Səssiz fəryad

Поділитися
Вставка
  • Опубліковано 25 чер 2024
  • Tətiyi çəkmədən öldürdü səni,
    Titrəmədi əllər, dolmadı gözlər.
    Ağız açılmadı, dil danışmadı,
    Deyilməyən sözlər boğuldu öldü.
    Keçmədi günlər, ötmədi illər,
    Titrədi əllər, titrədi dizlər.
    Viran oldu, getmədi işlər,
    Gənc arzular boğuldu öldü.
    Döyünməz ürək, sevinməz könül,
    Dinməz dil-dodaq, bitməz qəm-kədər.
    Yarımçıq yuxular, yalan röyalar,
    Parlayan ümidlər közərdi öldü.
    Uçan bir kəpənək, qanadı sınmış,
    Səssiz fəryad ilə bitməyən ağrı.
    Əsməyən küləkdən tökülən yarpaq,
    Bəzənmiş sözlərlə yalandan öldü.
    Bəzənmiş sözlərlə yalandan öldü,
    Yanan ümidlər közərdi öldü.

КОМЕНТАРІ •