16 yaşında evləndi, 27 il dul qaldı, pərdəsindəki cadu süpürgəçinin evinə düşdü - Zöhrə Abdullayeva

Поділитися
Вставка
  • Опубліковано 2 чер 2021
  • #zohreabdullayeva #1000production #trend
    Həyat çox durğun və gözəl keçdiyi anlara fələyin insan üçün bir fəlakət biçdiyi anlar kimi də baxmaq olar. Eynən fırtınadan öncəki sakitlik kimi. O da günlərin bir günü düşündü ki, həyatında hər şey gözəl gedir və qorxdu. Qorxduğu başına gəldi. Sevimli oğlu qəfil dünyadan köçdü və bu itki onun da ömrünə son qoydu. Evindən dəfələrlə cadu tapıldı... Biri var idi, övladının ölümünə cəmi 3 il 4 gün dözən Zöhrə Abdullayeva...
    Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. O, Azərbaycan Dövlət Texnologiya universitetini bitirib. Ustad sənətkarlardan - Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərlidən fərdi muğam sənətindən dərs alıb - İlk müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova "Sazlı qızlar ansamblı"na aparır. Onu peşəkar səhnəyə isə İslam Rzayev gətirib.
    Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
    Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Onların birgə on iki silsilə dueti olub. Bu mahnıların hamısının söz və musiqilərini Məmmədbağır müəllim yazıb. Onlar birgə “Həccə gedirəm”, “Gəlin gəlir evimizə”, “Bağban, ay bağban”, “Şuşa maralı” kimi mahnılar ifa edib.
    Məmmmədbağır Bağırzadə ilə duet oxuduğuna görə onlar haqqında müxtəlif şaiyələr gəzirdi. Hətta onların vətəndaş nikahında yaşadığı deyilir. Lakin, müğənni bunlara etiraz edərək deyir: Məmmədbağırın öz sevgilisi var idi və həmin xanımla indi də yaxınam. O, dünyasını dəyişəndə əli onun əlində idi. Məmmədbağır mənə qardaşım əvəzi olub. O qədər doğmaydıq ki... O, mənim ağzımın çörəyi idi. Məmmədbağır böyük şəxsiyyət olduğuna görə heç vaxt “bacı” dediyi adama pis gözlə baxmazdı. O, həmin qadınla iyirmi il yaşadı.
    O, Allaha inandığı qədər, həm də, kəm gözlərə, caduya inanırmış. Müsahibələrinin birində bu haqda deyir: Caduya həm inanıram, həm də yox. Bir dəfə evdə neylon pərdəmdə 5 barmaq izi gördüm. Onu nə qədər yudum, ağardıcılara da, xlora da qoydum, ləkələr getmədi. Amma mən o evdə yaşayanda ruzim da yox idi, işlərim də çətin gedirdi. Sonra biz o pərdəni atdıq. Və onu küçə təmizləyən götürdü. İnanırsınız, onun da işləri çox pis oldu. Bahalı da pərdə idi, dedi Zöhrə xanım, bu pərdəni niyə atmısınız? Dedim ki, ipdən düşüb. O qaytarmaq istədi, amma mən götürmədim. Sonra eşitdim ki, yazıq arvad bir günlərə qalıb ki... Özü süpürgəçi idi, amma sonra çox ağır günlərə düşdü. Gördüm yazığı, dedim o pərdəni tulla. Bir yaxın qohumumuz var idi. O gəlib gedirdi bizə. Bəlkə də o idi. Çünki insanların daxilini bilmək olmur. Biz evimizi dəyişəndə, mən yataq dəstimi qardaşımın ailəsinə bağışladım. İnanmazsınız, döşəyi qaldıranda, oradan yağın içində bir qıfıl çıxdı. Mən onda rəhmətlik anamla yatırdım. Mənə elə gəlir ki, bəlkə də mənim anamı elə o yağ apardı. Təsəvvür edin, yatdığımız vaxtda, gecə saat 3-də ikimizin də ayağımızdan elə bil dartdılar. Sən demə, orada qıfıl var imiş. Anamı cadu öldürdü.
    Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurub. Bu evlilikdən onun İsrafil adlı oğlu olub. Həyat yoldaşını gənc yaşlarında itirib. Müğənni öz bacısı qızını oğluna alıb.
    Birinci evliliyindən sonra müğənni heç vaxt ailə qurmayıb. O, müsahibələrinin birində bu barədə deyir:
    “Mənim şəxsi həyatım yoxdur. Nəvələrimlə, oğlumla sevinirəm. Yaxşı ki, Allah-Təala onu mənə ağıllı verib. Çox təvazökar, müdrik, namuslu gəlinim var. Bu barədə çox bəxtəvərəm. Amma iyirmi altı ildir təkəm. Ən gözəl illərimi tək qaldım. Dul qalmaq istəməzdim. Kim istəyər ki, əri ölsün, tənha qalsın? Amma mənə layiq insan olmadı.
    Deyilənlərə görə xalq mahnısı kimi bilinən “Qarabağ maralı” mahnısının sözləri və musiqisi İsgəndər Novruzlu adlı şəxsə məxsus olub. Və o, bu mahnını Zöhrə xanımın anasına ithaf edib.
    Müğənninin Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi vəzifəsində çalışan yeganə oğlunun beyin xərçənginə tutulduğu öyrənilir. İki il xaricdə müalicə olunmasına baxmayaraq, İsrafil Abdullayev 24 may 2018-ci ildə, 47 yaşında vəfat edir. Onun bir qızı, bir oğlu qalır.
    Bu itki Zöhrə xanımın həyatına böyük zərbə vurur. Səhnədən uzaqlaşır, 30 kilo arıqlayır, tanınmaz hala düşür. Uzun müddət sonra ilk dəfə efirə çıxan Zöhrə xanım deyir: Elə bil hiss etmişdim ki, həyatımda bir sunami olacaq. Həyatımda hər şey sakit və rəvan idi, bu dərəcədə ola bilməzdi axı! Allah kaş mənə nə isə edəydi... Ağıllı balam ağıllı başından xəstələndi. Qəfil oldu, səbəbini bilmədik. Həkim deyir, ola bilər başı haçansa harasa dəyib. Doğrudan da bir dəfə bağda 2-ci mərtəbədən yıxılmışdı. Amma başı dəymədi axı... İndi də deyirlər yazıdır, bəlkə mənə ürək-dirək verirlər. Balam ağıllı balalar, ağıllı həyat yoldaşı qoyub gedib. Hər şərait yaradıb onlara. Amma mənə özü lazımdır. Özünü istəyirəm! Balamı istəyirəm! Razıyam e, yuxuma gəlib mənə desin ki, yerim yaxşıdır, ağlama. Görün nə həddir ki, ona da razıyam!”

