Səhv ixtisas seçmisən? Indi nə olacaq?

Поділитися
Вставка
  • Опубліковано 22 сер 2024
  • 🇺🇸 Dillbill-də Həftədə neçə dərsə qoşulmaq istəyirsiniz?
    1️⃣ dillbill.com/az gedin
    2️⃣ Qeydiyyatdan keçin
    3️⃣ 1 AZN ödəyin
    4️⃣ Dərsinizə qoşulun
    5️⃣ Müəlliminizlə məsləhətləşin və səviyyənizi öyrənin
    6️⃣ Bundan üç ay sonra sizi kanalımda müsahibə edəcəyəm ki, başqaları nə qədər irəliləyiş əldə etdiyinizi görə bilsinlər ;)
    👩🏻‍💻 Həftədə 2 Dərs, Ayda 8 dərs = 59 AZN
    👩🏻‍💻 Həftədə 3 Dərs, Ayda 12 dərs = 79 AZN
    👩🏻‍💻 Həftədə 5 Dərs, Ayda 20 dərs = 119 AZN
    CliftonStrengths 34
    store.gallup.c...
    ⏰ t i m e s t a m p s
    000:00 Giriş
    05:37 Bizim güclü tərəflərimiz
    11:36 Zəif tərəflərimiz
    14:48 Nə istədiyimi bilmirəm
    18:06 Birlikdə quiz edək
    20:08 Güclü tərəflərimlə bağlı nəticələrim
    23:29 Səhv ixtisas seçmisinizsə nə olacaq?
    Music by Citrus Avenue - Espresso Sun - thmatc.co/?l=0...

КОМЕНТАРІ • 261

  • @ceylinko
    @ceylinko 2 роки тому +153

    bayıldım💚 karar verme konusunda hassas olanlar için çok değerli bir video

  • @the.lavinia
    @the.lavinia 2 роки тому +203

    Senin kimi Azərbaycanlı qadınlar olduğu üçün gurur duyuram

  • @sumayagakisizad4199
    @sumayagakisizad4199 2 роки тому +58

    Sənii çoxx sevirəmm Leylamm.Azərbaycandan kənarda yaşayıb Azərbaycana xidmət etmək bizi düşünmən....Çoxxx mükəmməlsənn💚🌱

  • @cansu.9887
    @cansu.9887 2 роки тому +46

    9 cu sinifler ucun tovsiye videosu olsa cox yaxsi olar.Tesekkurler :)

  • @abbasovaseyma7492
    @abbasovaseyma7492 2 роки тому +61

    Videolarınızı izləyəndə həmişə söhbət ailəyə toxunduqda üzünüzün cizgilərinin necə dəyişdiyini müşahidə edirəm :(. Eyni şeyləri yaşayıram hazırda.

  • @ramazan77776
    @ramazan77776 2 роки тому +19

    Mənim idealım və örnək aldığım qadınsınız 😍 Mən də 3-cü qrupa hazırlaşıram, İnşAllah istədiyim ixtisasa qəbul olaram. Sizin bütün videolarınıza təkrar-təkrar hər dəfə baxıram, çox maraqlıdır, gələcəkdə özümü sizin kimi öz üzərində çalışıb uğurlu biri olaraq görürəm. Çox sağ olun 🍀

  • @gunelsworld3592
    @gunelsworld3592 2 роки тому +45

    Seçdiyim səhv ixtisasın cəzasını yaşayıram. Bu seçim də valideynlərimin məsləhəti ilə olmuşdu. Halbuki indi böyük rəssam ola bilərdim. O qədər çox sevirdim ki, bütün xəyallarım bununla bağlı idi. Rəssamlığa olan sevgim ölməyib, amma ilk hədəfim xaricə getməkdir. Bunun üçün üzərimdə çalışıram. Öz ixtisasım xaric üçün heç bir önəm daşımır (Azərbaycan dili və ədəbiyyatı müəllimi)
    Ona görə düzgün seçim etmək istəyirəm. Özümü görə bilirəm. Mən məkan vizual intellektə sahib insanam. Ona görə arzularımın arxasınca gedəcəm.

    • @gunay179
      @gunay179 2 роки тому +3

      Məndə də eyni vəziyyət . İstəmədiyim ixtisası oxuyuram . Bir şey soruşacam ,indi bitirmisiz unini? Sevdiyiniz ixtisası oxumaq üçün çalirsinizmi? İndi durumun necədi ?

    • @gunelsworld3592
      @gunelsworld3592 2 роки тому +6

      @@gunay179 iki ildir bitirmişəm. İxtisasım üzrə işləmirəm. Çünki sağolsun təhsil naziri hər il yersiz qayda qanunlar qoyur :) Həm də dürüst olmaq lazımdır. Mən ixtisasımı sevmirəm deyə alınmır

    • @gunay179
      @gunay179 2 роки тому

      @@gunelsworld3592 anladım Allah kömək olsun bizlərə. Məndə bu il 4 cu kursu bitirəcəm . Ama kəsirlərim də var keçən ildən . Sadəcə bu yay qərar vermək istəyirəm necə edim : ya davam edim bitirim gələn il sevdiyim ixtisasa hazirlaşim. Ya da vaxtımı dondurum elə bu ildən hazırlaşım təzədən . Qərarsız qalmışam . Ağlım olsaydı əvvəldən 1 çi kursdan dayandırıb təzədən hazirlasardim boşuna 3 ilim getdi . Bir tərəfdən də ailə basqısı . Çıxılmaz vəziyyət yaradırlar . Siz yenə də ümidinizi kəsməyin istədiyiniz sənətə yiyələnmək üçün çalışın . Uğurlar 😊

    • @nrminqmbrov1231
      @nrminqmbrov1231 Рік тому

      @@gunelsworld3592 Gec deyil hələ də.Hər birimizin başına isdənilməz problemlər gelir.Mən də qəbul ola bilmədim.Ancaq bu il yenidən verəcəm.Sizə də tövsiyyə edirə)Hər ilə nisbətən dəyişikliklər olur dərslərdə .Hətda istəsəz kömək də edə bilərəm sizə ☺️

    • @sebine5260
      @sebine5260 Рік тому +1

      @@nrminqmbrov1231 xaiş edirəm mənədə məsləhət verin. Potensialım 3 cü qrupadı hüquq ixtisasını uşalqıqdan istəyirəm ama dizayna da çoxxx həvəsim var əsasəndə interyer dizayn. Nə etməliyəm bilmirəm nə məsləhət görürsüz?

