Çəpgözlüyün yaranma səbəbləri

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • Əziz valideynlər, bəs sizin övladlarınız gözlərini yoran fəaliyyətlərlə məşğul olurlarmı? Bunun üçün nə kimi tədbirlər görürsünüz?
    Bu dəfəki videomun mövzusu uşaqlarda çəpgözlüyün yaranma səbəbləri haqqındadır. İzləməyi unutmayın.
    Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
    Facebook: / rafadarxalilov
    İnstagram: / rafadarxalilov

КОМЕНТАРІ • 98

  • @shidlrolmzvtnbolunmz8609
    @shidlrolmzvtnbolunmz8609 4 роки тому +5

    Həqiqətən də çox gözəl izahdır. Çox sağ olun həkim

    • @RafadarXalilov
      @RafadarXalilov  4 роки тому +1

      Təşəkkür edirəm. Gözləriniz nurlu olsun.

    • @musiq_mp3
      @musiq_mp3 Рік тому

      @@RafadarXalilov hekim nomre varsa sizle əlaqe saxiyaq 😊

  • @metlebehmedov7679
    @metlebehmedov7679 4 роки тому +3

    👍 cox gozel izah verdiz hekim.

    • @RafadarXalilov
      @RafadarXalilov  4 роки тому

      Təşəkkür edirəm. Nurlu gözlərlə bizi izləməyə davam edin.

  • @trendmusiqikanal6516
    @trendmusiqikanal6516 4 роки тому +3

    Çox teşekkürler dr melumatlarınız üçün

    • @RafadarXalilov
      @RafadarXalilov  4 роки тому

      Mən də təşəkkür edirəm. Sağlam gözlərlə bizi izləməyə davam edin. Xoş izləmələr.

    • @sevincseferova7425
      @sevincseferova7425 Рік тому

      ​@@RafadarXalilov Salam çox deyerli gőzel hekim.Ilk olaraq geniw melumatiniz űcun minnetdariq.Bir sualim olacaq size bilmirem cavablandirarsiz,ya yox.Menim kőrpemin 3yawi olacaq 4gundur artiq gőzunde gőze carpacaq derecede ceplik yaranib sol gőzunde.Bilmirem ne edim nece edim cox narahat oluram butun gunu muwahide edirem uwagi

  • @user-jq9ru8jy2m
    @user-jq9ru8jy2m 2 місяці тому

    Axsaminiz xeyir bagiwliyin hekim.sizi bu vaxt narahat edirem. Qizimi isdiyirem.yaniniza getirim.gozunde ceplik var amma.3 ildiki.cepliyi heccur duzelmir.5 yawi var

    • @RafadarXalilov
      @RafadarXalilov  2 місяці тому

      Salam. Qəbulla bağlı +994 51 555 58 50 bu nömrə ilə əlaqə saxlayın əməkdaşımız sizə köməklik göstərəcəkdir.

  • @taryelhsimli7344
    @taryelhsimli7344 2 роки тому +1

    Həkim mənim sudurqadan sol gözüm çəpləşmişdi 7 aylıq olanda 8 yaşında bir nervipatoloq tərəfindən düzəldildi indi 22 yaşım var . Sualım odur ki mənim gözüm yenidən nə vaxtsa çəpləşə bilər?

  • @iravanisazerbaijan6095
    @iravanisazerbaijan6095 3 роки тому +4

    Həkim salam hər vaxtınız xeyir. Eynəklə çəpgözlük tam müalicə olunurmu? Və eynək taxmaq həmişə lazım olur ya müəyyən müddətə?

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому +2

      Salam. Eynəyin bir neçə növü var ki, tam akkomadativ növündə çəplik eynəkdə aradan qalxır. Gözün dəyərlərindən asılı olaraq irəli yaşlarda düzələ də bilər, qala da bilər.

