AISEL & SAYBU - One Love (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 10 лют 2025
  • AISEL & SAYBU - One Love (Official Music Video)
    Mahnını dinləmək üçün platformalar: aisel.lnk.to/O...
    Music / Lyrics: SAYBU
    Music Producers: Blawnsh, Emin Karim (STKHA)
    Mix & Mastering: Emin Karim (STKHA)
    Music Label: BEAT Music
    Label Manager: Amal Alili
    Directed by: Royal Jafarov
    DOP: Seymur Seyidbeyli
    Edit & Coloring: Seymur Seyidbeyli
    Camera Assistant: Vali Aliyev
    Gaffer: Rauf Cavadov
    Gaffer Assistant: Ibrahim Mammadov
    Set Assistant: Ramin Omarov
    Dolly: Elnur Vahidoglu
    Produced by: SS Production
    Special thanks: Mardakan Village
    AISEL-i izlə:
    Instagram: aisel.lnk.to/I...
    Twitter: aisel.lnk.to/T...
    Apple Music: aisel.lnk.to/A...
    Spotify: aisel.lnk.to/S...
    Yandex Music: aisel.lnk.to/Y...
    VK Music: aisel.lnk.to/V...
    Genius: aisel.lnk.to/G...
    SAYBU-nu izlə:
    Instagram: saybu.lnk.to/I...
    Twitter: saybu.lnk.to/T...
    Apple Music: saybu.lnk.to/A...
    Spotify: saybu.lnk.to/S...
    Yandex Music: saybu.lnk.to/Y...
    VK Music: saybu.lnk.to/V...
    Genius: saybu.lnk.to/G...
    SÖZLƏR:
    (Gedirsən get, gözlər yaş olan deyil)
    (Nə edirsən et, xoş olan deyil)
    Dərinə getmə, getmə daha çox üzmə məni
    Yerimə kim olsa atıb gedərdi çoxdan səni
    Hisslərin bilmədik dəyərini
    Bilmədik sevməyin qədərini
    Bəlkə yuxudayıq, yatırıq əbədi
    Bəlkə sevginin özü bir tələdir
    Hər axşamın var bir səhəri
    Bəlkə gecələri gündüz elədik
    Var yolumuz qaranlıqdan aydınlığa
    Üz döndərsək sevgimizlə ayrılığa
    Gedirsən get, gözlər yaş olan deyil
    Daş olan deyil ürəyim, boş olan deyil
    Nə edirsən et, ağlım çaş olan deyil (One love)
    Sözlər kaş olanda sənə xoş olan deyil (One love)
    Gedirsən get, gözlər yaş olan deyil
    Daş olan deyil ürəyim, boş olan deyil
    Nə edirsən et, ağlım çaş olan deyil
    Sözlər kaş olanda sənə xoş olan deyil
    Demirəm geri dön, dönmə
    Məni göm ən dərinə, dön əvvəlinə
    Gül göndərirəm ən gözəlindən
    Külə döndərmə, gəl öz əlinlə
    Görürəm, gedirsən, demirəm gözlə
    Özünü göstərmə, deyiləm özgə
    İnsan itirəndə özlər
    İtirər dəyərini
    Sevinəndə verilən sözlər
    Sevgi deyilən şey buymuş
    Çox ciddi bir duyğuymuş
    Sənsizlikdən qorxdum
    Amma ayrılıq uyğunmuş
    Dönmədi, geriyə dönmədi
    Ölərdim amma ki, ölmədim
    Gedirsən get, gözlər yaş olan deyil
    Daş olan deyil ürəyim, boş olan deyil
    Nə edirsən et, ağlım çaş olan deyil (One love)
    Sözlər kaş olanda sənə xoş olan deyil (One love)
    Gedirsən get, gözlər yaş olan deyil
    Daş olan deyil ürəyim, boş olan deyil
    Nə edirsən et, ağlım çaş olan deyil
    Sözlər kaş olanda sənə xoş olan deyil
    One love
    One love
    One love
    AISEL & SAYBU - One Love. (C) 2024 BEAT Music
    Bütün hüquqlar BEAT Music leyblı tərəfindən qorunur.
    beatmusic.az/
    / musicbybeat
    #AISEL #SAYBU #OneLove #BEATMusic #SSProduction