КОМЕНТАРІ • 336

  • @bakubaku5112
    @bakubaku5112 3 роки тому +70

    Kim ki, kimə qarşı cadu edirsə, Allah bildiyi kimi onun cəzasını versin!🙏

  • @ulviyyeavbasova3051
    @ulviyyeavbasova3051 3 роки тому +202

    ALLAH CADU EDENE LEHNET EDSİN....

    • @user-es8qk8ko2y
      @user-es8qk8ko2y 3 роки тому +5

      Amin

    • @nazilezeynalova5875
      @nazilezeynalova5875 3 роки тому +5

      AMİN ALLAHIM. 🙏🙌

    • @latellae9694
      @latellae9694 3 роки тому +13

      2--3nefer taniyirdim Cadu ile mesqul olurdular... Hamsi orta yaslarinda qara ciyer serrozundan olduler.. Tesadufmu ya bilmirem gunahmi.. Amma Serroz heyatlarina son qoydu...

    • @aios8629
      @aios8629 3 роки тому +5

      .Аmin, Amin, Ilahi Amin

    • @DDangerZZone
      @DDangerZZone 3 роки тому +2

      @@latellae9694 sizallah,yaxin adamlar idi?serrozdan olenler?bizde devar o cadugerler,inanin bezmisik ,uzaqlasdiririqyeni xeyri yoxfu el cekmirler

  • @tahireabdullayeva5244
    @tahireabdullayeva5244 3 роки тому +70

    Allah Zöhrə xanlma rəhmət eləsin!

  • @sudabakhalig7
    @sudabakhalig7 3 роки тому +46

    Allah Zöhrə xanıma və oğluna rəhmət etsin, yerləri behişt olsun.

