Hacı Şahin Həsənli | Qaranlıq qalan yerlər 35

Поділитися
Вставка
  • Опубліковано 10 вер 2024
  • Mübariz Ilyasov Rəsmi Ikinci UA-cam Kanalı
    Haci Şahin Həsənli | Qaranlıq qalan yerlər 35
    Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli)
    Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib.
    1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189-190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.
    1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.
    2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.
    1998-2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
    2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.
    Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.
    2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.
    2016-17-ci illərdə Darul Hikmət Elm və Tədris Mərkəzində "Əxlaq Fəlsəfəsi" və "İslam tarixi (təhlil)" dərslərini tədris edib.
    Heç bir siyasi partiyaya üzv deyildi.
    Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi.
    Uzun illərdir ki, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi.
    "Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" adlı kitabların müəllifidir.
    Ailəli idi. 4 övladı, iki qızı və iki oğlu var.
    2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat etmişdir.Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
    Allah rəhmət eləsin...
    Apple Music : esalink.de/mi1am
    Spotify: esalink.de/mi1st
    Deezer: www.deezer.com...
    İnstagram: / mubarizilyasovofficial
    Facebook: / mubarizilyasovofficial
    TikTok: / mubarizilyasovofficial
    Ikinci UA-cam kanalim: / @mubarizilyasovstudio
    Müəllif hüquqları qorunur !!!
    © esa müzik
    📞 +994 (55) 233 21 22
    #hacisahin #hacisahinhesenli #qaranliqqalanyerler #mubarizilyasov

КОМЕНТАРІ • 80

  • @user-kw2lr9qk8n
    @user-kw2lr9qk8n 4 місяці тому +3

    Can Haci, Sahin ALLAH! Seni geni geni rehmet elesin

  • @samirefeyziyeva9934
    @samirefeyziyeva9934 5 місяців тому +20

    Biz seni her zaman sevecik Heci 😢😢😢

  • @user-wo9et4rh3e
    @user-wo9et4rh3e 5 місяців тому +14

    Haci ❤❤❤Allah rehmet elesin

  • @nargizsadihova5262
    @nargizsadihova5262 5 місяців тому +14

    Allah rehmet elesin ezizimiz Haci Sahine.😢

  • @vusaleisgenderova6468
    @vusaleisgenderova6468 5 місяців тому +14

    Siz bilirsiz, Hacım mənim canımdır,hər şeyimdir,aləm qədər əziz ….hətta yazıram gözlərimdən ixtiyarsız yaş axır

  • @elnurquliyev234
    @elnurquliyev234 5 місяців тому +14

    Ruhu şad olsun Hacının. Necə böyük adam olub ki, hamıya diqqət ayırıb. Onlarla maraqlanıb. Problemlərinin həllində yardımçı olsun.

  • @MubarizIlyasovOfficial
    @MubarizIlyasovOfficial 5 місяців тому +28

    Hər birinizə təşəkkür edirəm dəyərli vaxtınızı ayırıb təəssüratlarınızı danışdığınız,izlədiyiniz və şərh yazdığınız üçün

  • @mrrom4ik174
    @mrrom4ik174 5 місяців тому +12

    Allah qeni qeni rehmet elesin eziz insan her gun bir iln 4 gundu her gun aqlayram hec cur unuda bilmirem qadawim eehmete gedib bu qeder yamamiwam bu bawqa bir duyudu melanin cennet olsun unidulmaz pak insan😢😢😢😢😢

  • @AqulMustafayev
    @AqulMustafayev 5 місяців тому +14

    Adin esidilende gozmuzun dolmamasi mümkün deyil, Allah sənə rəhmət eləsin.

  • @Yasar1314
    @Yasar1314 5 місяців тому +13

    Allah rəhmət eləsin mekani cennet olsun 😢🥀

  • @isi_nacafov
    @isi_nacafov 5 місяців тому +17

    Allah rəhmət eləsin Hacı Şahin Həsənliyə

  • @hsnrustmov6247
    @hsnrustmov6247 5 місяців тому +10

    Ölməz Ustad 😢😢

  • @TerlanMastagaliOfficial
    @TerlanMastagaliOfficial 5 місяців тому +22

    Allah qəni-qəni rəhmət eləsin!❤🤲

  • @ZAMANQERİBOV
    @ZAMANQERİBOV 12 днів тому +1

    Allah sizi rəhmət etsin Sizi sağlığınızda görmək mənə qismət olmadı çox heyif 😢😢😢😢

  • @raminhummetov3679
    @raminhummetov3679 5 місяців тому +14

    Xutbelerine qulas asmadan yatdigim insan,qebrin nurla dolsun

  • @razimquliyev690
    @razimquliyev690 5 місяців тому +13

    Allah canınızı sağ eləsin.Bir anlıq fərqli hiss elədim,elə bildim açsam özü olacaq🥺🥺🥺.

  • @SaidBaloglanov
    @SaidBaloglanov 5 місяців тому +13

    Allah rəhmət eləsin Hacıya. Mübariz var ol.

