CƏBRAYIL şəhəri XAN ÇİNAR bulağı 2-ci hissə

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 147

  • @tofiqehmedov8917
    @tofiqehmedov8917 3 роки тому +6

    Göz yaşlari ile baxdim.Eziz Cebrayillilarim torpagimizin her qarişi her daşi ele bil agliyir .Her agaci kolu agliyir.Gelirik qurban olum.Sensiz bizde yetim kimiyik.Gelurik yene bizi al qoynuna.

  • @Maminivkusnierecepti
    @Maminivkusnierecepti 3 роки тому +11

    Doğma əziz CƏBRAYILIM, sən yenidən nəfəs alib ucalacaqsan, gözəlləşib abadlaşacaqsan, heyif ki seni mecburi terk eden, o deyerli gözəl insanlar artiq yoxdurlar bu həyatda 😪 cox gec səni azad etdilər, özüdə minlərlə cavan şəhidlerimizin qani bahasina😪

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +2

      Amin İNŞƏALLAH

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      @@sslsmhdhshshe8388 ALLAH razı olsun

    • @Maminivkusnierecepti
      @Maminivkusnierecepti 3 роки тому +1

      @Sslsm Hdhshshe ❤️❤️❤️

    • @xatireveliyeva7622
      @xatireveliyeva7622 3 роки тому

      @@sadiqzulfuqari4286 Salam indi qoyular gedib goresen. Meselcun men Cebrayil rayonun ozundenem. Ne vaxt teskik olar geetmey?

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      @@xatireveliyeva7622 Əleykumsalam, yox hələki icazə yoxdur. Nəqədərki ərazilər minalardan təmizlənməyib

  • @intiqamhuseynov9858
    @intiqamhuseynov9858 3 роки тому +4

    Qurban olub bu yerlere canim gozel kendim cebrayilim inwAllah qovuwariq Allah wehidlerimize rehmet elesin esgerlerimizde Allah qorusun

  • @cbrayll7129
    @cbrayll7129 3 роки тому +5

    Allahın Salamı olsun səngərdə olan igidlərimizə.var olun həsrətindəyəm bu yurdun.boyuklərim tanıdılar , mən görməmişəm rusun evi yıxılsın, görəcəyim günləri , uşaqlığımı , gəncliyimi indi ürək yangisiyla viran qalmış yurdumuza göz yaşımla Salamlayıram.gozun aydın Vətən 😢 . Allah şəhidlərimizə rəhmət eləsin. Sağ qalanlarımiza can sağlığı versin. Düşmənlərimizidə yerin dibinə gomsun.Amin Allah 🤲🇦🇿🇦🇿🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷🇦🇿🤲🇹🇷🇦🇿 . Təşəkkürlər sizlərə 👍.

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Və əleykumsalam. Amin.
      İNŞƏALLAH həsrətində olan hərbir Cəbrayıllıya nəsib olsun o yurdu görmək. Amin

    • @cbrayll7129
      @cbrayll7129 3 роки тому

      Amin Allah 🤲

  • @maqo5952
    @maqo5952 3 роки тому +13

    ALLAHİM URƏYİM PARCALANİR VƏTƏNİMİ BELƏ GÖRURƏM PİRİZDENTİM ORDUMUZUN QİZİL ƏLƏRİ SAYƏSİNDƏ ŞƏHİTLƏRİMƏ QAZİLƏRİMƏ CAN QOYAN ORDUMUZA QURBAN OLURAM ALLAHİM SƏN OZUN BU QARA BULUDU GÖTUR ELİMİN USDƏN CƏKƏNƏ DƏ COX SAG OL QARDAŞİM

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Amin. Var olun qardaşım borcumdur

    • @alovsatquliyev2842
      @alovsatquliyev2842 3 роки тому

      "... Biz Xocalı faciəsinin şahidi olduq, dünyanın yüzlərlə qurbanının - qadınların, uşaqların, qocaların, Xocalının müdafiəçilərinin cəsədlərini gördük." İndi mən ata yurdumun könlümün baxçasının iki ayaqlı cani canlılar tərəfindən viran qoyulduğunun şahidi oluram.Ona görə də həyatımda keçirmədiyim hissləri keçidirəm.Həmyerlilərimə demək istəyirəm ki,həyatın əsas qaydası nə insanlar, nə də şərtlər tərəfindən özünüzü qırmağa imkan verməməkdir.Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa,əsgər və zabitlərimizə şücaət diləyirəm.Unutmayın ki,bunnan sonrakı yüz illikdə daha da sərt və amansız olmaq lazımdır ki, bizim hər şeyimizə namərdliklə yırtıcı heyvan kimi yanaşanlar cəzasız galmasınlar.