КОМЕНТАРІ • 604

  • @AISEL
    @AISEL  9 місяців тому +318

    Sevginiz və dəstəyiniz üçün təşəkkür edirik! Fikirlərinizi bizimlə bölüşməyi unutmayın ❤

    • @azan_asiqi
      @azan_asiqi 9 місяців тому +6

      Aysel xanım çox möhtəşəmsiZ belə davam 🎉🎉🎉 Hələ Game of chess tərzi mahnılar olsa çox super olar axı 😍😍😍

    • @mazanfataliyev
      @mazanfataliyev 9 місяців тому +5

      Ölmürəmdə sizinçün❤ Möhtəşəm!

    • @rafiqsoltanov
      @rafiqsoltanov 9 місяців тому +4

      Çox gözəl işlər görürsüz ❤

    • @Али1009
      @Али1009 9 місяців тому +3

      Sozler cox cesaretli❤

    • @Melisasuad
      @Melisasuad 9 місяців тому +1

      ❤️❤️❤️

  • @ElgunAmiralii
    @ElgunAmiralii 9 місяців тому +223

    O bəzən gündəmdə olmaya bilər,hətta bəzən trendə belə girməz bəzi musiqiləriylə.Ama hər zaman bizim üçün Zirvədədir Səbuhi Məcnunlu. Milyonları vurmaq ümidiylə.

  • @AmalAlili
    @AmalAlili 9 місяців тому +35

    Gül göndərirəm ən gözəlindən
    Külə döndərmə, gəl öz əlinlə 🔥

  • @kaennmusic
    @kaennmusic 8 місяців тому +10

    Saybuuuu sən neynəmisən? Sən necə bu qədər pik səviyyədə ola bilərsən axı?🥲🥲🥲

  • @ElmiAzeri
    @ElmiAzeri 9 днів тому +2

    Yaxşı ki, varsız... Bu tekekanalizasiyalar bizi yığdı boğaza... Var olun. Nəhayət zövqümüz yerinə qayıtdı

  • @rafiqsoltanov
    @rafiqsoltanov 9 місяців тому +106

    Eurovision’dakı haqsızlığa baxmayaraq, dayanmadan üzərində işləyir 👏👏👏

    • @kara13in
      @kara13in 9 місяців тому +1

      🖤👍

    • @ElmiAzeri
      @ElmiAzeri 9 днів тому

      Harda var ki, haqq???

  • @rehmanvahidli9696
    @rehmanvahidli9696 8 місяців тому +17

    Saybunun oxuduğu bir hissə “maalasef” idi, Saybu bu işin haqqını verirsən uğurlar

  • @Losiendo
    @Losiendo 9 місяців тому +88

    Saybu klassı və xanımın gözəlliyi

  • @DJTAGGY
    @DJTAGGY 9 місяців тому +85

    Saybu Saybu Saybu ✨️✨️✨️✨️

  • @Tajibmusic
    @Tajibmusic 8 місяців тому +15

    Trek ilk başlayandan musiqi olaraq, sonra Saybu'nun çitkasında çox şiddətli "Mansur Ark - Maalesef" mahnısını eşitdim. Dedim yəqin mənə elə gəlib. Ama sonra 2:17-də televizorda eyni mahnının klipini görəndə dedim bu təsadüf ola bilməz. Old'lardan qaçmaz :)

    • @shirzadhassan2919
      @shirzadhassan2919 8 місяців тому

      Aşk denilen buymuş, çok ciddi bir duyguymuş

    • @Melisasuad
      @Melisasuad 8 місяців тому

      Ne yaxwi dediz))

    • @Melisasuad
      @Melisasuad 8 місяців тому

      Ureinizde galmadi)

  • @Rasulzadee
    @Rasulzadee 9 місяців тому +31

    Saybu səviyyədi, keyfiyyətdi. 💎

  • @ramalabdurahmanli6474
    @ramalabdurahmanli6474 9 місяців тому +49

    Saybu sevilir rəsmən

  • @raisamammedova
    @raisamammedova 9 місяців тому +58

    BU YAĞIŞLI HAVANIN MAHNISIDIR 💔

  • @Nasimi_music
    @Nasimi_music 8 місяців тому +9

    Saybu Qələmi fərqli biridi❤

  • @teyfmusic
    @teyfmusic 9 місяців тому +86

    Sevgi deyilən şey buymuş, çox ciddi bir duyğuymuş, sənsizlikdən qorxdum amma ayrılıq uyğunmuş🔥⚡

