Şuşada fəaliyyət göstərən yeganə kuryerin bir günü

Поділитися
Вставка
  • Опубліковано 23 бер 2023
  • Şuşada fəaliyyət göstərən yeganə kuryerin bir günü
    Əzəmətli, hər qarışında bir tarix barındıran Şuşaya geri dönəcəyimizi, orda müxtəlif peşələrdə çalışıb, xalqımıza xidmət göstərəcəyimizi düşünmək bir vaxtın xəyalı idisə, son 3 ilin möcüzəvi reallığıdır. İndi Şuşa yenidən qurulur, ötən 30 ilin ermənilərdən qalan kirli keçmişi bərpa prosesi ilə təmizlənir. Bu prosesin parçası olanlar arasında bir çox peşənin insanları var. Müsahibimiz isə həmin peşənin insanlarına xidmət göstərərək qala-şəhərdə qutsal vəzifəni icra etməklə yanaşı, həm də sevdiyi işlə məhz Şuşada məşğul olmağın zövqünü yaşayır.
    AZƏRTAC xəbər verir ki, söhbət kuryerlik fəaliyyəti ilə məşğul olub, hər gün səhər tezdən işinə tələsən Sərxan Bəbirlidən gedir.
    Dan yeri ağarır, Günəşin al şəfəqləri Şuşanın küçə və məhəllələrini işıqlandırır, Günəş Cıdır düzündən boylanaraq yeni günə start verir. İsa bulağının suyundan içib bol enerji ilə oyanan Şuşa sakinləri iş yerlərinə üz tuturlar - Şuşanın yenidən qurulmasını, bərpa və gözəlləşdirilməsini qarşısına məqsəd qoyan həmin məkana. Tikinti və quruculuqla məşğul olan, o cümlədən, digər fəaliyyətlərlə də vəzifələrini icra edən çoxsaylı peşə işçiləri olmasına baxmayaraq, müsahibimiz öz sahəsinin yeganə nümayəndəsidir.

КОМЕНТАРІ • 13

  • @chesstictacs3107
    @chesstictacs3107 15 днів тому +1

    Eşq olsun, qardaşa! Bütün zəhmətkeş insanlara hörmətlər, sevgilər

  • @ismayilmemedli122
    @ismayilmemedli122 Рік тому +6

    İşin avand olsun İnşallah

  • @elnur6954
    @elnur6954 4 місяці тому +2

    ❤❤❤❤❤❤

  • @user-lm2qq4lz3v
    @user-lm2qq4lz3v Рік тому +3

  • @namileeliyeva5620
    @namileeliyeva5620 Рік тому +1

    Halaldi heqiqeten

  • @user-vh1ie9kn2g
    @user-vh1ie9kn2g Рік тому +2

    Ешг. Олсун.

  • @HuseynSahin_
    @HuseynSahin_ Рік тому +2

    Dönər zad satırlar uje

  • @kamransfrov4889
    @kamransfrov4889 2 місяці тому

    Şuşada ilk kuryer qəzənfər olubdu

  • @zulfugarkhalilov7324
    @zulfugarkhalilov7324 Рік тому +1

    Çox uzun reportaj hazırlamısınız, hamısına baxa bilmədim.

  • @azeramirov9446
    @azeramirov9446 Рік тому +1

    Иншалла гисмет олар гедиб Шушанын торпагынанда опенем.

  • @ferqanememmedova829
    @ferqanememmedova829 Рік тому +1

    Çay soyuxdu qaqa deyəsən

  • @azeramirov9446
    @azeramirov9446 Рік тому

    Чохданда Шушаны гормурдум...рахатландым хош олдум..тез тез Шушадан Хадрутдан чекилиш един горек.

  • @novruzefendi-yev9753
    @novruzefendi-yev9753 Рік тому +4

    Şuşa Azərbaycanın Monte Karlosu olacaq. 3-5 ildən sonra Şuşa küçələrində F-1 yarışları keçirilsə təəccüblənməyin.