  • @zeminezemine7141
    @zeminezemine7141 3 роки тому +81

    Vay vay Allah o caduyla məşqul olanların niyyətlərin elə öz başlarına yıxsın

    • @azizaa.4036
      @azizaa.4036 3 роки тому +1

      Амин баджым

    • @azeriamazon2988
      @azeriamazon2988 3 роки тому +1

      Amin

    • @elimehdiyev4478
      @elimehdiyev4478 3 роки тому

      Amin.Aramızda hər zaman belə cadugarlar var.Allah o şərəfsizlərə lənət eləsin.

  • @zenfiraqurbanova348
    @zenfiraqurbanova348 3 роки тому +52

    Heçnə dimirəm bir onu deyirəmki qızılgül ömrü az qanqal ömrü çox olur cadu edənin və edirənin tufağını Allah dağıdsın

  • @ruhengizqasimova1280
    @ruhengizqasimova1280 3 роки тому +69

    Menim de qizim cavan 28 yawinda guya qaz deminden gedib dediler, hamam cimerken, Qizim rehmete gedmemiwdin qizim deyirdi, ki, evinden tez tez tilsimler, yazilar ,uzun uzun vereqlerde, ne yazilar idisr bilmirdik, aparib oxudurduq, deyirdi ki, evi dagilsin deye edirler, pislik ucun olunan emellerdi. Olumubden bir hefte qabaq, mene dedi ki, mama, pakrivalimin , kravatin ustunde oturmuwdum ele, gordum ki, altima nese batdi. Baxib gordum ki, iyne.iyneni cixartim, cixartanda gordum ki, dalinca rengli duyunlu ipler gelir.Ondan da qabag sohbet elemiwdi ki, teze perde almiwam ,perdemin eteyinden ve baw terefinden kesib goturubler.ondan sonra qizim emeliyya duwduAlt cene sumuyune,ayaq sumuyunden goturub sene sumuyune qoymuwdular.Emeliyyatdan sonra 1 ay1 hefte yawadi.Ozlerini, evladlarini duwunmeyen werefsizler inweallah allah qabaginda cavab verecekler.kim kimin baladina emel edib bir ananin gozu yawli qoyurlare ele oz balalari qabaglarinda can versin inweallah.

    • @feridveliyev5097
      @feridveliyev5097 3 роки тому +14

      Allah Rehmet etsin qiziniza.Her kim kimin heyatini qaraldib ona cadu tilsim edirse etdiklerini caninda tapsin.Etdikleri ovladlarinin qabagina cixsin.Gorsun ki basqa analar nece yanir.Ne deyim Allah size sebr versin.Geci tezi var insan mutleq etdiklerinin bedelini bir gun odeyecek.Ya cani ile yada ezizi ile.Buna adim kimi eminem.

    • @eltekinsahverdiyeva7765
      @eltekinsahverdiyeva7765 3 роки тому +11

      Allah CƏZASIN verəcək hər kim edibsə çünkü mənədə cadu ediblər edənlər də qaynım arvadlarıdır Allahım cəzaların verir hələ verəcəkdə çünkü mənim evimdə Quran var

    • @gulerxanmemmedova7980
      @gulerxanmemmedova7980 3 роки тому +4

      Aminnnnn. Allah bəlalarını versinn kim pislik edirse kim yuva daqıdırsaa. Mənimde başım çox çəkib ay xala ay anam. Özüm tapırdım evimdən.

    • @xanimmullim2565
      @xanimmullim2565 3 роки тому +4

      Amin xanım.VAllah indidə mən bu gündəyəm.Aılahin izni ilə hələ ki həyatdayam.həyatimda yarimçıq 😢

    • @SamsungAs-ll3sx
      @SamsungAs-ll3sx 3 роки тому +2

      Amin!

  • @shahriaribadov5383
    @shahriaribadov5383 3 роки тому +47

    ALLAH Zöhrə.x rəhmət eləsin.Məkani cənnət olsun

  • @littleangel8554
    @littleangel8554 3 роки тому +75

    ALLAH RƏHMƏT ELƏSİN. ALLAH HEC kimi övladi ilə imtahan etmesin. AMİN.

  • @elcinhuseynov8153
    @elcinhuseynov8153 3 роки тому +44

    Allah rehmet elesın mekanları cennet olsun insallah

  • @user-fv4us2pm3r
    @user-fv4us2pm3r 3 роки тому +45

    Аллах рехмет елесин. Нур ичинде ятсын.