    • @dianaaliyeva999
      @dianaaliyeva999 9 місяців тому +3

      Sənin də səsin yüksəklərdən gəlsn

    • @adelakerimova158
      @adelakerimova158 9 місяців тому +20

      Mansur Ark - Maalesef

    • @nezrin9851
      @nezrin9851 8 місяців тому

      @@adelakerimova158faiq agayev hemçinin

  • @AnoniM66689
    @AnoniM66689 8 місяців тому +68

    Saybunun respect atdığı türk mahnısının TV'də getməsi 👍 #incə 😄

    • @MammadovSeyid27
      @MammadovSeyid27 7 місяців тому +4

      Ay sağol məndə deyirəm axı hardansa tanış gəlir o hissə.

    • @AnoniM66689
      @AnoniM66689 6 місяців тому

      @@MammadovSeyid27 🙂

    • @FermanEdilov-ky4ql
      @FermanEdilov-ky4ql 6 місяців тому +1

      Hansi mahnidi?

    • @AnoniM66689
      @AnoniM66689 6 місяців тому +1

      @@FermanEdilov-ky4ql adı yadımda deyil

    • @ulviyahacqz8987
      @ulviyahacqz8987 6 місяців тому

      ​@@FermanEdilov-ky4qlmansur ark/ malesef

  • @orxanhuseynov-cm7qy
    @orxanhuseynov-cm7qy 9 місяців тому +25

    Çox əla alınıb. Sadə və cool 😘
    Aiselin aktrisalığına isə söz ola bilməz. Son illərdə çox dəyişib ❤
    Saybuya isə NO COMMENT 😎

  • @muhammedismayilov5730
    @muhammedismayilov5730 9 місяців тому +29

    Bu xanimin klipleri sesi lezet edir

  • @FidanTvOfficial
    @FidanTvOfficial 9 місяців тому +14

    Dərinə getmə, getmə daha çox üzmə məni
    Yerimə kim olsa atıb gedərdi çoxdan səni💎✨
    Əladır!🔥
    Uğurlar hər ikinizə! 🫶🏽

  • @panahyusibov
    @panahyusibov 8 місяців тому +12

    *Aisel və Saybu siz əfsanəsiz.*

  • @BarbarBs
    @BarbarBs 2 місяці тому +1

    Möhtəşəm mahnıdır. Trend olmadığı üçün məyusam.

  • @TheGencliktv
    @TheGencliktv 8 місяців тому +27

    SAYBU heçdə oğuldu, AİSEL-ə gəlincə sən kimsən axı?
    Bu qədər keyfiyyətsiz oxuyanlar içindən necə belə mükəmməl çıxdın?

    • @Alievv.nemo28
      @Alievv.nemo28 8 місяців тому

      100/100

    • @Terikmen
      @Terikmen 7 місяців тому +1

      Aiselin diger mahnilarina qulag asin..meselen "Sevirem".. adam yaradir

  • @chaivparipa1360
    @chaivparipa1360 7 місяців тому +4

    Ana dilimizdədə səviyyəli musiqilər yaratmaq olurmuş👍🏼👍🏼👍🏼👍🏼

  • @PervizVeliyev-dp5jp
    @PervizVeliyev-dp5jp 8 місяців тому +16

    Aisel çoox gözəl xanımdı. Sənətidə çox gözəldi səsilə yanaşı saybunu şərh etmək lazım deyil məncə ❤

  • @mhmmedbyrml7012
    @mhmmedbyrml7012 8 місяців тому +3

    AİSEL hal-hazırda özünü potensial olaraq tam göstərən əsas ulduz olmaq yolunda gedir, musiqisi və yaradıcılığı çox fərqli yeni nəfəs verir gələcəyə ümidi artırır, belə keyfiyyətli işlər üçün sənə çox Təşəkkür edirəm AİSEl, uğurların daim olsun qəti hğvəsdən düşmə və keyfiyyətinlə gündəmdə ol!❤

