Gülüstan qalası haqqında

Поділитися
Вставка
  • Опубліковано 29 чер 2021
  • 9 May 2021-ci il. Qələbə gününüz mübarək!
    Hal hazırda olduğumuz yer Gülüstan qalasıdır. Qala Şamaxı şəhərinin şimal qərb hissəsində yerləşir. Qala iç və çöl olmaqla iki hissədən ibarət olub dəniz səviyyəsindən 1000 metr civarı hündürlükdədir. Qaladan cənubda Böyük Xınıslı kəndi yerləşir. Kəndin qədim qəbristanlığı var.
    Dağın yerləşdiyi coğrafi obyekt Pir Dərəki dağıdır. Dağın zirbəsində pir olub. Qalanı Şamaxı şəhəri ilə Zoğalavaçay vadisi ayırır. Sonradan bu çay eyni adlı su anbarında mənsəb olur.
    Qalanın tikilmə tarixi VIII-X əsrdən təxmin edilir. Burda, həmin dövrdə Yəzidiyyə adlı şəhərin qalıqları da aşkar edilib. Buna görə də Qız qalası ilə yanaşı Yəzidiyyə adı bu qalada olub. Qalanın inşasının bitmə tarixi təxminlə IX əsrdən 1538-ci ilə kimi qala Şirvan xanədanının ilkin sığınacaq yeri olub. Səfəvi şahları bir neçə dəfə qalanı mühasirəyə alsalar da fəth edə bilməyiblər. Uzaq mənzilli silahların kəşfi və inkişafı ilə qala strateji əhəmiyyətini itirmişdir.
    Qalanın tikilmə materialı əsasən çay daşı və gəcdir. Qala ərazisində arxeoloji qazıntılar aparılıb.
    Qalaya Xınıslı kəndindən cığır gəlir və səfər çox asandır.
    Tariximizi unutmayaq və qoruyaq.

КОМЕНТАРІ •