    • @iravanisazerbaijan6095
      @iravanisazerbaijan6095 3 роки тому

      @@RafadarXalilov bəs yaş faktoru rol oynayırmı? Yəni 5 yaşlı uşaqda tam müalicə mümkündürmü

  • @Əli_00
    @Əli_00 2 роки тому +1

    Həkim salam məndə anamda var mənədə artıq 2 illdi əmələ gəlib 22 yaşım var bilinir artıq xarici çəpliy müşahidə olunur bunun üçün kontakt linza çəpliyi bildirməyə bilər ?

  • @Ayanİsmayılova-n3c
    @Ayanİsmayılova-n3c 6 місяців тому +1

    18 yaşım olacaq. Çəpgözlük əməliyyatı olmaq istəmirəm. Evdə göz idmanı edərək, çəpliyi aradan qaldıra bilərəm ? Gözümün biri çəpdir.

    • @RafadarXalilov
      @RafadarXalilov  6 місяців тому

      Çəplik müayinə edilməlidir və əməliyyata göstəriş olan çəplik idmanla toparlanmaz.

  • @nazimltifov9011
    @nazimltifov9011 Рік тому

    Salam. Qızımın 8 yaşı var.Körpə yaşlarından sağ gözündə qaçma olur.Həkimə apardım dedi görməsi normaldı, müsbətdi.Eynəyə ehtiyac yoxdu. Amma yaş artdıqca gözündə qaçma daha çox olacaq.O zaman əməliyat etmək lazımdı.Belə çəplyin eynəklə müalicəsi yoxdu.
    Bu necə ola bilər? Hansı səbəbdən ola bilər?Zəhmət olmasa cavablandırardınız.

  • @cmilslimova1476
    @cmilslimova1476 3 роки тому

    Salam doktor menim gözüm yorulur ceplesdirib baxanan sonra rahatlayiram

  • @IlahAbdullayeva-gh7pg
    @IlahAbdullayeva-gh7pg 5 місяців тому

    Salam hekim menim oglum 2yaşindan sonra gozunde ceplik yarandi indi 4yaşi var evvel ceplik solda idi indi sagdadi... Hekim dediki damarlarinda prablem yoxdur irsi ola biler ceplik lakin Nervipotoloq qebulunda olduq o dedi kelle daxili tezyiq var ve beyinde 111ocaq var ceplik ondandir.. Meslehetiniz nedir xayis edirem gazardiz

    • @RafadarXalilov
      @RafadarXalilov  5 місяців тому

      Salam. Gözü görmədən və çəpliyin dəqiq növünü təyin etmədən bir söz deyə bilmərəm. Məsləhətim odur ki, çəplik mövzusunda ixtisaslaşmış, mövzuya hakim göz həkimi müayinəsində olasınız və həkiminizin məsləhətinə güvənəsiniz.

  • @aytacmemmedova6280
    @aytacmemmedova6280 Рік тому

    Salam həkim mənim gözümdə astigmatism var və cəplik yaranıb sağ gözümdə 1%görmə var eynək yazılıb yeni taxiram cox bulaniq görürəm eynəklə yəni bu astigmatili cəp gözluyu əməliyyat etmək mümkündür?

  • @rahimhaciyev9450
    @rahimhaciyev9450 3 роки тому

    Oğlumda heç bir prablem yox idi gözlerinde heçnə his olunmurdu. Korpelikde göz həkiminə de göstərmişdim bacısını aparmışdım deyə hazır getmisken oğlumu da yoxladım heçne yox idi. Qızdırmadan qıcolmalar da çox tutub. Ama yenə de heçne yox idi neçə ay qabaq başı deydi pis deydi hemen günden 2gun sonra sağ göz bəbəyi ortaya tərəf axir. İndi artıq emelli his olunur ceplesib uşağın gözü. Başı deymeden ola bilərmi?

  • @tahminazeynalova8337
    @tahminazeynalova8337 2 роки тому

    Salam. Qizim 3ayliqdir. Gozlerinin cepliyi nece aya kimi duzelmelidir?