  • @maliyeva-mammadova7513
    @maliyeva-mammadova7513 8 місяців тому +14

    Bəlkə də trendə girməyəcək. Amma Aysel həmişə keyfiyyətə önəm verir.
    Görür ki, millətin çoxunun zövqü qıjıdı. Amma keyfiyyəti əldən vermir. Guya Aysel toy üçün mahnı yaza bilməz ? Bəstəkardı. Əlasını da yazar.
    Bu il Eurovision haqsızlığından sonra daha da gözümə girdi. Haqsız seçimə baxmayaraq, üstündə işləyir. Mahnı çıxartmaq ayrı hətta ekranlaşdırırda.
    Saybu isə tam başqa levelə keçib. Duetləri əladı. Kazımcanla, Miri Yusiflə duetləri sırasına indi Aysel duetini də yazıram. Saybunun bu qədər maraqlı sözlər yazmağı mənə çox maraqlıdır. 👏👏👏

  • @nigarislaml4716
    @nigarislaml4716 9 місяців тому +25

    Əla👌🏼Mansur Ark vibes🎶

    • @shirzadhassan2919
      @shirzadhassan2919 8 місяців тому

      Aşk denilen buymuş, çok ciddi bir duyguymuş

  • @RustamAliyev-ro8ez
    @RustamAliyev-ro8ez 9 місяців тому +15

    This one is lit. AISEL cox gozel oynayir rolun klipde

  • @elnursalekhov6292
    @elnursalekhov6292 8 місяців тому +8

    Aktyorlugunuz bir basqa leveldi ehsen

  • @bosslady06
    @bosslady06 8 місяців тому +5

    Belke mahnilari trend olmur, belke herkes tanimir onu, amma Ayseli dinleyen her birkes zövqlü kütledir…

  • @elmaraliyev3275
    @elmaraliyev3275 2 місяці тому +1

    O nə perexod idi türk mahnısına 😮

  • @xakker666
    @xakker666 8 місяців тому +2

    Koment yazan deyiləm.Ama buna yazmasam günah olar.Buna deyərəm mahnı buna deyərəm klip.Çox təbii alınıb klip.Ağ qara olmağı ayrı bir gözəllik.Mahnı sözləri minusu çox qəşəng.Bir sözlə çox qəşəng bir iş ortaya çıxartmısız uşaqlar.Afərin👏🏻

  • @vuqarmammadov8264
    @vuqarmammadov8264 7 місяців тому +2

    Super cox xowuma geldi,hemiwe size gozellik ve ugurlar arzulayiram.

  • @gudratismayilov9515
    @gudratismayilov9515 9 місяців тому +6

    Son zamanların en istedadlı gənclərindən biri Aysel yolun her zaman açıq olsun səsin dünya arenasından gəlsin 🙂

    • @rafiqsoltanov
      @rafiqsoltanov 8 місяців тому

      Aysel illərdir oxuyur. Media onun işini görüb, işıqlandırmır. Çünki 2-3 müğənni var. Onların işçiləri efirlərdə işlər. Onlar da yolunu kəsir.

    • @Gulyaa123
      @Gulyaa123 8 місяців тому

      👌🏻🔥👌🏻

  • @nicatmehbalizade5862
    @nicatmehbalizade5862 8 місяців тому +2

    MÖHTƏŞƏM.....AİSEL ve SAYBU ikisi de mənimçün özəl ifaçılar, SENETKARlardir. Track super alınıb, klip de bir başqa alem. Axir vaxtlar meni bele tesirlendiren track olmamışdı. Çox sağ olun

  • @Juju-od2cs
    @Juju-od2cs 9 місяців тому +2

    Ən sevimli müğənnim yeni mahnı paylaşıb🤍bütün mahnılarınız mənə motivasiya və xoş hisslər ötürür “ one love “ da onların sıraslna qoşuldu😍👌🏻😊

