Girov (2005)

Поділитися
Вставка
  • Опубліковано 26 вер 2024
  • 18+
    Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının sərəncamına bir erməni girov verilir. Lakin zaman keçdikcə Kərimin həyat yoldaşı "düşmən"in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir.
    Quruluşçu rejissor: Eldar Quliyev
    Ssenari müəllifləri: Eldar Quliyev, Natiq Rəsulzadə
    Quruluşçu operator: Rafiq Quliyev
    Quruluşçu rəssam: Mayis Ağabəyov
    Bəstəkar: Səyavuş Kərimi
    Baş rollarda: Gülər Nəbiyeva, Qurban İsmayılov, Vidadi Əliyev
    İlk baxış tarixi: 10 oktyabr 2005, İsveç ("Göteborq Ekzayl Film Festival" beynəlxalq kino festivalı)
    6 dekabr 2006, Misir (Qahirə Beynəlxalq kino festivalı)
    2007, Çexiya (Karlovı Varı Beynəlxalq kino festivalı)
    22 fevral 2008, Polşa, Varşava
    7 mart 2008, Polşa, Krakov

КОМЕНТАРІ • 80

  • @Camelia-y6k
    @Camelia-y6k Рік тому +35

    2005-de chekilen filmi men indi gorurem. Emeyi olan her kese teshekkur!

  • @ulviyyeyusifova2684
    @ulviyyeyusifova2684 5 місяців тому +20

    Əla, super, qısa formasını gördüm Afaq xanım konfet verdiyi hissəsi, marağımı çəkdi baxdım, əhsən komandaya, hər xırdalığı əks etdirmisiniz, davamlı olsun, çox heyif gec baxmışam,uğurlar. 04.04.2024

    • @ayhasanova2399
      @ayhasanova2399 28 днів тому +3

      Ele məndə tiktokda o hissəsini gördüm deyə baxmağa girdim bura

  • @husuhuseynov2957
    @husuhuseynov2957 Рік тому +44

    Ay Azərbaycan Xalqı ,erməniyə heç vaxt etibar etməyin.Şəhidlərimizi unutmayın !!!

  • @ehtiramibrahimlee
    @ehtiramibrahimlee 4 місяці тому +4

    Gozel filmdir . Umumiyyetle kohne filmler kohne aktyor, aktrisalar cox gozeldir baxmaga deyer. 👍🏽✌🏽

  • @naibabalabekova1545
    @naibabalabekova1545 Рік тому +12

    Super filmdi,dunyaya mesaj.bu kinoda.Aktyor isi,ssenari mukemmeldir sadece.Bu filmi niye hec gormemisem bes?Ele tesadufen youtubede rastima cixdi.Hele beyenme sayi nece azdi.Gic-gice serial olsaydi rekord qirmisdi indi

  • @sedaqethuseynova7135
    @sedaqethuseynova7135 Рік тому +46

    Bir izləyici kimi bəyənmədim
    Niyə?
    Çünki məntiqə uyğun çəkilməyib əsir götürülən erməni ailəyə verilir
    Kişi olmayan evdə rahat hərəkət edir ,yataq otağına girib cixir ,qadınla həyətdə tək qalır
    Axı bizim dusncəmizə görə nəinki erməni ,hətta öz milletimizdən olan insanlar da kişi olmayan evə girməz

    • @sedaqethuseynova7135
      @sedaqethuseynova7135 Рік тому +3

      Bir də bizim əsirləri düşünün

    • @Camelia-y6k
      @Camelia-y6k Рік тому +3

      Dushunurem ki, filme diger rakursdan qiymet verilse , ela filmdi. Xarakterlerin bedii helli meselesi var. Qadinin individualligi, menevi deyeri, heyata baxishi bele sujetlerle achilib.

    • @irinkairinka2249
      @irinkairinka2249 6 місяців тому +1

      Be bayramlar baboslar bele emele gelirde.