  • @Samuraysamuray-b1r
    @Samuraysamuray-b1r 5 місяців тому +9

    ALLAHIN SALAMI OLSUN HER HESE. MEN ÖZ ADIMNAN DEYIREM QOY BU DA BIR PARCA HACI BAREDE FIKRIMI BILDIRIM.
    ALLAH SAHIDDIRKI MEN NECE ISTEMISEM HACINI HEYATDA GORUM, BU MENIM ARZUM IDI. ARZUM UREYIMDE QALDI, AMMA INANIRAM KI ALLAH QISMET EDER O BIRI HEYATDA GORUSECEYIK. ALLAH REHMET ETSIN😢😢😢

  • @razimquliyev690
    @razimquliyev690 5 місяців тому +13

    Sizə həqiqətən halal olsun.👏👏👏
    Çox sağ olun,var olun!

  • @pervizarifofficial
    @pervizarifofficial 5 місяців тому +13

    Allah rəhmət eləsin

  • @mubarizilyasovstudio
    @mubarizilyasovstudio  5 місяців тому +15

    1:40,12:04,17:20,25:47,27:55,31:29 Cahangeşt Balaxanılıya
    3:13,19:25,32:28 Rövşən bəyə
    4:28,20:20 Hacı Zahir Mirzəviyə
    8:14,18:30,24:12,30:44 Fariz Zeynalova
    9:30,33:03 Aydın Lökbatanlıya
    10:39,20:06,27:34 Ruslan Müşfiqabadlıya
    13:18,27:04 Pərviz Arifə
    16:07,36:19 Pərviz Sabirabadlıya
    37:19-dan sonra Qasim bəyin ad günündəki Aydın Lökbatanlıya,Pərviz Sabirabadlıya,Fuad Papaninə,Elşad Kubinkaya,Zaur Alatavaya,Kamran Kubinkaya,Fuad Biləcəriliyə,Rəhim Alatavalıya,Şakir Binəqədiliyə təşəkkürlər 🙏🏻

  • @mahidmusayeva6979
    @mahidmusayeva6979 4 місяці тому +5

    Can Hacı.əvəzolunmaz insan.Alim

  • @mahidmusayeva6979
    @mahidmusayeva6979 4 місяці тому +3

    Allah sizdən razı olsun

  • @qasimsuleymanov895
    @qasimsuleymanov895 5 місяців тому +11

    Mübariz Allah səndən dünya axirət qədər razı olsun.Qardaşların hər birinə təşəkkür edirəm.Allah dünya axirət Əhli Beytdən ayrı salmasun bizi❤

  • @HaciZahirMirzevi
    @HaciZahirMirzevi 5 місяців тому +8

    Allah Hacıya rəhmət etsin.Əziz qardaşım sənədə təşəkkür edirəm bu gözəl iş üçün

    • @mubarizilyasovstudio
      @mubarizilyasovstudio  5 місяців тому +4

      can Həcican,sən çox sağol dəyərli xatirələrin üçün

  • @mircabbarehmedov
    @mircabbarehmedov 5 місяців тому +7

    Allah rəhmət eləsin ,çox böyük insanı itirdik 🥺

  • @razimquliyev690
    @razimquliyev690 5 місяців тому +7

    Dəyərli şairlərimizin hər birinə təşəkkür edirəm,Allah hamınızdan razı olsun.Allah yolundan ayırmasın bizləri.Allah hamımızın günahların əfv etsin,bizləri günahlardan çəkindirsin.🤲

  • @xalidqasimov6602
    @xalidqasimov6602 4 місяці тому +1

    Gozel insanları deyerlendirdiyiniz uçun size teşeggur edirem

  • @user-kf3yd3ot8s
    @user-kf3yd3ot8s 5 місяців тому +4

    A ccanm qardawm Allah seni var ersin Adam husenin keel advice qelbime ez elermden yards ya husen❤❤❤😊😭😭😭🖤💯💯🙏🙏🙏✍

  • @abbasmustafayev335
    @abbasmustafayev335 5 місяців тому +12

    Mən gəncliyimi oxumağa həsr etmişəm bir ruzi qapımın açılması üçün onu tanıyandan isə insanlara xidmət üçün, bu illərdə Hacını tanıdım və onu dinliyə dinliyə Şükür Allaha istəyimə çatdım, bir dəfədə cüməyə gəldim ilk xütbəm idi bir məclis demək olar sonacan mənə baxdı gözəl baxışları ilə, hətta düşdü istirahətə onda da nəzər edirdi, qəlbimdə sevinc var idi onun üçün, istədim bir xatirə şəkili çəkdirəm adam çox idi alınmadı, çox pis olmuşdum, axşam evə gəldim rəsmi səyifədə günün şəkillərinə baxırdım çevirəndə gördüm düz arxasında ona baxıram bir möhtəşəm səkil alınıb, ruhun şad olsun Hacı bizdə bu gün öz sahəmizdə çalışırığ dövlətimiz, millətimiz üçün faydalı olağ.

    • @abbasmustafayev335
      @abbasmustafayev335 5 місяців тому +3

      Meyxanaya aiddə onu deyim, onun bərəkətinə 35 dəqiqə qafiyə gedib o olan məclisdə.