  • @Slkbrv
    @Slkbrv 8 місяців тому +1

    Sadəcə əla. Klip əla, İfa əla hər şey əla.Belə gözəl işləriniz davamlı olsun.❤

  • @nuranahsydarzade893
    @nuranahsydarzade893 9 місяців тому +1

    Azərbaycan popunda ən sevdiyim mahnılar sizindi.Play listimdə daima varsız 💗

  • @NazrynMusic
    @NazrynMusic 8 місяців тому

    Ay ne gesengdi ❤

    • @Roverdefendera122
      @Roverdefendera122 8 місяців тому +1

      səndən də treck gözlüyürük mən sənin yerinə olsaydım iki albom hazırlamışdım bu bir ildə

    • @Zeynalov.aslan28
      @Zeynalov.aslan28 8 місяців тому

      Sən də gəşəngsən

  • @elnaraaskarova5250
    @elnaraaskarova5250 8 місяців тому +1

    Yeni hitiniz münasibətilə təbrik edirik!

  • @reshadakhmed
    @reshadakhmed 8 місяців тому +9

    Radioda qarşına çıxanda yanında danışanı susdurub, xod veriləsi mahnıdı

  • @killahsnw
    @killahsnw 8 місяців тому +6

    Görəsən bir birlərinin üstünə nə qışqırırdılar? Backstage çox maraqlı gəldi) Çox gözəl alınib. Uğurlar 🙏🏻

  • @TahireBayramova1540
    @TahireBayramova1540 8 місяців тому +2

    Xeyirli uğurlu olsun,əla alınıb👍

  • @ahmadahmadov1785
    @ahmadahmadov1785 9 місяців тому +2

    Çox gözəl! AISEL xanımın belə gözəl aktyorluq qabiliyyətinin olmağını bilmirdim. Əhsən! Uğurlu olsun!

  • @Gulyaa123
    @Gulyaa123 9 місяців тому +1

    Siz het klipinixfr nece gozel oynayirsiz! Halal olsun size! Hem aktrisa hem mugenni , gozel ses !! Ne istek var sizde!!❤️

  • @nurlanahuseynova
    @nurlanahuseynova 27 днів тому

    Gozelim aisel nece zerif ve kubar hirslenirsen bu sozlerle❤

  • @gunaynh
    @gunaynh 8 місяців тому +6

    ❤️ yaxşı ki varsınız gözümüz səviyyə görür

  • @feriderustamova8146
    @feriderustamova8146 8 місяців тому +5

    İnana bilmirəmki bu bir Azərbaycan mahnisidi, klip və təbiki ifaçilar 👏👏👏👏 P.S Aysel gözəl aktrisa da ola bilərdi bu klipdə yeni bir istedadini göstərdi 😅😻 again and again in love 🫶🏽

  • @sedimantehmezov8179
    @sedimantehmezov8179 8 місяців тому +1

    Supeer.. Hər gün qulağ asmağdan doymuram.Gündəlik rutinim olub....👍👍👍

  • @streetsr66
    @streetsr66 7 місяців тому +2

    əslində hislerin bilmediy qederini

  • @asadovemil4733
    @asadovemil4733 8 місяців тому

    Musiqi ve ritm gozeldi, xoshagelendir, qulaq asmaq olur rahatliqla.
    Diqqetimi ceken klipde Aysel xanimin esebi olandaki davranislari idi, daha onceki kliplerinde bele olmadigi ucun bilmediyim sebeble fikrim ancaq orada qalmisdi :)
    Ugurlar, dostlar

    • @rafiqsoltanov
      @rafiqsoltanov 8 місяців тому

      Əsl artistidir. Hər rola girir. Daha Röyanın “Səndən başqa” klipindəki kimi özünü aparmaz ki😂

  • @rafiqsoltanov
    @rafiqsoltanov 8 місяців тому +2

    O trend olmasa da BRENDdir ❤

  • @1985Krus
    @1985Krus 8 місяців тому +1

    Bomba..🔥 Afərin uşaqlar, əfsanəsüz ❤️👍🏻

  • @rashadgarashov3524
    @rashadgarashov3524 8 місяців тому +2

    Mansur Arkın mahnısına istinad edilib. Maraqlıdır. Uğurlar arzu edirəm. Təbriklər.