  • @ceyhunabbasov3380
    @ceyhunabbasov3380 3 роки тому

    Salam bali hakim .Uja yeddi ayda kecib burda kantda yena hakim baxdi indi deyir iralilayiş yoxdu amma üç ay bundan qabaq demişdi üç daraca düzalib indi işa deyir bundan artıq iralilayiş yoxdu necadi elada qalib daha amaliyyat lazimdi aparın amaliyyata siz na deyardiz ?birdaki hakim sag göz düzalanda sol göz iça dogru girir amma yenada zaiflik yoxdu birda görürsan tamiz düzalir birdanda çaplaşir yani sanki azala oynayır siz na maslahat görardiz hakim biza bir maslahat verardiz xahiş ediram ?

  • @abdulabdulzade4370
    @abdulabdulzade4370 2 роки тому +1

    Salam hər vaxtınız xeyir olsun Narahat etdiyim üçün üzr istəyirəm Həkim zəhmət olmasa deyerdiz 4 yaşında qızımın gözündə 15 dərəcəli daxili çəplik var burdakı həkim+1,50 eynək yazıb dedi 1il taxsn Peşəkar Həkim zəhmət olmasa deyin bu eynək düzəldəcək qızımın gözündəki cəpliyi Cavab yazn Xahiş

  • @nrgizabusova8641
    @nrgizabusova8641 2 роки тому

    Salam doktor çep gözlüluyun hamileliye nece tesirleri olur? Göz kor ola biler?

  • @natiqsuleymanov812
    @natiqsuleymanov812 Рік тому

    Salam dokdur unvani bilmek isderdim qizimin gozunde ceplik var sol terfde getirmek isterdim

    • @RafadarXalilov
      @RafadarXalilov  Рік тому

      Salam. Keçmiş olsun.
      050 391 94 22 - qeydiyyat nömrəmizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.
      Ünvanımız: Ayna Göz Lazer mərkəzi (Spero Klinikası (köhnə Dobromed klinikası), 2-ci mərtəbə),
      20 Yanvar küçəsi 1/ B, Şamaxinka

  • @TeymurEliyev-bz6rp
    @TeymurEliyev-bz6rp 5 місяців тому

    Sal.am.hekim.bizimde usaqda sonradan yarandi ceplik emeluyat deyibler

    • @RafadarXalilov
      @RafadarXalilov  5 місяців тому

      Salam. Səbəb fərqli ola bilər. Çəpgözlük barədə videolarımda bu haqqda ətraflı
      məlumat vermişəm .
      Ümid edirəm sizlərə faydalı olar.

  • @aysel-w5t
    @aysel-w5t 9 місяців тому

    Cox yaxsi izah etdiniz doktor menim korpem 5 aylikdi bir gozu iceri dogru batir oz ozune duzele biler? Necenci ayindan hekime aparim

    • @RafadarXalilov
      @RafadarXalilov  9 місяців тому

      Salam. Nə qədər tez müalicə olunarsa, gözün normallaşma şansı o qədər yüksək olur.

  • @fermanmanafov4353
    @fermanmanafov4353 3 роки тому

    Salam.Anadangəlmə çəpgözlüyün səbəbi?

  • @farzalisahbazov
    @farzalisahbazov Рік тому

    Salam hekim menim oglumun 6yasi var bir aydiki gozunde cepliq yarandi gozunde hec bir pirablem yox idi malice gedir gozne hekimler deyir apresa olmalidi birden ceplesen gozdu niye apris olsun men cavab yazardu xayis edirem rasiyada olam

    • @RafadarXalilov
      @RafadarXalilov  Рік тому

      Salam. Çəpliyin nə zaman əmələ gəldiyi önəmli deyil. Əsas məsələ çəpliyin növüdür. Əgər eynəklə çəplik bərpa olmursa, demək əməliyyat olunmaq lazımdır.

