30 min manata satılan Qarabağ atını kim alıb? - REPORTAJ

Поділитися
Вставка
  • Опубліковано 14 кві 2022
  • Qarabağ dedikdə ağıllara ilk olaraq Xarı Bülbül simvol kimi gəlsədə, dünyanın bir çox ölkəsində bu adı o diyarın atların ilə tanıyırlar.
    Qarabağ atı qədim Azərbaycan atlarının bir cinsidir. Hələ məxəzlərdə Ərəb atı haqqında heç bir məlumat olmadığı qədim dövrdə Azərbaycan atları, o cümlədən də Qarabağ atı tanınmış, şöhrət qazanmış və bir çox Şərq ölkələrində geniş yayılaraq, ən qiymətli atlardan sayılmışdır.
    İngiltərə kraliçası II Elizabetə hədiyyə olunan Qarabağ atı da kraliçanın ən çox bəyəndiyi at cinslərindən biridir.
    Ölkə başçısı Prezident İlham Əliyev də qardaş ölkə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana məhz bu atlarından birini hədiyyə etməklə, Qarabağ atlarının dünyanın ən yaxşı at cinsi olduğunu dünyaya bir daha xatırlatdı.
    Bu gün isə ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağın cins atları hərrac yolu ilə satışa çıxarıldı.
    Hərrac iştirakçılarına 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan təklif edildi.
    Onlara müvafiq olaraq 5, 7 və 30 min manat simvolik hərrac qiyməti qoyuldu.
    Atlardan ilk olaraq Sahil nümayiş olundu. Onun alıcısı Tərtər rayonundan olan fermer Habil İbrahimov bu at üçün 5500 manatından keçərək, Qarabağ atına sahib olmağın sevincini yaşadı.
    Bugünki hərracda 7 min manata satışa çıxarılmış Zilaxar atı da satılıb. Sürəti 55-57 km/saat olan bu ata 7 500 manat verən, at həvəskarı Orxan Qardaşxanov olub. O, 5 ilə yaxındır ki, ata maraq göstərdiyini, hərraca məxsusi olaraq Zilaxar atı üçün gəldiyini deyib.
    Ən Bahalı at olan “Sultan”a gəlincə isə…
    ” Bu gün Azərbaycanda ilk dəfə olaraq Qarabağ atları hərraca çıxarıldı. Hərracda 2 at satılsa da, “Sultan”ın alıcısı olmadı. Qeyd edək ki, onun satış qiyməti 30 min manta idi. Bu at satılmadığı üçün cıdır yarışlarında iştirak edəcək”.
    Kənd Təsərrüfati Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun sözlərinə görə, Hərracın baş tutduğu Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığını təmin etməkdir.
    Yaxın 2-3 ay ərzində Ağdam rayonunun Eyvazxanlı kəndində Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacaq. Artıq tikinti ilə bağlı hazırlıq işləri görülür. Zavod fəaliyyətə başlayandan sonra burada cins atlar yetişdiriləcək. Azərbaycanda Qarabağ atlarının satışı ilə bağlı hərraclar mütəmadi keçiriləcək və gələcəkdə Dilboz atları da satışa çıxarılacaq.
    #APATV #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ua-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 45

  • @chimnazzalishova6421
    @chimnazzalishova6421 2 роки тому +8

    Artirin bu atlarin növunū cox xahiş edirem, at insanin dostudur...Gözlerinden öperem Sultanin, Amerikadan salamlayiram

  • @orxanrza5858
    @orxanrza5858 2 роки тому +18

    İnsəAllahki bu atları pula görə xarici ölkələrə satıb, ölkədə nəslini kəsməzlər.

  • @seymurrhimov
    @seymurrhimov 2 роки тому +16

    Müharibənin sonunda bu atlar Daşaltının üstündə meşədə və taxıl zəmisində sürü ilə gəzirdilər. Vəhşiləşmiş kimi görsənirdilər. Orda olan yolaşlar yaxşı xatırlayır

    • @Vasif.Huseynoff
      @Vasif.Huseynoff 2 роки тому +2

      Qubadlıda görmüşdüm bir ağ biridə qara cox gözəl atlardı duruşu zad

    • @sevahaji6210
      @sevahaji6210 Рік тому

      Bunlar vəhşi at deyil, 1-ci Qarabaq müharibəsi vaxtı çıxarılıb fermada artırılıb yetişdirilən artatlardır.

  • @azrmahirzad5887
    @azrmahirzad5887 2 роки тому +1

    Bu şirkətdə heyvanların qiyməti çox bahadır.bir inək 4minə başa gələr.

  • @elseverabdullayev1190
    @elseverabdullayev1190 2 роки тому

    Əla

  • @noname-cr7ht
    @noname-cr7ht 2 роки тому +2

    Mence satmaq deyil artirmaq lazmdirki dunya gorsun qarabag atimin gozeliyni gorsun❤❤❤🇦🇿🇦🇿🙏🙏🇦🇿🐎🐎🐎

  • @qarabagazrbaycandr8193
    @qarabagazrbaycandr8193 Рік тому +1

    Satib dagitmagdan basqa ne bilirsiniz saxlayin coxalsin sonra.