  • @nergiz3762
    @nergiz3762 2 роки тому +20

    Cox sağolun bizim kimi hazirlsan yeni heyata qedem qoyan, abtiruyentelere cox ferqli ve gozel dunya baxisindan her sey cox gozel izah edrsiz

  • @the.lavinia
    @the.lavinia 2 роки тому +23

    Mende senin kimi bir kitab bitiren kimi motivasiya qazanıram

  • @fatima.8746
    @fatima.8746 2 роки тому +8

    17:52👍bəli insan böyüdükdə bir çox şeyi özü etməyə başladıqda həm müstəqil,həm də təcrübəli olur.Və mənim fikrimcə hamının maddi müstəqilliyi mütləq olmalıdır.

  • @user-db7mc5yi3b
    @user-db7mc5yi3b 2 роки тому +17

    Leyla, səni ilk videondan izləyirəm. Fərqli həyat hekayələrimiz olduğundan bəzən fikir ayrılıqlarımız olur, amma ümumi olaraq səni və videolarını çox sevirəm

  • @mmdv351
    @mmdv351 2 роки тому +9

    Leyla, öncəliklə demək istəyirəm ki çoxx sevilirsən.
    Məndə bu il ixtisas seçimi edəcəm və mənim çox böyük hədəflərim var. Bunlardan ilki istədiyim ixtisasda təhsil almaqdır. İNŞALLAH ixtisas seçimləri bitdikdən sonra gəlib burada şərhimi redaktə edib ilk hədəfimi gerçəkləşdirdiyimi səninlə paylaşacam. O vaxta qədər görüşənədək. Hər birimizə isə həyatda uğurlarr!!!😇
    1 ay sonra: Salammm. İlk hədəfimi gerçəkləşdirdim. Artıq ADNSU'nun tələbəsiyəmmm😊 və istədiyim ixtisasa daxil oldumm😇

  • @ayselknn
    @ayselknn 2 роки тому +4

    Leyla!Bu video elə bir zamanda qarşıma çıxdı ki mənə ənn ehtiyac duyduğum zaman idi.İlk çıxanda baxmışdım,yenə izləmək qərarını aldım.İlk öncə onu qeyd edim ki,10-cu sinifə keçirəm.Bəlkə də ən önəmli dönəm idi mənim üçün.Ailəm deyirr, həkim oll, dostlarım hüquq və s..kiçiklikdən bəri texniki fənləri sevmişəm oxumuşam.Və kiminsə nə isə deməyilə bu fikrimi daşımadım 7-ci sinifdən bəri bir ixtisas deyirəm.Gələcəklə bağlı kiçikdən böyüyə doğru hədəflərim var.Sənin həyatın,həyatında olan hadisələr mənə çox cəlbedici gəlir.Ümid edirəm məndə birgün öz biznesimi rahatlıqla qura bilərəm və sərbəst şəkildə həyatımı sıfırdan yaradaram.Mənə ilk motivasiya xaricdə təhsilə görə insanlardan birisən.Bu xaricdə oxuma hədəfimdən öncə daha önəmli hədəflərim var hər hədəfimə çatdıqca bu şərhdə yazacam.Sənə çox minnətdaram!! Çox sağ ol Leyla çalışdığım qədər ətrafıma tanıtdırıram səni.Əvvəl ailəm xaricdə təhsilə qətiyyən icazə vermirdi artıq mən bu fikrimdə qəti və məqsədli olduğumu görürlər həmçinin buradakı təhsilin gələcəkdə daha yaxşı yerlere çıxmağa əlçatmaz olduğunu qəbul edirlər.Burda sənində rolun olub!🌸 InshAllah hərkəs öz hədəflərinə zamanla çatar 🤍

  • @lildeath8987
    @lildeath8987 2 роки тому +14

    Mənə lazım olan video, təşəkkürlər

  • @afagjustice
    @afagjustice 2 роки тому +4

    Azərbaycanın savadlı, ixtisaslı qızı gözəl Leyla, qürur duyuruq 🤲🏻🇦🇿❤️ İstədikləri ixtisasa daxil olmayanların işdə bəxti gətirmir.

  • @nigargafar
    @nigargafar 2 роки тому +7

    Örnək alacağımız qadınlardansan.Səni çoox sevirik,Leyla🥰💕

  • @huriyenineyeah8281
    @huriyenineyeah8281 2 роки тому +8

    Videonu görən kimi öz-özümə dediyim ilk cümlə bu oldu "sevirəmdə bu qadını"

  • @nuraymammadova6357
    @nuraymammadova6357 2 роки тому +10

    Kim ne deyir desin bu qizdan bir denedii❤️😘

  • @fidans4715
    @fidans4715 2 роки тому +8

    Bildirimin geldiyinde heqiqeten cox sevindim Leylaa🌌.Bu video ucun tesekkurler ehtiyacim var idi🤎.

