Keçmiş məcburi köçkünlərin Bakıdakı evləri kimlərə veriləcək? - APA TV

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • #APATV #məcburiköçkün #qaçqın #Qarabağ #Ağalı #ƏƏSMN #mənzil #ev #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Keçmiş məcburi köçkünlərin Bakıdakı evləri kimlərə veriləcək? - APA TV
    Keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı artıq başlayıb. Qarabağa dönən vətəndaşlar isə dövlətin onlara verdiyi evləri boşaldıb təhvil verirlər. Hazırda bu məsələ ilə bağlı əsas suallardan biri budur: Həmin evlərin aqibəti necə olacaq, yaxud necə olmalıdır?
    Şəhərdə apardığımız sorğu zamanı sakinlər bildirdilər ki, boşalan evlərin şəhid ailələri və qazilərə verilməsi daha münasib olar.
    Ağalı kəndinə köçən sakinlərin də bir qismi dövlətin onlara verdiyi müvəqqəti evlərdə yaşayıb. Həmin mənzillərin aqibətinin necə olacağı ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu göndərdik. Qurumun əməkdaşı Nazilə Məmmədova bildirdi ki, indiyə qədər 66 ailə, yəni 326 nəfər Ağalı kəndinə köçürülüb: “Bunlar əsasən Bakı, Abşeron, Sumqayıt ərazisində tikintisi yarımçıq qalmış bina, sanatoriya, piyaner düşərgəsi və bu kimi digər inzibatı binalarda müvəqqəti məskunlaşmış şəxslərdir. Abşeron rayonundakı yaşayış kompleksindən Ağalı kəndinə köçürülən 3 ailənin mənzilləri isə şəhid və qazi ailəsinə verilib”.
    Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyir ki, keçmiş məcburi köçkünlər üçün tikilən mənzilərin artıq bir hissəsinin satışı üçün layihə hazırlanıb. Geri qalan hissə isə müharibə əlilləri və şəhid ailələri üçün nəzərdə tutulacaq: “3000-ə yaxın mənzil, sosial xidmətlər agentliyi tərəfindən satışa çıxarılıb, artıq tenderin qalibi var. Hesab edirəm ki, həmin mənzillərin satışı həddindən artıq çox olduğu üçün onların nəğd satışı alınmadıqda, ipoteka fondu vasitəsilə və ya kirayə mənzil kimi satış üsullarına gedilə bilər. Lakin indiki vəziyyətdə belə bir layihə hələ ki yoxdur”.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbovun sözlərinə görə, məsələ ilə bağlı ölkə başçısının aprel ayında imzaladığı sərəncamın icrası demək olar ki, bitmək üzrədir: “Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmərtəbəli mənzillər də cənab prezidentin tapşırığı ilə həmin ərazilərdəki şəhid ailləri və müharibə əlilərinə təqdim edilir. Həmin yaşayış binasında istifadəsiz qalan mənzillər isə satışın həyata keçiriləcəyi təmin olunacaq yaxın zamanlarda dövlət başçısının 2022-ci il 11 aprel fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən, ƏƏSMN-i tərəfindən, mənzillərin satışının təsdiq edilməsi məqsədilə, elektron portalın hazırlanma prosesi artıq yekunlaşır. Çoxmənzilli binalarda istifadə olunmayan binaların satışı da bu portal üzərindən həyata keçiriləcək”.
    Fazil Talıbovun sözlərinə görə, satışdan əldə olunan vəsait ölkənin digər rayon və şəhərlərindəki şəhid ailələri və müharibə əlilləri üçün fərdi evlərin, mənzillərin tikintisində istifadə olunacaq.
    Məcburi köçkünlərin ən çox məskunlaşdığı yerlərdən biri isə yataqxana və bağçalardır. Onların taleyinin necə olacağı barədə isə Elm və Təhsil Naziri Emin Əmrullayev APA TV-yə danışdı: “Bəzi yataqxanalar var ki, istismara yararlıdır, bəzisi isə yox. Həmin yerlər tam boşalandan sonra buna qərar verə bilərik. Bu gün rəsmi olaraq həmin yerlər müxtəlif təhsil müəssisələrinin balansındadır. Sözügedən yerlərdə insanlar tam çıxdıqdan sonra hökümətə bununla bağlı təkliflər hazırlanıb, göndəriləcək”
    Əmlak üzrə ekspertlərin fikrincə, bu tipli mənzillərin və yataqxaların boşalacağı təqdirdə həm tələbələr kirayə mənzil axtarmalı olmayacaqlar, həm də mənzil bazarında kiçik də olsa, ucuzlaşmalar olacaq.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 169

