İlham Əliyev: Ekologiya Nazirliyi Gədəbəydəki hadisənin səbəbkarıdır

Поділитися
Вставка
  • Опубліковано 10 лип 2023
  • İlham Əliyev: Ekologiya Nazirliyi Gədəbəydəki hadisənin səbəbkarıdır
    “Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin. Çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın. Onlar rəy versinlər ki, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur”.
    Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş verən hadisələr barədə danışarkən deyib.
    “Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram", - deyə dövlət başçısı bildirib.
    Abunə ol ☛ / @bakutv
    ❂❂❂❂❂
    • QARABAĞ XRONİKASI
    • ARZUNUN VAXTI
    • SONUNCU ŞAHİD
    ❂❂❂❂❂
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    İlham Əliyev: Ekologiya Nazirliyi Gədəbəydəki hadisənin səbəbkarıdır
    ❂❂❂❂❂
    2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #İlhamƏliyev #Ekologiyanazirliyi #Gədəbəy #aksiya #news #trend #sondəqiqə #keşfet #sondeqiqe #sonxeberler #gündəm #sonxəbərlər

КОМЕНТАРІ • 48

  • @salamsalam2216
    @salamsalam2216 11 місяців тому +10

    Allah Azərbaycana kömək olsun

  • @malikaliyev6326
    @malikaliyev6326 11 місяців тому +7

    Zehmet olmasa tapwiriq verin gunahsiz tutulan kend sakinlerini Azad etsinler

  • @user-zm7ew1kf3p
    @user-zm7ew1kf3p 11 місяців тому +10

    Canım prezident ❤yaşa

    • @vusaleliyev5024
      @vusaleliyev5024 11 місяців тому

      Göte giren olma

    • @atillaxan
      @atillaxan 11 місяців тому +2

      Ətimizi tökməyin, öz qızıl zavodudur

  • @Status555ful
    @Status555ful 11 місяців тому +10

    Bəs o tutulan kənd sakinləri nə olacak ? Omlar mənəvi və fiziki təzyiqlə üzləşiblər ..Onlardan kim üzr istəyəcək ?

    • @pashataghiyev1774
      @pashataghiyev1774 11 місяців тому +1

      Polise daş atanın var yoxunu dağıdırlar dünyanın her yerinde istiyiraen 70 yaşlı nene yox 95 yaşlı qaqulya ol.

  • @qusarsamsung5025
    @qusarsamsung5025 11 місяців тому +9

    Əlbəttə hər kəs öz ciblərini doldurur,yeyir camaat qırılır😮

  • @vurularsan702
    @vurularsan702 11 місяців тому +3

    Salam Aleykum demeli bir ay kecib cenab prezident size o hadisenin baş vermesi ile baglı hec bir melumat verilmib, bu cümle meni cox düşündürdü.

  • @hacidayi9819
    @hacidayi9819 11 місяців тому +4

    Vallah o nazirleri o sahtakar memurlari o vezifelere men teyin etmemisrm. 10 miyon xalqin icinde 100 nefer duzgun insan yoxdu gotesrn

  • @azertyqsdfgh2256
    @azertyqsdfgh2256 11 місяців тому +2

    Языг миллет..

  • @zakirsafarov5634
    @zakirsafarov5634 11 місяців тому +1

    Гоча арвадын узуне газ вуран полиси гормедиз?

  • @user-yy6nw2hf9d
    @user-yy6nw2hf9d 11 місяців тому +4

    Nazirlerini deyiş

  • @resadefendiyev5452
    @resadefendiyev5452 11 місяців тому +2

    Goyden 3 alma duwdu....

  • @mockvababayev3858
    @mockvababayev3858 11 місяців тому +1

    👍👍👍👍👍☝️☝️❤

  • @romanfarming7241
    @romanfarming7241 11 місяців тому +1

    GÜYA BUNUN XƏBƏRİ OLMAYIB?!😂😂😂

  • @user-fm8jq8iu9i
    @user-fm8jq8iu9i 11 місяців тому +2

    Bu ölkədə hər şey beledi

  • @sfiqhuseynova7352
    @sfiqhuseynova7352 11 місяців тому +2

    Prezidentimiz düz deyir polisə daş atmaq özü böyük cinayyətdi.biz vətəndaş olaraq belə hərəkətlərə diqqət yetirməliyik.

  • @hemzehuseynov
    @hemzehuseynov 11 місяців тому +1

    😂 indi göydür xəbərdarlıq göndərmək üçün

  • @turalaliyev6248
    @turalaliyev6248 11 місяців тому +1

    Cənab Prezident Azərbaycanda nazirlər, məmurlar dövlət qulluqçuları xalqa xidmət üçün canla başla çalışırlar, gecələri yatmayıb gündüzləri dayanmadan işləyirlər, çox Təəsüflər olsun ki Xalq bu namuslu, əxlaqlı, vicdanlı, şərəfli və ləyaqətli Nazirləri, məmurları layiqincə qiymətləndirmirlər.

  • @IlhamAllahverdiyev2702
    @IlhamAllahverdiyev2702 11 місяців тому +1

    Butun nazirlikler bele isleyir.6 defedir prezidentimize muraciet etmisem.cavab gelir qerezli reklam agentliyinden.prezidente demirler.oz aralarlnda hell edirler.