  • @alliyeewa
    @alliyeewa 2 роки тому +9

    Çox faydalı videodur Leyla, özəlliklə də sonu faydalı oldu həmişəki kimi ❤️

  • @nazrinaliyeva4328
    @nazrinaliyeva4328 2 роки тому +10

    Yenə faydalı bir vidio oldu💕Çox təşəkkürlər Leyla🌸

  • @vina473
    @vina473 2 роки тому +8

    Çox sağ ol Leyla:) Videoların həyatımıza ışıq tutur♡
    Birdə, videonun səsi biraz az olub, gələn dəfə diqqət edərsən:)

  • @dilsadrsulzad09
    @dilsadrsulzad09 10 місяців тому +1

    Çox sağ ol Leyla men idi ingilizce bedii kitab oxuyuram❤

  • @afaqrahimova3899
    @afaqrahimova3899 Рік тому +1

    Salam rus bolmesinde tehsil almagina baxmayaraq oz ana dilinde bu qeder mukemmel daniwmagini alqiwlayiram

  • @Zeynab671
    @Zeynab671 2 роки тому +6

    Leyla,Çox sağol❤💫

  • @newyorkerbusinesslady2628
    @newyorkerbusinesslady2628 2 роки тому +9

    There's no word to say...😍😍🥰

  • @huriyenineyeah8281
    @huriyenineyeah8281 2 роки тому +4

    Elə günümüz Azərbaycanda da problem budur. Məsəl üçün fikir verin digər təhsildə qabağ olan ölkələrin cəmiyyətinin davranışına. Orada əgər sən valideynsənsə və əgər uşağın hansısa bir fəndən yaxşı, bir digərindən isə pis oxuyursa sən fikirləşirsən ki mən uşağımı yaxşı bildiyi fəndən hazırlığa qoyum ki bu sahədə daha da inkişaf etsin çünki buna marağı və həvəsi var anlayır. Amma vəziyət Azərbaycanda belə deyil:) sən ingilis dilindən 100 alırsansa kimyadan 30 alırsansa səni kimya hazırlığına qoyurlar maraqlarını həvəslərini fikirləşmədən. Bu da gətirib çıxarır işini həvəslə etməyən insanlar cəmiyyətinə.Bu vəziyyətin bir gün düzəlməsi ümidi ilə:))

  • @theartfulbaker
    @theartfulbaker 2 роки тому +1

    İlk sözlərini deyərkən gözlərinin dolmasını ,səsinin titrəməsini hiss etdim.😊Bəlli olur ki bu haqda travmaların çoxdur

  • @elnarheydrova2342
    @elnarheydrova2342 2 роки тому +2

    Tam da ehtiyyacim olan video. Coox sag ol Leylaa. Fexr edirik seninle

  • @kingbrawlnurayomr6376
    @kingbrawlnurayomr6376 Рік тому +2

    Leyla mənim adm fatimadi senin butun vidiolarna baxram və həvəslənrem cox sagol

  • @dilarvlizad338
    @dilarvlizad338 2 роки тому +7

    Həqiqətən İdealımsan❤️

  • @fatima.8746
    @fatima.8746 2 роки тому +2

    26:30 bəli birinci milyoner olaq😄sonra pulun önəmsizliyini başa düşəcəyik👏

  • @sz9221
    @sz9221 2 роки тому +9

    Video üçün çox təşəkkürlər.Belə videolarınızı izləmək çox yaxşı gəlir❣İngilis dilini öyrənmək üçün hansı kitablarla başlamağı məsləhət görərsiniz? Sizin oxuduğunuz ilk kitab hansı idi?

    • @sz9221
      @sz9221 2 роки тому +2

      @Əfsanə Mustafayeva Çox sağ olun❣ Çalışacam mütləq o kitabı tapım və oxuyum.Tövsiyəniz üçün təkrar təşəkkür edirəm.

  • @loveyouatlas6221
    @loveyouatlas6221 2 роки тому +3

    inkişaf vs haqqında kitab nümunələri videosu olsa çox yaxşı olar

  • @YusifNazarov-zf1wj
    @YusifNazarov-zf1wj 2 місяці тому

    Eyni şeyləri yaşayan mən ❤ amma senin sozlerin eladi ❤ bundan sonra super olacagam❤

  • @the.lavinia
    @the.lavinia 2 роки тому +4

    Good morning ☀️💟

  • @sollyy777
    @sollyy777 2 роки тому +3

    Uniye başlayanda ilk işim ingilis dili kursuna başlamaq olacaq bunu uzun zamandır düşünürdüm💗

  • @salehshahverdiyev
    @salehshahverdiyev 2 роки тому +17

    Videoya görə təşəkkürlər.Əsasda məsləhətlər üçün.Bir sual:Taylor gamer'dir?😀.gaming chair;monitorlar;mechanic klaviatura;😗.Əsas da videonun sonuna qədər arxa planda qalan gaming joystik😄(xbox'dur deyəsən marka)

  • @mike1383jek
    @mike1383jek 2 роки тому +5

    Mən gələcəkdə öz işimi qurmağ istəyirəm, restoran falan açmağ.

