Elvin Nasir - Səni kim üzdü qadın? ft. Mirələm Musazadə
Вставка
- Опубліковано 7 лют 2025
- Elvin Nasir-in Mirələm Musazadə ilə birgə ifa etdiyi "Səni Kim Üzdü Qadın?" adlı parçası artıq onlayndır!
Elvin Nasir-ə UA-cam-da abunə ol :
Baş sponsor : Berg Glucose
Söz-musiqi : Elvin Nasir
Vocal və Nəqarət : Mirələm Musazadə
Aranjiman Əzim Qarayev
Səsyazma : Ecaz studio
Skripka : Elman Ağa
Rejissor : Tural Xəlilov (@turalkhalilovv)
Rejissor asissenti : Fərid Xəlilli (@feridxelilli)
Səhnə rəssamı : Lalə Niftaliyeva (@lalaniftaliyeva)
Qrim : Vüsalə Hacıyeva (@feelthevusal)
Stilist : Nərgiz Yusifova (Narcissus_yv)
Montaj : Tural Xəlilov (@turalkhalilovv)
Cast director Elnur Əlizadə
Aktyor-aktrisa heyyəti:
Qəmzə Tağıyeva (@qemzetagiyeva)
Vəliyeva Fidan (@veliyevvaa)
Gülü Feyzullayeva (@gulu.feyzullayeva)
Şamil Bekirov (@1samill)
Qədir Məmmədov (@qederim_)
Fərid Mansurov (farido11_) aktyor
İcraçı produser : Nicat İsmayıloğu
Çəkilişə göstərdikləri dəstək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xüsusi təşəkkürümüzü bildiririk.
Elvin Nasir-i sosial şəbəkələrdə izlə :
Instagram - l24.im/6GI
Elvin Nasir-i rəqəmsal platformalarda dinlə :
Spotify - l24.im/h3tV8yI
Apple Music -
Sözlər :
Səni kim üzdü qadın,yoxdu gülüşlərin
Bəlkə də ölmüşdün ən xoşbəxt günündə sən
Saçında dən,duyğuların pərəm pərəm
Göz yaşıyla yanağlarına düşdü qadın
Səni kim üzdü qadın?
Həyatın səhnəsindən atılmısan bir qırağda
Hönkür hönkür ağlıyırsan bəlkə də heç duyan yoxdu
Elə bil körpə uşağ tək gələndə hər bir dərd
Ağrıların şiddəti ilə dodağlarını büzdü qadın?
Səni kim üzdü qadın?
Göz yaşın yastığa axmış
Bəlkə də saf qəlbin uşağlığınçün darıxmış
İstəyin biraz sevgi istəyin biraz qayğı
Bu həyat xəyallarını parçalayıb tən ortadan kəsdi qadın
Səni kim üzdü qadın susma biraz danış mənə
Axı dərdin kədərin bil ki xeyli tanış mənə
Danış bəlkə hər cümlən şeirimə bir qafiədir
Bəlkə danışdığın həyat kitablarda yazılmamış
Ən ağrılı faciədir yaza bilməz heç kimsə
Məni boş ver nəysə,dərdini tazələmə
Gələndə soyuq boran birdəfəlik
Mən bilirəm çox çətindir qış ömrünü yaz eləmək
Sənə pərvaz eləmək yaraşarmış səmalarda
Əgər ki ruhunu basdırmasaydılar məzarda
Qalarmıydın ahu zarda yox məncə? Get dincəl
Ki bayaq gördüm mən həyat sənin badənə
qəm süzdü qadın.
Səni kim üzdü qadın? Axı sən çox zərifsən
Zahirin eyni bəlkə,içində müxtəlifsən
Göyərib bütün bədən,ağrılar bəlkə yorur
Bu nə cür şiddətdir,sənə kim zərbə vurur
Səni kimlər incidir sonra əməllərini danır
Bəlkə də öz canın öz bədənindən usanır
Kor oldu gözüm sənin içində qəlbinmi yanır?
Bu nə cür tüstü qadın,səni kim üzdü qadın?
