NAXÇIVANDA GÖLDƏ BOĞULAN İKİ TƏLƏBƏ ASTARADA DƏFN EDİLDİ.

Поділитися
Вставка
  • Опубліковано 23 жов 2024
  • Telefona görə həyatlarından olan iki tələbə, bu səhər dəfn olunublar. Yaxınları deyir ki, bu gün həm də gənclərlə birlikdə onların ürəyində qalan arzularını da dəfn etdik.
    Ötən gün Naxçıvanda göldə boğularaq ölən tələbələr Astarada dəfn olunublar. Göldə boğularaq ölən 19 yaşlı Fəttah Zəkəriyəyev və 18 yaşlı Əli Mehrəliyevin nəşləri dəfn olunmaq üçün doğulduqları Astara rayonunun Pensər kəndinə gətirilib. Ailələri ilə vida mərasimindən sonra onlar Pensər kənd qəbiristanlığına aparılıb və babalarının yanında torpağa tapşırılıb.
    Qeyd edək ki, Astara rayonu Pensər kənd sakinləri olan 19 yaşlı Fəttah Zəkəriyəyev və 18 yaşlı Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar. Hər iki gənc Naxçıvan Dövlət Universitetinin tələbələri olub. Əli Mehrəliyev ailənin iki bacının bir qardaşı, Fəttah Zəkəriyəyev isə iki qardaş olublar. Fakt üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

КОМЕНТАРІ • 11

  • @КамалаБабаева
    @КамалаБабаева 5 місяців тому +2

    Allah rehmet elesin😢😢Allah Ailelerine sebir versin😢😢😢

  • @ЗдравствуйтеДосвидания-х7ъ

    Аллах Рахмат еласин маканы Жанна олсун

  • @shahinmehraliyev.psycholog4030
    @shahinmehraliyev.psycholog4030 5 місяців тому +3

    Astara rayonu Pensər kənd bələdiyyə sədri Emil bəy, siz hardan bilisiz telefona görə..Siz bu hadisənin şahidi olmusuz???? Elə təfsilatı ilə danışırsız ki....Şahidi olmusuzsa onda hələ davam edən istintaqa ifadə verməlisiz! Bizim balalara şər atanlara eyni müsibətu nəsib eyləsin inşallah! Onda bilərlər bala dağı nədir!⁸

  • @arzuzekeriyayeva7077
    @arzuzekeriyayeva7077 5 місяців тому

    Can balalar...can😢😢😢Butun kend sizin yasinizi tutur.

  • @РашидАлиев-б5у
    @РашидАлиев-б5у 5 місяців тому +1

    Allah rəhmət eləsin

  • @tahireeliyeva5651
    @tahireeliyeva5651 5 місяців тому +1

    Heyif cavan balalardan,cox heyif..😢

  • @ZekiyyeMemmedova-of6ue
    @ZekiyyeMemmedova-of6ue 5 місяців тому

    Allah səbrlərini versin əzizlərini. Qismət . Yazi . Nə deyək Allah rəhmət etsin kas olmuyaydi

  • @DenizMemmedov-ts6ub
    @DenizMemmedov-ts6ub 5 місяців тому

    Allah rehmer elesn mekanlarİ cennet olsun Allah Çaçan dalalarİ qorusun amin

  • @Gultekin.mamedova
    @Gultekin.mamedova 5 місяців тому

    😢😢😢😢😢

  • @ŞekerSalmanova
    @ŞekerSalmanova 5 місяців тому +2

    Can Fəttah bala heç yaraşmadı sənə

  • @shahinmehraliyev.psycholog4030
    @shahinmehraliyev.psycholog4030 4 місяці тому +1

    Emil əzizim, sən elə danışırsan gülərüz şəkildə. elə bil toy məclisindəsən tost deyirsən. Mən Əlinin atası olaraq hələ də bilmirəm hadisə necə baş verib. Çünki kamera görüntüsü yoxdu, şahid də yoxdu. Sən hardan bilirsən?????? Telefon söhbəti hələlik bir versiyadı..Bəlkə sən hadisənin şahidi olmusan??? Ya da kimsə şahid qismində sənə bu hadisə barədə məlumat verib. Belədirsə səni istintaqa dəvət etmək lazımdır. Bu qədər məsuliyyətsiz çıxış etmək sadəcə ürəyimizdə əbədi qaysaq bağlayacaq bir yaranın üzərinə davamlı duz səpmək kimidir. Bilmirəm sənə daha nə deyim..Söz tapa bilmirəm..Mənim mədəniyyətim buna imkan vermir sadəcə..