Hər Gün 1 Qaşıq Küncüt Toxumu Yeyin - HƏKİMLƏR ŞOKDA

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024
  • #demədidemə #sağlamlıq #küncüt
    Hələ qədim zamanlardan küncüt kulinariyada və kosmetologiyada geniş istifadə edilib. Ondan hazırlanan piroqlar və şərablar elit təbəqənin süfrəsini bəzəyib. Küncütün vətəni cənub ölkələri sayılır. Çünki o, istilik sevən bitkidir. Ehtimallara görə, mədəni bitki kimi, ilk dəfə Şimali Afrikada əkilib. Yavaş-yavaş Asiyaya yayılıb, beləcə, gəlib Qafqaza da çatıb.
    Geniş əkin sahələrini küncüt üçün ayıran ilk insanlar hindlilər və pakistanlılardır. Bitkinin hündürlüyü 80-110 sm arasında dəyişir. Müxtəlif növləri var. Birillik və çoxilllik bitki kimi əkilir. Çiçəyinin ömrü 1 gündür. Kulinariyada ən geniş yayılmış növü “ağ küncüt”dür. Minerallarla və vitaminlərlə zəngin “qara küncüt” isə tibbdə daha çox istifadə edilir. Onun köməyilə bir çox xəstəlikləri sağaltmaq mümkündür. “Qəhvəyi küncüt” şirniyyatların hazırlanmasında ən uyğun seçimdir.
    Gündə nə qədər küncüt yemək olar?
    Yaxşı olar ki, həddən artıq yeməyəsiniz. Sutkalıq norma 3 xörək qaşığı qədər olmalıdır. Emala məruz qalmış küncüt orqanizm tərəfindən daha asan mənimsənilir. Çiy halda bəzən ürəkbulanma da verir. Yaxşı olar ki, küncütü səhər acqarına qəbul edəsiniz.
    Küncütün faydaları.
    • Saçlara faydası: Tərkibindəki faydalı yağlar sayəsində saçların böyüməyini stimullaşdırır. Mütəmadi olaraq, küncüt qəbul edənlərin saçları tökülmür.
    • Zülal mənbəyi: Bitki mənşəli zülallar əvəzolunmaz amin turşularına malikdir. 100 qr küncütdə 19 qr zülal var. Bu da küncütü əzələlər üçün, dolayısı ilə, bütün orqanizm üçün faydalı edir.
    • Xərçəngin profilaktikasında: Küncütdə yüksək miqdarda maqnium var ki, o, şiş əleyhinə çıxış edir.
    • Qanda şəkərin səviyyəsini aşağı salır: Küncüt qanda qlükozanın səviyyəsinə əla nəzarət edir. Qəfil insulin çatışmazlığının meydana çıxmasının qarşısını alır, halsızlığı aradan qaldırır.
    • Ürək xəstəliklərinin profilaktikasında: Küncüt toxumlarının tərkibində faydalı yağlar var. Bu yağlar pis xolesterinin səviyyəsini aşağı salır, ateroskleroz riskini azaldır.
    • Anemiya zamanı: Küncüt dəmirlə zəngindir. Bu da onun anemiyanın profilaktikasında istifadəsini mütləq edir.
    • Revmatoid artritin müalicəsində köməyi: Bitkinin tərkibində mis və antioksidantlar var. Sözügedən patalogiya zamanı iltihablanmanın azalmasına kömək edir, xəstəhallığı azaldır.
    • Respirator xəstəliklər zamanı: Küncüt toxumları viruslarla, qriplə və soyuqdəymə ilə mübarizə aparmaqda orqanizmin ən yaxın köməkçilərindəndir. Xəstəliyin asan keçirilməsini təmin edir.
    • DNT-ni qoruyur: Tərkibindəki semazol adlı antioksidant ilə hüceyrələrin keşiyində dayanan küncüt onları vaxtsız ölümdən və toksinlərin yetirdiyi xəsarətlərdən qoruyur.
    • Həzm sistemini dəstəkləyir: Küncüt toxumu qida lifi ilə zəngindir. Liflərin bağırsağın işini normallaşdırdığı artıq heç birimizə sirr deyil. Həmçinin, bağırsaq əzələlərini daim elastik olmağa məcbur edən liflər qəbizliyin əmələ gəlməsinə mane olur, köpü yox edir.
    • Sümüklərin sağlamlığına zəmanət verir: Zəngin kimyəvi tərkibi ilə küncüt toxumu sümük toxumalarının böyüməsini və gərilməsini təmin edir. Malik olduğu sink isə sümüklərin özünübərpasında əsl köməkçidir.
    • Ağız boşluğunun sağlamlığının keşiyindədir: Küncüt toxumundakı yağ dişlərin emalını parlaqlaşdırır. Bu isə, öz növbəsində, dişlərin kariesdən qorunmasına və diş ərpinin yığılmamasına xidmət edir.
    Küncüt toxumunun müxtəlif xəstəliklər zamanı istifadəsi.
    Bayaq da qeyd etmişdim ki, bir çox xəstəliklərin müalicəsində küncüt toxumu istifadə edilir. Əksər hallarda, məhsul iltihab əleyhinə vasitə kimi çıxış edir və immuniteti yüksəldir.
     Şəkərli diabet zamanı. Demişdim ki, küncüt qanda şəkərin səviyyəsini nizamlayır. Buna görə də, şəkərli diabetdən əziyyət çəkənlər bu məhsulu rasionlarına daxil etməlidirlər. Onun qlikemik indeksi 35-dir. Sutka ərzində salatlara, yaxud toyuq əti ilə bişirilən yeməklərə 2 çay qaşığı həcmində küncüt toxumu qatmaq olar.
     Pankreatit zamanı. Bu halda 30 qramdan çox küncüt yemək olmaz. O, yetərincə kalorilidir və çətin həzm olunur. Xəstəliyin kəskin halında küncütün qəbulu dayandırılsa, yaxşı olar.
     Qastrit zamanı. Mədə iltihablanması zamanı küncüt toxumundan imtina etmək məsləhətdir. Çünki o, çətin həzm olunduğuna görə, mədədə ağrılara və ürəkbulanmaya səbəb olur.
     Bağırsaqlar üçün. Bağırsaqlara faydalı olan küncüt onun işini normallaşdırmaqla yanaşı, lazımi fermentlərin ifrazını dəstəkləyir. Məhz bu fermentlər qidaların mənimsənilməsini asanlaşdırır, onların lazımi orqanlara çatmasını təmin edir.
     Qəbizlik zamanı. Bu xoşagəlməz problemi də küncütün köməkliyi ilə həll etmək mümkündür. Tərkibindəki qida lifi bağırsaqların elastikliyinə xidmət edir, bağırsaq divarlarında hər hansı problemin əmələ gəlməsinin qarşısını alır. Küncüt toxumları bağırsaqları toksinlərdən təmizləyir.