  • @zeminezemine7141
    @zeminezemine7141 3 роки тому +47

    Ay balam Allahdan qorxmurlar. Onlar şeytana qulluğ edənlərdir. Min ləhnət olsun

  • @sevilhuseynova8382
    @sevilhuseynova8382 3 роки тому +19

    Allah rəhmət etsin, unudulmaz müğənnimizə.Məkanı cənnət olsun.

  • @user-ug5rx3nl334
    @user-ug5rx3nl334 3 роки тому +9

    Allah rəhmət eləsin. Hər gün ayətəl kürsi, fələq və nas surələri oxunan evə cadunun heç bir təsiri olmaz

  • @sevincmansur4487
    @sevincmansur4487 3 роки тому +31

    Allah canım feda,ancaq Caduya inanıram da inanmıram da. Allah pis insanlara, pis emellerine göre lenet elesin. 🙏 Yene de Böyük Allahdan dileyimiz sonsuzdur 🙏

  • @alibayramoglu6114
    @alibayramoglu6114 3 роки тому +29

    ZÖHRE xanima. ALLAH. rehmet. etsin ruhu. sad. oisun amin

  • @user-fv4us2pm3r
    @user-fv4us2pm3r 3 роки тому +18

    Меканы ченнет олсун.🥀🥀😢

  • @vesileisrafilova4215
    @vesileisrafilova4215 3 роки тому +12

    Allah cadu edenede etddirenede nelet etsin.kim kime ne yaşadırsa evladından görsün.

  • @sabinasabina1170
    @sabinasabina1170 3 роки тому +12

    AY ALLAH NE VAXTA QEDER INSANLARIN TALEYI ILE OYNAYACAQLAR..ALLAH CADU EDENLERIN CEZASINI VERSIN ALLAH BOYUK SENETKARIMIZA REHMET ELESIN

  • @sevincnbiyeva1373
    @sevincnbiyeva1373 3 роки тому +11

    Allah rəhmət eləsin can Zöhrə xanım. Ruhun şad olsun inşallah. Ən çox sevdiyim böyük sənətkar. Gözəl insan, əsil ana, xanım xatın gözəl xanım. Hər zaman qəbilmizdəsiz... 🤲😔❤️🥀

  • @miribesirli7105
    @miribesirli7105 3 роки тому +4

    Bu xanımı çox istəyirdim, o qədər doğma gəlirdiki mənə. Allah rəhmət etsin ona . Allah günahların bağışlasın.

  • @alibayramoglu6114
    @alibayramoglu6114 3 роки тому +18

    ALLLH. ReHMET. ETSIN. MEMEDBAĜIRA. AMIN

  • @volodimirzelenski4801
    @volodimirzelenski4801 3 роки тому +4

    Bele analar cox azdirki, balasinin olumune dozmeyib olsun, qeyretli ana, serefli ana, allah yerini cennet etsin.

  • @khalidamammadova2105
    @khalidamammadova2105 3 роки тому +15

    Allah rəhhmət eləsin🤲

  • @user-cl3qe8gm8o
    @user-cl3qe8gm8o 3 роки тому +26

    Allah Rehmet Elesin Mekanınız Cənnət Olsun Amin Amin Allah

  • @niserehimova1594
    @niserehimova1594 3 роки тому +16

    Kim kimin heyatini cadu ilə məhv edirse allah onu bu dunyada cezasın versin

  • @arafbakuyev2313
    @arafbakuyev2313 3 роки тому +31

    ALLAH RƏHMƏT ƏLƏSİN SƏNƏTKARİ

  • @gilmanozman2978
    @gilmanozman2978 3 роки тому +41

    Allah cadu tilsimlə kiminsə həyatını məhf edirsə ona lənət etsin min lənət

    • @gulnarabashirova8178
      @gulnarabashirova8178 3 роки тому +2

      Amin

    • @fuadheybatov8357
      @fuadheybatov8357 3 роки тому +2

      Amin!

    • @aslanagayev4603
      @aslanagayev4603 3 роки тому +1

      Amin Amin Amin

    • @feridveliyev5097
      @feridveliyev5097 3 роки тому +2

      Amin.Men nece defe öz elimle tapmisam.Yuxumdada mene Allaha and olsun deyibler qebirisdanliga basdiriblar.Yuxumda hey ölü ğorurem.Amma heyetden oz elimle tapmisdim.Tesadufen heyetdeki otları tamizleyende tapdım. Hemise canimda agri var elimi ayagmi ele bil baglayiblar evde dura bilmirem halsiz oluram.Ne deyim Allaha hevale edirem.Ediklerinin bedelini canindan ceksin.Gorsun ki hec kime cadu tilsim etmek olmaz.Allahin qarsisinda nece cavab verecekler men bilmirem.

