Dövlət rüsumu haqqında Qanuna və Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliklər barədə

Поділитися
Вставка
  • Опубліковано 28 вер 2024
  • Dövlət rüsumlarının artırılması, Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişiklərlə bağlı.
    Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri
    Dəyişikliklər qəbul olunsa yeni rüsumlar
    Dövlət rüsumunun məbləği
    8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:
    8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda 30 manat
    8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
    8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
    8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi
    8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla)
    8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat
    8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat
    8.3. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumu
    8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə
    bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla)
    8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat
    8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə
    bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
    8.7. Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat

КОМЕНТАРІ • 28

  • @fatmahuseynova4217
    @fatmahuseynova4217 3 роки тому +7

    Əməkhaqqı ilə rüsumlar tərs mütənasibdir

  • @orxaneyvazli499
    @orxaneyvazli499 2 роки тому +2

    Harun deputat mehkemelerden xeberi varmı fakt tesdiqi üçün iddiaya on bir dwfe artiq rusun.odenilmesi düz deyilir

  • @shehriyarqedimov586
    @shehriyarqedimov586 2 роки тому +1

    Apelyasiya məhkəməsinə şikayətlə bağlı rüsum nə qədərdir bu barədə məlumat verərdiz

    • @vekilanar
      @vekilanar  2 роки тому +1

      birinci instansiyanın yarısı

    • @shehriyarqedimov586
      @shehriyarqedimov586 2 роки тому

      @@vekilanar
      Yəniki nə qədər? Bilmirəm

    • @vekilanar
      @vekilanar  2 роки тому

      nə qədər ödənibsə onun yarısı mən nə bilim nə qədər ödənib birinci instansiyaya.

  • @aynureemiraslanova8310
    @aynureemiraslanova8310 3 роки тому +6

    Rüsumların dəyişilmiş forması barədə vieo paylaşım etsəz yaxşı olar.

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc 2 роки тому +2

    SİZ ÇOX DÜZGUN TƏKLİFLƏR EDİRSİZ.BELƏ ÇIXIR BU DƏYİSİKLİKLƏRİ TƏKLİF EDƏNLƏRİN YA AĞILLARINDA PROBLEM VAR,YA DA KONKRET KİMİNSƏ ŞƏXSİ MARAQLARINİ GÜDURLƏR.YƏNİ BU DƏYİŞİKLİKLƏRƏ BAXANDA İNSANDA BU FİKİR FORMALAŞIR.ƏYƏR BU FİKİR DÜZ DEYİLSƏ ƏKSİNİ SÜBUT ETSİNLƏR

  • @orxaneyvazli499
    @orxaneyvazli499 2 роки тому +2

    Fakt tesdiqi nedir kısaca ona yüz manat dovlet rusumu nezerde tutulur ehali issizdir axi

  • @orxaneyvazli499
    @orxaneyvazli499 2 роки тому +2

    Bu deputatlarin maaşı o qeder çoxdu ki veclerine deyil xalqi esla dusunmurler

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc 2 роки тому +1

    Mən başa düşmürəm, bu "dövlət" özü üçün qanunlar çıxarırsa nəyə görə ölkəmizi demokratik adlandırirlar!!! Birdəfəlik monarxiyaya keçsinlər bizdə işimizi bilək ki, "ağa deyir sür dərəyə - sürək"!!!

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc 2 роки тому +2

    Siz sag olun bizi maarifləndirdiyinizə görə. Daha tez bu barədə müzakirəyə çıxartsaidıniz yaxşı olardı. Mən yazıld8m sizin kanala. Bəyəndim 👍

    • @vekilanar
      @vekilanar  2 роки тому

      Buyurun yaxın vaxtlarda hüququn müxtəlif sahələri ilə bağlı daha çox paylaşımlar, müzakirələr düşünürəm.

  • @MamedSelimov
    @MamedSelimov 2 роки тому +2

    Maraqlı və doğru yanaşmaların üçün sağ ol, qardaş

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc 2 роки тому +1

    Çox sağ olun

  • @aliqahramanov.005
    @aliqahramanov.005 2 роки тому +1

    Salam, zəhmət olmasa qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizəsi arasındakı fərqi deyərdiz

    • @vekilanar
      @vekilanar  2 роки тому +1

      qiymətləndirilməyə iddiada tələb konkret məbləğlə ölçülə bilmir.

    • @aliqahramanov.005
      @aliqahramanov.005 2 роки тому

      @@vekilanar çox sağ olun, minnətdaram

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc 2 роки тому +2

    Salam. Bu dəyişikliklər artıq qüvvəyə minib?

    • @vekilanar
      @vekilanar  2 роки тому

      Salam qüvvəyə minib bəli sadəcə rüsumdan azad edilmə əvvəlki kimi qalıb.

    • @YaYa-nb4fc
      @YaYa-nb4fc 2 роки тому +1

      @@vekilanar Bəs bunu müzakirəsi olmad8? Elə qərar verib dərhal qəbul etdilər?

    • @vekilanar
      @vekilanar  2 роки тому

      Müzakirələr oldu Milli Məclisdə 🙂

    • @YaYa-nb4fc
      @YaYa-nb4fc 2 роки тому

      Bizlər başimizdan nasilıb haqqimiz anmağa layiqiq,ki yatıriq fil qulağ8nda. Ziyalılarımiz eləbil 37 ci ildədilər cınqiriqları çıxmır!! Qaz ölkəsi qazi qaldırir qadoy alıb sən bilən məsləhətdir deyillər!! İşığı qaldırör həmçinin. Lazim deyil mitinqlər elə sos.şəbəkə üzəri irad tutmağda qorxullar!! Perisiya vermədə qorxullar

  • @lialyev323
    @lialyev323 2 роки тому

    Salam boşanma rüsumu ne qederdir

    • @vekilanar
      @vekilanar  2 роки тому

      salam 100 manat 5ğ manat mediasiya üçün 50 də məhkəməyə ödənilir.