  • @vuska0007
    @vuska0007 3 роки тому +9

    Cox sagol ureyim Allah senin kimi merd qorxmaz Oglanlarin canina saglq versin ki bu hesreti unutdurduz bize bu vidyo meni cox tesirlendirdi goz yawlarynan seyr edrem minetdaram Allah birdaha bizim milletimze muharibe qismet etmesin amin Allahim

  • @validammmdova1213
    @validammmdova1213 3 роки тому +1

    Can ay başıbəlalı AZƏRBAYCANIMIN başıbəlalı övladı-CƏBRAYILIM.Gözəlliyindən əsər-əlamət qalmayan məmləkətim.Sənə qıyan əllər kəsilsin.O gözəl mənzərələrini dağıdanların yurdu yerlə yeksan olsun.

  • @elnurtagiyev5339
    @elnurtagiyev5339 3 роки тому +1

    Şəhidlərmizin ruhu şad olsun.
    Hacı sadiq Allah sizdəndə razı olsun.

  • @sahibmusayev915
    @sahibmusayev915 3 роки тому +2

    Sahibimizin qarış qarış gəzdiyi əziyətnən aldıgı torpaqlar .Allah vətənyolunda şəhid olan hərbicilərimizin məkanını cənnət etsin.Qəhrəman adını da bizlərə qıymadılar.BİZ VTƏNİMİZİ Millətimizi sevib getdiy. Mənim əziz xalqım.

  • @ГульназШиринова-х6т

    DAQLARININ HAVASINDAN DOYMARAM
    ELLERININ SEFASINDAN DOYMARAM
    GOZELLERIN CEFASINDAN DOYMARAM
    DUZ COREKLI DUZ COREKLI CEBRAYIL
    SIL GOZUNUN GUR YAWINI GEBRAYIL
    ESIRLIKDEN XILAS OLAN CEBRAYIL💞💞💞💞💞💞💐💐💐💐🤲🤲🤲🤲🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @cemalsurxayev8559
    @cemalsurxayev8559 3 роки тому +1

    Lap ürəyim parcalandı.Doğulub böyüdüyümüz bu Cənnət məkanı nə günə qoyublar.Allah köklərini kəsin bunların.😥😥

  • @habilhuseynov3243
    @habilhuseynov3243 3 роки тому +1

    Torpagina daşina hər qarişina qurban olum cəbrayilim. səni Azad etmək ucun canindan qanindan kecən şəhidlərimizin ruhu qarşisinda baş əyirəm

  • @zamiqcebrayilli5043
    @zamiqcebrayilli5043 3 роки тому +3

    Şükürlərolsun azadlıqdan boylanır Cəbrayılımız 🤲🤲 Alla sizdən minkərə razı olsun ürəyimiz param param olur baxdıqca bunnan gözəl paylaşım varmı😢😔😔😢 təbiki sevic göz yaşlarıdı bugünnən sonra axan yaşlar🤲. Allah o torpaqlarda vuruşan qəhrəman oğullarmıza rəhmət eləsin məkanları cənnət olsun 🙏🙏. Oların qanları tökülən torpaqlara qurbanolarıq. Musiqidə adamı bir başqa tərpədir😔😔

  • @agadadasabbasov4780
    @agadadasabbasov4780 3 роки тому +4

    Allah qarabaq sehidlerine rehmet etsin. Qazilerimize can caqliqi Cebrayil camaatinin gozleri aydin olsun OZ gozel yurdlarinda toy bayram olsun insaalla

  • @maqo5952
    @maqo5952 3 роки тому +11

    əziz qardaşlar bu yerlərin hər bir daşina viran qalan yerinə qurban olum

    • @aidmikaylova4774
      @aidmikaylova4774 3 роки тому +1

      Qurbanin qoyun olsun can

    • @seymurhacizade6555
      @seymurhacizade6555 3 роки тому +1

      Məndə qağa .
      Baxıram ürəy ağrısıdı valla.
      Allah erməniyə lənət eləsin amin .