    • @nigarnajafguliyeva1047
      @nigarnajafguliyeva1047 2 роки тому +2

      @@feridveliyev5097 Feleq, nas surelerini oxuyun. Çalışın qüsullu gezin. Bir de inanmayin caduya. Onda adamı tutmur.

  • @nehayetmeherremli7485
    @nehayetmeherremli7485 3 роки тому +13

    Allah hər icisinede rəhmət eləsin. Heyif o gunlerden

  • @konultapan2077
    @konultapan2077 3 роки тому +12

    Allah rehmet etsin.Yaxşì insanlara nese olanda ya da dùnyadan kòçende bir ayrì pis olursan.Mekanì cennet olsun.

  • @feridveliyev5097
    @feridveliyev5097 3 роки тому +4

    Her kimki o isden mesguldu kiminse evini yixir canina qiyir.Allah onun etdiyi emelini caniynan odetdirsin.Amin

  • @latellae9694
    @latellae9694 3 роки тому +5

    O qeder cox sevirdim Zohrd xanimi.. Sanki doqmam idi.. Yeri cennet mekan olsun ❤️🌹🌹💔

  • @yeterdagistanli2091
    @yeterdagistanli2091 2 роки тому +2

    Acı dolu hayatı olmuş geçirmiş Zöhre hanıma çox üzüldüm her ikisine de Allah rahmet eylesin mekanları cennet olsun inşallah 😞

  • @vasifmehdiyev3357
    @vasifmehdiyev3357 3 роки тому +10

    Allah rəhmət eləsin

  • @elsnhacnski2880
    @elsnhacnski2880 3 роки тому +30

    Allah rəhmət eləsin. İsrafil özü qızılkimi oğlan olub.

  • @miribesirli7105
    @miribesirli7105 3 роки тому +16

    Cadu ona inananlara təsir edir. Əgər Allaja inam güclü olsa heç bir cadu təsir etməz insana.

    • @aslanpirkuliev5152
      @aslanpirkuliev5152 3 роки тому +2

      Duz deyirsiz

    • @feridveliyev5097
      @feridveliyev5097 3 роки тому +6

      Digrudur.Amma Hz Mehemmed Peygember Selavatullahada edmisdiler.Onada tesir edirdi.Onunda caninda agrilar olurdu.O cadunu batil edenden sonra onun canı sefa tapib

    • @aydanmemmedova1783
      @aydanmemmedova1783 3 роки тому

      @@feridveliyev5097 bes nece batil etmek olur?

    • @feridveliyev5097
      @feridveliyev5097 3 роки тому

      @@aydanmemmedova1783 Batil etmek ücün onu cixardirmalisan..Ediklerini acmalisan.Deyirler sirke yaxsidi cixardiranda bir nece gun sirkeli suda saxlamaq lazimdi.Amma men ozum heyetden tapdim.Bilmedim atdim.

  • @iraderesidova7811
    @iraderesidova7811 3 роки тому +4

    ALLAH REHMET ETSIN,GOZEL INSAN,SENATGAR,ANA - ZOHRE
    ABDULLAYEVA.YERIN RAHAT OLSUN.AMIN.AMIN.AMIN.

  • @elxanhsnli627
    @elxanhsnli627 2 роки тому +1

    Kiminsə evinə pis niyyətlə gələn ,cadu edən ,cadu gətirən adamın o ,böyük Allah bəlasın versin .Amin .

  • @ibadmemmedov110
    @ibadmemmedov110 3 роки тому +7

    ALLAH RƏHMƏT ELƏSİN

  • @user-vo1dm7il1r
    @user-vo1dm7il1r 3 роки тому +16

    АХ ЧАН БАЧЫ АЛЛАХ СЕНЕ РЕХМЕТ ЕЛЕСИН МЕКЕНЫН НУРЛА ДОЛСУН ЙЕРИН ЧЕННЕТ ОЛСУН.

