? Mende xanimin dogum ilini yazmisam.🤦♀️
@@KHJvsAL üzürlü say