Nəqarət
Yenə ruhunu aparıb candan dünya zülmətlərə qərq edəcək
Keçmişdən dərdlər gələcək,səni həm bugün həm sabah incidəcək
İçində dərdin dağ kimidir ya da sən dərdə dözən dağ kimisən
Səni incitməy qadağandır axı sən çox körpə uşağ kimisən
Səni kimlər üzmüş qadın
Saça dənlər düzmüş qadın
Yenə götürüb dərdini qəmini
Bu həyatdan küsmüş qadın
Səni kim üzdü qadın?Ərinmi,qardaşınmı?
Bəlkə evləndiyin tarix yazılıb baş daşında
5 yaşında nazlı dəcəl bir qız idin
İndi kədərdən qocalmısan görürəm mən düz 35 yaşında
Daşımaq çox çətindir sən dözən hər dərdi qadın
Bu qədər dərdə dözən zəif deyil nərdi qadın
Qəlbinə batan nədir,çəkil çıxardım
qanayır çıxardıqca istəmirəm baxım bəlkə zəhərli xəncərdi qadın
Bu soyuq tərdi qadın sənə baxanda qanım donur
Gözüm dolur ağlamıram güclə tutmuşam özümü
Səni ancaq yatağda görən şərəfsizlərə
Nifrətlə tüpür,göstər mərd üzünü
Götürüb qəm közünü at günəşin ortasına
Yansın qoy gecələr bir günün günortasında
Kədərin kölgəsində sərinləmək olmaz ki
O kölgə qaranlığın vahiməsindən gələn bir izdi qadın
Səni kim üzdü qadın? Axı sən çox zərifsən
Zahirin eyni bəlkə,içində müxtəlifsən
Göyərib bütün bədən,ağrılar bəlkə yorur
Bu nə cür şiddətdir,sənə kim zərbə vurur
Səni kimlər incidir sonra əməllərini danır
Bəlkə də öz canın öz bədənindən usanır
Kor oldu gözüm sənin içində qəlbinmi yanır?
Bu nə cür tüstü qadın,səni kim üzdü qadın?
Yenə ruhunu aparıb candan dünya zülmətlərə qərq edəcək
Keçmişdən dərdlər gələcək,səni həm bugün həm sabah incidəcək
İçində dərdin dağ kimidir ya da sən dərdə dözən dağ kimisən
Səni incitməy qadağandır axı sən çox körpə uşağ kimisən
Səni kimlər üzmüş qadın
Saça dənlər düzmüş qadın
Yenə götürüb dərdini qəmini
Bu həyatdan küsmüş qadın
Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023
Etiketlər :
#SəniKimÜzdüQadın #ElvinNasir #MusicsofAzerbaijan
Sevginin olduğu hər gün qadına bayramdır.Bayramınız mübarək əziz xanımlar.
ƏN ÇOX HANSI MİSRANI BƏYƏNDİNİZ?
Xoş dinləmələr
Təşəkkürlər..🖤
Təşəkkürlər..)🤍
bəli elədi sevgi olan yerdə qadın həmşə xoşbəxti
bütün qadnların benlxalq qadnlar günlərni təbrik edirəm hər bir qadın layiqdi xoşbəxtiklk bütün azərbaycan xanmlarl xoşbəxt olsun
Elvin qardasimizin mahnilarini her zaman dinlemişem her zamanda abune oluram
Şəhid Arəstə Baxışova başda olmaqla bütün qadın adına layiq olan xanımların bayramı mübarek. Mahnı çox gözəldi təşəkkürlər Elvin Nasir.
Arəstə Baxışova deyildi?
Arəstə Baxışova
Var olasiz neçe ki sizin kimi tarixi yada salan xanimlar var Sehidlerimizi unutmayanlar var kureyimiz yere gelmez var olun ALLAH BUTUN WEHIDLERIMIZE REHMET ETSIN BAS TACIMIZSIZ 😔😔
hə Baxışovadı yanlış yazmışam üzürlü sayın
@@ismayilov.6996 çox sağolun. Amin
_Dik durmağa çalışıb,daxildən paramparça olan qadınlara gəlsin. :)❤️_
😢😢😢😢
Acilardan Olurem Amma ole bilmirem💔
@@saraleyla4698 ölüm nedi bilirsiz?