  • @ramilmemmedzade3569
    @ramilmemmedzade3569 2 роки тому +114

    Şəhid ,qazi və hərbiçi ailələrinə verilməlidir.

  • @baxisgunayeva5509
    @baxisgunayeva5509 2 роки тому +70

    Gazilərə Şəhid ailələrinə verilməlidi yox verilsin Şəhid olmuş balalarimizin çoxlarinin yaşadiklari yerləri gösdərirlər ürək parçalanir versinlər olara ALLAHADA xoş getsin

  • @aygununmetbexti
    @aygununmetbexti 2 роки тому +43

    NOLARDİ O EVİN BİRİ SEHİD SƏBUHİNİN QARDAŞINA VERİLE🤲

  • @perihebibova278
    @perihebibova278 2 роки тому +40

    evi olmayan veteranlarımızada verulsin. onlarında haqqıdı. əziyyətlə igidliklə alıblar torpaqlarımızı

  • @madinamammadli6828
    @madinamammadli6828 2 роки тому +49

    Bunu fikirləşmək lazım deyil ki.Şəhid ailələrinə,qazilerə,əlillərə verilərdə.

    • @N.K.E
      @N.K.E 2 роки тому +11

      Bbirde muharibede isdirak edenlere de verilsin

    • @nazilealiyeva1703
      @nazilealiyeva1703 2 роки тому +10

      birde müharibə iştirakçılara verilməlidir Yaralanıb sagaliblar amma sağlamlığı və psixologiyası yerində deyil

    • @madinamammadli6828
      @madinamammadli6828 2 роки тому +4

      İnşaAllah verərlər,kaş versinlər.

    • @nihadqasimov3244
      @nihadqasimov3244 2 роки тому

      INWALLAH vererler ama menlik deyil kimki tekdi ailesi yoxdu ona vermiler

  • @vusalliyeva1431
    @vusalliyeva1431 2 роки тому +21

    Qazi və şəhid ailələrinə verilməlidr.inşallah bizi kimi qazi ailələri də nəzərə alınar.🤲🤲🤲🤲🤲🤲🤲

  • @kmalkamalova4635
    @kmalkamalova4635 2 роки тому +39

    İnşallah 7 mkr evlərimizi Qazi və Şəhid ailələrinə verilə, çünki mərkəz Qazilərə daha əlverilişlidi, nəinki şəhər kənarı

    • @nihadqasimov3244
      @nihadqasimov3244 2 роки тому

      Vermirlerki mene deyiler sen teksen sene duwmur.

  • @nazilealiyeva1703
    @nazilealiyeva1703 2 роки тому +17

    Müharibədə olanların hamısına ev düşür.Allah şəhidlərimizə rəhmət eləsin 🤲🤲🤲

  • @lalememmedova5400
    @lalememmedova5400 2 роки тому +16

    Yetimxanada boyuyen uwaqlarada verseler yaxsi olardi .

  • @skinlkbrova3835
    @skinlkbrova3835 2 роки тому +9

    Şəhid ailələrinə və qazilərə verilsin. Bu ən düzgün qərar olar. Bütün məcburi köçkünlər öz ata baba yurdlarına qaýıtmalıdır.

  • @gulnareibrahimova1390
    @gulnareibrahimova1390 2 роки тому +15

    Verilsin şəhid ailələrinə qazilərə.İmkansız kasıb ailələrə.Onların sayəsində biz bu gün həyatdayıq alnı acığıq.

