Ağaxan Abdullayev - Yar haralısan (Qəzəl: Sevirəm mən Səni canan gülü rəna qədəri)

Поділитися
Вставка
  • Опубліковано 30 тра 2023
  • Sevirəm mən Səni canan gülü rəna qədəri,
    Eylərəm ahu fəqan bülbüli şeyda qədəri...
    Yeni əsrin yeni məcnunu deyərlər mənə çün,
    Bildilər istəyirəm mən Səni Leyla qədəri....
    Məndə var əhdə vəfa Səndə gülüm cövrü cəfa.
    Məndə Yusif qədəri, Səndə züleyxa qədəri...
    Mən bu dünyada səri kuyini cənnət bildim...,
    Bu səbəbdən Səni sevdim iki dünya qədəri....
    Könlümü atəşi eşqinlə ləbaləb görcək..,
    Məni sərməst elədi badeyi səhba qədəri.
    Seyidağa səbr elə döz Sən bu qəmi hicranə..,
    Əsl aşiqdə olur hövsələ dərya qədəri...
    Müəllif: Seyidağa Bakılı
    Əsər 📜
    "Yar haralısan?"
    Söz: İslam Səfərli ✍🏻
    Musiqi : Səid Rüstəmov 🎵
    Qeyd etmək istərdik ki, izlədiyiniz kadrlar Sara xanımın 80 illik yubileyində lentə alınmışdır...
    Xoş dinləmələr...
    Bach'zadeh 🎶

КОМЕНТАРІ • 2

  • @mirhuseynmirhuseyn9584
    @mirhuseynmirhuseyn9584 6 місяців тому +1

    Allah rehmət etsin.Böyük sənətkar ,ğözəl insan yerin cənnət olsun

  • @ulvirustamoff61
    @ulvirustamoff61 8 місяців тому +1

    Sənətin pik nöqtəsi😍