  • @metanetsirinova8537
    @metanetsirinova8537 3 роки тому +6

    Caduya inandiği üçün olanlari cadudan görür..kaş heç kəsin ömrü yarim qalmaya...allah rəhmət eləsin

  • @elnurismayilov5708
    @elnurismayilov5708 3 роки тому +2

    Nur icinde yatsin Allah rehmet elesin

  • @minayqaraisayeva973
    @minayqaraisayeva973 3 роки тому +2

    Caan Allah rəhmət eləsin.Rebbim heç bir valideynə övlad acısı göstərməsin.Doze bilmedin Ay Zöhrə xanım dozulesi dərd deyil.Allah bütün valideyinlərə vaxtında övlad çiynində getməyi qismət eləsin.Amin

  • @kemaletaghiyeva6341
    @kemaletaghiyeva6341 3 роки тому +5

    Allah rəhmət eləsin məkanı cənnət olsun. Amin inşallah

  • @xalideagayeva8264
    @xalideagayeva8264 3 роки тому +3

    Allah rehmet elesin.🙏gozel insan,ana ve senetci.sizlerden bir daha olmayacag.😢🥀🥀🥀

  • @nazileeliyeva102
    @nazileeliyeva102 2 роки тому +1

    Allah hər ikisinə rəhmət etdin.Çox gözəl sənətkarlar idi.Məkanları cənnət olsun.Cadu yıxan evi heç fələkdə yıxmaz.Allah oğlunada rəhmət etsin.Zöhrə xanım çox abırlı qadın olub.

  • @Gunes-sever
    @Gunes-sever 3 роки тому +6

    Allah rəhmət eyləsin 🤲

  • @RR6478
    @RR6478 3 роки тому +4

    Allah rəhmət eləsin.
    "Qara gözlər" mahnısın onun qədər gözəl ifa edən yoxdur

  • @hli-beytasiqi4378
    @hli-beytasiqi4378 3 роки тому +14

    Allah rəhmət eləsin Amin

  • @user-lr3ux7po3t
    @user-lr3ux7po3t 3 роки тому +4

    Allah rəhmət eləsin gözəl sənətkarlarımıza,🖤🌹🌹

  • @nilufarmammadzada6943
    @nilufarmammadzada6943 3 роки тому +3

    Allah rəhmət eləsin. Gözəl sənətkar, ləyaqətli qadın idi

  • @fatostv1523
    @fatostv1523 3 роки тому +2

    CAN CAN GETDİN BALANA QOVUŞDUN ALLAH HƏR İKİNİZƏ RƏHMƏT ETSİN 😭😭😭😭😭❤

  • @sarfinaznadirova1883
    @sarfinaznadirova1883 2 роки тому +1

    Ana balanın yeri cənnət olsun.amma kim kimə pis niyyətlə ailəsinə övladına qarşı əməllər edirsə, Allah öz ailəsində onu görsün.məsləhət Allahındır

  • @ilahhmdova1131
    @ilahhmdova1131 3 роки тому +19

    Kim.bu caduları efib sizin həyatınızı qaraldıbsa allah bəlasını versin.

  • @behruzsoltanov3914
    @behruzsoltanov3914 2 роки тому +1

    Məzmunlu söhbət üçün çox sağ olun
    Əməyinizə sağlıq....

  • @rafigatahirova3253
    @rafigatahirova3253 3 роки тому +3

    Allah rehmet elesin.Gozel senetkarimiz idi.

  • @fruzmmmdova7594
    @fruzmmmdova7594 3 роки тому +5

    ALLAH RƏHMƏT ELƏSİN..YERİ CƏNNƏT MƏKAN OLSUN.AMİN....

  • @necefqasimov7907
    @necefqasimov7907 3 роки тому +3

    Allah rehmet elesin gözel xanim gozel senetkar gozel ana..Sene bele heyat ne tale yarasmadi feleyin isine ne deyesen kas heyayinda olmasa bele oqıundan sevineydin.Amma tessuf ki oqlunuda itirdin.Ve dünyan qadanliqa bürendü pis derde saldi ozunu ana ureyi dozmedi.Mekanin cennet olsun gözel senetkarimiz.Balana qovisdun rahat yat ana.😪

  • @nurcamalmamedova6048
    @nurcamalmamedova6048 3 роки тому +4

    Allah rəhmət eləsin!

  • @svetafrolenkova3763
    @svetafrolenkova3763 3 роки тому +3

    Allah rehmet elesin.