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      Amin ALLAH. İNŞƏALLAH ALLAH nəsib etsin tezliklə hərkəs CƏBRAYILI ziyarət edə bilsin

    • @salehhemzeli5329
      @salehhemzeli5329 3 роки тому

      😢😢😢😢

  • @xezertalibzade8208
    @xezertalibzade8208 3 роки тому +7

    Mahni adami lap qelbin deşir Füzulimde bu gundedi evimin bunpvresin gucle tapdim 😥😥😥

  • @sevincmmmdova9659
    @sevincmmmdova9659 3 роки тому +3

    QOLUN QURUSUN , BU ÇİNARI KƏSƏN.ALLAH SƏNƏ QƏNİM OLSUN.EVLƏRİMİZİN BÜNÖVRƏSİNİ DƏ SÖKÜBLƏR.ALLAH BƏLANIZI VERSİN.

  • @habilhuseynov3243
    @habilhuseynov3243 2 роки тому +1

    Torpagina daşina hər qarişina yarali siziltina qurban olum Cəbrayilim

  • @natavanquliyeva1223
    @natavanquliyeva1223 3 роки тому +5

    Elin xaraba qalsın Erməni.Mənim Cəbrayılım belə deyildi axı.Ürəyim parçalandı

  • @aidmikaylova4774
    @aidmikaylova4774 3 роки тому +3

    Allah razı olsun bu vidyonu cəkən qardaşdan

  • @zamiqcebrayilli5043
    @zamiqcebrayilli5043 3 роки тому +1

    Torpağa bulandı qızıl qanınız,
    Qurbanoldu vətənə cavan canınız.
    Unutmaz heçzaman sizi xalqımız,
    Vətənçün döyüşüb Şəhid oldunuz.
    😔😔😔😔😔😔😔😔😔😔😔
    Düşmənin cavabın verdi igidlər,
    Dünyadan əbədi köçdü Şəhidlər.
    Bu qanı yerdə qoymadıq bizdə,
    Artıq rahat yatın məzarda sizdə.
    😔😔😔😔😔😢😢😢😢😢😢
    O torpaqlar Şəhid qardaşlarmızın qanları bahasına alındı. Oları dünyaya gətirən, zəhmətini çəkən, Anaların Ataların əllərindən öpürük

  • @ramalmmmdov2506
    @ramalmmmdov2506 2 роки тому

    Şukurlər ölsun torpaqlar geri gəldi qəhraman şəhidlər qazilərimizin simasında,ölənə kimi onlara borcluyuq 😭😭 🤲🇦🇿🇹🇷

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  2 роки тому

      Çox şükürlər olsun ALLAHA,bəli SALAM olsun qəhrəman ŞƏHİD qardaşlarımıza⚘

  • @elmarhuseynov9081
    @elmarhuseynov9081 3 роки тому +4

    Bu bulaqdan su içmişəm, inşallah yenə o yerləri görəcəyik ve bir dsha heç kimə verməmək şərtiylə

  • @rsulmmmdov5119
    @rsulmmmdov5119 3 роки тому +1

    Həm video görüntü ,həm də musiqi çox təsirli idi.Göz yaşları ılə birnəfəsə baxdım. Qəlbimdə isə gözəl yurdumu, xan çınarımı ,bulagımı, o gözəl yurdumuzu xarabaya çevirib, viran qoyanlara min bir nifrət və lənət

  • @maqo5952
    @maqo5952 3 роки тому +5

    ALLAHİM GÖR NECƏ VİRAN QOYUBLAR ONLAR SƏNDƏN QORXMADİLAR BUNU HƏR KİMSƏ CƏKİB O COX SAG OL BU MAHNİNİNDA ONA GÖRƏ QOYMUSAN COX PİS OLDUM VƏTƏNİM VİRAN OLUB

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +2

      ALLAH razı olsun. Bəli tamamxaraba qoyublar, özüm çəkmişəm

  • @tahirhuseynov9165
    @tahirhuseynov9165 3 роки тому +1

    ALLAHIN SALAMI OLSUN ŞƏHİD VƏ QAZİ QARDAŞLARIMIZA.
    TORPAĞIMIZI PAPAĞIMIZI
    BULAĞIMIZI
    BAYRAĞIMIZI
    YENİDƏN XALQIMIZA
    QAYTARDIQLARI ÜÇÜN!!!
    BU ZƏFƏRİMİZ
    ƏBƏDİ VƏ QƏDRİ BİLİNƏN OLSUN İNŞAALLAH!!
    QƏLƏBƏ ÜÇÜN::
    ALLAHIN İSTƏYİ
    AĞSAQQALLARIN DİLƏYİ
    RƏHBƏRİN ÜRƏYİ
    CAVANLARIN BİLƏYİ
    XALQIN BİRLİYİ LAZIM İDİ.
    ALLAH ZƏFƏRİ BİZƏ NƏSİB ETDİ!!!
    CANLARIN SAHİBİNƏ VERİB , CAN YAŞADANLAR
    ALLAHIN SİZƏ SALAMI OLSUN

