Yaddaş - Həsən Seyidbəyli - 22.12.2020

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 9

  • @darvinhuseynov769
    @darvinhuseynov769 9 місяців тому +2

    Allah rəhmət eləsin.Çox sağolun ki çəkmisiniz.Çox duyğulandım.Karifeylər nələr qoyub gediblər.Adam öz milləti ilə qürur düyür .

  • @xayalasalmanova4269
    @xayalasalmanova4269 6 місяців тому

    Nece gözel,yaradici insanlarimiz olub Ilahi!

  • @dunyayahuzur5060
    @dunyayahuzur5060 9 місяців тому

    çox sağolun belə səviyyəli gözəl proqram üçün ,zövqlə qulaq asıb izlədim✌💕💕💕💕🤲

  • @АлександрНовиков-у3л
    @АлександрНовиков-у3л 10 місяців тому

    0:53 Barelyef, 3:08 kritik, 3:28 orqanlar, 4:45 epizod, 7:39 problemlər, 9:46 proses, 10:01 faktlar, 10:47 kolleqasıdır, 14:20 şedevr, 16:32 metrajlı, 16:41 epizodlar, 17:41 obrazlar, 17:47 koloritli, 18:26 epizodik, 18:28 debyut , 19:15 tandem, 20:51 ştrix, 21:08 detal, ştrix, 22:40 pafos, dialoq, 25:01 improvizə, 26:03 epizodlar, 27:19 koloritli, 28:05 kompanyonlar, 29:35 obrazlar, 29:50 faktura, mafiya qrupu, 29:58 tandem, 34:14 karyera, 36:06 xarakterizə - bu sözləri dilimizə yad , başqa dildən qətirirsiniz . Bunu etməyin ! Bizim ANA DİLİMİZ olduqca zəngindir.
    Çox təsirli bir filmdir. Gözlərim dəfələrlə yaşardı. Keçən günləri təkrarən yaşadım.

  • @Aybənizİbrahimova-g1s
    @Aybənizİbrahimova-g1s 9 місяців тому +1

    Pirşagıda hasar qonşusu idi atamgili Həsən müəllimlə.Allah rəhmət eləsin.

  • @tehranismayll2515
    @tehranismayll2515 8 місяців тому

    Ruhu şad olsun çox gözəl filmləri yaratdı!

  • @sbuhisdli359
    @sbuhisdli359 2 роки тому +3

    22 dekabr rejissor, yazıçı Həsən Seyidbəylinin doğum günüdür. (22.12.1920-25.06.1980)
    Həsən Seyidbəyli
    Doğum tarixi: 22.12.1920
    Vəfat tarixi: 25.06.1980
    Həsən Mehdi oğlu Seyidbəyli Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində (1938-1939), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində (1943-1951, Sergey Eyzenşteyn və Q.Kozinsevin sinfi) və Ali ssenari kurslarında təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin I katibi (1963-1975) və sədri (1975-1980) vəzifələrində işləyib. “Dəniz cəsurları sevir” (1954, İmran Qasımovla birgə), “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar”, “Sən nə üçün yaşayırsan?” (1959, İmran Qasımovla birgə) adlı dram əsərləri səhnəyə qoyulub. “Kür sahillərində” (1953), “Telefonçu qız” (1960), “Bizim Astarada”, “Cəbhədən cəbhəyə” (1961) povestlərinin, “Uzaq sahillərdə” (1954, İmran Qasımovla birgə), “İllər keçir” (1973, İmran Qasımovla birgə), “Çiçək” (1978), “Tərsanə” romanlarının, “Mözücələr adası” hekayəsinin müəllifidir. Azərbaycan SSR Ali Sovetinin (9-10 cu çağırış) deputatı olub. Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib.
    Filmoqrafiya:
    Bakıdan Göy-Gölədək (1947, qısametrajlı sənədli film) - rejissor
    Böyük yol (1949, qısametrajlı sənədli film) - rejissor
    Quba bağlarında və Tərtərçay vadisində (1953, qısametrajlı sənədli film) - rejissor, ssenari müəllifi
    Doğma xalqıma (1954, tammetrajlı sənədli film) - ssenari müəllifi
    Qızmar günəş altında (1957, tammetrajlı bədii film) - ssenari müəllifi, əsərindən istifadə olunub
    Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) - ssenari müəllifi, əsərindən istifadə olunub
    Əyri yolla qazanc (1960, qısametrajlı bədii film) - ssenari müəllifi
    Yolda əhvalat (1960, qısametrajlı bədii film) - ssenari müəllifi
    Telefonçu qız (1962, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi, əsərindən istifadə olunub
    Möcüzələr adası (1963, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi
    Kimi daha çox sevirik (1964, tammetrajlı bədii film, kinoalmanax) - bədii rəhbər
    Kimi daha çox sevirik - Cazibə qüvvəsi (1964, tammetrajlı bədii film, kinoalmanax) - rejissor, ssenari müəllifi, aktyor (sədr)
    Qaraca qız - Liftçi qız (1966, tammetrajlı bədii film, kinoalmanax) - əsərindən istifadə olunub
    Sən niyə susursan? (1966, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi
    Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) - rejissor
    O qızı tapın (1970, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi
    Sovet Azərbaycanı (III) (1972, tammetrajlı sənədli televiziya filmi) - ssenari müəllifi
    Nəsimi (II) (1973, tammetrajlı bədii film) - rejissor
    Ömrün səhifələri (II) (1974, tammetrajlı bədii film, kinoalmanax) - rejissor, ssenari müəllifi, bədii rəhbər
    Çətirimiz buludlardır (1976, tammetrajlı bədii film) - bədii rəhbər
    Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi
    Kamillik (1979, qısametrajlı sənədli film) - ssenari müəllifi
    Toral və Zəri (1979, animasiya filmi) - ssenari müəllifi
    Onun bəlalı sevgisi (1980, tammetrajlı bədii film) - bədii rəhbər
    Sağ ol, dostum (1980, animasiya filmi) - ssenari müəllifi

  • @iradadadxa7220
    @iradadadxa7220 10 місяців тому

    ALLAH REHMET ELESIN, KIMLER GELDI, KIMLER GETDI BU DUNYADAN. EHHHH

  • @ZehraM-b2x
    @ZehraM-b2x 5 місяців тому

    Gozel rejisor,gozel yazici