@@firuzemustafayeva3604 Bilirem elbetde niye bele sual verdiz?
Heyat Insana Bezen Ele Seyler Yasadirdi Ifade Ede bilmediyin Hisslerin Yerine Sadece Gözlerin Dolur
Azərbaycanda qadınlara dəyər verdiyini hiss etdirən layihələrə çox ehtiyac var. Əla, uğurlar!
Pis kişlər Ləhnət menim heyatim mənasiz 😔😔😔
biri mənim verlişim,buyurun baxın ,qadınları axdariram tapıram
@@esma4675 +
bir qadına çox dəyər verdim sonunda aldatı(
@@elnurhsnov5619 Sizi aldadibsa, gunah qadinda deyil sizdedir. Boslugunuz var
Bizi kimlermi üzdü?
-Bizi canimizdan chox sevdiyimiz insanlar üzdü🥀💔
Ona gore heskimi canmdan cox sevmirem soruşsan heç canimid o qeder sevmirem menden bir meslehet olsun sene heyatda hesneyi sevme hem zeif noqten olur hemde zeif olursan bossss seydii
Düzdü😭😭
Əlbətdə
Əlbətdə
🥹😜
Gunduzler gulub , geceler haminin yatmagin gozleyib sessizce agliyanlara gelsin😔
Uğurlar Elvin. Təsir etdi.
O hamınızı bağışladı!
Bu klipə baxdıqdan sonra bir daha anlayırsan ki necə iyrənc cəmiyyətdə yaşayırıq..🥀
Düzdü, amma ki bu dediyin namusunu satannan sora etdiyi bütün səhvləri cəmiyyətin üstünə atanlara aid deil ✌️
Bu bir eksperment var ona benzedibler
Bir yerde oxumusdum cilpaq bir qadini insanlarin ohdesine veririler
Insanlar ona eziyyet edir
Doyur
Z.......
Yaralayir
Bicaqla bele zerbe endirirler
Sonda kimse sef etmiremse ciynine paltar salir hami etdiyinden utanir
Burdaki qadinda hemin ekspermenti andirmaga calisiblar
Klipdəki qızın yerinə ürəyim ağrıyır necə sakitcə diyanib😔məndə tam o, nöqtədəyəm
@@imraliceferov4703 iyrənc birşeydir
Beli
*Məncə 10 milyon izləməyə layiq olan əsl mahnı budur! Klip çox təsir etdi* ...
Duz
Bütün gözü yaşlı qadınların adından yazıram biz dözmək üçün yox sevilmək 1 korpə kimi sevilmək üçün gəldik dünyaya #Qadınlarımızaqıymayaq 💔
Haqlısan😔
Bu musiqi trende dusmelidir çunki bu musiqi butun Qadinlarin cekdiyi ezablari onlara regmen auaqda durmaği gosterir !! ❤️Sizi sevirem.Elvin Nasir
Atatürkün dediyi kimi “Yer yüzünde gördüğünüz her şey kadınların eseridir, onlar varsa varsınız yoksa yoksunuz”
Günümüz mübarək əziz həmcinslərim!🧡
Doğrudu çox sağolun.
Yer uzunde her sey Allahin esiridir ay cahil!
@@blackboy5415 qaqaş getde
@@byniko4934 sox ichive
,,Oğlum sağ olsaydı məni təbrik edərdi''-deyən şəhid anası
''Qardaşım hər 8 mart məni təbrik edərdi,,-deyən şəhid bacısı
,,Hər kəs yoldaşına gül alıb gətirdi" ,,Amma mən sənin məzarına gül gətirmişəm"-deyən şəhid xanımı
8 mart bayramınız mübarək!
Çoxsağolun
8 mart qadınlar bayramı deyil
Agzina salig qardasim😔
@@bendunyadanuzak298 düzdü
Can Allah rəhmət eləsin.
