"Bir nəsilin hər şeyi öz əlində saxlaması düzgün deyil, bu bir gün partlayacaq"- Şahbaz Xuduoğlu

Поділитися
Вставка
  • Опубліковано 12 вер 2024
  • Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Onun baxış bucağı” verlişində bu dəfə “Ölkənin kitab bazarının durumu” müzakirə edilib. Müzakirə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə edilib.
    Şahbaz Xuduoğlu: “ Yarmarkaları keçirməkdə məqsəd kitabı insanlara daha yaxın etməkdir. Sevindirici haldır ki, kitab oxuyanlar artıb, azalmayıb və daha çox kitab oxuyanlar gənclərdir.
    Bizdən ən çox soruşulan kitablardan biri Hitlerin “ Mənim mübarizəm” kitabıdır.
    Detektiv kitablar oxunur ancaq liderlik təşkil etmir. Liderlik təşkil edən kitablar əsasən özünü inkişaf kitablarıdır.
    Azərbaycan kitabı baha deyil, Azərbaycan əhalisinin qazancı aşağı səviyyədədir. İmkanı yaxşı olanlar, villalarda yaşayan insanların villalarında isə balaca da olsa kitab güşəsi tapmaq çətin məsələdir. Ancaq əslində imkanı olanlar kitab alıb, imkanı olmayanlara kitab bağışlamalıdır.
    M.F.Axundov adına kitabxanaya hər il dövlət büdcəsindən müəyyən məbləğdə pul ayrılır. Ancaq onlar bizdən kitab almırlar əksinə gedib Rusiyadan kitablar alırlar. Biz isə soruşur ki, niyə bizdən kitab almırsız? Axı sizə o pulu dövlət verir.
    Bir vaxt Tağıyev və Nağıyev kimi milyonçular qazandıqları pullarla ölkəyə böyük xeyir verirdilər. Teatr yaratdılar, təhsili inkişaf etdirdilər və qarşılığında da heç bir mənfəət güdmürdülər. Ancaq indi oliqarxlar məktəblər açır və qiymətləri olduqca baha edirlər. Məsələn Heydər Əliyev adına məktəb açılıb və ən bahalı məktəbdir. Axı Heydər Əliyev pullu təhsilin tərəfində olmayıb, niyə bu məktəb baha olmalıdır ki? Əksinə bu məktəb pulsuz olmalıdır.
    Bizi elə bir vəziyyətə saldılar ki, çap evi fəailiyyətini dayandırdı. Bu ölkədə özəl nəsə işlətmək, inkişaf etdirmək asan deyil. Cəmil Həsənlinin plakatlarını çap etdiyinə görə bir nəşriyyatı bağlamaq olarmı?
    Bir deputatın öz fikrini ifadə edə bilməməsi yaxud da elə etməsi 3-cü hakimiyyətin üzünü göstərdi. Bu təsadüfən baş verdi. Hər gün nə qədər belə hadisələr baş verir, ancaq onlar görsənmir.
    Biz dini radikalizmi təbliğ edən əsərlərin yayılmasına imkan vermirik. Bəzi dini kitabların nəşri üçün isə lisenziya alırıq.
    Müəyyən kitablar var ki, onları biz nəşr eləsək başımız bəlaya düşər. Ancaq başqa nəşriyyatlar nəşr etsə heç bir problem yaranmaz. Ona görə də biz bu məsələlərdə ehtiyatlıyıq ki, çox problem yaranmasın. Hakimiyyət əleyhinə hər hansı bir əsəri çap edə bilmərik.Çap edəsi olsaq nəşriyyat dərhal partladılar!”.
    © Kanal13-ə məxsus hər hansı video material yalnız / kanal13az hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək.
    ▌▌►Website: kanal13.tv/
    Facebook Official Page: / tvkanal13
    Facebook FanPage: / kanal13fanclub
    Twitter: #!...
    plus.google.co...
    ok.ru/kanal13
    kanal13tv
    / kanal13tv
    Click & Subscribe to the main youtube Channel:
    / @kanal13az
    Online Radio BakuFm: baku.fm/
    Facebook Official Page: / radiobakufm
    © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan

КОМЕНТАРІ • 21