  • @gulgunmammadli4447
    @gulgunmammadli4447 2 роки тому +2

    Çox sağ ol,Leyla💚

  • @afet8789
    @afet8789 2 роки тому +1

    İnanın o qədər stresdəydimki mənə də klassik olaraq həkim hüquşunas ol deyirlər ama mən modeıyer dizayner olmaq istəyirəm və sizin sözləriniz məni çox rahatlaşdırdı çox sağolun🥰💞

  • @Physics_7
    @Physics_7 Рік тому +1

    4 cü qrup isteyen mən 😍
    Leylam videolarına göre çox sağol

  • @sollyy777
    @sollyy777 2 роки тому +1

    Leyla,sənə bayılıramm🙆🏽‍♀️💗

  • @gunay179
    @gunay179 2 роки тому

    Videonuzu yeni kəşf etdim faydalı mövzulardan danışırsız . Təşəkkürlər 👏🏻

  • @azerbaijanianstay1495
    @azerbaijanianstay1495 2 роки тому +1

    16:00 Çox basqı kimi olmasa da menim veziyyetimdi, illerle ne oxumuşamsa,kimlerle müqayise olunmayım,onları ötüm ki,menim de bir şeyler bacardığımı görsünler fikrile oxumuşam, bu qısqanclıq,bu reqabet hissi olmasa idi,men indiye qeder elde etdiklerimi elde ede bilmeyecekdim.Bu videodan sonra da yene başa düşdüm ki, her zamanki kimi qelbime yox,beynime qulaq asıram.İnşallah bir gün o riski alaram ve sırf işim olsun deye gece-gündüz ders oxuduğum vaxtların bir hissesinde sevdiyim şeyler üçün çalışıb xeyallarima çataram

  • @fershnia
    @fershnia Рік тому +1

    Fizika tərəfdən güclü idim, marağım var idi, hələ də çox var. Fizika müəllimliyi seçdim buna görə də, ancaq o vaxtı da deyirdim ki, əsla müəllim olmaq istəmərəm. Amma balım ona çatdı, daha uyğun ixtisas yox idi o zaman mənə. İT istəyirdim əslində içdən-içdən, texnologiyaya marağım var idi çünki, 30 balım çatmadı ona da, məcbur müəllimlik oxudum, hazırda da müəllim olaraq işləyirəm, o qədər nifrət edirəm ki işimə, işkəncə kimi gəlir işə getmək mənim üçün. Özümü heç cür görə bilmirəm bu işdə. Fizikanı, araşdırmağı, yeni şeylər öyrənməyi çox sevirəm ancaq başqasına öyrətmək mənlik deyil, bacarmıram. Marağım bir yandan da uşaqlıqdan dizayn üzrə olub, interyer dizayner olmaq istəmişəm amma o ixtisas barədə də çox az biliyim olduğu üçün, rəsm bacarıqlarım çox da yaxşı olmadığı üçün tez əl çəkmişdim o ixtisasdan da. Nəticə olaraq nə istədiyimi özüm də dəqiq şəkildə bilmirəm, ona görə əlimdəkiylə davam etməkdən başqa çarəm qalmır, xoşbəxt hiss etməsəm də başqa yolum yoxdur. Artıq 24 yaşıma keçəcəm, yenidən imtahan da vermək istəmirəm, nəticəsi nə olacaq bəlli deyil, maddi imkan yoxdur, iş imkanları yaşadığım yer üçün uyğun olmayacaq. Cəsarətsiz, inamsız, çarəsizliyi qəbullanmış bir vəziyyətdəyəm, daim o 30 balı da yığsaydım, qazansaydım həmin universiteti, ixtisası necə olardı deyə düşünürəm, hazırda uni həyatı yaşayan gəncləri qısqanıram. İrəli baxa bilmirəm çünki məni irəlidə xoşbəxt edəcək heç bir şey yoxdur. Kaş ki, sizlər kiki risk ala bilən, cəsarətli, nə istədiyni əminliklə bilən birisi ola bilsəydim...

    • @fershnia
      @fershnia Рік тому

      Ümumiyyətlə 17 yaşımda həyatımın işini seçmə məsuliyyəti heç düzgün gəlmir. Mənim vaxtımda internet də bölgələrdə bu qədər yayılmamışdı, heç telefonum da yox idi ki, heç olmasa dünyanı ekrandan da olsa kəşf edə bilim, özümə nəyin uyğun gəldiyini, nə istədiyimi anlaya bilim, fərqliliklər görərək anlaya bilərsən məncə bunu biraz da olsa.

  • @fatima.8746
    @fatima.8746 2 роки тому +1

    8:38çox doğru fikirdir👍

  • @leylababa8832
    @leylababa8832 2 роки тому +3

    Həyat bilgilərinə aid fikirlərimiz çox vaxt üst-üstə düşməsə də, gənclərə verdiyin gözəl məsləhət və motivasiyaya görə səni təqdir edirəm. Bu arada üstündəki yenə Teylorun koynəyidir? Yaraşıb.

  • @xtq052yasma9
    @xtq052yasma9 2 роки тому

    Səni çox sevirəm mənə bacı kimi doğma olan eziz bacım məsləhətlerin üçün çox təşəkkürlər

  • @turksoy1682
    @turksoy1682 2 роки тому

    Ehtiyacım olduğu anda bu videonun qarşıma çıxması məni çox sevindirdi. Təşəkkürlər, Leyla.

  • @ramin664
    @ramin664 2 роки тому +2

    Aleykum Salam

  • @blackgirl712
    @blackgirl712 2 роки тому

    Belə bir video paylaşdığınız üçün çox təşəkkür edirəm Leyla:)

  • @leylajafarova9000
    @leylajafarova9000 2 роки тому

    Mohteshem birisiz, Leyla 🌸

  • @queen5692
    @queen5692 2 роки тому +1

    Wauuu tam mənlik bir video 9cu siniflərə də məsləhət gelsin pls😇

  • @theartfulbaker
    @theartfulbaker 2 роки тому +1

    Çox gözəl izah etdin. Əla🥰

  • @fatimaliyeva2005
    @fatimaliyeva2005 2 роки тому

    Bu il şükür istədiyim nəticəni əldə etdim Və müəllimlik mənim uşaqlıq arzum idi Hər kəsə bu yolda uğur arzu edirəm .Belə gözəl məsləhətə görə təşəkkür edirəm 🍉💕