Səni kimlər üzmüş qadın
Saça dənlər düzmüş qadın
Yenə götürüb dərdini qəmini
Bu həyatdan küsmüş qadın💔
Neqerati cox superdi
@@rcbov_0243 nu
Qəlbi qrq xoşbəxliyi həsrətlə gözluyən qadnlar insallah xoşbəxd olasız🖐🍂
çox sağol inşaAllah
Daha xoşbəxtlik bizdən uzaqdır😢
O xoşbəxtliyim gələcək bir gün😢 çünki O günü çox böyük Ümidlə gözləyirəm ALLAHIM O xoşbəxtliyi mənə Nəsib edəcək InseAllah
Sonunda qadinlarin derdlerini basa dusen ELVIN NASIR
Super bir ifa. Adamı kövrəltmək bir yana, adamı həyata bağlayir. Qadınlar bizim baş tacımızdır.
Yaşa qardaş !!!
Ürəyinə sağlıq. 🔥🔥🔥👏👏👏👏👏👏👏👏👏👏👏
Var ol sənətkar
Qadın ürəyi: Və onlarca səhv bir diqqətə bağışlanar🌷
Ve qadın ürəyi: onlarca səhv bir diqqətə bağıslar sevdiyindən
Və kişi beyni: o nə etsəmdə bağışlayır bunuda bağışlayar nədə olsa.
Biz qadinlar zerifikk anlamqdan bawqa hecne isdemirkk .
Her gün xoşbəxt görünüb ama içinde bütün derdler toplaşan qadınlar...
Anam uşaq vaxtı hey deyirdi mənim dəyərimi böyüyəndə biləcəksiz ama mən anamın dəyərini uşaq vaxtdan bilirəm.Mən atamın öldüyü yaşdayam hələdə.Bu gün anamın çəkdiyi acıları dərk edincə canım daha çox yanır.Bu dünyada qadın olmaq çox çətindir.Var olun,çox gözəl ifaidi.
Heyacanla bu mahninin yutuba yuklenmesin gozleyen tek men deyilem yeqinki...Cox gozel cox sevdim bu ifanizida her ifaniz bir mocuzedi ureyimi oxwayir
Keçən il Çingiz Mustafayev belə bir hədiyyə etmişdi. Bu il də siz. 2 dəyərli sənətkardan, 2 dəyərli hədiyyə 👏❤
Hansı mahnı idi Çingizdə😊?
@@siguetusueno4232 Çingiz Mustafayev - "Dəyməz" ❤
@@theaytag ən sevdiyim mahnı 😊
@@siguetusueno4232 👏💐
@miss panda Necə yəni ?
Uzaq yol gəlirdim.
Avtomobildə həmmişə zəif səsdə mahnıları dinləyən biriyəm.
Ama bu mahni məni özümdən necə çıxardısa ruhumu belə unutdum.
Məhəlləyə polnu səslə girdim. Hələdə atmosferindən çıxa bilmirəm. Sözlər,nəqarətlər super.super.super. sağ olun var olun.
02:02 dinləyib ağlayan qadınlar bu mahnıda hər bir qadının göz yaşı var sanki bu mahnı mənim içimdəki bütün dərdlərinin iç səsidi 14 yaşında məcbur ailə basqısı ilə döyülüb ər nədi bilmədən ərə verilib bədbəxt olanlardanda yazın həyatı heç cür düzəlməyən hər gecə ağlayan qadınlardan
Sesinize emeyinize quvvet ,her qadinin heyatinda bir kisinin senet eseri var
İçində "qadın" sözü keçən bütün cümlələr və musiqilər gözəldi. Təbrik edirəm əziz xanımlar ♥️
Sizlərin varlığı bizi dahada güclendirir yoxsa heyatın ne annamı qalar
Qadını küsdürməyin,o sevilmək üçün yaranıb,onun qədrini bilin,qiymətləndirin,qadın qədər dünyaya töhfələr verən ikinci bir qüvvə yoxdur....
Uğurlar sizə. Çox kövrəldim. Əsil qadınlar hər çətinliyə dözəndir. Allah elə qadınların savabını cənnətlə mujdəliyər İN ŞE ALLAH.