  • @reyhansultan3824
    @reyhansultan3824 2 роки тому

    SALAM..BASİ CİXAN CAVAB YAZSİN..HERRACLA SATİS SERFELİDİMİ?

  • @ilkinabdulov4589
    @ilkinabdulov4589 Рік тому

    AT qədərdə hörmətim olmadı kimə disəm 3000 pul lazımdı əməliyyat olunaliyam verməz heç vaxt qardaş 2 dənə at alanda bir dənədə kasıb kusubada əl tutub

  • @rafiqxudaverdi2352
    @rafiqxudaverdi2352 2 роки тому +1

    Qarabağ atı Qarabağı qoyun sortuda var

  • @orxaneyyubov2759
    @orxaneyyubov2759 2 роки тому

    Pulu insan alib

  • @etibarekberov160
    @etibarekberov160 2 роки тому +1

    30 min zavodu diyesen))

  • @saidanovruzova6983
    @saidanovruzova6983 2 роки тому +1

    Ati çapanda istirahet eliyirem deyir başdan xarab ata zulm vermeye alir yazix at vermeyin satmiyin o basdan xaraba yazig atin belini qiracax

    • @user-pe4rf1yq5s
      @user-pe4rf1yq5s 2 роки тому

      Аты деде бабадан мин иллер бойу миниб чапыблар !.. Сизин фикринизле аты нейе коре алырлар , евде сервантамы гоймага ?..Миниб чапыбылмайан Ат : ат дейил , бир узунгулагдыр hейет бачада .

  • @user-sq9ul2zk6k
    @user-sq9ul2zk6k 2 роки тому

    Онуда дарыхмун харам йыхан шарафсиз мемур гелиб геча алачаг,инди горхур ки газдыйалар назирлер

  • @zizagaabdullayev3312
    @zizagaabdullayev3312 2 роки тому

    Kend teserfati deyirse důnya acizdi😃🙃😃😊😊😊

  • @admadm6151
    @admadm6151 Рік тому

    Əyər kimə belə at lazımdısa qaçış uçun super atdır citdi alıcı varsa mənə yazsın

  • @karalione6388
    @karalione6388 Рік тому

    Bu yer çox balacadır at gücnen fıranır orda çirkin iş olsaydı ya formula olsaydı yoları bağlıyıb milləti iflic edib şərait yaradardılar amma özümüzə şərait yaradmılar

  • @azrmahirzad5887
    @azrmahirzad5887 2 роки тому +1

    Qarabağ atının sözünün mənası nədir? bilən varsa yazsın mənasını.

    • @samiragdaml0212
      @samiragdaml0212 Рік тому

      Qarabağdan kənarda Qarabağdakı kimi effekt vermir bakıdan təzədən qoruğun köçürdülər Qarabağa

  • @gulieva4713
    @gulieva4713 2 роки тому

    Ат сатан базарда галстук нейе коре тахырлар коресен? 😁

    • @user-pe4rf1yq5s
      @user-pe4rf1yq5s 2 роки тому

      Гызым сени марагландыран галстукму олду йохса Атлармы !... Еде инсанлар вар ки, ишинден везифесинден асылы олмайараг галстуку бир кейим кими гебул едир .

  • @azerhesenov319
    @azerhesenov319 2 роки тому

    Sonda "dinqoz" atları sözü eşitdim. Dostlar düz eşitmişəm?

  • @azerhesenov319
    @azerhesenov319 2 роки тому +1

    Bilmədim dinqoz dedi, yoxsa dilboz

    • @seymurrhimov
      @seymurrhimov 2 роки тому +5

      Dilboz mən bilən Qazax rayonuna aiddir, Osman Sarıvəlli yazırki, Kim minər Qazağın Dilboz atını? Alar bu toyların şal-xalatını,. Şerin, sənətin mükafatını, Hər zaman hər yerdə aldı bu yerlər.

    • @arzuarzu4067
      @arzuarzu4067 2 роки тому

      @@seymurrhimov 👌👏👏👍🇦🇿🇦🇿

    • @arzuarzu4067
      @arzuarzu4067 2 роки тому +2

      Dilboz dedi.

    • @seymurrhimov
      @seymurrhimov 2 роки тому +2

      @@arzuarzu4067 dinqoz adında at cinsi ya da söz yoxdu. Dilboz cinsi var o da Qarabağ deyil Qazax at cinsidi

    • @arzuarzu4067
      @arzuarzu4067 2 роки тому +2

      @@seymurrhimov beli.doğru söylediniz.Dilboz atlari.S.Vurgun eserlerinde de dilboz eşitmişem.🇦🇿

  • @xanlenkaran4257
    @xanlenkaran4257 2 роки тому

    😂😂😂😂😂😂

  • @xanlenkaran4257
    @xanlenkaran4257 2 роки тому +1

    Gijdillaxsiz

    • @user-pe4rf1yq5s
      @user-pe4rf1yq5s 2 роки тому +3

      Чохму фикирешдин бу келмени йазмаздан еввел , саата бахдынмы .