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Amin

    • @tahirhuseynov9165
      @tahirhuseynov9165 3 роки тому

      Salam olsun Sizə Sadiq qardaş.
      Allah verən nemətlərin qədri bilinməyəndə,
      O nemətlər insanlardan alınır.
      Bizim üçün böyük sınaq oldu.
      Şükür xalqımızın birliyi sayəsində düşmənnən haqqımızl aldıq
      Bu nemətlərin
      Maddi
      Mənəvi
      Ruhani
      Hamısının qədrin bilməliyik və qorumalıyıq

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      @@tahirhuseynov9165 Və əleykumsalam qardaş. Bəli, ALLAH ta Qiyamətədək bu milləti ,bu vətənin ərazi bütövlüyün hifs etsin. Amin

  • @aynurhuseyinova8616
    @aynurhuseyinova8616 3 роки тому +2

    Ürək ağrısı ilə baxdım. Əyilib çeşməndən su içməyimi xatırladım. Saf, buz kimi suyundan. Allah ermenilerin və havadarlarının bəlasın versin.

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Amin İNŞƏALLAH.
      ALLAH nəsib edər sizlərdə gedib zuyarət edərsiniz o yerləri İNŞƏALLAH

  • @fatmaquluyeva8191
    @fatmaquluyeva8191 3 роки тому +3

    Şəhidlərimiz bir dərd, şəhərlərimizin, kəndlərimizin viranə qalması bir ayrı dərd; 30 illik həsrət bir ayrı dərd.Allahdan bir arzum var, bu faciəni törədənlər bütün bunların əvəzini ödəsinlər : dövlət və millət olaraq!

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Amin İNŞƏALLAH

    • @xatireveliyeva7622
      @xatireveliyeva7622 3 роки тому

      @@sadiqzulfuqari4286 illahi qardas bu rayonun merkezindeki cinardi polis evine bitismis. Bazarin yanida cekilib bizim evimiz terefdi

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      @@xatireveliyeva7622 Bəli, Xan Çinarın hal-hazırki vəziyyətidir. Xan Çinarı kəsiblər,yerində qalan çinar ,kəsilən çinarın böhrəsidir.

    • @xatireveliyeva7622
      @xatireveliyeva7622 3 роки тому

      @@sadiqzulfuqari4286 basqa vidiyoda var xan cinarnan bazarin ortasinda yasaydiq 2mertebe bine evinde yeni paylasiginiz varsa zehmet olma baxardiq

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Cəbrayıl çəkilişinin 1-ci hissəsi var ,yuxarıdan vağzalın arxasından durub çəkmişəm. Hava çox çənli olur, o üzdən aydın görsənmir çəkiliş

  • @aidmikaylova4774
    @aidmikaylova4774 3 роки тому +1

    Qurban olum ay vətən sənin hər daşına

  • @habilhuseynov3243
    @habilhuseynov3243 2 роки тому

    Azadligin ugrunda caninnan qaninnan kecən cəmi şəhidlərimizin ruhlari qarşisinda baş əyirəm

  • @raullican4798
    @raullican4798 3 роки тому +2

    SaLam Çoxşükür ALaha TorpaqLar Qayıdı özmüza

  • @shakirbabirsoy4396
    @shakirbabirsoy4396 3 роки тому

    Hörmətli Sadiq bəy,bulaq başqa kəhriz başqa.Bunları qarışdırmaq olmaz.Orda kəhriz var idi.

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Bəli, xatırladımki kəhrizin mənbəli elə bulaqdır..

    • @shakirbabirsoy4396
      @shakirbabirsoy4396 3 роки тому

      @@sadiqzulfuqari4286 yanılırsınız,kəhrizin mənbəyi bulaq deyil.Yanlış təsəvvürünüz var.Yəqin kəhrizin necə bir şey olduğunu dəqiq bilmirsiniz.