5 yaşımda nazlı dəcəl bir qız idim 💔
Mahnı başdan sona dək məndən bəhs edir 💔🥀
Mən danışsam məndən mahnı bəsdələnsə bütün dünya hüznə bürünər💔🥀
Canından çox sevdiyin insanın sənə xəyanət etdiyini biləndə İnsanın canı necə yanırmış.. necə incidirmiş necə zülüm verirmiş Ay Allah ...😢 Məni qutar bu zülümdən
1 gule aldanan merhemetli qadinlar🥀...
Deyerli Azerbaycan xanimlari 8mart bayrami munasibeti ile sizi urekden tebrik edirem ❤
Əziz xanımlar. Sizi 8 mart qadınlar bayramınızı təbrik edir, sağlam həyat, xoşbəxt ailə və gözəl nailiyyətlər əldə etmeyinizi arzu edirəm. Hər zaman üzünüz gülsün, kədər sizlərdən uzaq olsun. Bayramınız mübarək.
Bu dünyada yaşadığım üçün herdefe özüme nifret edirem... İnsanlara zülm edilen bu insanları ve bu heyatı heç vaxt qebul etmiyecem😔🥀
Bu dünyada ən çətin şey qadın olmaqdı çünki bəzən qarşı cinsi keç özcinsindən gördüyün şeylər səni həyata küsdürür amma yenədə ayaqdasan yenə gülürsən gecələri ağlasanda inşallah gözyaşımızş axıdanların dahada çox gözyaşı tökməsi diləyi ilə hər zaman gül gözəl qadın hər zaman ayaqda dur güclü qadın nə qədər ağlasanda bir güləsən bunu bil. Və bu dünyadakı ən gözəl şey bir qadın olmaqdır bunu unutma....❤
Salam.
Klip ve sözlər çox gözəldi.
Qadınların necə acılar yaşadıqları ve ne olursa olsun bağışlamağı bildikleri görünür möhtəşəm 🌹
Elinizden geldiyi qeder bu musiqini her saytda,sosial şebekelerde paylasaq!Şair bizim qardasımız,dostumuz,seirləri ilə dərdimizə dərmandır.GELİN BUNUDA TREND EDƏK!
DEYERLİ. Azerbaycan Qadınlarınin Bayramin tebrik edirem. ❤️🌹🇦🇿
Nehayetinde sene ugur arzu edirem. Azerbaycanda bir nomresen ❤️ ugurlar 👍🏼
Qadın Anadır . Ana bu dünyada var olan ən gözəl ən yaxşı olandır. Allah təala Ananı cənnətdən üstün tutub. ❤
Hər gün ən az 5 dəfə dinləyirəm. Qadınların ən çox şiddət gördüyü zamanda yaşayırıq. Tam yerinə düşüb. Əhsən
"Ey dünya, zülüm verdin bizlərə,
Zülümün də, dərt verdi bizlərə.
Bəzi qadınlarımız namusunu,
Bəzi kişilər,kişiliyini itirir,
Axı bu dünyanın axırı hara gedir.
HEY, dayanın, səbir eliyin insanlar !
Cənnətin haçarı olacaq bu dünya
İNSANLAR .
Şair sözləriynən musiqisi çox gözəldir , tam uyuşublar biri birinə. İkivizində ifası superdi. Bir sözlə ƏHSƏN. "uğurlar"
Qəribə bir hüzünlə doldum. Həm klip həm musiqi çox uğurlu alınıb...
Salam Aleykum. Hal hazirda Russiyada yasayiram ozumde Boyuk veten muharibesi veteraniyam. Inanin Allaha burda insanlarin vecine deil ne olenleri ne doyusenleri . Allah Azerbaycanimi qorusun Allah Sehidlerimize rehmet elesin. Bizim millet heqiqetende oz sehidlerine qazilerine hormey qoyur ve cani yanir. Elbetdeki hami deil
Kimlər üzmədiki məni, gecə gündüz demədən yaş axır gözümnən. Hər saniyyə bir damla düşür gözmnən. Hər damlada qız oğlan fərq etmədən bi ad yazılır......
Üzümdəki gülüşü almağ bəs deilmş kimi gözlərimdəki gülüşüdə aldılar mənən........
Çox teşekkür edirik Ağdam dövləti sosial iqtisadi kollecinə gəldiyiniz üçün çox sevindirdiz bizi çox gözəl sözlər söylədiz ürəyimizə toxundu dedikleriniz hər kişinin dərk ede bilmeyeceyi sözləri söylədiz.
