Sevdiyi qadına görə bıçaqlandı, ona xəyanət etdilər, dostu onu polisə verdi
Вставка
- Опубліковано 6 лют 2025
- #1000production #trend #birivaridi
Ramiz Qəvvam oğlu Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib.
Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç "Maskarad", Məsxərəçi "Muradın kələkləri", General Şıxlinski "Bütün Şərq bilsin" rollarını ifa edib.
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb:
"Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz", "Hökmdar və qızı", "Maqbet", "Kral Lir", "Medeya", "İblis", "Mənim sevimli dəlim", "Hələ "sevirəm" deməmişdilər…", "Xəcalət", "Silindr", "Müfəttiş", "Topal Teymur", "Kreyser sonatası", "Dodaqdan qəlbə", "Yad qızı" tamaşalarında aparıcı rollar ifa edib. Son oynadığı tamaşa isə “Xanuma” oldu:
Emosional, həssas təbiətə malik olan aktyor müəyyən dövrlərdə həmkarları ilə xoşagəlməz qalmaqallar da yaşayıb. Sənət dostu Ramiz Məliklə münaqişə yaşayır, onunla əlbəyaxa davaya çıxır. Ramiz Məlik onu polisə verib bildirir ki, Ramiz Novruz Akademik Milli Teatrının kollektivinin qarşısında ondan üzr istədiyi halda onu bağışlaya bilər. Ramiz müəllim isə öz tərəfindən açıqlama verərkən deyir:
“Məsələni həll etdik və artıq münasibətimiz yaxşıdır, barışmışıq. Bu məsələni ətrafda bəzi adamlar bilə-bilə şişirtdilər. Niyə belə etdilər, bilmirəm? Hüquq-mühafizə orqanlarına təqdim etdiyim birinci ərizəmdə də yazmışdım ki, etdiyim hərəkətə görə üzr istəyirəm. İnanın ki, avqust da daxil olmaqla son iki ayı öz yaradıcılığım ilə məşğul olmuşam. Heç düşünməzdim ki, belə bir hadisə yaşana bilər. İllərlə bir yerdə işləmişik”.
Aktyor müsahibələrinin birində jurnalistin xəyanətlə bağlı sualına belə cavab verir:
“Xəyanət çox ciddi məsələdir. Xırda məsələlərə görə heç vaxt mübahisə etməmişəm. Amma bu yaxınlarda ağır xəyanətin işartılarını hiss elədim. Üstəlik, bu, dost bildiyim adamlardan gəldi. O insanlar, hətta polisdə üzümə durub məni tutdurmağa hazır idilər. Əlbəttə ki, özümə yaxın bildiyim adamların xəyanəti məni bir qədər sarsıtdı. Başıma gələnləri romanlarda oxusaydım, deyərdim ki, yazıçı hadisəni şişirdib. Bütün yaşananlar məni çaşdırsa da, onlara xüsusi reaksiya vermədim”.
Çox erkən yaşda aktyor sevib seçdiyi Xoşavaz xanımla nişanlanır. Həyat yoldaşı kənddə yaşadığından Ramiz bəy universitetdə təhsil aldığı illərdə tez-tez nişanlısının yaşadığı kəndə gedir, onunla görüşə can atır. Belə günlərin birində kənddə nişanlısı ilə bağlı baş verən davaya qoşulur, hətta bu dava zamanı aktyoru bıçaqlayırlar.
Təhsilini başa vurandan sonra onlar ailə qururlar. Ramiz Novruz hərbi xidmətə yollanır. Qızı Şəfəqin bir yaşı olanda, Ramiz Novruz hərbi xidmətdə olur. Sonra onların Cavidan adlı bir oğulları da dünyaya gəlir. Qızı Şəfəq Novruz
stilistdir. Oğlu Cavidan Novruz aktyor və müğənnidir.