  • @mehmanheyder9732
    @mehmanheyder9732 Рік тому +30

    Çox mənasız,zəif filmdir.Erməni kişini azərbaycanlı qadının evinə salan kəndin kişiləri hamısı oğraş imiş,yəni?

  • @RafizGasimov
    @RafizGasimov Рік тому +20

    birinci defedir ki baxiram cox gozel cekilib halal olsunn 2022 noyabr

  • @narnews1326
    @narnews1326 8 місяців тому +5

    Огромная благодарность 🙏 режисеру , актерам и всем участникам этого фильма . Героиня фильма сыграла свою роль на высшем уровне, слезы 😢 наворачивались от сыгранного ею роль. Ей отдельная благодарность 🙏 ❤️🌹🌹🌹

  • @bahardadasova8130
    @bahardadasova8130 5 місяців тому +5

    Axı niyə bu qədər urəyi yumuşaq xalqıq 😢başımıza gələnlərin hamısı buna görədi

  • @EHEDMehdiyev-xj2he
    @EHEDMehdiyev-xj2he Рік тому +10

    YA ALLAH CEMI SEHIDLERE REHMET ETSIN AMIN INSALLAH☝️🕋

  • @SevincPasayeva-s5o
    @SevincPasayeva-s5o 6 місяців тому +6

    Çox təsirli film idi. 😭

  • @zohreabbekova4781
    @zohreabbekova4781 5 місяців тому +2

    Cox xoşuma gəldi 2005 də çəkilib amma indi qabaglma clxdl Bə filmdə kimi əməyi var çox sağ olsun

  • @sebineeliyeva6962
    @sebineeliyeva6962 8 місяців тому +13

    Aktyor oyunu çox gözəl olsa da, ssenari haqqında bunu demək olmaz. Humanistliyimizi başqa cür də vermək olardı. Ayağının yaralı olması erməni girovun təhlükəsiz olması demək deyil. O ki qala 1 qadın, 3 uşaq olan evdə. Girov erməni qadın olsa idi, yenə başa düşmək olardı.

  • @mahmudovbehlul8755
    @mahmudovbehlul8755 Рік тому +7

    Yaxşı filmdir təşəkkurlər

  • @gunayrehimli135
    @gunayrehimli135 Рік тому +11

    Bizim qadınlarımızın mərdliyi onların kişilərində yoxdur.

  • @vusalemustafayeva7448
    @vusalemustafayeva7448 Рік тому +12

    Nesi aparanda boynunda kelayagi olan qiz menem 😊. Vefa , Ulvi, Emiliya menim mesajimi gorurse elaqe saxlasin menimle

  • @onrnisa-mt8nx
    @onrnisa-mt8nx Рік тому +8

    İndicə televizorda baxdım Gördüm uzunçu filmdi .Dedim girim youtubedə baxlm tez tez
    Deməli bu boyda kənddə erməni dgasını gətirib qoyullar bu arvadın evinə😂😂😂😂 Senari çox zəifdi qeyri realdı
    Yəni mənasız ,məntiqsiz ,yeri yoxdu

  • @ƏliMemmedov-q2u
    @ƏliMemmedov-q2u 5 місяців тому +2

    Türk qadınlarna halaldı

  • @АлтайУсубов-р9н
    @АлтайУсубов-р9н Рік тому +19

    Ermäni heç vaxt bizä dost ola bilmäz.

  • @aslanaslanov5930
    @aslanaslanov5930 8 місяців тому +5

    Cox pis,Sonu gerek oldurerdi bele ureyi yumushaq olmushuq deye tankla gelibler ustumuze.

  • @Ulker-ni3nj
    @Ulker-ni3nj 5 місяців тому +3

    Niyə axı indi belə filmlər çəkilmir? Çəkə bilmirlər, ya cekile bilmirlər?Niyə axı, niyeeee????😢😢😢😢

  • @aidaabbasova8649
    @aidaabbasova8649 Рік тому +3

    Bilinir ki, ustad senetkar isidir,cox tesirl ,menali,pesekar rejissor isidir. Rejissor senetkar olanda filmde gozel cekilir.