Klipi dəfələrlə izlədimm.. ən sonda dediyi "Mən hamınızı bağışladım...🥀
ALLAH ÇÜNKİ QADINLARA BELƏ GÖZƏL ÜRƏK VERİB.HƏYATINDA HƏR ÇƏTİNLİKlƏRƏ DÖZÜR VƏ BAĞIŞLAMAĞI BACARIR QADIN....
Her zaman ürəyimizə xitab etmisən,Elvin Nadir.Biz qadınlarin içini, ürəyini,ümidlərini,yasadiglarini bir kişinin bu qədər içdən anlaması məni sevindirdi, çünki mən heç vaxt inanmırdım hansısa bir kişi qadını anlaya,ona dəyər verə,dusumcələrinə,yasadiglarina önəm verə,sizi çox ürəkdən dinləyirəm həmisə
😢😢😢
Klipdeki xanıma her kesin yerinə sarıılasım gəlir 🥀
Bəlkədə bir necə illər sonra mən olmayacam yorumumu oxuyub Allah rəhmət eləsin deyərsiz çün ki mənim ucun həyatda qadınlar və uşaqlar cox dəyərlidir❤
Allah razı olsun hər misrasında həqiqət və böyük məna var kaş hər insan başa düşsəydi ki qadınlar sadəcə diqqət və qayğı istəyir çünki bu bizim fitrətimizdə var eləcə də dinimiz buyurur ki Ailədə qız uşağlarına daha çox qayğı sevgi göstərin oğlana nisbətdə
Oğlum sağ olsaydı, məni təbrik edərdi deyən Şəhid Anaları bayramınız mübarək. Qardaşım məni hər 8 martda təbrik edərdi, deyən Şəhid Bacıları bayramınız mübarək. Hər kəs yoldaşına gül alıb gətirdi, amma mən sənin məzarına gül alıb gəlmişəm deyən Şəhid Xanımları bayramınız Mübarək. Əziz xanımlar 8 Mart Bayramınız Mübarək..❤️💫
Gözəl cümlələr🖤😔
Bəli
Çooox gözəl kilip.qadınları üzmək olmaz rəbbim belə buyurub🤲🏻🤲🏻🤲🏻🤲🏻
*Seni kimlər incidir sonra əməllərini danır
Bəlkə də öz canın öz bədənindən usanır...*
Bəlkə evləndiyin tarix yazılıb baş daşında - bu misra çox qadının həyatıdır Allah hər qıza xoşbəxt gələcək nəsib eləsin inşallah
jwnbnw nncnjnejnwmdi
😔
Saça dənlər düzmüş Qadınn....🥀
YENƏ COHX GÖZƏL BİR PROYEKT!ALLAH RAZI OLSUN SİZDEN ŞAİR!
Bayramın mübarək-24 yaşından həyatını və xoşbəxtliyini mənə və torpaq olan Atami sevməyə fəda edən,ANAM.ŞƏHİD Qadını-ruhun hər zaman şad olsun,AMİN🤍🥀.Mükəmməl əsər üçün,var olun!
Ən çətini içinin param parça olub məcbur gülməydi😢🥀
TREND EDƏRİK ƏLBƏTTƏ QADINLAR MÜKƏMMƏL MÖCÜZƏLƏRDİR!
Söz də, klip də, ifa da möhtəşəmmm... Superrrrrr✌️✌️✌️
Çox Anlamlı ve çox Gözəl izah etdi bu Mahnı Əlinə Ürəyinə Salıq Şair
Yenə şair ürəylərə toxunmağı bacardı👏👏👏
"SƏNİ KİM ÜZDÜ QADIN,SUSMA BİR AZ DANIŞ MƏNƏ
AXI DƏRDİN,KƏDƏRİN,BİL Kİ, BİR AZ TANIŞ MƏNƏ..."
Azərbaycan Polisi 🇦🇿♥️
Cənnət anaların ayaqları altındadır, Allah anama rəhmət etsin.