  • @nigarmuxtesenova6311
    @nigarmuxtesenova6311 2 роки тому +2

    Her bir videonuzu izleyirem

  • @zaurbalakisiyev2938
    @zaurbalakisiyev2938 2 роки тому +3

    men tam olaraq ne istediyimi bilmirem ve artiq dayana bilmirwm gelecek senetuni secmek istwyirem komek edin🤕🤕🤕🤓

  • @felix_cikollotaa
    @felix_cikollotaa Рік тому +1

    Salam xanım mənim qızım 11 sinifdən 61 bal yiqdi .Yenidən 9 cu sonifon imtahanını verdi 103 bal hiqidi .Yaxşı ixtisas istəyir

  • @elita3846
    @elita3846 2 роки тому +3

    İlk❤Necəsən can

  • @mustafaehmedov4015
    @mustafaehmedov4015 2 роки тому +1

    Salam Leyla.imtahanlardan istədiyim nəticəni əldə etmədim və həqiqətən də çox pisəm.Ne edəcəyimi hansı ixtisası sececeyimi heçnə, heç bir şey bilmirəm.Istediyim ixtisasa yiyələnə bilmədim.Ailem fərqli bir şey deyir mən fərqli bir şey istəyirəm.Mene kiçik məsləhət versen sevinerem.Ne etməliyəm??😔😔

  • @yedekhesap3356
    @yedekhesap3356 2 роки тому +3

    Məni anlayan tək insansan Leyla♡

  • @fridafrida5776
    @fridafrida5776 2 роки тому +2

    Sen mene o qeder komek olursan ki.. ❤️

  • @i.b.6637
    @i.b.6637 2 роки тому +5

    (Cavab versən və ya fikrini bölüşsən əla olar) İlk öncə Salam Leyla. Mən 2 ci qrupa hazırlaşıram (2 ci qrup ixtisasları: Tarix, Riyaziyyat, Az dili, xarici dil, Coğrafiya və yüksək bal verənlər isə: Coğrafiyya, Riyaziyyatdı) ama mən Riyaziyyatdan zəifəm Coğrafiya, Tarix və digərlərindən normal və ya əlayam. 2 ci qrupu fənlərə görə deyildə ixtisasa görə seçdim, səncə düzgün qərar vermişəm, yoxsa yox ?. Və düşünürdüm ki 2 ci qrupu seçsəm daha asan xaricdə işim olar (2 ci qrup ixtisaslar: Biznesin idarə edilməsi, Maliyyə, İqdisadiyyat, Müəllimlik, Menecment, sosial iş və dahası) Əslimdə 3 cü qrupuda sevirəm və yüksək nəticə gətirə bilərəm və müəllim ola bilərəm, amma 2 ci qrupu seçdim.

    • @girlinred7741
      @girlinred7741 2 роки тому +1

      Düzgün seçim etmisiz fənlərə görə yox ixtisasa görə seçim etmək ən yaxşısıdır🌸

    • @i.b.6637
      @i.b.6637 2 роки тому

      @@girlinred7741 amma 3 cü qrupuda itəyirdim. Dil-Ədəbiyyat müəllimliyin və polis akademiyasın. 2-3 arasında qərarsız idim. Heç kimdə kömək etmədi

    • @girlinred7741
      @girlinred7741 2 роки тому

      @@i.b.6637 gələcəkdə özünüzü hansı sahədə görürsüz?kimin həyatına baxanda ilhamlanırsızki mən də belə bir həyat isdəyirəm?hansı ixdisas bacarıqlarınıza uyğundur? Xaricə çıxmaq yoxsa burda qalmaq isdəyirsiz?xaric üçün 2 ci qrup daha yaxşıdır + ixtisas.az dan ixtisaslar haqqında oxuya bilərsiz birdə feysbukda çörək almaq adıyla çıxanlar qrupu xaricdə oxuyan və ya oxumaq istəyən və tələbələrin suallarını yazdığı qrupdur orada yaza bilərsiz sualınızı istəsəz

    • @fidanalisoy
      @fidanalisoy 2 роки тому +2

      Salam sosial is 3cu qrupdadi

  • @liyevamdin962
    @liyevamdin962 2 роки тому +8

    Salam sizin cox sevirem❣️ Cox gozel,tebii xanimsiz. Bir sual sorusacam qebul imtahaninda ne qeder toplamisdiz?

  • @gulayehsynva07
    @gulayehsynva07 2 роки тому +2

    9-cu siniflərə keçənlər üçün tövsiyə,məsləhət videosu olsunn))

  • @fatima2928
    @fatima2928 2 роки тому

    Təşəkkürlər

  • @Yessalyva
    @Yessalyva 2 роки тому +1

    sevilirsiz💕

  • @sevdahuseynova3607
    @sevdahuseynova3607 2 роки тому +1

    Makiyaj videosu çekin de please

  • @nicatnuriyev5725
    @nicatnuriyev5725 2 роки тому +5

    ƏSAS DİLDİ İNGİLİS POLYAK ALMAN FRANSIZ BƏLİ BU ƏLADI MƏNDƏ İNGİLİS DİLİ ÖYRƏNMƏK ÜÇÜN ÇALIŞIRAM

  • @autumnlove873
    @autumnlove873 2 роки тому +1

    Səni yeni kəşf etdim.Ehtiyacımız olan mövzulara toxunursan.təşəkkürlər.dediyiniz kitabın adın yazardız. Çox xahiş. 29yaşım var hələ kəşf edirəm özümü.