  • @Xazerios
    @Xazerios 8 місяців тому

    Əladır. Çox qəşəng alınıb... pleylistime elave edirem

  • @aurora6906
    @aurora6906 5 місяців тому +2

    Aşk denilen buymuş çok ciddi bir duyguymuşşşş #maalesef

  • @Telmankbrov-xf8ke
    @Telmankbrov-xf8ke 9 місяців тому +12

    Sözlər kaş olanda sənə xoş olan deyil!Cümlənin möhtəşəmliyi🤌

  • @endlessmusic7888
    @endlessmusic7888 8 місяців тому +1

    Çox bəyəndim. Aisel çox zövqlü ifaçıdır. İnşallah trendə girər.

  • @xhan99
    @xhan99 9 місяців тому +7

    Saybu ilə iş birliyiniz uzun sürsə daha uğurlu olacaq. Uyğunluq səslər klip sadəcə möhtəşəm.

  • @aytanmajnunlu
    @aytanmajnunlu 9 місяців тому +14

    Yüksəyə doğru🖤🫶🏻

  • @Baku1996
    @Baku1996 8 місяців тому +1

    Her gun burdayam dinleyirem😍

  • @selimxandjabrailzade7581
    @selimxandjabrailzade7581 8 місяців тому +2

    Saybu Heqiqeten başqa Leveldi 👏🏻👍🏻

  • @Mehemmedddd
    @Mehemmedddd 9 місяців тому +3

    Ayselll mütleq eurovisiona gonderilmelidirrrr!!!!

  • @shahruzbv2001
    @shahruzbv2001 8 місяців тому +1

    Qəşəngdir, Saybu varsa, başqa cür də gözləmirdik.

  • @maftun.abbasly
    @maftun.abbasly 8 місяців тому +1

    Uğurlar! Əla ifadır.💙💙

  • @farhadlitural
    @farhadlitural 9 місяців тому +1

    Çox əla duet alınıb, səviyyə və keyfiyyət hiss olunur 🎉🎉🎉

    • @LfestyleGood
      @LfestyleGood 8 місяців тому +1

      Raziyam sizinle👌🏻

  • @mehemmednsirov1687
    @mehemmednsirov1687 8 місяців тому +4

    Çox gözəl iş ərsəyə gəlib. Musiqi kefiyyəti budur

  • @tedoliverr
    @tedoliverr 8 місяців тому +1

    Çox bombasız. Saybu əmidi 💎🖤 eşq olsun Saybuya. Aisel xanım da yenə mükəmməldir.

  • @kara13in
    @kara13in 9 місяців тому

    Saybu möhteşem reper, Aisel ise möhteşem müğennidi. Möhteşemleri bir yere yiğanda trende layiq musiqi ortaya cixir. Ugurlar, respect! 🤍

  • @bilalaliyev7
    @bilalaliyev7 9 місяців тому

    Sözlərdən bilinir ki, bu Saybunun qələmini. Descriptiona baxmadan da olar. Sizlər, Sözlər və müsiqi Möhtəşəmdi

  • @senansuleyman1995
    @senansuleyman1995 9 місяців тому +5

    Şanson hissi yaşaddı

  • @ulviahmed6784
    @ulviahmed6784 8 місяців тому +1

    Hər ikisi çox istedatlıdır. Mükəmməl😊

  • @snanliyev6816
    @snanliyev6816 7 місяців тому

    Saybu & Aisel - möhtəşəmsiz !!!

  • @orxanaliyev5057
    @orxanaliyev5057 9 місяців тому +10

    Hem ifa, hem klip hemde ki Aiselin klipdeki aktirisalığı super❤

  • @mehriimva.20
    @mehriimva.20 7 місяців тому +2

    Xanım çox gözəl və çox cazibədardır, klip isə möhtəşəmdir, hələ mahnın sözlərini demirəm. Bir söz ilə hər şey çox amma çox möhtəşəmdir! 😍

  • @RamilHuseynov-rh2kl
    @RamilHuseynov-rh2kl 8 місяців тому +1

    Saybuya gore qulaq asdım 🤙🏻

  • @ProstoZritel.
    @ProstoZritel. 8 місяців тому +1

    Möhtəşəm! Yeni nəfəs! ❤

  • @frankie1852
    @frankie1852 9 місяців тому +14

    Inadı birak yanıma yanaşı ver artık)

