🇬🇪 🇪🇺Gürcüstan Baş naziri Aİ ilə üzvlük danışıqlarına başlanılmasına hazır olduğunu bəyan edib
Вставка
- Опубліковано 10 лют 2025
- #bizimxeber #ənsonxəbərlər #ənyenixəbərlər #xəbər #sizinxəbər #gündəmxəbərlər #gününəsasxəbərləri #xəbərdarlıq #xəbərkanalı #news #gürcistan
🇬🇪 🇪🇺Gürcüstan Baş naziri Aİ ilə üzvlük danışıqlarına başlanılmasına hazır olduğunu bəyan edib
Mən Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm - üzvlük danışıqlarına başlanılmasını masaya qoyun və mən onu bu gün imzalayım.
"Sizin Xəbər" APA-ya istinadən Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Avropaya inteqrasiya prosesini dayandırmırıq, Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmasını təmin etmək üçün səylərimizi gücləndiririk. Bütün bunların fonunda Avropa İttifaqının səfirinin radikal müxalifətin və onun QHT-lərinin, media orqanlarının həyata keçirdiyi dezinformasiya kampaniyasına cəlb olunması utancverici və narahatedicidir. Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını ciddi şəkildə sarsıdır. Aİ səfirinə xatırlatmaq istəyirəm - danışıqlara başladılmasını masaya qoyun və mən bu gün onu imzalayım”, - deyə Kobaxidze bildirib.