Aktyor “Dodaqdan qəlbə” serialında roluna çəkilmək istəməyib. Hətta sonralar bu rola görə xəcalət çəkdiyini bildirib. Ancaq serialın rejissoru Lütfi Məmmədbəyov Ramiz Novruzu bu rola çəkməkdə israr edir. Müsahibələrinin birində aktyor deyir:
“Demişdim bu rol mənə görə deyil. Bunu ya Füzuli Hüseynov, ya da Nurəddin Mehdixanlı oynaya bilər. Onu da bilirdim ki, onlar Bakıda olmadığı üçün rejissor bu rolu mənə təklif etdi. Bir neçə dəfə imtina etdim. O zaman “1 may” küçəsində yaşayırdım. Bir də gördüm ki, gəlib qapını döyür. Mən də pəncərədən baxırdım. Bilirdim ki, bu məsələyə görə gəlib, ona görə qapını açmadım. Bir də gördüm ki, qapının ağzında nəsə kiçik qələm-kağız çıxardı və nəsə edəndən sonra çıxdı getdi. O gedəndən sonra gəlib gördüm ki, qapıya kağız yapışdırıb. Yazıb ki, “Ramiz, ömrümün axırıdır, ola bilsin bu mənim son işimdir. Çəkilməsən peşman olarsan”. Ondan sonra sındım və gəldim çəkildim. Amma bilirdim ki, mənim rolum deyil”.
Aktyora ən böyük uğuru “Sizi dünyalar qədər sevirdim” filmindəki Həzi Aslanov rolu gətirir.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 5 dəfə Prezident Mükafatına layiq görülüb.
Uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti 21 fevral 2023-cü il tarixində müalicə aldığı xəstəxanada vəfat edib.
heqiqeten - onu dunyalar qeder sevirik!!!- ALLAH sene rehmet elesin...........
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
Allah rəhmət eləsin,ruhu şad olsun.Ğözəl insan ğözəl aktyor!Düşünürəm ki o həyatda da,sənətdə də xoşbəxt olub.Bu məni biraz təskin edir.
Allah rəhmət eləsin. Ruhu şad olsun
Allah rəhmət eləsin!gülərüz,səmimi insan!Yerin behişt olsun!
Allah rəhmət etsin məkanı cənnət olsun Amin 🤲🏻🤲🏻🤲🏻🤲🏻🇦🇿
Allah rəhmət eləsin,Nur içində yatsın.
ALLAH REHMET ELESIN
Allah rəhmət etsin nur içində yatsın.Qızı Şəfəq 2 oglu -Nəriman və Cavidan var.
Allah rəhmət eləsin
Ay diıənci mətıəb bunun da sağ əıi nəvəıərrivin başina Əıinin puııari zəhərin oısun Amin
allah rəhmət eləsin
Allah rehmet elesin mekani cennet olsun
Allah rehmet elesin
Allah rehmet elesin esil aktyor idi
Аллах рахмат ейласин нурлу инсан амин
En cox sevdiyim aktyor insan cox tesuf edirem tez getdi insallah peygembere gonsu olasan gozel gardasim
Allah rehmet elesin.he her yerde dediler 2oglu var
Allah rəhmət etsin, 🇦🇿❤️🇦🇿⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️
Beş deyirlər 2 oğlu var niyə deyirsiniz 1 oğlu var cavab yazın
Мяканы чяннят олсун
RAMİZ NOVRUZUN İKİ OĞLU VAR CAVİDAN LAP KİCCİK ÖVLADIDIR
BİRAZ MUSİQİNİ AZlALDIN DA BEYNİMİZ GETDİ😡😡🤑🤑
ALLAH REHMET ETSIN, ZIYALI INSAN IDI !!!
Baş -ayaq danışırsan. Üç uşağı var. 2 oğlu 1 qızı. Cavidan ən kiçiyidir.
Akterlarda hörmətim dünya gədər olan FUAD POLADOVDU!!!Əsil Şəxsiyyət,İnsan!Viçdan dolu❤❤❤❤
Beləsi bir daha ğəlməz!Əsil KİŞİ!KİŞİ ğəlib,KİŞİ ğetdi.
Çiliz yadda galdi ramiz,o çox adiidi
Allah rəhmət eləsin..
Allah rəhmət eləsin ruhu şad olsun 🤲🤲🤲🤲🤲