  • @drzi-ih1yg
    @drzi-ih1yg 3 дні тому

    Özüm yazandan sonra bütün yorumları oxudum və 90 faiziylə eyni fikirdə olduğum üçün sevindim. Hələ qeyrət anlayışı olanlarımız var.

  • @bayramgasmov1013
    @bayramgasmov1013 Рік тому +3

    Emil Cəbrayılov Allah sənə rəhmət eləsin səsinin gözəlliyi avazı əvəzsiz idi .

    • @xeyyammusayev3903
      @xeyyammusayev3903 8 місяців тому

      Teyyub Aslanovdu xanəndə.Emilədə Allah rəhmət eləsin.

  • @liondizayn8916
    @liondizayn8916 8 днів тому +1

    Bu kentde bir kisi yox idi oz evinde saxlasin😂biyabircilig

  • @GuldesteIbrahimli
    @GuldesteIbrahimli 9 днів тому +1

    Filmi bəyənib tərifləyənlər hansı düşüncənin sahibidilər bilmirəm.Saat yarımlıq filmdə professional bir səhnə var o da Afaq xanımın səhnəsidi,vəssəlam.Ssenari ümumiyyətlə zəifdi.

  • @senubereliyeva3576
    @senubereliyeva3576 6 місяців тому +4

    Bu ne biqeyret addimdi?dul qadinin evine getir ermeni esirni saxla harda gorulub ???bawwa tovle taomadilar kendin kiwilerj???eseb oldum tamam

  • @yasmin4565
    @yasmin4565 Рік тому +7

    Başqa yer olmayıb,tək yaşıyan qadının evində saxlayıblar????

    • @ulvimemmedli3096
      @ulvimemmedli3096 Рік тому +2

      O boyda kendde o boyda kiwi var biri evinde saxlamir getirib ersiz arvadin evinde saxliyirlar,ama qalan her wey eladi

    • @yasmin4565
      @yasmin4565 Рік тому

      @@ulvimemmedli3096 Tam olaraq!

    • @gunayrehimli135
      @gunayrehimli135 Рік тому +3

      Ən marağlısı da odurki uşağları erməniylə bir evdə qoyub harasa gedir.Üstəlik kişilərin heç biri gəlib baş çəkmirki bəlkə nəsə olub evdə

  • @Anar091
    @Anar091 5 місяців тому +2

    yaxwi bir atalar misali cekim. Ilanin aginada qarasinada lenet olsun

  • @sabinamahammedova4798
    @sabinamahammedova4798 Рік тому +13

    Senarist ermeni perest olub deysen ermenileri yaxsi qeleme alib biz ermeniye nece guvene bilerik hec beyenmedim qadin korpe usaqlarni ermüninin yaninda qoyub gedir umumklikde hecneyi berbat senarsir

  • @elsevryusifov6037
    @elsevryusifov6037 4 місяці тому +1

    Bunu çəkən kəndi aşağılıyıb o boyda kəndə bir kişinin damında saxlamışlar gətirib başsız qadının evinə qoyular bu nə filmdi çəkən nə çəkib nədi zəif

  • @nezrinusufli3768
    @nezrinusufli3768 24 дні тому +1

    Toyuğu baltalamaq nə idi?🤦🏽

  • @elminamir26
    @elminamir26 Рік тому +7

    Azərbaycanda belə kino var idi ki ?