  • @ilyas3451
    @ilyas3451 2 роки тому +8

    Niyə axi qalanlarini da satışı nəzərdə tutulur , onlarıda hərbiçilərə verində.. İndi hərbiçi şəhid olmuyub ,qazi olmuyub deyə ailəsi ömür boyu sürünməlidi?... Əgər bu müharibədən sağ çıxıbsa daha yaxşıdı da ,sağlığında da dəyər verin dəə...
    Allah bütün şəhidlərə rəhmət eləsin ! Qazilərə şəfa versin !

  • @doktorsona1988
    @doktorsona1988 2 роки тому +20

    Şəhid, Qazi, evi olmayanlara verilsə yaxşı olar...

  • @ilgarilgar6262
    @ilgarilgar6262 2 роки тому +22

    Şəhidlər,qazi,hərbçilərin ailələrinə verilməlidir

  • @alinkaaxundova2305
    @alinkaaxundova2305 2 роки тому +31

    Wehid ailelerine qazilere birde muharibe iwtirakcilarina herbici ailelerine verilse

  • @user-cs5dt7kr9o
    @user-cs5dt7kr9o 2 роки тому +22

    Qazılər şəhid ailələrinə

  • @aygunqaraehmedova1944
    @aygunqaraehmedova1944 2 роки тому +6

    Duz dejirsiz səhid ailələrimizə gazilərimizə hər sej halaldi onlara nə eləsəkdə azdir .

  • @gmusayeva7786
    @gmusayeva7786 2 роки тому +12

    Caamat deyir Şəhid ailələrinə ,Qazilərə verilsin bunlar sosial mudafiə nazirliyininən hansi ki qazinin haqqini kəsən şəhidin qan pulunu yeyən qrumun qiymətləndirməsinən danışır😏

  • @user-ff6bl1ce6m
    @user-ff6bl1ce6m 2 роки тому +13

    Memurlar ince hamsini menimsiyecekler. Biraz insafiniz olsun ne qeder evsiz pis gunde yawiyirlar wehid qazi aylerine verin azda olsa halaliq alin.

  • @elvinaslanov1718
    @elvinaslanov1718 2 роки тому +16

    Şəhid və qazi ailələrnə verilməlidir.

  • @eltekinsahverdiyeva7765
    @eltekinsahverdiyeva7765 2 роки тому +3

    Qaçqınlar torpaqlarına qayıdanda hamısı geri alınmalıdır əlbəttə 👍🤲🙏

  • @seadetaliyeva4818
    @seadetaliyeva4818 2 роки тому +10

    sehid aileleri ve qazilere verilmelidir. cunki onlarin halal haqqidir!

  • @gulayismayll4925
    @gulayismayll4925 2 роки тому +15

    Qalan evlər isə ipatekayla gənc ailələrə verilməlidir

  • @eminehesenova1691
    @eminehesenova1691 2 роки тому +4

    İnşeallah mütleq Şehid ailelerine Qazilerimize verilsin Amin 🤲🤲

  • @gulu_bak8949
    @gulu_bak8949 2 роки тому +2

    Məcburi köçkünlərdə çox zülüm çəkib ALLAH MƏCBURİ KÖÇGÜNLƏRƏ KÖMƏK OLSUN YAŞASIN CƏNAB İLHAM

  • @sevincsevinc557
    @sevincsevinc557 2 роки тому +6

    nə satiş Şəhid və Qazi Ailəsinə verilməlidir onlarin Cani Qani bahasına alinib bu Torpaqlar Allah cəmi Şəhidlərimizə Rəhmət eləsin Qazilərimizə Şəfa can sagligi versin

  • @susannaabdullayeva5864
    @susannaabdullayeva5864 2 роки тому +4

    Niye satisa verilib.Sehid ailesine Allah butun sehidlerimize rehmet elesin😢Qazilerimize,
    Illerle pis seraitde yasayan mecburi kockun ailelerine verilsin.Oz yurd- yuvalarina kocene qeder.Allah milletimize dovletimize komek olsun.🤲🤲🤲

