Ağdam - Füzuli avtomobil yolunun tikintisindən ən son görüntülər (aprel 2024, AAYDA)

Поділитися
Вставка
  • Опубліковано 3 кві 2024
  • Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək #Ağdam-#Füzuli #avtomobil #yolu 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. İndi I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız #qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 331.35 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü #suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə #yeraltı və #kommunikasiya #xətləri üçün nəzərdə tutulan #ehtiyat #keçidlərinin inşası tamamlanmışdır.Yolun km 0-32,4 km-lik hissəsində layihə çərçivəsində 36 ehtiyat keçidi, 31 #dairəvi su ötürücü borunun, 27 #düzbucaqlı boru, 5 alt #keçid, 1 #kəhriz keçidinin, 3 ədəd #körpünün inşası 90% tamamlanıb. Bundan başqa, bitki qatının çıxarılması və qazma işləri 100%, torpaq yatağının tikintisi 92% yerinə yetirilib.
    Yolun 32,4-64,8 km hissəsində torpaq işləri və hamarlayıcı qatın tikintisi bitib. Ayrı-ayrı hissələrdə əsasın alt qatının tikintisi və #asfalt-#beton örtüyün döşənməsi işləri davam etdirilir. Layihənin sözügedən hissəsində 16 #keçid və 25 kommunikasiya borusu, 67 müxtəlif #diametrli suötürücü boru inşa edilib. Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 100 %, #süni #qurğular 99 %, yol geyimi 65 % olmaqla, ümumilikdə #tikinti işləri 72 % icra olunub.Yolun layihə üzrə nəzərdə tutulan 39-cu kilometrində körpünün dayaqlarının tikintisi işləri davam etdirilir. 63 və 65-ci km hissələrində yolötürücünün tikintisi yekunlaşıb

КОМЕНТАРІ • 20

  • @FexreddinEliyev-ts2bz
    @FexreddinEliyev-ts2bz Місяць тому

    Quruculuda iştirak edən hər kəsə Əhsən

  • @rzarzayev4607
    @rzarzayev4607 Місяць тому

    Allah CC işinizə sürət qolunuza qüvvət versin in şə Allah

  • @metinakyol1333
    @metinakyol1333 2 місяці тому +5

    Türkiye'den kardeş ülke,Ata dede yurdum Can Azerbaycan' a kucak dolu salam ve sevgiler❤ Benim bir canım var ama iki üreğim var, biri Türkiye'de diğeri Can Azerbaycan' da ... Saadet hanım sizlere de çok teşekkürler..

  • @user-yf5rl1dx4z
    @user-yf5rl1dx4z 2 місяці тому +1

    Аilahi köməyiniz olsun video cəkənlırində yol cəkənlırində!

  • @Shtisel.
    @Shtisel. 2 місяці тому +1

    Xeyirli uğurlu olsun.Allah ozu komek olsun.

  • @elxanquliyev302
    @elxanquliyev302 2 місяці тому +1

    Mümbit əkin sahələrini yol altında qoymağa adamın heyfi gəlir

  • @user-fr3ou1uh4r
    @user-fr3ou1uh4r 2 місяці тому

    Ömrümü xəzan çağların yaşayıram çox istərdim gedib bir iki il vətənim Ağdamda yaşayım qurub tikələrini qoluna qüvvət bir az tez köç olsa lap yaxşı olar bizim də arzumuz ürəyimizdə qalmaz

  • @elxanismaylov2350
    @elxanismaylov2350 2 місяці тому +4

    Düşmən o qədər mina basdırıb başa düşürük amma adam darıxır. Yaşlılar dünyasın dəyişir tezliklə qayıdış olsaydı gedib yaşayırdıq.

    • @RamiqKazmov
      @RamiqKazmov 2 місяці тому +2

      Inşallah ən yaxın zamanda. 😁 Millətimlə fəxr edirəm, bir belə uğurlara imza atdıq, burada hamının payı var. Torpağın azad olmasının da , abadlaşdırılmasında da. Bir sözlə ancaq qürur, fəxr və iftixar hissləri baş alır.

    • @mayarustemova55
      @mayarustemova55 Місяць тому

      ALLAH XEYİR VERSİN .YORULMAYASINIZ 🙏🏼🤲👍👍👍

  • @aygun8484
    @aygun8484 2 місяці тому +3

    Sadet xanim Agdama ne vaxt kocuruk sebirsizlikle hemin gunu gozleyirem ?

  • @eminismayilzada7875
    @eminismayilzada7875 2 місяці тому +1

    👍🏻💪🏻🇦🇿⭐️AGDAM⭐️Seadet Memmedova⭐️

  • @FuadSadqov-di9wv
    @FuadSadqov-di9wv 2 місяці тому +2

    Yenə səadət ❤ saqol var ol

  • @vusal3773
    @vusal3773 2 місяці тому +1

    Seadet xanım salam ağdamda ne yenilik var çekin gösterin allah sizi bizim üstümüzden eskik etmesin

  • @vosmabli1420
    @vosmabli1420 2 місяці тому

    Sentyabrdan sonra elə bil yol işləri yavaşlandı

  • @alimerziliaz
    @alimerziliaz Місяць тому

    Mərzili

  • @may_laytrucker3127
    @may_laytrucker3127 2 місяці тому

    When is the good time to visit azerbaycan ?