  • @heyderbabayev5157
    @heyderbabayev5157 2 роки тому

    Salam doktor.Qızım 6 aylıqdır.Biz gözündə çəplik var.Amma siz dediyiniz kimi,arada olur arada isə çəplik görünmür.Dedilər ki,3 yaşına kimi keçib gedəcək,uşaqlarda olurmuş belə hal.Nə dərəcə doğrudur? Həkim müayinəsi lazımdır? Təbii ki 3 yaşına kimi gedəcək deyilməsi məni qane etmir,özüm araşdırma edirəm.Birdə,bir iki dəfə oynatmaq məqsədilə uşağı azca atıb-tutublar.Bundan ola bilər?Zəhmət olmasa cavablandırarsınız🙏

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam. Yaxşı olar ki, uşağı professional dəstək alıb oftalmoloq müayinəsindən keçirəsiniz. O zaman daha dəqiq qərar vermək mümkündür. Atıb tutmaq uşaq üçün məsləhət görülməyən bir yanaşmadır. Mümkün qədər uşağı belə kəskin hərəkətlərdən qorumaq məsləhətdir.

  • @KING-rl7gq
    @KING-rl7gq 2 роки тому

    Salam Rəfadar həkim sizdən bir söz soruşmaq istəyirəm, mənim bir gözüm Əməliyyat olunub təxminən. 7-8 il əvvəl indi o gözüm ağrıyır bəzən bu nədən ola bilər, təhlükəlidirmi bu?

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam. Ağrının səbəbini araşdırmaq lazımdır.

  • @NaziShirinova
    @NaziShirinova 4 місяці тому

    Hansi xestexanada csliwir hekim

    • @RafadarXalilov
      @RafadarXalilov  4 місяці тому

      Salam. 050 391 94 22, 051 555 58 50 - qeydiyyat nömrələrimizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.
      Ünvanımız: Ayna Göz Lazer mərkəzi (Spero Klinikası (köhnə Dobromed klinikası) 2-ci mərtəbə), 20 Yanvar küçəsi 1/ B, Şamaxinka

  • @Ehm528
    @Ehm528 Рік тому

    Salam hekim xais edrem cavab vererdiz oglumun 1 yasi var sag gozunde iceri dogru azca ceplik var onu nece malice ederler eynekle duzeler yoxsa nece malive edirsiz 1 yasda usaqa ? Zehmet olmasa cvab verin ne olar

    • @RafadarXalilov
      @RafadarXalilov  Рік тому

      Salam. Müalicə çəpliyin növündən asılır. Çəpliyin səbəbinə görə müalicə taktikası dəyişir. Bəzən yalniz eynəklə, bəzən zamanla, bəzən isə əməliyyatla çəplik normallaşır.

  • @ruslanbadalov5619
    @ruslanbadalov5619 2 роки тому

    Həkim salam sizin xestekananiz harda yerləşir mənim gözümdə cepdiye deyinde zəhmət olmasa mən heç birinə baxmıram telefona ancaq arada baxıram oyun az oynayiram ancaq mənim 1 gözüm sol gözüm çox cepdi və mən ondan ezyet çəkirəm deyerdizde harda yerlesirse xəstəxana gələrdim yanınıza baxardzda qozume

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam.
      Ünvanımız:
      Spero Klinikası (köhnə Dobromed klinikası), 2-ci mərtəbə, Ayna Göz Lazer mərkəzi,
      20 Yanvar küçəsi 1/ B, Şamaxinka.
      050 391 94 22 - qeydiyyat nömrəmizdir.
      Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.

  • @nrgizabusova8641
    @nrgizabusova8641 2 роки тому

    Salam doktor cəp gözlu qadinalr uşaq dunyaya getire biler? Fəsadsiz ve yaxudda hansi fesadlarla qarsilaşmaq olar?

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam. Çəpgözlüyün doğumla əlaqəsi yoxdur.

  • @AVOKADIK-vl7vb
    @AVOKADIK-vl7vb 11 місяців тому

    Doxdur xais edirem cv yazin qizim goz cepliyinden emelyat olunub 3 4 aydir yeniden yaranib ceplik

    • @RafadarXalilov
      @RafadarXalilov  11 місяців тому

      Salam. Sualınız nə ilə bağlıdır? Əməliyyat harda icra edilib?

