Kelexana turbeler kompleksinde arxeoloji tedqiqatlar aparilir... | Kanal S Xeber

Поділитися
Вставка
  • Опубліковано 2 жов 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Şamaxı şəhərindən 9 km cənubda 9 türbədən ibarət Kələxana türbələr kompleksinin xronoloji baxımdan XVII əsrin ortalarına aid olduğu ehtimal edilir. Tədqiqatçıların bir qismi Şirvan-Abşeron memarlığının parlaq nümunəsi olan Kələxana türbələrinin eyni vaxtda və eyni memar-usta tərəfindən inşa olunduğunu ehtimal edir. Səkkizguşəli formada olan prizma şəkilli bu türbələrin hamısı mədən daşından istifadə olunmaqla inşa edilib, portallarının kənarları isə nəfis işlənmiş daş çərçivələrlə haşiyələnib. Türbələrdən hamısının giriş hissəsində oyma üsulu ilə müəyyən təsvirlər işlənib. Maraqlıdır ki, onlardan yalnız birinin üzərində kitabə var. Kitabədə həmin türbənin hicri tarixlə 1074-cü ildə Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi, oradakı məzarda isə Çigər şeyxlərindən olan şeyx İsrafilin nəslindən olan şeyx İbrahim oğlu Əmir Əhmədin dəfn edildiyi qeyd olunub. Artıq iki aydır ki, ərazidə qazıntı aparan arxeoloqlar mühüm tapıntılar əldə edib. Ərazidə iş davam etdirilərkən orada iki qatdan ibarət çoxotaqlı tikinti kompleksi də müəyyən edilib. Binanın alt qatı iki otaqdan ibarətdir. Otaqların hər birinin divarlarında qarşı-qarşıya 4 ədəd taxça da var. Görünür, həmin taxçalar otaqları işıqlandırmaq məqsədilə çıraqlar qoyulması üçün nəzərdə tutulub. Qazıntı prosesində ərazidən tapılmış bir neçə ədəd gil çıraq da məhz bu cür düşünməyə əsas verir. Sovet hakimiyyəti dönəmində, daha dəqiq desək, ötən əsrin 50-ci illərində Kələxana türbələrinin ikisində müəyyən təmir və bərpa işləri görülüb. Əfsuslar olsun ki, bu zaman qeyri-peşəkar yanaşma ucbatından abidələrin ilkin görkəminə çox ciddi xələl gətirilib. İndi aparılan kompleks arxeoloji tədqiqatlar başa çatdıqdan sonra isə abidənin bərpa-konservasiya işlərinə start veriləcək.
    #KanalS #Kələxana #Şamaxı

КОМЕНТАРІ • 1

  • @Gunes-sever
    @Gunes-sever 2 роки тому

    Halaldı tariximizi araştırın çıxarın👍