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +2

      Ya ALLAH.
      Şakir bəy doğulduğum yurdda(kənddə) 7 kəhriz olub və saysızda bulaqlar.
      İndi gələk kəhriz və bulağın fərqinə. Bulaq bururki özü torpaqdan qaynayıb yol taparaq su çıxır, kəhrizi isə kankanlar böyük diametrli quyu qazıb ,o quyuya yeraltı nağım ataraq suya axır istiqaməti verirlər.Bu quyulara kəhriz-gözləri deyilir. Nəticədədə insanlarin istifadə etməsi üçün kəhriz düzəldilir . Mənim Xan Çinarın kəhrizinə bulağ deməyimin bir səbəbi budurki ,çox insanlar kəhrizin nə olduğun ümumiyyətlə anlamırlar...ona görədə bulağ adıyla qeyd etmişəm

  • @sevincmmmdova9659
    @sevincmmmdova9659 3 роки тому +5

    BAXDIQCA ÜRƏYİM PARAM PARÇA OLUR.

  • @ilqarquliyev7543
    @ilqarquliyev7543 3 роки тому +5

    Mən Şəxsən ora qayitmaq üçün çox darixiram .Cəbrayıllı kimi

  • @elnurtagiyev5339
    @elnurtagiyev5339 3 роки тому

    Allaha şükürlər olsun.

  • @sjnnszbnmmz2966
    @sjnnszbnmmz2966 3 роки тому +1

    Usaq vaxti hemise o kehrizden qepik tapirdim...pillekenlei o qeder enib-cixmisam ki,insaallah getmek qismet olar amin

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      İNŞƏALLAH ALLAH tezliklə hərbirinizə nəsib edər. Amin

  • @konulhesenova7394
    @konulhesenova7394 2 роки тому +2

    Erməniləri də belə viran qalsınlar.

  • @raullican4798
    @raullican4798 3 роки тому +2

    ŞanLı ordumuzun Sayasinda

  • @Eyiref
    @Eyiref 3 роки тому +1

    Baxıram- nəfəsim kəsilir, biz uşaq ikən hər yay gedərdik kanikula. İndi də uça uça gedərdim. Amma tanıdığım Cəbrayıllılar var ki, qayıtmaq istəmirlər. Utanıram onların yerinə.

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      Qayıtmaq istəməyən Cəbrayıllıların ollmağına inanmağım gəlmir. Yəni elə şey olar?.
      Ola bilər kimlərinsə işi Bakıda olsun, amma o yurddaki evlərin ocağına qayitmamaq xəuanətdir ŞƏHİDLƏRƏ

    • @Eyiref
      @Eyiref 3 роки тому

      @@sadiqzulfuqari4286 əfsuslar olsun ki , var belələri. İş yeri deyirsiniz... təbii ki, var, amma o zaman heçkim qayıtmayacaq da. Deyəcəklər işim Bakıdadır. Bəs Qarabağda kim işləyəcək?? Çox utanıram onların yerinə. Özümdən asılı deyil, onlara az qala düşman kimi baxıram. Dediyiniz kimi... bəs o igidlər nədən getdi?

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Sizinlə tam razıyam. İnsanlar birmənalı olaraq yurduna qayıtmalıdırlar.

    • @Eyiref
      @Eyiref 3 роки тому

      @@sadiqzulfuqari4286 seçim vermək lazım deyildi. Onlar yenə də gəlib Bakıda işləyə bilərdilər və sair, necə ki başqa rayonlardan gələnlər, amma məskunlaşma yerləri öz rayonları olmalı idi. İndi hamı ağıllanib, orda verilən evlərdən də olmaq istəmirlər, buna görə də qoca nəsli ora göndərmək istəyirlər. Qınaq kimi olmasın, amma mənə bu şeylər çox təsir edir. Qəbul edə bilmirəm.

  • @АзатИскендеров-ч6е
    @АзатИскендеров-ч6е 3 роки тому +1

    Bizi ahira kimi qetmeye qoymiana Allah lenet elesin Amin

  • @dilarebabayeva8075
    @dilarebabayeva8075 3 роки тому

    Allah erməniyə lənət eləsin !Uşağlığım ,yay tətilimiz orda keçib Mehdili kəndinə ora bu cür deyildı dağıdıb viran qoyublar.sonuncu dəfə1991 ci ildə olduq orda.Bakıda yaşasaqda .Yayımız gözəl ,səfalı kəndimizdə keçirdi.Çox kovrəldim.😪😪

  • @meherremoffzahid332
    @meherremoffzahid332 3 роки тому +3

    Ehtiyatlı ol qardaş şərəfsizlər hər yeri minalayıb

  • @elmarhuseynov9081
    @elmarhuseynov9081 3 роки тому +5

    Bu kadrları kim çəkibsə Allah ondan razı olsun

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      ALLAH sizlərdəndə razı olsun !