  • @ailyemirzeyeva1713
    @ailyemirzeyeva1713 2 роки тому

    Dokdr salam 23 yaşm var gözlerimde ceplik var amma anadan gelme deyl yıxıldığım üçün tramva almışam ondan sora olub geddim hekime dediler gozde 18 yaşında düzelecey amma düzelmir ne ede bilerem

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam. Çəpliyin növünə görə müalicə usulu fərqlidir. Çəplik daimi xarakter daşıyır və sizi narahat edirsə problemi aradan qaldirmaq mümkündür.

    • @ailyemirzeyeva1713
      @ailyemirzeyeva1713 2 роки тому

      @@RafadarXalilov cooox teşekur melumat üçün mende arada lapda berbadlaşır arada ise bilinmir emeliyat isdiyirer amma qorxuram ki düzelmesin emeliyatdan sonra düzelmeme ehdimalı varmı dahada pisleşme

  • @ceyhunabbasov3380
    @ceyhunabbasov3380 4 роки тому

    Salam hakim manim oglumun gözü birdan biraca çaplaşdi 7di yaşina keçib uja 6i aydiki beladi ondan 4-5ay qabaq Hama'n gözünün üstüna yıxilmişdi yani avvaldan hec bir problemi olmayib gözünda.hakim baxib bir hakim amalliyat lazimdi dedi başqA hakimsa hala tezdi gözlamak lazimdi dedi eynak taxiriq va gözlayirik bu na daracada düzgündür ?birdaki uşagin gözünda zaiflik yoxdu sağ göz iça dogru çaplaşib hakim demişdi 15 daraca çaplikdi eynayida 0.50 likdi xahiş ediram sizda bir fikir söylayin?

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому

      Salam. Çəplik mövzusu çox ciddi movzudur və ciddi müayinə və müalicə tələb edir. Çəpliyin səbəbi , növü, dərəcəsi təyin edildikdən sonra müalicə taktikası seçilir.

  • @Black-xf6lc
    @Black-xf6lc 2 роки тому

    Çeplik emeliyatindan sonra düzelen göz tekrar çepleşe biler ?
    Bilerse ne qeder vaxtda ve nece bile bileriy?

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam. Bu məsələ individualdır və nadir hallarda olsa da çəpliyin başqa növünün yaranma ehtimalı ola bilir. Bunu vizual olaraq gözün paralelliyinin pozulması şəklində müşahidə etmək olur.

    • @Black-xf6lc
      @Black-xf6lc 2 роки тому

      @@RafadarXalilov mende anadangelme ptozis olub bunnan sonra gozde ceplik yaranib emeliyat olunsam goz yeniden cepleser gozde tenbellik zeiflik var amma coxda zeif deil insanlarin uzunu fln rahatliqla gore bilirem zeif gozle

  • @user-te1hx3nt6o
    @user-te1hx3nt6o 2 роки тому

    Nece ayliqdan bilinir cep gozluk olduğunu

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam. Çəplik anadangəlmə və qazanılma ola bilir. Anadangəlmə çəplik erkən dövrdən (2 aydan sonra) baris üzə çıxır . Və qazanılma çəplik üç yaşdan sonra hiss oluna bilir.

  • @nazimmovsumov9096
    @nazimmovsumov9096 2 роки тому

    Salam.Həkim sizin iş yeriniz haradır bilmək olsr?Uşağın 5yaşı var iki gün əvvəl sol gözü çəpləşib

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam.
      Ünvanımız:
      Spero Klinikası (köhnə Dobromed klinikası),
      2-ci mərtəbə,
      Ayna Göz Lazer mərkəzi,
      20 Yanvar küçəsi 1/ B,
      Şamaxinka.
      050 391 94 22 - qeydiyyat nömrəmizdir.
      Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.

  • @bhmnabbasov7883
    @bhmnabbasov7883 3 роки тому

    Salam hekim menim qızımın 5yasi varsağ gözünde çəplik var həkimə apardım her iki gözünde zəiflik çıxdı sağ gözünde zəiflik çox çıxdı müalicə aldı açqi yazıldı artıq 8aydi taxır amma indi acqini çıxardanda yenə gözü ceplesir zəhmət olmasa cvb yazardz

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому

      Salam. Gözdə dərəcəyə bağlı çəplik varsa eynəyi çıxaranda çəpliyin olması o göz üçün normaldı.