  • @snan3106
    @snan3106 2 роки тому +21

    Газилара верилсин Аллахада хош гедар

  • @gunduzdavidehmedzade6418
    @gunduzdavidehmedzade6418 2 роки тому +9

    Şəhid evlerine verin kasib qazilere

  • @anarismayilov8318
    @anarismayilov8318 2 роки тому +1

    Allah bütün şəhidlərimizə rəhmət eləsin Qazilerimize can sağlığı

  • @demirsuleyman6804
    @demirsuleyman6804 2 роки тому +3

    Əlbəttə ki, şəhid və qazi ailələrinə verilməlidir amma veteranlarla var onlarda döyüşüb sadəcə Allah kömək olub qazi və şəhid olmayıb o balalarından yaddan çıxarmaq olmaz

  • @AmINeY-jy7xx
    @AmINeY-jy7xx 2 роки тому +6

    Şehid ailelere elbetde.

  • @MrLichh
    @MrLichh 2 роки тому +7

    Yoldaşım müharibə iştirakçısıdır uşaqım telebedir kiraye qalir

  • @hsnhuseyin6644
    @hsnhuseyin6644 2 роки тому +4

    Əlbətə birinci şəhid ailələrinə,qazilərimizə muharbə iştrakçılarına hərbiçilərə verilməlidir.

  • @tunzalqurbanova2637
    @tunzalqurbanova2637 2 роки тому +8

    Onu da satib qoyacaqlar ciblerine haram xosuz

  • @vuqarhemzeyev6807
    @vuqarhemzeyev6807 2 роки тому +9

    Atam 30ile yaxindi şehid olub helemde bize ev vermiyibler ele hey deyiler verceyik

    • @tunzalqurbanova2637
      @tunzalqurbanova2637 2 роки тому +9

      Atanin ahi tutsun onlari 30 ildi torpaq altindadi bunlar kef eleyir Allah rehmet elesin

  • @MənsimAğayev-y8f
    @MənsimAğayev-y8f 2 місяці тому +1

    Məcburi köçkün əksəriyyəti doğma yurdlarından çıxarılandan sonra məskunlaşdıqları yerlərdə artıq bir ailə on ailəyə çevrilib,yəni övladların evləndirib ayrı ayrı təsərrüfatlara bölməklə çətin şəraitdə yaşayırlar. Onların hamısına ev tikib vermək qısa müddətdə mümkün deyil və nəzərdə belə tutulmayıb.Ona görədə məskunlaşdıqları evləri onların övladrarına vermək lazımdır.

  • @gulayismayll4925
    @gulayismayll4925 2 роки тому +7

    Bəli şəhid ailələrinə və qazilərə verilməlidir

  • @vuqarelekberov926
    @vuqarelekberov926 Рік тому +1

    Ən yaxşı evsiz olan insanlara verilsin

  • @konuln-va5940
    @konuln-va5940 2 роки тому +3

    O qədər şəhid və qazi yoxdur

  • @eltekinsahverdiyeva7765
    @eltekinsahverdiyeva7765 2 роки тому +1

    Şəhid ailələrinə, qazilərimizə və vetiranlarımıza verilməlidir mütləq şəkildə

  • @eldarmamedov2373
    @eldarmamedov2373 2 роки тому +2

    Bali SAHID AILALARINA QAZILARA VA HARBICILARA ALLAH SAHIDLARIMIZA RAHMAT QAZILARA SAFA HARBICILARIMIZA QUVVAT IMKAN VERSIN VA QORUSUN ONLARIN SAYASINDA TORPAQLAR ALINIB VA ALINIR HATTA GOYCA ZANGAZUR INSALLAH ALINANDADA ONLARIN EVLARIN YUXARIDA ADLARIN CAKDIKLARIMA VERILSIN

  • @yaqutyaqubova4798
    @yaqutyaqubova4798 2 роки тому +4

    Altdan altdan satacaqlar.

  • @fazilmemmedov2035
    @fazilmemmedov2035 2 роки тому

    Şəhid ailələrinə və qazilərə verilsə Dövlətimizin ən gözəl işlərindən biri olacaq.❤️🇦🇿

  • @AmINeY-jy7xx
    @AmINeY-jy7xx 2 роки тому +4

    Kökü çıxmışlar niye satija cixarib

  • @Angel-od4gt
    @Angel-od4gt 2 роки тому +1

    Elbetde Qazilere ve Şehid ailelerine !!