    • @oktaymustafayev5297
      @oktaymustafayev5297 3 роки тому

      @@sadiqzulfuqari4286 QARDAŞ SAQOL MƏN CABRAİLİ OLMASAM DA ORADA 92 93 DƏ QULUQ ETMİŞƏM VƏ ORANIN XALQINI ÇOX SEVDİM!!! QIŞLAQİ SURU AQ YOLU SARICALİYİDA ÇƏKSƏN MİNNATAR OLARAM!!!!SAQOL!!! TANKİST OKTAY.

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      @@oktaymustafayev5297 ALLAH razı olsun qardaş, elə müharibə vaxtı çəkmişəm bu kadrları
      ALLAH qorusun sizin kimi vətən oğullarını

  • @GasanAga
    @GasanAga 3 роки тому +1

    Сиз гатиллер ве горхаглар бунлара чаваб вермели олачагсыныз

  • @SevdaGulmammadova
    @SevdaGulmammadova 3 роки тому +1

    Vallah baxmağa ürək qalmadı , vağzaldan univermağa düşən yolla gedərdim məktəbə yansin ermənini

  • @behbudovamanzar
    @behbudovamanzar Рік тому

    İndi daha da gozəl olacaq!Heyf ki,arzulayanlar görmədilər!

  • @lirhbr659
    @lirhbr659 3 роки тому +4

    Cəbrayıl çinarı vətən çinarı.
    Kölgəndə dincələn o kəslər hanı?
    Çox sağol kərbəlayi vidiyo üçün , zəhmət çəkmisən

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      Borcumuzdur qardaş. Hə tamamilə xaraba qalıb,zərrə qədər bənzərlik görmədim Cəbrayılda..

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      Var ol qardaş, borcumuzdur.
      Cəbrayıl adlı bir yer qalmayıbdı. Xaraba-viranədi....

  • @inamhyat2881
    @inamhyat2881 3 роки тому +1

    Körpünün yanı ,bizim ev tərəf...göz yaşları ilə baxdım.Allah ermənilərə lənət eləsin. Videonu çəkən qardaşım haqqını,əziyyətni halal et,xatirələr yada düşdü.Ağlamadan izləyə bilmədim.Internat oxuduğum məktəb, Cəbrayıl 10 yaşına qədər olan xoşbəxt günlərin məkanı..Qardaş necə getdin,zəhmət olmasa yaz ,getməyə icazə verirlər.?

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +2

      Amin. ALLAH sizdəndə razı olsun, müharibə vaxtı(5Oktyabr-4 Yanvara kimi) xidmətdə olmuşam. Cəbrayıla girdiyim ilk gün yaşadığım hisslərin əvəzi olmaz..

  • @sevincmmmdova9659
    @sevincmmmdova9659 2 роки тому

    YURDUMUZU VİRAN QOYANĹARIN YERİ CƏHƏNNƏMİN QAYNAR QIR QAZANI OLSUN.ÜRƏYİM PARAM PARÇA OLUR.

  • @vusalmemmedli4480
    @vusalmemmedli4480 3 роки тому +1

    Ömrümde ilkdefedir Xan çinar ağacinin yerini ve bulaği gördüm.Heç bilmirdim bulağin derind olduğun,pillekenle ora gedildiyin .Axi harda gormuşem.Men ordan nenemin qucağinda gelende 3yaşim hele olmamişdi

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      İNŞƏALLAH ALLAH nəsib edər gedib canlı görərsiniz.