  • @kifayettagyeva6357
    @kifayettagyeva6357 3 роки тому +4

    ALLAH rehmet elesin mekanı cennet ruhu şad olsun AMİN

  • @elsadmemmedov2318
    @elsadmemmedov2318 3 роки тому +3

    Halal olsun Zöhre xanıma Allah rehmet etsin çox heyf ki namaz qılmayıb gerek qılardı mma yenede Allah rehmet etsin oğlu üçün ölen amna

  • @ilaheqasimova8167
    @ilaheqasimova8167 3 роки тому +5

    Yazıq qadın oğluna qovuşdu. 😓😓😓

  • @sairamusaeva2656
    @sairamusaeva2656 3 роки тому +3

    Allah qeni qeni rehmet elesin mekani cennet ruhu wad olsun
    gozel insan evezsiz senetkar idi hec vaxt onun wirin sohbetini unutmadim🥀🥀🥀🥀🙌🏻

  • @rfiqqdirova2511
    @rfiqqdirova2511 3 роки тому +4

    Cadu yıxmayan ev yoxdur Allahcəmi ölənlərə rəhmət eləsun

    • @Nihad3377
      @Nihad3377 3 роки тому +2

      Allah cadu edenlerin belsin versin paxiliqdan edirler

  • @natavanezizova4674
    @natavanezizova4674 3 роки тому +2

    Allah rehmet etsin Zohre x.,Israfile ve
    Yoldawi Yusife.Cox yaxwi insanlar idiler.
    Qonwumuz olublar mkr.-da.

  • @bakubaku5112
    @bakubaku5112 10 місяців тому +2

    Cadunun da Bəd duanın da iki başı var, bir başı Cadu olanı tutursa, 2-ci başı Cadu edənə qayıdır! 👋 Allah sənə Rəhmət Eləsin ay Zöhrə xanım, axı ölənlə ölmək OLMAZ!😔

  • @mrs.dadashzada8546
    @mrs.dadashzada8546 2 роки тому +2

    Kukla kimi kadin sanki bir şam kimi eridi 😔Allah rehmet elesiin Zohre xalam Bizimlede dersdlerini evimize gelirdi gedirdi Allah rehmet elesin😭

  • @ruhengizmusevi6935
    @ruhengizmusevi6935 3 роки тому +1

    Allah rehmet elesin. Nur icinde yatsin. Amin

  • @xurukuliyeva7543
    @xurukuliyeva7543 3 роки тому +3

    Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

  • @halithuseyin1020
    @halithuseyin1020 3 роки тому +2

    Allah rehmet elesin. Dünya Cox fanidi.

  • @mikaylzad9289
    @mikaylzad9289 3 роки тому +2

    Allah rəhmət eləsin. Gözəl xanım idi.

  • @gulnaraahmadova5699
    @gulnaraahmadova5699 2 роки тому

    Cox gozel verlisler cekirsiz,cox kazimla bir isdir.cix sag olun.

  • @amshd9762
    @amshd9762 3 роки тому +2

    Ogul derdi yixdi Zohrə xanimi Allah rəhmət etsin

  • @chuseynqizi8323
    @chuseynqizi8323 3 роки тому

    Serdar Amin bey teshekkurler, cox gozel hazirlamisiz. Allah oglunada, ozunede rehmet elesin Zohre xanimin🙏🏻😥

  • @canazrbaycan8628
    @canazrbaycan8628 3 роки тому +3

    Allah rəhmət eləsin. ..😔

  • @mehrimustafayeva1842
    @mehrimustafayeva1842 3 роки тому +1

    Allah rəhmət eləsin sənə gözəl insan...

  • @renaeliyeva9655
    @renaeliyeva9655 3 роки тому +3

    Allah rəhmət etsin 😔

  • @orxannuriyev1398
    @orxannuriyev1398 3 роки тому +1

    Sağ ol qardaş işıqlandırdığıva görə. 👏👏👏

  • @amidxanazeri
    @amidxanazeri Рік тому

    Allah rehmet elesin.
    Çox gozel Senetkar idi.
    Mekani Cennet olsun 🤲🤲🤲

  • @minayenebiyeva3504
    @minayenebiyeva3504 2 роки тому

    Allah'tala rehmet elesin. Sevimli senetkar!. Amin🙌🙌💐🇦🇿

  • @sahinpasa599
    @sahinpasa599 2 роки тому

    Cox sevirdim Zohre xanimi, hormetli izzetli sozunu bilen qadin idi, Allah rehmet elesin size

