Şəkər xəstələri necə qidalanmalıdır?- Dr. Hidayət Məmmədzadə

Поділитися
Вставка
  • Опубліковано 13 вер 2024
  • Şəkər xəstələrinin qidalanması sağlam bir insanın qidalanma tərzi kimi olmalıdır. Bu nə deməkdir? Həyatda şəkər xəstəliyi qədər qidalanmadan asılı ikinci xəstəlik yoxdur. Bizim hər bir insana məsləhət gördüyümüz odur ki, “duz, un məmulatları, şəkərli yeyəcəkləri qidanızdan azaldın”, “çıxarın” mesajı şəkərli xəstələr üçün xüsusilə keçərlidir. Yəni diabetli xəstələrimizin, rafinə olunmuş şəkərli qidalardan, hazır un məmulatlarından, fastfood qidalardan, enerji dəyəri yüksək olacaq içkilərdən, duzlu, konservləşdirilmiş qidalardan uzaq durmaları lazımdır. Daha çox qidasında tərəvəzlərdən, ağartı məhsullarından, yağlı və ət məmulatlarından istifadə etmələrini və çoxlu su içmələrini tövsiyyə edirik. Sadəcə işlənmiş, hazır qidalardan və un məmulatlarından uzaq durmaq yetərlidir.
    #diabet #diyabet #endokrinoloq #endokrinoloji #endokrin #drhidayatmammadzada #qidalanma #qanşəkəri #kansekeri #kanşekeri #diabetes #diabet #insulin #diabettipleri

КОМЕНТАРІ • 1