    • @bhmnabbasov7883
      @bhmnabbasov7883 3 роки тому

      @@RafadarXalilov Salam hekim çox sağ olun cvb verdiyiniz üçün biz sizin yanınıza gətirmək istəyirik burdakı həkimin müalicəsinden o qədər razı deyilik gəlib orda müayinə etdirmək istəyirik uşaqda birazda aqressivlik var danışanda yuxariya baxir

  • @OurEnglishLessons0
    @OurEnglishLessons0 2 роки тому

    Salam hekim.Çepgözlük emeliyyatin 18 yaşından sonra etme ile daha erken yaslarda etmede ferq var?Çox xahis edirem cavab verin

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому +1

      Salam. Mən çəplik problemi olan bütün xəstələri qəbul edirəm. Çəplik əməliyyatı əgər kiçik yaşlarda olunmayıbsa, problem hələ də qalırsa, böyük yaşlarda da icrası mümkündür.

  • @daryamamedovna2370
    @daryamamedovna2370 2 роки тому

    Salam hekim. Tropiyada tez düzelir ya Foriyada ?
    Usagin 3 yaşı var. Herden ya aqressiv olanda , ya da dalgın kimi baxanda ceplik hiss etmisem. Amma gözleri sağa sola, yuxari aşağı aparanda hiss edilmir. Foriyaya benzetdim. Ne meslehet gorerdiz.

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam. Çəpliyin foriya (latent) növü gizli çəplikdir və müayinə tələb edir.

  • @Simmualkids
    @Simmualkids 3 роки тому

    Menim qizimin bir gõzü çepleşir hara apariram heç bir netiçe yoxdu .Gõrmeside 100 faizdi biz bu hekimi nece elaqe yarada bilerik

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому

      Salam. Çəplik ciddi mövzudur. Belə bir problem hiss edirsinizsə həkim-oftalmoloqa müraciət etməniyiz məsləhətdir.

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому

      050 391 94 22 - qeydiyyat nömrəmizdir.
      Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.

  • @cahanhasimova4874
    @cahanhasimova4874 3 роки тому

    Hansi cestexanada calisirsiz? Qebul neciyedi?

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому

      Salam.
      Ünvanımız:
      Spero Klinikası (köhnə Dobromed klinikası),
      2-ci mərtəbə,
      Ayna Göz Lazer mərkəzi,
      20 Yanvar küçəsi 1/ B,
      Şamaxinka.
      050 391 94 22 - qeydiyyat nömrəmizdir.
      Əlaqə saxlayaraq ətraflı məlumat ala və sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.

  • @samiregulieva672
    @samiregulieva672 3 роки тому

    Salam doktur tenbeliyin yaratdiqi cepgozluk var emelyat yaziblar 16 yasi var meslehetiir cavab yazsaniz sevinerem

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому

      Salam. Çəpliyin müxtəlif növləri var və hər növə uyğun müalicə taktikası seçilir. Gözün dəqiq ölçü və dərəcələri haqda, çəpliyin o gözdəki növü barədə məlumatım olmadığına görə bu suala dəqiq cavab vermək çətindir.

    • @CoolCapitan
      @CoolCapitan 2 роки тому

      salam doktor mənim oğlumun 9yaşı var görməsində hec bir pırablem yoxdu anacaq sağ gözi çəpləşib beyin muyanəsi temiz çıxıb həkim əmlyat yazib müaliceynən düzəlmə ehtimalı var zehmet olmasa sualmı cavablandirardiz

  • @rbbinqayt5560
    @rbbinqayt5560 3 роки тому

    Salam doktor. Oğlumun 9 yaşı var. Bir ildi gözü çəpləşib. Muailəcənən, açkinəndüzələ bilər?