  • @elirza8695
    @elirza8695 3 роки тому +2

    Zohre xanlm rehmetlik xalamin hem baciligi hemde sinif yoldasl olub Allah qeni qeni rehmet elesin

  • @senisebilova2615
    @senisebilova2615 3 роки тому

    ALLAH REHMET ELESİN AMİN 🙏

  • @sevilia.m.1078
    @sevilia.m.1078 3 роки тому +4

    Yaxin adamini itirənlər hamısı eyni cür fikirləßirmiş.Mən də istəyirəm ki, anam yuxuma gəlib mənə desin ki, yerim yaxşidir.Bu mənə təsəlli olardı..

  • @yusifnecefli6229
    @yusifnecefli6229 3 роки тому +1

    Allah rehmet elesin

  • @fatostv1523
    @fatostv1523 3 роки тому +1

    ALLAH RƏHMƏT ETSİN PİS İNSANLARA LƏNƏT OLSUN

  • @arazbey5331
    @arazbey5331 3 роки тому +1

    Allah rəhmət eləsin. Tek balası varıymış mən indi bildim. Can çox çetindi.

  • @goyckmmmdova7629
    @goyckmmmdova7629 3 роки тому

    Allah rəhmət etsin, oğlunun da Zöhrə xanımın da yeri cənnət olsun Amin.

  • @lalamuslimova5800
    @lalamuslimova5800 3 роки тому +1

    Allah rəhmət eləsin. Ruhu şad olsun.

  • @hatrazayidova6637
    @hatrazayidova6637 3 роки тому

    COOX.UZULDUM.ALLAH.REHMET.ELESIN

  • @elsadmemmedov2318
    @elsadmemmedov2318 3 роки тому +27

    Cadunu bir şey temizleyer o da Ayetel kürsüdü ne qeder böyük cadu olsada Allaha inan amma ürekden yenede deyirem
    Ayetel kürsü 100 faiz

    • @huseynova9130
      @huseynova9130 3 роки тому

      Salam neçe defe oxuyaq

    • @leylamusazade3969
      @leylamusazade3969 3 роки тому

      @@huseynova9130 güclü adama cadu təsir etməz

    • @huseynova9130
      @huseynova9130 3 роки тому

      @@leylamusazade3969 😔😔😔

    • @leylamusazade3969
      @leylamusazade3969 3 роки тому

      @@huseynova9130 bizə qohum qatix getirmişdi balonun üstüne qəbir şəkli variydi tulladix

    • @huseynova9130
      @huseynova9130 3 роки тому +1

      @@leylamusazade3969 Allah özü qorusun bizleri

  • @gendafallahverdiyevq1914
    @gendafallahverdiyevq1914 3 роки тому

    Ela qadinlar muqqaddasdir Heyf ALLAHIN RAHMATINA QOVUŞSUN

  • @user-nu2hf8go2x
    @user-nu2hf8go2x 2 місяці тому

    Аллах Рахмат еласын зохра Ханым йери чаннат олсун руху шад олсун...... Хар ашыгын Бир довраны вар иди..... Корасан бизим ахиратымыз неча олар.... Гой танры бизим агибатымызы ва ахыратымызы хеирли етсин. Хаят сан на гарибасан.......

  • @selimenikbin958
    @selimenikbin958 3 роки тому

    Ne pis oldum ya...Allah cennet mekan ehlinden etsin oğlunu da özünü de. Amin inşallah! 😭😭

  • @ismaylov4487
    @ismaylov4487 3 роки тому

    Allah rəhmət eləsin .gözəl insan idi çox sevirdik onu.

  • @ceyranhashimova3197
    @ceyranhashimova3197 3 роки тому +1

    ALKAH RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN

  • @aybnizaybniz7687
    @aybnizaybniz7687 3 роки тому

    ALLAH RƏHMƏT ELƏSİN!!!

  • @user-un8ti7ev1h
    @user-un8ti7ev1h 3 роки тому +1

    Allah rəhmət eyləsin anamın adaşı Rəbbib hər ikisinin məkanını cənnət eyləsin amin inşəAllah

  • @user88815
    @user88815 2 роки тому

    Allah rehmet elesın Ruhu wad olsun Amın