Əlinin (ə) şiyyəsi ( dini şeir 2021) Fərid Səfərov

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • Son həccini edirdi o gün Xətmül Ənbiya
    Yığıb hamını buyurdu bu cür vəhy edib Xuda
    Mən kimin mövlasıyam Əlidir ona Mövla
    Bu cür düşdü tarixə o Qədir Xum səhnəsi
    Şiyyə olan həyatnı gərəkdir sürə düzgün
    O nəfsinə qul ola deyil bu əsla mümkün
    Mən ən xoşbəxt insanam şiyyə olduğum üçün
    Olub Vilayət mənə Allahımın hədiyəsi
    Siratəl müstəqimdi əlbəttə şahi Mərdan
    Rukuda zəkat verməyin zikr eliyibdir Quran
    Rəsulu qəbul edib sən olsan da müsəlman
    Əliyə məhəbbətdədi imanıvın səviyəsi
    Ta qiyamət günnəcən şeytanın var imkanı
    İzin alıb Tanrıdan azdırmaqçün insanı
    Amma sidq ilə bir qəlb sevsə şahi Mərdanı
    Təsir eyləməz ona şeytanın min hiyləsi
    Xəndək günü qorudu İslamın heysiyyətin
    Kəsdi zalimin səsin göstərərək qüvvətin
    Peyğəmbərimiz buyurdu cəmi bütün ümmətin
    Üstün ibadətinnən Əlinin bir zərbəsi
    Qul olmağım şərəfdir sənin kimi bir şaha
    Canım sənə fədadır ərz eliyim bir daha
    Bizlər üçün ya Əli dua eylə Allaha
    Lütf eləsin olaq biz Məhdinin(ə.f) sərkərdəsi
    #dini #şeir #FəridSəfərov

КОМЕНТАРІ • 8