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому

      Salam. Çəplik növündən asılı olaraq müalicə olunur. Çəpliyin növünü təyin etdikdən sonra müalicə barədə fikir demək mümkündür.

    • @rbbinqayt5560
      @rbbinqayt5560 3 роки тому +1

      @@RafadarXalilov Çox sağ olun doktor.

  • @xanimbasirova9205
    @xanimbasirova9205 2 роки тому

    Salam hekim menim oglum 1yas 3ayliqdir hekim sol gozunde cox az qacma oldugunu dedi ve Novarest KIDS dermani yazdi elave hec bir mualiceye hekime ehtiyyac olmadigini dedi sizce bu derman xeyirlidirmi

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam. Göz haqqında heç bir informasiyam olmadığı üçün bir fikir demək mümkün deyil.

    • @konulbabakiwiyeva2386
      @konulbabakiwiyeva2386 Рік тому

      Salam xanim indi duzeldimi menim qizimda 1 yaw 1 ayliqdi eyni sizin dediyiniz kimidi düzeldimi indi sizin oglunuzun gozu mende cox narahatam

    • @konulbabakiwiyeva2386
      @konulbabakiwiyeva2386 Рік тому

      Salam xanim

  • @nalememmedova4901
    @nalememmedova4901 2 роки тому

    Salam hekim.menim qızımın beş yaşı var.uşax yellencekden düşenden sonra gözlerde çepgözlük yaranıb.eyneknen müalice oluna bilermi,yoxsa beyinnende elaqeli ola bilermi?

    • @RafadarXalilov
      @RafadarXalilov  2 роки тому

      Salam. Çəpgözlüyün müxtəlif növləri var. Əgər korreksiya ilə düzələn çəplikdirsə, eynəklə toparlanar. Ancaq çəpliyin növünü və müalicə üsulunu təyin edə bilmək üçün mütləq göz həkimi kontrolunda olmaq lazımdır.

    • @nalememmedova4901
      @nalememmedova4901 2 роки тому

      @@RafadarXalilov Sağ olun hekim.melumata göre.bu gün aparmişiq hekime.eynek yazıblar.

    • @maqaisaev8874
      @maqaisaev8874 2 роки тому

      Selam kiz

  • @feridhajiyev3199
    @feridhajiyev3199 3 роки тому

    Salam doktor sizin zehmet olmasa elaqe nomrenizi qeyd ederdiz

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому

      Salam.
      050 391 94 22 - qeydiyyat nömrəmizdir.
      Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz

  • @azrbaycan2523
    @azrbaycan2523 3 роки тому +1

    Telefona cox baxmaqdan olarmi

    • @RafadarXalilov
      @RafadarXalilov  3 роки тому +1

      Salam. Dərslər xaricində biz-həkim oftalmoloqlar uşaqların kiçik monitorlu texniki avadanlıqlara uzun müddət baxmasının qəti əleyhinəyik. Bu hal uşaqın gözünün və beyninin həddindən artıq yüklənməsi deməkdir ki, öz növbəsində gözdə ciddi fəsadlara səbəb ola bilər. Əgər övladınızda gözlərin paralelliyinin pozulması ilə bağlı problem hiss edirsinizsə həkim oftalmoloqa müraciət etmənizdə fayda vardır. Uşaqların uzun müddət qadjetlərdən ( smartfon və planşetlər) istifadə etməsinə ciddi nəzarət edilməsi vacibdir.

    • @azrbaycan2523
      @azrbaycan2523 3 роки тому

      Cox sagolun məsləhət ücün

  • @farzalisahbazov
    @farzalisahbazov Рік тому

    Hekim cavab yazmadiniz

    • @RafadarXalilov
      @RafadarXalilov  Рік тому

      Salam. Çəpliyin nə zaman əmələ gəldiyi önəmli deyil. Əsas məsələ çəpliyin növüdür. Əgər eynəklə çəplik bərpa olmursa, demək əməliyyat olunmaq lazımdır.

  • @residemirzecanova4734
    @residemirzecanova4734 3 роки тому

    Mən də elə olur foriya üslun da .Gorme faizim aşağıdır .