Telman Sabirabadli 2021 Qədim sayaqi Mərsiyə

Поділитися
Вставка
  • Опубліковано 7 жов 2024
  • sözlər
    Mülkü Nəcəfdən et nəzər Kərbubəlayə ya Əli
    Əhli cəfa Hüseynüvi almış arayə ya Əli
    Qətligəh içrə səf çəkib qovmi Yəzidi bihəya
    Zülmi güruhi kinədən məhşər olubdu bərbəla
    Ərzü səmanı qan tutub tirəvü tar olub həva
    Ərseyi Neynəva dönüb dəşdi Minayə, ya Əli
    Bir tərəfə salıb ədu nə 'şi Əliyyü Əkbəri
    Bir tərəfə yıxıbdılar Qasimi mah peykəri
    Sahibi beyrəq oğluvun yoxdu bədəndə əlləri
    Qərq olub Ali ismətin bəhri bəlayə,ya Əli
    Şimri ləin Hüseynüvi etdi zəbih minəl qəfa
    Vermədi laməhalə su ol şəhi siri ab ola
    Başını vurdu nizəyə etdi o vəqtidə bəna
    Zikri tilavət etməyə nizədə ayə,ya Əli
    Əhli hərimi soydular zülmilə qövmi bi hicab
    Qalmadı başlarında bir məqnə'ə ta ola niqab
    Doymadı zülmü kinədən saldı cəhanə inqilab
    Aləmi gətdi ibni Sə'd ahü nəvayə ,ya Əli
    Hökm eliyibdi atlara vurdular nə'li kufiyan
    Nə'şilər üstdə at çapıb zülmünü eyləsin əyan
    Baxəbər oldu halidən Zeynəb olubdu bağrı qan
    Var kimi səsləsin məgər onda hərayə,ya Əli
    Mülkü Nəcəfdən et nəzər Kərbübəlayə,ta Əli
    Əhli cəfa Hüseynuvi almış araya,ya Əli

КОМЕНТАРІ • 234