ALLAH sebr versin
Şükürlər olsun ki,gözlədiyimiz mahnı gəldi😍😍🥺❤️
Çox mükəmməl bir iş, Təşəkkür edərim.Bütün şiddət görən qadınlara dəstək,qadını alçaldan, şiddət göstərən "ALCAQLARA" lənət olsun.ŞİDDƏTƏ SON!!!🆘🆘🆘
Gününüz mübarək Xanımlar 💫💜 Xeyirli uğurlu olsun 💣
Heç kimə dərdli olduğunu bildirmə qadın!
Qadına dəyər verməyən cəmiyyət məhv olur.
Həyatın səhnəsində atılmısan bir qırağda.Hönkür hönkür ağlıyırsan bəlkə də heç duyan yoxdu .Elə bil körpə uşağ tək gələndə hər bir dərd.Ağrıların şiddəti ilə dodağlarını büzdü qadın? Səni kim üzdü qadın? 🖤
Elvin Nasir əlinizə, ağzınıza sağlıq👏. Yaxşıki varsız❤. Qadınlar üçün yazdığınız bu trek möhtəşəmdii🙂❤
İlk önce Şəhid Qadınlarına başsağlığı diləyirəm ve Qadınlar Bayramı munasibeti ile Qadınlarımızı təbrik edirəm İfa musiqi mohtesemmmmmm muqqqqq 💚💚💚💚
2024 hələ də burdayıq?
Qadına gücün göstərəni Allah cəzasız buraxmaz inşallah😔😔
Bir vaxtı yoldaşım dinlətdirmişdi.Normalda musiqiyə qulaq asan və sevən birisi deyiləm təkidlə istədi birliktə qulaq asdıq.Heç ağlıma gəlməzdi şiddət üstündə o insandan ayrılacağım.Nə qəribədi elə? Belə gözəl mahnını sevən birisinin özünün də eyni şeyləri etməsi.
Çox təşəkkürlər
Çox anlamlı
Hər ayaqda gördüyünüzü yaşayır sanmayın,kənardan hər şey gözəl görsənə bilər,ancaq heç bir şey göründüyü kimi deyil
Bir qadının qəlbi qırılmış və gözlərindəki gülüşü oğurlanmışsa onu yaşayır sanmayın
Bu qədər dəyərli sözlərə görə ilk öncə sizə minnətdaram...Şiddəti mükəmməl sözlərlə ifadə etmisiz.Əməyi keçən hər kəsə əlinizə,əməyinizə sağliq deyirəm👏👏👏Qələmi qızıl insan uğurların bol olsun♥️♥️
👍👍👍
AMIN
Evvela salam aleykum butun qadinlarin 8mart bayrami mubarek.kliple bagli danismag isdeyirem kilipde bas veren hadiselerle eslinde yaradicilar bir cox seyi deyir insani dusundurur.Tesekkur butun emeyi kecen insanlara.Cox sag olun cenab Sair Elvin Nasir!
Bir gecə özümlə baş başa qaldım, məgər mən nece yorğun qadınam... Tək duşunduyum 2 övladım ❤məgər ki mən onlarsız bir heçəm. Sen deme men onlar sayəsində bele dik görünürəm..
Bir qadının öz həm cinsinə bu cürə davranması "qadının ən böyük düşməni qadındır "sözünü doğrulayir (
Düzdü mənlə həmfikir olanda variymiş qadın dayanışması var qadın qadına arxa olmalıdır görürəmki əksinədi qadının əsil düşməni qadındı
Axtardığım Yorum Sağolun
- Yenə götürüb dərdini qəmini, bu həyatdan küsmüş _"Qadın"_ 🖤🥀
Möhtəşəm♥️ Bayramınız Mübarək Xanımlar. Qadın Xoşbəxtçiliyi arzu edirəm Sizlərə. Allah qorusun.
Deməli bu gün 8 Mart Beynəlxalq Qadınlar Bayramıdı. Bütün Qadınları təbrik edirəm. Hər zaman Sevib Sevilənlərdən olaq..
Və ən əsası Bu Gün Mənim Doğum günümdür..🤗Bu mahnını Şairdən Öümə Hədiyyə kimi qəbul edirəm. Cox saqol..