  • @zhramusayeva3709
    @zhramusayeva3709 2 роки тому +5

    Salam Leyla xanım. Sizdən məsləhət almaq istərdim. Videolarınızı izləyirəm və mənə özümə inanmaq üçün səbəblər gətirir. Men 9 cu sinfi bitirmisem ve 10 cu sinfe kecirem. Evveller Seçimim 4 cu qrup tibb idi. Lakin sonralar hekimlik peşəsindən soyudum. İndi isə 3 cü qrupa hazırlaşmaq fikrim var Allahın izni ilə. Beynəlxalq münasibətlər fakültəsinin üzrə. Əslində 3 və 4 cü qruplar bir-birindən tamamilə fərqlənir. Əslində mən biologiya fənnini hədsiz dərəcədə çox sevirəm və oxuyuram həmçinin riyaziyyat fizika kimya. Amma sənəti sevmirəm. Əvvəllər sevsəmdə indi istəmirəm. Səbəb isə odur ki, mən həyatım boyu bir yerdə oturub işləmək istəmirəm. Daim vəzifəm yüksəlsin. Ona görə də diplomat ya da hüquqşünas olmaq istəyirəm. Amma tarixlə aram yoxdu. Yəni mənim zəif tərəfim tarix güclü tərəfim isə texniki fənlərdir. İndi isə 2 seçim arasında qalmışam. Kimdən məsləhət almaq istəyirəmsə, deyirlər özün nə olmaq istəyirsənsə ol. Amma özüm nə olmaq istədiyimi bilmirəm. Ətrafımdakılar mənim səlis, ətraflı danışıq qabiliyyətim olduğu üçün o cümlədən gözəl səs tonum olduğu üçün hüquq oxumağımı məsləhət görürlər. Bəlkədə mənim bu cür danışıq qabiliyyətim mənə bir işarədir deyə düşünürəm. Amma hansı qərarımın mənim üçün daha faydalı olacağına qərar verməkdə çətinlik çəkirəm. Mənim fikrimə görə insanın yanında daim oxuduğu fənn deyil peşə olur. Yəni mən əgər hüquq oxumaq istəsəm tarixdən çəkinsəm bu qorxaqlıq olar deyə düşünürəm. Sizin fikrinizi bilmək istərdim. Çox xahiş edirəm mənə bu məsələdə yardım edəsiz.

    • @ofelyaqafarova929
      @ofelyaqafarova929 2 роки тому

      Salam.Mən də eynilə sizin kimi bir problem yaşayıram.Bəlkə də zidd bir problem.Mən tarixi çox sevirəm,eyni ilə də Biologiya və Fizika fənlərinə qarşı olan sevgim sonsuzdur.Buna baxmayaraq,Kimyada çox böyük çətinlik çəkirəm(bu il 8 sinifi oxuyacam).Mən isə humanitar fənlərdə yaxşı,riyaziyyat və kimyada isə o qədər də bacarıqlı deyiləm.Amma Həkim olmaq deyə bir idea ağlımda var.Amma tarixi çox gözəl bilirəm,bundan əlavə də mənim də nitqim,diksiyam,səs tonum çox gözəldir.Bu səbəbdən də məktəbdə tədbirlərə,xüsusilə də şeir səsləndirməkdə məni seçirlər.Hətta bəzi müəllimlər mənə jurnalist,bəziləri də hüquqşunas,sonra da vəkil olmğa daha uyğun görüblər.Bədii kitabları oxumağı,fiımlər izləməyi sevirəm.Amma mən özümün hara getməli olduğumu bilmirəm.3 cü qrup,yoxsa 4 cü qrup?3 cü qrupa tam uyğunam sadəcə mən hüquqşunas ya da jurnalist olmaq istəmirəm.4 cü qrupdan da Biologiya və Fizikanı çox sevirəm,amma kimyada zəifəm və Həkim olmaq fikri ağlımda var.Hər kəs bir şey deyir("Vəkil ol,atanın ixtisasını davam etdir", "3 cü qrup çətindir,tarix çətindir sən o qədər bal toplaya bilərsən?" , "Həkim ol,çox qazanırlar", "Həkim olma,nəyə lazımdı", "Sən iqtisadiyyatla ya da həkimliklə məşğul olmalısan"Nə edəcəyimi heç bilmirəm)Hələ 8 ci sinifəm(bu il 8 olacam) düşünməyə vaxtım var.Amma çox böyük yanılqılara düşmək istəmirəm.İnşalla siz də mən də düzgün qərarı verə bilər və doğru ixtisasa yönəlib kariyeramızın ən üst səviyyəsində olarıq.Təşəkkür edirəm!

    • @ofelyaqafarova929
      @ofelyaqafarova929 2 роки тому

      Bir də mən sizdən məsləhət almaq istəyirəm;Mən 7 ci sinif kimya fənnini çox pis oxumuşam.Bu il 8 də oxuyacam.Kimyada daha uğurlu olmaq üçün ələr etməliyəm?Amma 7 sinif proqramını öyrənə bilməyəcəm,çünki o qədər vaxtım yoxdur.7 sinif Kimyanı bilmədən 8 də kimyada uğurlu ola bilərəm?Tövsiyəniz nədir?