  • @vusaleisgenderova6468
    @vusaleisgenderova6468 5 місяців тому +11

    Sizə çooox təşəkkür edirəm,Hacıdan 1 dəq kim danışsa həyatda ona elə qulaq asıram , elə qulaq asıram dəfələrlə) Allah bu Ramazan ayında sizi niyyətlərinizə çatdırsın,çooox təşəkkürlər) Allah Hacımıza da rəhmət etsin

  • @turalbabashov3860
    @turalbabashov3860 5 місяців тому +5

    Allah rehmet elesin❤

  • @fqanlkbrov3360
    @fqanlkbrov3360 5 місяців тому +9

    Çox sağolun bu verlişi çəkdiyinizüçün və verlişin əvvəlində sözlərinizlə tam vurğuladınız gözümüz həmişə yoldadırki yeni verlişlər çəkilsin Hacı Şahin haqqında təşəkkürlər

    • @mubarizilyasovstudio
      @mubarizilyasovstudio  5 місяців тому +3

      Allah rəhmət eləsin,siz çox sağ olun bu sözlər üçün

  • @railgulmetov9355
    @railgulmetov9355 3 місяці тому +2

    Allah rəhmət eləsin Həciyə

  • @vusaleisgenderova6468
    @vusaleisgenderova6468 5 місяців тому +5

    Onu ən yaxşı taniyanlardan biri səhv etmirəmsə, Elşad Kubinka idi, özü qeyd etmişdi ,deyesen, 17 yaşından onun xütbelerini dinləyirdi.

  • @enverhaciyev6202
    @enverhaciyev6202 5 місяців тому +4

    Allah qeni qeni rehmet elesin böyük insan idi

  • @VuqarDagliOfficial
    @VuqarDagliOfficial 5 місяців тому +5

    Allah rəhmət eləsin Hacıya heyiff...

  • @CahangeshtBalaxaniliOfficial
    @CahangeshtBalaxaniliOfficial 5 місяців тому +5

    Allah rəhmət eləsin …

    • @mubarizilyasovstudio
      @mubarizilyasovstudio  5 місяців тому +2

      Amin inşəAllah,təşəkkürlər xatirələrinin bir hissəsini paylaşdığın üçün

  • @NurlanHasan-qv2xz
    @NurlanHasan-qv2xz Місяць тому +1

    Allah rehmet etsin!❤

  • @Gagash023
    @Gagash023 5 місяців тому +5

    Əhsən Mübariz🙏🏽

  • @asifbaku518
    @asifbaku518 5 місяців тому +4

    ALLAH RƏHMƏT ELƏSİN!!! HACI BİR KİTAB IDI,HEYF Kİ AXIRA KİMİ OXUYA BİLMƏDİK BU KİTABI

  • @Farhad1989
    @Farhad1989 5 місяців тому +4

    MUBARIZ SADECE SUPER.ALLAH SENEN RAZI OLSUN. AMIN

  • @cavadeliyev2828
    @cavadeliyev2828 5 місяців тому +8

    Salam Allah rəhmət eləsin məkanı cənət olsun çox gözəl əziyəti keçən hər kəsdən allah razı olsun (ama kərbəlayi Vüqardan və Rəşad dağlının dilindən Hacı üçün bir azda olsa lent salsaydız əla olardı )M bəy çox sağolun

    • @mubarizilyasovstudio
      @mubarizilyasovstudio  5 місяців тому +3

      Cavad bəy müəllif hüquqlarına görə başqa kanalların materiallarından istifadə edə bilmədik,bir daha təşəkkürlər

  • @farizberdeli
    @farizberdeli 5 місяців тому +2

    Allah rehmet elesin

  • @vuqarhuseynzad9430
    @vuqarhuseynzad9430 5 місяців тому +5

    Allah rəhmət eləsin.Bir verlişdə Axund Azərə həsr eləsəniz yaxşı olardı.

  • @royaltaghiyev8031
    @royaltaghiyev8031 5 місяців тому +2

    Allah rəhmət eləsin Hacıya
    Çox sağ olun Mübariz qardaş bu verilişiniz sizin lahiyənin şah əsəri oldu Allah razı olsun sizdən

  • @user-kf3yd3ot8s
    @user-kf3yd3ot8s 4 місяці тому

    A c tewekur etrem❤🕋

  • @vasifdnziyev6140
    @vasifdnziyev6140 5 місяців тому +9

    Allah rəhmət eləsin

  • @mass1583
    @mass1583 5 місяців тому +3

    Allah rehmet elesin

  • @smiimanov3070
    @smiimanov3070 5 місяців тому +8

    Allah rəhmət eləsin

    • @miriasef
      @miriasef 5 місяців тому

      Adimin ustune vurun xestemizi paylasmisiq Allaha xatir yardim edin:
      Allah hec kimə pis gun gostərməsin amin.
      basuza donerem koməg olun
      Ramazan ayina xatir___.,,.......

    • @MubarizIlyasovOfficial
      @MubarizIlyasovOfficial 5 місяців тому +4

      Amin inşəAllah