Səsinə qüvvət Şair...👍💚
Qadının qadına şiddət etdiyi dövürdə , qadın haqları deyə bir şey olmayacaq.!
Əgər qadının haqları olmayan bəşəriyyət varsa , biz qadınlar bir birimizi qoruyub qollayacaq , arxa çıxacağıq. Ancaq bu zaman Qadın olaraq yaşamaq asan olar , zülm deyil!
👍👍👍👍👍👍👍👍
Aglayarken guldum,qoy heckes bilmesin sindigimi.Gulerken agladim,ne gunume gulurem deye.🥀
SİZ XANIMLAR OLMASAZ BİZƏ YAŞAMAQ CƏTİNDİ 😔 HƏR ZAMAN GÜLÜN
@@snan_baki.9325🖤🙂
Klipi və sözləri möhtəşəmdir .UĞURLAR!!
Bütün Bəşəriyyətin Yükünü Çiynində Deyil,Qəlbində Daşıyan Böyük Ürəkli İnsan:Uzun İllər Yaşayın və belə gözəl Əsərlər Yaradın.Sizə və əməyi keçən hər kəsə Minnətdaram.
Sadəcə möhtəşəm...👏👏👏Gözəl qəlbiniz üçün təşəkkür edirəm
Səni kim üzdü qadın? Həyatın ya yaşadıqların mı? Gördüklərin mi görəcəklərinmi? bəzən sən "qadınsan" bunu elə də bilməzsən, elə yerimə, belə geyinmə cümlələri yorur insanları.. qadınları həmişə bir addım geri də sanırlar təəssüf. "Səni kim üzdü qadın? Axı sən çox zərifsən")).
Bu gun butun sutqani bu musiqini dinlemisem seni kim uzdu qadin ? Amma bu musiqi sayesinde 1 seyi 1 daha daha yaxsi anladim bu heyatda guclu olacaqsan yxlmayacaqsan kimsenin qurbani olmayacaqsan ozinu mudafie edeceksen kimse ucun uzulmeyeceksen!
Cox sağ olun, bu gözəl hədiyyə ücün.👍❤🌹
Bəlkədə 4 saatdi qulag asıram. Iş olur belə! 👏👏👏👍👍👍
İrandan salamlar İstənilən hadisə üçün gözəl və konseptual şeirlər hazırlayan yeganə sənətkar elvin nasir , yaşasın şairimiz. Beynəlxalq Qadınlar Gününüz mübarək ❤🇮🇷🇦🇿⚡💎🔥
باکیدان سلاملار،چوخ ساغول،یاشا سنی
Cooox menali derin sozlerdi,indi kesf etdim, bezi ozune reper deyenler baxib oyrensin, super, ilk defe bu reperi gorurem ugurlar
4:28 - ci dəqiqədəki, qadının üzündə yaranan gülüşə səbəb olmaq, mənim fikrimcə, bir insan üçün ən böyük uğurlardan biridir.
Elvin Nasir siz müasir zamanda demək istəyib deyə bilmədiyimizi ağlımızdan keçib fikirləşə bilmədiyimizi bizim adımızdan deyənsən. Allah səni qorusun ❤
Xəyallarımızı torpaq aldı sənətkar... Xəyallarını vətənə qurban verənlərdən oldu qadın...🥀
İslam qadına ən yüksək dəyər verən dindir. Biz dinimizi doğru yaşasaq qadınları heç kəs üzə bilməz. Qadın ət parçası kimi kullanılmaz. Qadın ləyaqət, iffət simvoludur 🌷
Mən hamını Bağışladım🥺(sona qədər gözlədimki,kimsə o xanımı sevindirsin)Bəli biz xanımlar bu həyatda yalnız sevgi gözləyirik.Ailədən,sevdiklərimizdən,övladdan belə sevgi gözləyirik!❤
yene men ve novbeti defe goz yashi icinde hayqiraraq qishqiraraq bu mahnini dinleyirem sagol shair bravo bir kishinin bir qadini dushunmesi icden ice qadinlari anlamasi ve onlarin derdine oz cumleleri ile sherik olmasi bu mence mukemmeliyyetdir