  • @ZahirQuliyev-c5m
    @ZahirQuliyev-c5m 3 місяці тому +1

    Sonu heç bəyənmədim sağ buraxdı alçağı elə başınan vursaydı ürəyimiz, rahat olardı

  • @NüşabəƏliyeva-n9q
    @NüşabəƏliyeva-n9q 20 днів тому +1

    Erməni niyə qadının evinə verilir? Bu senari dü,gün deyil

  • @cinarliyeva5738
    @cinarliyeva5738 29 днів тому +3

    Buda kəndin kiwileri 3 uwaqli qadinin evine ermeni getiribler ki sen saxla😒😒😒

  • @huseyntagiyev3581
    @huseyntagiyev3581 5 днів тому

    Niye bu filmləri aztv və digər kanllarimiz vermir? Niyə yapisiblar sehirli xalatdan?

  • @ilgartalibov8887
    @ilgartalibov8887 5 місяців тому +1

    Biz özümüzü yaxşi tanıyırıq, bu filmi xaricdə göstərmək lazimdir,qoy onlarda bizi tanısınlar.Azərbaycanli xaniminin qeyrəti erməni kişilərinin qeyrətindən qat qat üstündür .Allah millətimizi qorusun.

  • @Фида-ю8п
    @Фида-ю8п 5 місяців тому +2

    Qarabağ azərbaycandır

  • @ЭмилияИбрагимова-п9я
    @ЭмилияИбрагимова-п9я 5 місяців тому

    2024 ilde bahiram menim 7 yawim variydi bu film cekilende buyun balaca bir hisesi rastima geldi ordan hele adin oyrendim baxtim cox duygusual filmdi . Bahmiyaraki Rossiyada yawiyeram hemde cavanam ama daxa cox koxne kinolardan xowum gelir

  • @onrnisa-mt8nx
    @onrnisa-mt8nx Рік тому +2

    Əlinə alıb silahı kəndi 15 dəqiqəyə çıxır,hamı baxır sonra da öldürmür Yəni "humanistik" biz

  • @drzi-ih1yg
    @drzi-ih1yg 3 дні тому

    Və ilk baxış olan ölkələrə baxdım və başa düdüm ki müəlliflər nobel sülh mükafatı almaq istəyirlər.

  • @xuramanpawayeva9139
    @xuramanpawayeva9139 22 дні тому +1

    Kim məni necə başa süşür düşsün.Hədda məni qınayanlar da olacaq.öz fikrimi bildirirəm.bu filmi bəyənmədim..heccc bəyənmədimmm.

  • @huseynhaciyev6698
    @huseynhaciyev6698 28 днів тому +1

    Bəyənmədim çünki əsirin kişisiz evdə nə işi var Hansı məntiqlə belə çəkilib? Üstəlik heç erməni ləhcəsində danışmır Əsir elə bil öz evində öz ailəsiylə yaşıyır

  • @drzi-ih1yg
    @drzi-ih1yg 3 дні тому

    Heç bəyənmədim və axıradək əsəblərim tarıma çəkildi. Nədi bu,fikir nədi,məntiq nədi... Başdan sonacan səfsəfə,qeyri reallıq...Bir ermənin yaxşıaı yoxdu,iki lənət olsun bizim içimizdəki yersiz humanistliyə,üç o boyda idarənin padvalı,ya hansısa kişinin həyətində tövlə yoxuydu ermənini cavan gəlinin həyətində əli ayağı amıq saxlamaq senaristin hardan ağlına gəlib,qonşuda öz millətimiz toyda çalıb oynayır"humanist" erməni təkər düzəldir,uşaqları əyləndirir,kömək edir,yaxşıki sevgili olmadılar hələ,beş senaristin müharibənin başlamasından,sərhəd rayonlarda,kəndlərdə yaşayanlardan xəbəri olmayıb,yoxsa orda yaşayan uşaqların gecə səhərə kimi erməni qorxusundan,saqqallı ermənilərin kabusuyla yaşamaqlarından və bir erməniyə yaxınlaşmayacaqlarından xəbərdar deyil,altı yenədə kəntdə bir kişinin qeyrəti çatırmadı qadının əlinə tüfəng verib sərhəddə qədər tək yola saldılar və saymadıqlarım. Falçı başqa cahilliklərin yanında kölgədə qaldı. Bu filmə baxan əsir yaxınlarının nələr hiss etdiyini demək mümkün deyil. Bərbad. Qınayıram bu seanrini yazanıda çəkən rejissoruda,oynayan aktyorlarıda. İnsanlıq,humanizm,hər iki tərəfin guya siyasətin qurbanı kimi göstərilməsi bizim düşüncəmizdi ancaq. Erməninin hər birinin ürəyində Türkə nifrət var və heç vaxt dəyişməyəcək. Biz özümüzü aldatmağa davam edirik.