  • @edib5941
    @edib5941 11 місяців тому +1

    fərqlənən məmur Preziden şapalagı ilə təltif olunsun

  • @revanelesgerov1568
    @revanelesgerov1568 11 місяців тому

    Kamisyanda rusfet alib isi maayacaq

  • @user-fl7ks1qv3j
    @user-fl7ks1qv3j 11 місяців тому +1

    Millet ne cur talan olur ne isim var, ozgelere mohtac olur olsun ne isim var. Bes siz neye lazimsiz? Millet xestelik tapib qirilir. Siz oz kefinizde. Allah bir gun cavabini alacaq sizlerden.

  • @huseyn7860
    @huseyn7860 11 місяців тому

    🎸💤💅💃

  • @user-mo7uv3on9m
    @user-mo7uv3on9m 11 місяців тому +1

    Düz öz başına edibler her bir işler kimi

  • @rafiqbabayev5429
    @rafiqbabayev5429 11 місяців тому +1

    Cənab Prezident təbii sərvətlər Nazirliyinin işçiləri analiz götürüb yenidən burda heç bir problem yoxdu dedilər inşallah onları Gədəbəyin icra başçısı və yaşıl Anaların gözünə qaz sıxıb onlara haqsızlıq edən polis işçiləri cəzalandırılacaq və milləti Dövlətdən hökumətdən və Sizdən narazı salmaq istəyənlər hamısı cəzalandırılacaqlar biz sizə inanırıq

  • @geogar
    @geogar 11 місяців тому

    Kərtənkələnin quyruğunu sıxışdırıb,ondan qurtulmaq üçün qopartması onun zəhərli olduğu faktını dəyişmir...

  • @user-zm6ux7hr2v
    @user-zm6ux7hr2v 11 місяців тому

    Buna neye yol verirler bes?

  • @parabb1768
    @parabb1768 11 місяців тому

    Allah qorusun prezidentimizi 👍👍👍

  • @user-ib6us1og4t
    @user-ib6us1og4t 11 місяців тому

    Только проснулся до этого не знал

  • @nuraymustafayeva3762
    @nuraymustafayeva3762 11 місяців тому

    Bəzən düşünürəm yəqin yazıq prezidentimin heç nədən xəbəri yoxdu .O müəllimlərə edilən zülmü də eşitmir 😢😢😢.50bal toplayan m nazir yerdən yerə vurur .Kaş bunu biləydi rəhbərim

  • @surayyaasadova8353
    @surayyaasadova8353 11 місяців тому

    Kesilen her bir agacin da gunahi nazirin babalidir.Cunki ishleri protokollashdirmadir.Qida ve Eko nazirliyi her ikisi eyni derecede brokratik ve dozulmez derecede laqeyd qurumdular.En qorulusu da laqeyd olandir.Kagiz kuguz yazib silmeyi cox gozel bacaran soyuqqanlidirlar.

  • @zohrabmustafayev9773
    @zohrabmustafayev9773 11 місяців тому

    😅😅😅😅😅

  • @tellalieva9460
    @tellalieva9460 11 місяців тому

    Гутар бизи бу баладан йа раббим

  • @turalyusiv5840
    @turalyusiv5840 11 місяців тому

    Yaşa canab pirezdent

  • @user-ib3lj8zj2b
    @user-ib3lj8zj2b 8 місяців тому

    😂😂😂😂😂 gördüzde nece atdi güya ekalogiya nazirinindi 😂😂 bu bir bicliy siyasetdi alatdi mileti yadan cıxdi tutulanda tutuldi

  • @Gelinmasinlari
    @Gelinmasinlari 11 місяців тому +2

    halal olsun sene belede lazmdir hormetli deyerli Pirezdentimiz xalqimizin sene olan isdeyi dahada yukselecek Allah qorsun sizi

  • @nizamialiyev6056
    @nizamialiyev6056 11 місяців тому +1

    Onlar özbaşına hərəkət etmir sizin dediyiniz kimi o ekolgiya naziri ilə əıbir olub məhv eləmək lazımdır hamsını .bunlara inanmayın dediyiniz kimi beynəlxalq ekspertləri gətirin

  • @rasimatakishiyev8252
    @rasimatakishiyev8252 11 місяців тому

    Sizə layiq olmayan heç kimə güzəhtə getməyin cənab Ali Baş komandan,
    Qovun getsin

  • @user-lj1fr1mb2n
    @user-lj1fr1mb2n 11 місяців тому +1

    Еле назирлер ити гован кими говмаг лазымдыр

  • @arazqarayev5430
    @arazqarayev5430 11 місяців тому

    Halal olsun cenab pirezdentim7z size bunların qarşısını almasaz bezileri torpaqlarıdı pula satar

  • @user-ul8gt6zk3k
    @user-ul8gt6zk3k 11 місяців тому

    Мен Азербайчанлыйам,анчаг мене утандырычыды миллет озуну биабырчылыга гойуб😢,дуня дагылыр,бунлмрса истейирлер йаг голунде доланмаг,бахын дуняйа кусок чореке горе не гедер инсан батыр денизлерде,ай дуссуз миллет гедир билмийен миллет😢😢,йахшылардан узаг 🙏

  • @user-ul8gt6zk3k
    @user-ul8gt6zk3k 11 місяців тому +1

    Азербайчан миллетиии,йадыныздан чыхармайын 1993 год,гудурмайын,хамынызын гапсында 2 машины ,еви ешийи, хеч олмаса ,Аллахыныздан гохун,1990 ,1993 год йаддан чыхармайын