  • @zarifahasimova1806
    @zarifahasimova1806 2 роки тому +1

    Şəhid,qazi ailələrinə verilsin.Yedə qalanları yataqxanalarda yaşıyanlara verilsin.İllərdi gözləyirik.

  • @Admin_Sayt
    @Admin_Sayt 2 роки тому +1

    Deyir 3 min mənzil satışa çıxarılıb bu necə olur ? cəmi 26 ailə köç etmişdi ağalıya

  • @hsnovaleyla5952
    @hsnovaleyla5952 2 роки тому +1

    Şehid ve qazı ailelerine verilsin

  • @cavidsuleymanov6203
    @cavidsuleymanov6203 2 роки тому +1

    Ehtiyacı olanlara verilmelidir .ferqi yoxdu ister Şehid ailesi ,ister qazi ailesi ,istersede veten üçün xeyirli övladlar yetişdiren kasıb evsiz berbad günde yaşayan ailelere

  • @ayanplaza7638
    @ayanplaza7638 2 роки тому

    Şəhid balalarına verilsin.

  • @mehebbetmemmedova9463
    @mehebbetmemmedova9463 2 роки тому

    Muharibe veteranlarina Qazilere Sehid ailelerine

  • @ozlozl2313
    @ozlozl2313 2 роки тому

    şehidlerimizin ailelerine qazilerimize muharibe istirakcilarina verilsin

  • @turanniyazov7270
    @turanniyazov7270 2 роки тому +1

    Xidmetde olan muharibe veteranlarina verilmelidir.

  • @aykaalla1361
    @aykaalla1361 2 роки тому +2

    Bu evler ancaq qazi ve şehid ailelerine verilsin.

  • @hmmm81
    @hmmm81 2 роки тому +3

    Satmasanız ölersin ele şey olar pul qazanmayasınız.acından ölürsünüz yazıqlar.bizim 92-ci ilerden bu güne qeder ne qeder şehid ve qazilerimiz var onlara verlsin qalarsa müharbede iştirak eden vetranlara hal hazırda kirede oturan herbicilerimize verilsin başqa hec kime nede satmaq zad olmasın.

  • @revanhesenov9456
    @revanhesenov9456 2 роки тому +2

    Niye 20 il canini vetene qurban veren herbclere niye verlmir bu herbclerin halal palojnasdir.

  • @baharnesirli4250
    @baharnesirli4250 2 роки тому +1

    Məncə heç kimə verilməli deyil,o ev onlarin yaşadıği kőçkűn stresli həyatin kompensasiyasi sayilmalidir,hőkűmət şəhidlərə őzű ev verməlidir

  • @Unknown-iw3mp
    @Unknown-iw3mp 2 роки тому

    Şəhid ailələrinə,qazilərə,müharibə iştirakçılarına verilsin onlara dövlət nə qədər qayğı göstərsə yenə azdır

  • @gulnazhsnova2405
    @gulnazhsnova2405 2 роки тому

    Boşalan evlər şəhid ailələrinə və qazilər verilməlidirlər.səhid ailələri eləsin var ki daxmada yaşayırlar Allah şəhidlərə rəhmət eləsin onların haqqı bizim ustumuzdədir.onlara çox daha çox yardım olunmalidir

  • @aybnizismaylova9249
    @aybnizismaylova9249 2 роки тому

    Şəhidlərimizin balalarına versinlər.çünki onların dayaağında duran ataları yoxdur artıq.

  • @aygunbabayeva8673
    @aygunbabayeva8673 2 роки тому +1

    Satıb pullanınca şəhid ailələrinə verin də ay açgözlər !

  • @user-mj3hu1ho2l
    @user-mj3hu1ho2l 2 роки тому

    Beli Allah wehidlerimize rehmet elesin bu evler wehid ailelerine ve muharibe elillerine verilmelidir

  • @ruhengizhaciyeva1683
    @ruhengizhaciyeva1683 2 роки тому

    Sehid, qazi aileleronin haqqidir

  • @abdurahmanomarov5101
    @abdurahmanomarov5101 Рік тому

    Gözdən əlillərə verilsin. Niyə sarışa bunlar dövlət mənzilləridir.