  • @elnareehmedova1344
    @elnareehmedova1344 5 місяців тому +1

    Ermənini ele göstəriblər ki,sanki bir melekdi.bes Kerimin girovluqda cekdilərini niye göstərmir rejissor?niye düşüncələrimizi deyismeye calisib? heç de xoş deyil bu.xocalida kirpelərimizin başına gətirilenləri.minlerle sehidlerimizi, girovluqdan qayidan esirlərimizin başına gəririlən musibətleri niye cekmemisiniz kadrlarda.

  • @bestiehmedov2253
    @bestiehmedov2253 3 місяці тому

    Türk qadınına ancaq bu yaraşır

  • @Gul.Memmedli.
    @Gul.Memmedli. 5 місяців тому

    😢😢😢😢😢😢

  • @lamiyam6241
    @lamiyam6241 5 місяців тому +1

    Beli menim de fikrimce ermeni digasinin o evde galmasi duzgun deyil.Amma baw rolu oynayan cox yaxwi oynayib.Mene ele gelir muellif Azerbaycan milletinin ureyinde Eli rehmi oldugunu gorsetmek isteyib. Afag Bewir gizinin xanimin sigaret aldigina gore pul almasi xowuma geldi. Halaldi.

  • @aydinorujov6659
    @aydinorujov6659 Рік тому +1

    Çox bəyəndim, Eldar Quliyev böyük rejissorumuz. Gözəl çəkilib. Niyə indi görürəm bu filmi?

  • @movlud3791
    @movlud3791 Рік тому +2

    1:12:46

  • @ZumrudAbdullayeva-o5h
    @ZumrudAbdullayeva-o5h 29 днів тому

    Başimiza nə gəldi safliğimizdan gəldi mən olsam ətini tikə tikə edərdim heç olmasa meyidini alardım öz torpağında basdırıb ziyarət edərdin

  • @Фида-ю8п
    @Фида-ю8п 5 місяців тому

    Garabo Azerbaijan

  • @rbo.838
    @rbo.838 Рік тому +1

    Орда яхшы кишилер вар, Кирову гызын янына апардылар,, гызын ишини битирди йегин

    • @naibabalabekova1545
      @naibabalabekova1545 Рік тому +1

      Ermeni bizim dirimize yoxe ,hec olumuze yaxin gele bilmez.Ancaq komeksizlere hucum edir de caqqal kimi

    • @NigarMəmmədzadə-l6e
      @NigarMəmmədzadə-l6e 25 днів тому

      ​@@naibabalabekova1545 bu erməni obrazında olan aktyorun adı nedi ?mene elə gelirki Ata ocagindaki nazim kisidi cox oxşayır

    • @NigarMəmmədzadə-l6e
      @NigarMəmmədzadə-l6e 25 днів тому

      ​@@naibabalabekova1545bu kənd cahamai bu ermenini körpə usaqli evə salıb bu sul in cavabını cox isdeyirem

  • @mamedaliyev2909
    @mamedaliyev2909 3 місяці тому +1

    Əla !!! 2005ci ildə filmi çəkdik və bütün dünya bizi humanist xalq kimi gördü , torpaqlarımızı geri verildi . bu nə humanizmBAZlıqdı ?. Eldar Quliyev, Əkrəm Əylisli və s..... ermeniler hec bele kino cekerler ??

  • @onrnisa-mt8nx
    @onrnisa-mt8nx Рік тому

    Nəisə