    • @Dr.NazrinJalil
      @Dr.NazrinJalil 2 роки тому

      Düz deyirsiz. İnsanın yanında oxuduğu bildiyi fenn yox peşe olur. Bu iki şey bir birinden ferqlenir. Men hekimem. Ancaq tibb universiteti tehsilinin, dersliklerinin, ve ya hekimliyin kimya biologiya fizika hetta riyaziyyat ile yaxından uzaqdan elaqesi yoxdu. Universitete girende bambaşqa dünya ile qarşılaşırsız heç bilmediyiniz 0 dan öyrenmeli olduğunuz. Odur ki bu qrupun fenlerini öyrenmisiz ve hekim olmaq istemirsizse bu ixtisası seçmiyin. Ondansa hansı ixtisası isteyirsiz hansı iş ücün eziyyet çekmeye ter tökmeye stress yaşamağa gece gündüz oxumağa işlemeye hazırsızsa o ixtisası seçin. İstenilen iş beledi. Rahatı ve asan pul qazandıranı yoxdu. Hamısında eziyyet çekeceksiz yükselmek ve bir az da olsa qazana bilmek ücün. Mekteb fennine, gelir getirme faizine göre iş seçmek çox sehvdi. Özellikle hekimlerin çox pul qazandıgı ile sözler o qeder yalan ve sehvdi ki. Ancaq cerrahlara aid ola biler. Onlar da hedden artıq mesuliyet ve stress altındadırlar. Men 2 il işlemişem hekim olaraq ancaq maaşım market satıcısı qeder deyildi. Siz yaxşısı odur evvel özünüzü tapın. Adınızı bir peşenin arxasına yazın. Görün özünüzü gelecekde hansı yerde görmek isteyirsiz yaraşdırırsız özünüze. Ve o peşe üçün bilmediyiniz fenleri öyrenmeye çalışın. Sadece 2 il çekecek. Sonra o fenleri derslikleri bir de görmüyeceksiz yeqinki. Bol bol Allaha dua edin. Allah eziyyeti yerde qoymur. Eğer beyniniz qebul etmirse bele oxumağa davam edin. Qebul olacaqsız inşallah

    • @Gunay-vc6qz
      @Gunay-vc6qz Рік тому

      Nece qərar verdiniz?)

  • @semralmehdiyev5222
    @semralmehdiyev5222 Рік тому

    Salam Leyla mən bu kitaplardan çox uzağam yeni əlim çatmır 😒sadəcə məktəbin kitabxanasında belə kitablar əfsuslar olsun ki yoxdur.Kitab fikiri verə bilərsənsə çox sevinirəm 😊
    Birdə sənin bütün dediklərinin hamısını mən yaşayıram.Məsələn mende prinsip yox idi mən sinif yoldaşımdan öyrendim və bir şeyde prinsip ki olmağa çalışıram amma yarıda qoyuram bunun haqqında motivasiya videosu yarada bilersən😊

  • @gulzar9979
    @gulzar9979 4 місяці тому

    Problem elə ondadır ki, qəlbimin nə dediyini bilmirəm.

  • @nihataskerov8975
    @nihataskerov8975 2 роки тому

    Mende xanimam oqlumun adiyla hesab acmisam seni seve seve izlirem :) seni cox sevirem ve seninle qurur duyuram♡

  • @emil7396
    @emil7396 Рік тому +2

    Testin adi nedi? Onlayn sekilde nece tapa bilerem?

  • @iamgulchin
    @iamgulchin 2 роки тому +4

    Mənim hər şeyə marağım var 🤣

  • @liama2171
    @liama2171 2 роки тому +13

    Video tamda yerinə düşdü🙂

  • @turalsemedov502
    @turalsemedov502 2 роки тому

    Sadəcə möhdəşəmsiz❤❤❤👍🏻

  • @namedx3645
    @namedx3645 2 роки тому +3

    Miami vlog gəlsin 🙃

  • @fidanalisoy
    @fidanalisoy 2 роки тому +5

    Leyla xahiş edirəm cavablandirardiz. Mən 11ci sinfi bitirdim. Məktəbdə rus dili keçmişəm ingilis dili ixtisası istəyirəm səncə öyrənə bilərəm onu da qeyd edim ki ingilis dilindən hec ne bilmirem

    • @salehshahverdiyev
      @salehshahverdiyev 2 роки тому

      Buraxılışda ing dili vermisiniz?

    • @fidanalisoy
      @fidanalisoy 2 роки тому

      @@salehshahverdiyevsalam xeyr məktəbdə rus dili keçmişəm

    • @mehrisunshine9013
      @mehrisunshine9013 2 роки тому

      Mən heç bir kursa getmədən özüm öyrənmişəm hal hazırda 11-ci sinifə keçirəm. Əminəmki sizdə bacararsız

    • @fidanalisoy
      @fidanalisoy 2 роки тому +1

      @@mehrisunshine9013 təşəkkür edirəm xeyli rahatladım

  • @kanaliste9722
    @kanaliste9722 2 роки тому +5

    Mənimdə ingilis dilinə həvəsim var və çalışşram bu barədə🤗💜

    • @alisha-is2ch
      @alisha-is2ch 2 роки тому

      Seviyeniz nedir ingilis dilinde?

    • @kanaliste9722
      @kanaliste9722 2 роки тому +1

      @@alisha-is2ch Orta səviyyə iləri səviyyəyə keçirtməyə çalışıram

    • @alisha-is2ch
      @alisha-is2ch 2 роки тому +1

      @@kanaliste9722 yəni A2?

    • @kanaliste9722
      @kanaliste9722 2 роки тому +1

      @@alisha-is2ch Aha

    • @alisha-is2ch
      @alisha-is2ch 2 роки тому +1

      @@kanaliste9722 ok

  • @emil7396
    @emil7396 Рік тому +1

    Testi onlayn şekilde men nece iatifade ede bilerem bilen yazsin xaiş...Zehmet olmazsa Leyla xanim komek ederdizde

  • @bcmurad3223
    @bcmurad3223 2 роки тому +1

    yadıma ne düşdü 4 sinifde oxuyanda müəlliməm mənə sən ədəbiyatdan ne qədər 5 lik cavab versende sen riyyaziyatdan 3lük olduğun üçün men sənə beş vermiyəcəm.

  • @fidanheyderli1528
    @fidanheyderli1528 2 роки тому +1

    Aaaa seni çox isdiyirem senden söz soruşum sen qebul imtahanini veren kimi geldin Amerikaya yoxsa 1 2 il sonra deyerdin de

  • @ehhehhn
    @ehhehhn 2 роки тому +3

    Salam, Leyla. Əvvəlcə sənə çoox təşəkkür edirəm bu video üçün. 💙Sadəcə, mənə tək bir şey qaranlıq qaldı- Clifton Strengths Assessment-i yəni, sizin kompüterdə etdiyiniz testi necə əldə etmək olar? Mən Google-dən axtarmağa çalışdım, amma hələki məni qani edən nəticəni əldə edə bilmədim. Mənə kömək edin, lütfən..