  • @diana.s233
    @diana.s233 2 роки тому

    Sehid ve qazi ve herbici ailelerine verilmelidir

  • @AmINeY-jy7xx
    @AmINeY-jy7xx 2 роки тому +3

    Ayaga qalx ey camaat

  • @mlakmrahi8894
    @mlakmrahi8894 2 роки тому +1

    Bəs 1 ci Qarabağ veteranları hansıkı neçə illərdi sağlamığını ciddi şəkildə itirmiiş və hələdə dövlətin qayğısından kənarda qalmış keçmiş qəhrəmanları niye yada salmırsınız?

  • @salih_ankara9649
    @salih_ankara9649 2 роки тому

    Bizim rayonda bütün wehidlerin evi var.Amma yene ev gözleyirler dövletden.Bu ölkede eve ehtiyacı olan cox insan var.

  • @kamranrehimov9651
    @kamranrehimov9651 2 роки тому +1

    Yəqinki veteranlarada verilməlidi.mən şəxsən kirayədə qalıram versələr yaxşı olardı

  • @urkerabilova6286
    @urkerabilova6286 Рік тому

    Əgər verilərsə Hamı sevinər .cünki canlarını bu dövlət ücün qoyublar .

  • @sehnazozkan1483
    @sehnazozkan1483 Рік тому

    Evsiz kalan Əsgər ailelerine,savaşan əsgərləre

  • @tbibaynal571
    @tbibaynal571 2 роки тому

    Nə sirkətlərə ,nə də sosial mudafiə nazirliyinə satisa verilməsin .Kasib ,evsiz ailələrə verilsin.! Varlilara akulalara sərait yaradilmasin! Qazilərə ,səhid ailələrinə , evsizlərə verilsin !

  • @eminmusayev1510
    @eminmusayev1510 2 роки тому

    Qazilere şehid alisene verilsin

  • @icelaynfc1412
    @icelaynfc1412 2 роки тому +1

    3000 min şəhid.3000 min yaralı yetimlər verin plara satmayin

  • @gsvdgdhdhsvdgd2184
    @gsvdgdhdhsvdgd2184 2 роки тому

    Şehid,Qazi ve veteranlara verilmelidi.Eyer bu ölkede heqiqetende edalet deyilen bir şey varsa.

  • @yusufhewa78
    @yusufhewa78 2 роки тому +1

    Əle bil camaatdan soruşacaqlar kime vereceyini😆.
    İkinciside hele müharibe qutarmayıb hara köçürler.

  • @arzumuxtarova5627
    @arzumuxtarova5627 2 роки тому +1

    Satıb qoyacaqlar ciblerine

  • @aytacseferli1156
    @aytacseferli1156 2 роки тому +1

    Ancaq sehid ve qazi ailesin evi olmuyanarina verilmedi bu 2 ancaq verilmeldi birde acinagli yasiyan evi olmuyan ailelerine verilmedi

  • @lalememmedova5400
    @lalememmedova5400 2 роки тому +2

    Once wehid aileleri qaziler ve herbicilere

  • @elvinqafarov3365
    @elvinqafarov3365 Рік тому

    Sağlamlıq imkanları məhdud olan uşaqlara verməkdə məntiqə uyğundur çünki cənab prezident sağlamlıq imkanları məhdud olan uşaqlara heçbir belə imkan yaradmayıb

  • @faiqceferov3836
    @faiqceferov3836 2 роки тому +1

    Uşaq evində böyüyənlərə.Qazi Şəhid ailəsinə.

  • @valida6585
    @valida6585 Рік тому

    Cox ğözel gacgınlar torpaglarına gayıtsın

  • @omrpoladov2678
    @omrpoladov2678 2 роки тому

    Düzdü yaxşı Allah şəhidlərimizə rəhmət etsin

  • @aytenbagirova1990
    @aytenbagirova1990 2 роки тому +1

    Sehid ailesine verilsin

  • @cavadazimov650
    @cavadazimov650 2 роки тому +2

    Ay Allah qaçqınların çoxsunin villaları var əhmədlidə neçə yataxanaları zəpt ediblər özləri üçün indidə kirayə veriblər kirayə 250 manatdan özlərinın başqa yerlərdə yaşayıllar yerli camahat tələbələr yer tapmıllar qalmağa göndərin getsinlərdə yalamdan torpaq deyirdilər indidə getmək istəmillər yurd yuvalarına.