КОМЕНТАРІ • 19

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 29 днів тому +5

    FAYDALI VIDEODIR ÇOX SAĞOLUN

  • @firengizferemez1688
    @firengizferemez1688 29 днів тому +6

    Təşəkkür edirəm faydalı məsləhətlərinizə görə

  • @xzangulniftalyeva6505
    @xzangulniftalyeva6505 29 днів тому +4

    İnsanların həyatına xeyirli məsləhətləriniz üçün təşəkkür edir,sizə can sağlığı arzulayıram

  • @aiseabdullayeva9524
    @aiseabdullayeva9524 29 днів тому +5

    Həmişəki kimi maraqlı və lazımlı məsləhətlər verirsiniz.Təşəkkürlər.

  • @gulparliyeva684
    @gulparliyeva684 29 днів тому +3

    Ağzınıza sağlık. 👌👍🙏❤️

  • @naxcivanalieva373
    @naxcivanalieva373 28 днів тому +2

    Əməyinizə Saxlık❤

  • @IldrmQhrmanov-fb1lz
    @IldrmQhrmanov-fb1lz 29 днів тому +4

    Təşəkkür👍

  • @asifesgerov3284
    @asifesgerov3284 29 днів тому +3

    Sag olun

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 29 днів тому +4

    👍👍👍

  • @KamuYusif-iw6fq
    @KamuYusif-iw6fq 26 днів тому

    Təşəkkürlər faydalı məsləhətlərə görə

  • @user-nv2qw1nv5e
    @user-nv2qw1nv5e 29 днів тому +7

    Menim atam kuncutlu neise yeyerse o halda soka dusur...zeherlenen Kimi olurr😢Ona hekimler kuncutu qadaqan edib...YANI OZ BASINA HECNEYI QEBUL ETMEYINN❌

    • @gulnarememmedova7520
      @gulnarememmedova7520 24 дні тому

      Üaaàa

    • @Fifie-fi7fj
      @Fifie-fi7fj 24 дні тому

      Atanizin xesteliyi nedir

    • @user-nv2qw1nv5e
      @user-nv2qw1nv5e 24 дні тому

      @@Fifie-fi7fj eslinde ureyi problemlidi..ama yeqinki kuncut laxtalanmani coxaldir deye hekimler icaze vermir...Ola bilsin hemin an bunda laxtalanma artir ureye qan yaxsi islemir...🤔

    • @Fifie-fi7fj
      @Fifie-fi7fj 24 дні тому

      @@user-nv2qw1nv5e axi deyir xeyirdi ureye😐

  • @SahinAgayev_1.800
    @SahinAgayev_1.800 29 днів тому

    ❤ElAa❤

  • @valehsirinov9067
    @valehsirinov9067 29 днів тому +2

    Küncüt nədir