Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR

Поділитися
Вставка
  • Опубліковано 2 жов 2024
  • Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR
    Sentyabrın 16-da Azərbaycanda orta məktəblərdə yeni dərs ili başlayır. Məktəblərin açılması şagirdləri sevindirsə də, bazarda məktəb ləvazimatlarının qiyməti valideynləri daha çox maraqlandırır. Bəs görəsən, bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir?
    Manset.az bir uşağın məktəbə göndərilməsinin neçəyə başa gəldiyini araşdırıb.
    Ölkəmizdə məktəbli formalarının istehsalı ilə məşğul olan Bakı Tikiş Evinin Satış Şöbəsinin direktoru Etibar Əzimov Manset.az-a açıqlamasında bildirib ki, bu il məktəbli geyimlərinə 20 faiz endirim olunub. Şalvar və ətəklər 20 manat, köynəklər isə 12 manata satılır.
    Çantların qiymətləri də çeşidləri kimi müxtəlifdir. Keyfiyyətindən, böyük və kiçikliyindən asılı olaraq qiymətlər 10 manatdan 100 manata qədər dəyişir.
    Məktəbli ləvazimatları bazarına gəldikdə, qələmlər qiyməti 10 qəpikdən 1 manata qədər, dəftərlər 15 qəpikdən 1-2 manata qədər, rəngli karandaşlar 1 manatdan 8 manata qədər müxtəlif qiymətlərdə satılır.
    Araşdırma apararkən məlum olur ki, orta qiymətlərə üstünlük verərək məktəbli bazarlığı etsək, bir uşağın məktəbə yola salınması valideynə orta hesabla 200-300 manata başa gəlir.
    #sorgutv #sorgu #sorğu #məktəbəqədər #mekteb #baki #viralvideo #viralshorts #youtube #youtubeshorts #fypage #fyp #xeber #xeberler #xəbərlər #sondəqiqə #sondakika #keşfet #shortsvideo #youtubeshorts

КОМЕНТАРІ • 2

  • @olifermacho2192
    @olifermacho2192 19 днів тому

    😢😢😢

  • @nazlmemmedzaeehh
    @nazlmemmedzaeehh 15 днів тому

    Bəli, keyfiyyətli məhsullar alanda o qədər məbləğ olur, imkan olandan sonra,niyə də olmasın, keyfiyyətli məhsullar ilə,ən çox da ibtidai siniflərdə çox pul xərclənir