    • @lacinlibalasi4141
      @lacinlibalasi4141 Рік тому

      Getmək istiyilər .1-2 nəfər getmir deyə səsinizi qaldımıyın məndə getmiyənlərə pis baxıram.

    • @lacinlibalasi4141
      @lacinlibalasi4141 Рік тому

      Çoxsu deyir gedirəm.

    • @lacinlibalasi4141
      @lacinlibalasi4141 Рік тому

      talışlarıda qovun qaçqın deyillər iş adından bakıyı işğal ediblər. 3-maşın 2 ev villa olan talışlar var burda yaşıyır bakıda bakıdadılar .

  • @samirsuleymanov2088
    @samirsuleymanov2088 2 роки тому +1

    Yox. Vermiyin. ...oliqarxlara. Verin. Satsinlar. Biznes. Ereblere. Hotel.....sehid. Qazi. Veteran. Gonderin. Qirgistana

    • @samirsuleymanov2088
      @samirsuleymanov2088 2 роки тому +1

      Ne. Gulleliyesen. Bunlariii. Mida. Ev. Tikir. Satanda. Rezki. Tulkuler. Alir.....bas. Nazir. Hebs. Olunmalidir

  • @faiqceferov3836
    @faiqceferov3836 2 роки тому +1

    Burda da rüşvət işləsə nə deyək daha.

  • @gencevip5630
    @gencevip5630 2 роки тому

    Herbiçlərədə şəhidlərə qazlilər

  • @alisanmehdiyev4462
    @alisanmehdiyev4462 2 роки тому

    Birdə bəzi şəxslərin evləri varki Qaçqınlar özəlləşdirib o ev sahiblərinə də verilməlidir

  • @Size968
    @Size968 Рік тому

    Mən özüm 1-ci qrup vətən müharibəsi əliliyəm və ev üçün 2 ildi müraciət etmişəm Zəngilan rayon icra hakimiyyətinədə getdim hamısı deyir boş ev yoxdu.bəs bu evlər hansı qaziyə şəhid ailəsinə verilib bəlli deyil

  • @ilahhmdova1131
    @ilahhmdova1131 2 роки тому

    Şəhid ailələri çox kasıb evlərdə yaşayırlar.Hamısı Şəhid və qazi ailələrinə verilsin.Əğər satmasalar

  • @firdovsirhimli7641
    @firdovsirhimli7641 2 роки тому

    Tezcə satmaqdan dəm vururlar evsiz veteranlar nə etsin onlar bu vətən üçün heçnə etməyib mən təklif edirəm ki boşalan evlər Bakı şəhərində ev növbəsində olan evsiz qarabağ veteranlarına verilsin..

  • @lalememmedova5400
    @lalememmedova5400 2 роки тому +1

    Ne olar ki birinide wehidin qardawina verin

  • @alisanmehdiyev4462
    @alisanmehdiyev4462 2 роки тому

    Elə 3000 Şəhidimiz var üstə gəl Qazilərimiz bir tərəfdən də Şəhidlərimiz Qazilərimizin sayı artmaqdadır.

  • @anamnmetbexi3569
    @anamnmetbexi3569 2 роки тому

    Şehid ailelerine Qazilere elbette onlar sayesinde alınıb torpaqlar

  • @hmdisayev1643
    @hmdisayev1643 Рік тому

    Düzdü kim əziyyət çəkib vətən uğrunda ona düşür

  • @xxxxxxx7257
    @xxxxxxx7257 Рік тому

    evləri olmayanları köçürtmək əvəzinə evləri olanları köçürtdüllər bədbəxt yığını

  • @fuadrzayev4136
    @fuadrzayev4136 2 місяці тому

    Allah yaradir ancaq

  • @huseynnesirov3204
    @huseynnesirov3204 2 роки тому +1

    Evi olmiyanlara verilsin