  • @İlqarAhmadzada-c2w
    @İlqarAhmadzada-c2w 2 місяці тому

    Yeni nesil repin ilk addımları ❤🎉🎉🎉
    Uğurlar

  • @anarezizov1081
    @anarezizov1081 8 місяців тому +6

    dəli oluramda bu qızı gőrəndə.zahirən idealımdı,amma,őz aramızdır oğlanın oxuduğu yerlar var sőzləri və oxuma tərzi oğurlanıb.Tűrk műğənnisindən

    • @alihuseyn1991
      @alihuseyn1991 4 місяці тому +1

      oğurlanmıyıb qardaş. klipin özündə belə o türkün klipi gedir tv də, necə oğurluyub?

  • @dolidolii
    @dolidolii 8 місяців тому +1

    Gedirsən get, gözlər yaş olan deyil
    Daş olan deyil ürəyim, boş olan deyil❤️‍🩹

  • @salih2215
    @salih2215 8 місяців тому +1

    Maraqlı işdir,uğurlar ☢️

  • @cml_2485
    @cml_2485 8 місяців тому +5

    Mansur Ark-Malasef tərzi hiss olundu😉
    Gəşəydir👍

  • @tekkkiiinn
    @tekkkiiinn 9 місяців тому +2

    SAYBUUUUUU❤

  • @Gulyaa123
    @Gulyaa123 8 місяців тому +3

    Sözlər kaş olanda sənə xoş olan deyil👌🏻👌🏻

  • @elcinabbasbyli4921
    @elcinabbasbyli4921 8 місяців тому +1

    Sadəcə bir söz deyəcəm. Möhtəşəm ❤

  • @vidadiazimov6821
    @vidadiazimov6821 8 місяців тому +2

    Trend 1 olmaq ümidilə ❤

  • @allinteresting626
    @allinteresting626 8 місяців тому +2

    Aisel xanımın səsi isə möhtəşəm. Son zamanlar xanımlar içində əvəzolunmazım❤

    • @Melisasuad
      @Melisasuad 8 місяців тому

      👌🏻👌🏻👌🏻👌🏻

  • @RasimIsayev-vc9fw
    @RasimIsayev-vc9fw 8 місяців тому +1

    Bravoo muhteshem 👏👏👏👏

  • @HeAbdul
    @HeAbdul 8 місяців тому

    Ayselcim seni sesini iwini yeni kewf eledim supersen irelliye dogru ugurlarin bol olsun

  • @bilalaliyev7
    @bilalaliyev7 9 місяців тому +2

    Bu il eşitdim ən gözəl duetdi bu. Təşəkkürlər

  • @Recluse1999
    @Recluse1999 7 місяців тому +2

    1:15 burdan ele bir derine girdi çox dərin ifade etmek çetindir bunun tam versiyasin sebirsizlikle gozleyirik heqiqeten Number One❤

  • @AynurMəmmədli-l4j
    @AynurMəmmədli-l4j 9 місяців тому +2

    ❤️‍🔥Saybu ancag sen oxu

  • @faribahasanzade7685
    @faribahasanzade7685 9 місяців тому +2

    Bu havanin mahnisi... gozelll❤

  • @jaleislam5245
    @jaleislam5245 3 місяці тому +2

    Sevgi deyilən şey buymuş
    Çox ciddi bir duyğuymuş
    Sənsizlikdən qorxdum
    Amma ayrılıq uyğunmuş

  • @ankaaziz
    @ankaaziz 9 місяців тому +1

    Saybunun sesi deli edirde adamı😢❤❤❤❤❤❤❤❤

  • @amin55552
    @amin55552 9 місяців тому +3

    Айсель как всегда на вершине😍

  • @rafiqsoltanov
    @rafiqsoltanov 8 місяців тому +1

    Yenə gəldim dinləməyə ❤

  • @ZemfiraQurbanova-rz6wi
    @ZemfiraQurbanova-rz6wi 9 місяців тому +2

    Bu iki müğənninin adın yanaşı görəndə artıq dinləmədən bəyəndim!

  • @xandadasisayev
    @xandadasisayev 9 місяців тому +3

    Aisel çox marjinal sənətçisən ikinci feat'də gəlsin məncə bu parçada çox gözlədi uğurlar 🖤