Şuşa: böyük qayıdışın böyük dərdləri

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • “Mən istərdim xüsusi qurum yaradılsın işlə bağlı toxuculuq, tikiş, əl qabiliyyəti olan xanımlara. Şirniyyat sexləri, nə olursa, olsun təhsilli xanımlar olmasa belə onlar üçün qurumlar yaradılmalıdır. Xanımlar müraciət edəndə peşəsindən asılı olmayaraq işlə təmin oluna bilsin. Mən inanıram ki, gedən kimi işlə təmin olunacam. Olunmasam belə, hər bir işin öhdəsindən gəlməyə hazıram”.
    Mətanət Zeynalova 1976-cı ildə Laçında anadan olsa da, sonradan ailəsi ilə birlikdə Xankəndinə köçüb. 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı ilk terror aktları başlayanda, Şuşaya əliyalın şəkildə köçənlərin sırasında o da gedib. 26 ildir Bakıdakı Laçın rayonunun 35 saylı məktəbində psixoloq kimi çalışan Mətanət Zeynalova hazırda Böyük Qayıdışa hazırlaşır:
    “Qarabağa qayıdanda əgər işimiz olmasa məncə Azərbaycan qadınlarının əlindən ikinci-üçüncü sənət gəlir. Eləcə də mənim də xüsusi qabiliyyətim var. Mən xüsusi daşlarla tarixi abidələr yığıram. Şuşanın tarixi məscidini və Şuşa qalasını yığmışam. Bu işə sevgim var. İstərdim ki, Qarabağa qayıdanda qadınlarla birgə dərnək yaxud kiçik biznes yarada bilərik. Bunlar xaricdən gələn turistlərin marağına səbəb olur. Bu işlər zəhmət tələb edəndi, ona görə düşünürəm ki, Qarabağa qayıdanda belə layihələr hazırlaya bilərik”.

КОМЕНТАРІ • 3

  • @elvinyusifov221
    @elvinyusifov221 11 місяців тому +1

    CANIM GÖZƏL SAVADLI BACARIQLI ƏMİM QIZI MƏTANƏT ALLAH SƏNİ QORUSUN🤲AMİN🤲

  • @lddinalmmmdov2279
    @lddinalmmmdov2279 11 місяців тому +1

    Canım gözel ziyalı bacım seni Müellimler bayramı münasibetiyle tebrik edirem gözel el işlerinde var qızıl barmaqlı bacım veten perver bacım ❤❤❤

  • @FidanElekberova-me6my
    @FidanElekberova-me6my 11 місяців тому

    Gözəl metanet Xanım inşallah tezliklə torpağıniza qayidarsiz ayanımin gözəl muellimesi❤❤❤