  • @salehhemzeli5329
    @salehhemzeli5329 3 роки тому +2

    Axar suyun, köklü ağacın qurusun erməni ...mənim vətənimi niyə belə viran eləmisən :( qurulu evin ,arxa dirəyin dağılsın .. erməni mənim evimi niyə dagitmmisan ? Mən tanıya bilmirəm vətənimi ya Allah :(

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      Amin ALLAH. Bəli ora daxil olduğum gün....elə bir hiss yaşadımki, o hissləri ifadə edə bilmirəm

    • @salehhemzeli5329
      @salehhemzeli5329 3 роки тому

      @@sadiqzulfuqari4286 😔😔😔

  • @ЗаминаМамедова-ю8х

    😢😢😢😢

  • @sadiqzulfuqari4286
    @sadiqzulfuqari4286  2 роки тому

    Xan çinar kəhrizi.....

  • @cingizisgndrov6080
    @cingizisgndrov6080 2 роки тому +1

    Musiqi lap öldürdü e məni..

  • @asifaliyev4960
    @asifaliyev4960 Рік тому

    Hansi kenddi bura . Cebrayilin. Men buralari gormedim .

  • @mehebbetqaziyev9344
    @mehebbetqaziyev9344 3 роки тому

    Salam ermeni duşmendi coxdandi bunu bilirik amma vete xainleri ki butorpaglari verdiler ermenilere vaxt gelecek bualcaxlarida araşdirib tapacaglar olar sag olmasalarda hec olmasa milet bilecek satgilar vetenin xalgini sevmeyenler kimler olub

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Əleykumsalam. Bu xalqın düşmənlərin ALLAH zəlil etsin!

  • @SevdaGulmammadova
    @SevdaGulmammadova 3 роки тому +1

    Davudun dükani deyildi ora məncə

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Yox,Davudun dükanıdır....

    • @SevdaGulmammadova
      @SevdaGulmammadova 3 роки тому

      @@sadiqzulfuqari4286 siz də düz deyirmişsiz, mən də 😊 Davudun dükanı poçtun yanındaydı , sonralar köçübmüş Tərlanln dükanın yerinə mən görməmişdim amma

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      ALLAH köməyiniz olsun! Heç mən əslində Davudun dükanın tanımırdım. Sadəcə mənə demişdilər, məndə beynimdəki xəritəylə kəşfiyyat edib tapmışam....

  • @elmarhuseynov9081
    @elmarhuseynov9081 3 роки тому +1

    Bu videodakı meyvə yemişandı.qaragilə daha xırda olur və qara rəngə çalır

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      Ya ALLAH. Xeyr qardaş yemişan deyil bu. Yemişəm bundan biraz böyük olur,öz çəkilişimdi.
      ALLAH sizdəndə razı olsun.ALLAH bütün arzusunda olanlara nəsib etsin CƏBRAYILI

    • @elmarhuseynov9081
      @elmarhuseynov9081 3 роки тому

      @@sadiqzulfuqari4286 qareylə yayda yetişirdi onu dəqiq bilirəm,xırda qara rəngdə olurdu çox yemişəm.yemişan payıž qış arası yetişirdi. İňşallah bizə də tezliklə oralara getmək qismət olar.deyirlər icazə yoxdu ,qoymurlar amma gedənlər olur. Ehriyatlı olun

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      @@elmarhuseynov9081 İNŞƏALLAH hərkəsə nəsib olar o yurdu ziyarət etmək. 3 ay xidmətdə oldum, xidmət zamanı çəkmişəm

    • @elmarhuseynov9081
      @elmarhuseynov9081 3 роки тому

      @@sadiqzulfuqari4286 şükürlər olsun Allah sizi ailənizə bağışladı.

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому

      @@elmarhuseynov9081 ŞÜKÜRLƏR olsun. ALLAH sizdəndə razı olsun

  • @sslsmhdhshshe8388
    @sslsmhdhshshe8388 3 роки тому

    Yaxşı cəkməmisiz nə alətdi bu tar deyil saz deyil.Kanondu bilmirəm səsi qulağımın pərsəsin cırdı.Zeynəb Həsənli Cəbrayıl haqqında mahnı oxuyub hec kimin nəysə yadına düşmür,Yaşadın də Cəbrayıl mahnısın,Özün də izah elə.Bura Xan cinardı,bura Qurban təpəsidi bura Qartaldı bəyənmədim nəysə musiqi secinin də ki o söz

    • @sadiqzulfuqari4286
      @sadiqzulfuqari4286  3 роки тому +1

      Döyüş vaxtı son model DVCAM-la olmalıydıki çəkiliş?
      Mən mahnı yox musiqi fonu qoymuşam,səntur alətinin ifasında.
      Cəbrayılla bağlı 1-ci çəkilişimdə səslə izah var....