  • @Rulling-fr6ur
    @Rulling-fr6ur 6 місяців тому

    Salam Leyla xanım öz ixtisasını dəyişmək universitet vaxtlarında olur yoxsa unini qutarandan sonra,Zəhmət olmasa cavablandırın

  • @dinlebakizle9296
    @dinlebakizle9296 2 роки тому +5

    Dediyiniz kitabi oxuyacam ve dediklerinizi dusunecem🙂

    • @dinlebakizle9296
      @dinlebakizle9296 2 роки тому

      @Mirəli Qafarlı pdf isteyirsiniz?

    • @dinlebakizle9296
      @dinlebakizle9296 2 роки тому

      @Mirəli Qafarlı bir deqiqe yuklemisem

    • @dinlebakizle9296
      @dinlebakizle9296 2 роки тому +2

      @Mirəli Qafarlı StrengthFinder.pdf yazarsiniz cixacaq

    • @fidann1320
      @fidann1320 2 роки тому

      @@dinlebakizle9296 Salam tercume edilmks formasin tapmisiniz?men tapmadim ingiliscedir.

    • @dinlebakizle9296
      @dinlebakizle9296 2 роки тому +1

      @@fidann1320 xeyr mene ele ingilizce lazimdi

  • @bcmurad3223
    @bcmurad3223 2 роки тому +1

    dil bile nece qoşula bilərik

  • @lemanismayilova567
    @lemanismayilova567 2 роки тому +2

    Kaş ki test ödənişsiz olsaydı 50 dollar çoxdu 😒🥺

    • @selenofil17
      @selenofil17 2 роки тому

      Ödənişlidir ki? :(
      Testin adı nədir?

  • @Esweet-nb9ck
    @Esweet-nb9ck 2 роки тому +2

    Salam Leyla bacı.9- cu sinifə keçirəm. Məndə 4- cü qrupa hazırlaşıram və ingilis dilini bilirəm. Bəziləri deyir ki 4- cü qrupda ingilis dili yoxdur. Birdə ki mən daha çox texniki fənlərdən yaxşıyam.
    Az dili, riyaziyyat, kimya, ing fənlərindən yaxşıyam. Amma biologiya və fizikadan əmin deyiləm. Məktəbdə bu fənlərdən tədris o qədər də ürək açan olmadığı üçün hazırlığa getməyi düşünürəm.
    Az, riyaziyyat- dan hazırlığa gedəcəm. Onunla yanaşı biologiya'dan da bu il getsəm və fizika və kimya'nı 10- cu sinifdən getsəm nəticəm yaxşı olar? Bəzi müəllimlər 9- cu sinifdən 5-6 dərsdən hazırlığa getməyi tövsiyə görmədiyindən qərarsız qaldım. Ümid edirəm mənə bir şey yazarsız.

    • @HarryPotter-fp5ju
      @HarryPotter-fp5ju 2 роки тому +3

      Azərbaycan dili , ingilis dili və riyaziyyat buraxılış imtahanının fənləridir, yəni bu üç fəndən verdiyiniz qrupdan asılı olmayaraq imtahan verəcəksiniz. Yəni 4 cü qrupda ingilis dili yoxdur düz deyil, bu 3 fənn seçilən qrupdan asılı deyil.

    • @sabina4985
      @sabina4985 2 роки тому +2

      Salam.Əgər doğrudan da 4cü qrupu istəyirsənsə çox çalışmağı öyrənməlisən.Məktəbdən maksimum dərəcədə istifadə et çalış seçdiyin qrupun fənlərindən anlayışın olsun 10cu sinifə kimi oxumayıb 0-dan başlamaq çətin olacaq sənin üçün.Məktəbdə alınmırsa oxuya bilmirsənsə elə 9cu sinifdən hazırlığa getməyi məsləhət görərdim)

    • @Esweet-nb9ck
      @Esweet-nb9ck 2 роки тому +2

      @@sabina4985 təşəkkür edirəm. Allah razı olsun🙏

  • @yoongi.Dorisakuradajikookbts
    @yoongi.Dorisakuradajikookbts 2 роки тому +1

    Salam:)Bir sey sorusmaq isteyirem 2 ci qrup necedir?

  • @afet8789
    @afet8789 2 роки тому +1

    Siz neçənci qrupa verib? Hansı ixtisası seçmisiniz? Video əla🥰

  • @thetuberoza
    @thetuberoza 2 роки тому +2

    bu testi necə tapa bilərəm ?

  • @yaqubrzayev4546
    @yaqubrzayev4546 2 роки тому +3

    3-cü. 🙂

  • @znzsdreams_
    @znzsdreams_ 2 роки тому +1

    9-cu siniflər üçün də bir video çəkə bilərsiniz?

  • @vusalrustmova7510
    @vusalrustmova7510 2 роки тому +3

    😍😍😍

  • @qumruislam9798
    @qumruislam9798 2 роки тому

    Salam xahiş edirem cavablandırasız.. universitet seçimlerinde istemediyim yere qebul olarsam sonradan kollec seçib oxuya bileremmi?

  • @imranyusifov5912
    @imranyusifov5912 2 роки тому

    Salam Leyla xanım .derslerinizə online her yerden qoşulmaq olar ?

  • @nuraymammadova6357
    @nuraymammadova6357 2 роки тому +2

    Baci sen isvecrede business administration oxuyanda hansi dersler kecirdiz ? Çetin idi ?Cunki mende ora vermek isteyirem
    Zehmet olmasa bu haqqda video cekersen